Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə15/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   11   12   13   14   15   16   17   18   ...   41

İslam memarlığı və inşaat

 

 



Əlyazmalar  İnstitutunda  elmi  işçi  vəzifəsində 

çalışır. Xəttatlıq sənətinə  institutda yiyələnmiş  və 

əsasən, qələm tutmağı ustad Qulam Darabadidən 

öyrənmişdir.  O,  xəttat  kimi  bir  çox  ərəb  dili 

dərsliklərinin  mətnlərini,  alimlərin  hazırladıqları 

müxtəlif elmi-tənqidi mətnlərin üzünü köçürmüş-

dür.  Bakının  Nardaran  qəsəbəsindəki  əzəmətli 

məscidin (Nardaran piri) iri həcmli dekorativ (kufi, 

süls,  mühəqqəq  xətləri  ilə)  yazılarını,  Şüvəlan 

qəsəbəsindəki  qədim  məscidin  həyət  qapısının 

portalındakı  yazıları,  Bakıda  Küveyt  Xeyriyyə 

Mərkəzinin  inşa  etdiyi  Əbu  Bəkr  məscidində, 

Lökbatan  qəsəbəsində  yeni  tikilmiş  məscidin 

dekorativ 

yazılarını  işləmişdir.  Naxçıvanda 

tikilmiş  məscidin,  mömin  bir  şəxsin  məqbərəsi 

üçün  nəsx  xətti  ilə  dekorativ  yazıları, 

Azərbaycanın  şimal-şərq  zonasında  tikilən  yeni 

məscidlər üçün yazıları işləmişdir. 

Cavanşir  (xəttat)  və  Əlişir  (nəqqaş)  Əh-

mədov  qardaşları  –  Məşədi  Cavanşir  Əhmədov 

məscid və  ziyarətgahların tərtibatında  böyük  işlər 

görür. O, Buzovna Əlyazma və Məşədi Qütb məs-

cidlərini,  Şüvəlanda  Mirmövsüm  ağa  türbəsini, 

Hövsanda Həzrət Abbas məscidini, Bilgəh məsci-

dini,  Nardaran  pirində  səqf  və  günbəzləri  çox 

fəsihətlə yazdığı Allah kəlamları ilə bəzəmişdir. 

Allah vergisi kimi Məşədi Cavanşirin kiçik 

qardaşı  Əlişir  onun  kağız  üzərində  işlədiyi 

tuğraları, ayə və duaları daş üzərinə nəqş edir. 



 

 

 

 

 

 

 

 


İslam memarlığı və inşaat

 

 



27 

 

ĠSLAM ABIDƏLƏRINI YARADAN MEMAR VƏ USTALAR 

 

 



Əgər islamı gözəl və möhtəşəm bir binaya 

oxşatsaq, alimlər o binanın sütunlarıdır. Bir 

alim dünyadan gedəndə bir sütun sınar və 

onu heç nə əvəz edə bilməz. 

Məhəmməd peyğəmbər (s) 

 

Bütün  dövrlərdə  millətin  böyüklüyünü 



göstərən,  dünya  mədəniyyəti  xəzinəsinə  bəxş 

edilən və hamıda heyrət doğuran İslam memarlıq 

abidələrinin yaranmasında həlledici rol memar və 

inşaatçı ustaya məxsus olmuşdur. 

Həmin  müsəlman  memar  və  ustalarının 

dünya  duyumunu  islam  dini  təşkil  etdiyindən 

onların sənəti də, əməlləri də dindən bəhrələnirdi. 

Odur  ki,  müsəlman  memar  və  ustaları  özlərinin 

yaradıcılıq məharətlərini nümayiş etdirməyə deyil, 

yalnız öz sənətlərini ulu Tanrıya təqdim etməkdən 

razılıq, məmnunluq duyurdular. 

7-ci  əsrdən  başlayaraq  islam  dininin  şəriət 

qanunlarının,  ayinlərin  icrası  üçün  məscidlərin 

tikintisinə başlandı. 

Həmişə  xalqının  və  ümmətinin  qeydinə 

qalan Məhəmməd Peyğəmbərin (s) hədisini  yada 

salaq:  “Kim  bir  məscid  tikdirsə  Allah  cənnətdə 

ona bir ev tikər”. Bu kəlamın mənasını yaxşı dərk 

edən  müsəlmanlar  məscidlər  tikdirməyə  səy 

göstəriblər. 

Böyük,  görkəmli  memarlar  cəmiyyətdə 

yüksək  mövqe  tuturdu.  Bunu  onların  daşıdığı 

ləqəblərdən  də  görmək  olar.  Ləqəb  verilməsi  o 

vaxtlar dövlət əhəmiyyətli iş sayılırdı və Nizamül-

mülkə  görə  “...yaxşı  məmləkət  dolandırmaq 



qaydalarından  biri  də  ləqəblərin  verilməsi,  hər 

kəsin öz mövqeyini, yerini bilməsidir”. 

Nizami 


dövründən 

bir 


əsr 

sonra 


Məhəmməd  Naxçıvaninin  sadaladığı  memar  və 

mühəndis  ləqəblərinin  çoxu,  yəqin  ki,  özündən 

öncəki  dövr  üçün  də  səciyyəvi  olmuşdur: 

sədrimüəzzəm (böyük sədr), şəmsəd-dövlə-vəddin 

(dövlətin  və  dininin  günəşi),  malikül-memaran 

(memarlar  başçısı),  malikül-əkabir-əl-mühəndisin 

(böyük  mühəndislər  başçısı),  qüdvətül-mihrətül-

memarin (bacarıqlı  memarların rəhbəri) və s. Bu 

ləqəblərdən  memarların  ictimai  mövqeyinin 

durumu müəyyən qədər aşkarlanır. 

Memarların  çoxyönlü  elmi  biliklərə 

yiyələnməsi haqqında Nizaminin və başqa orta əsr 

yazarlarının  dediklərinin  tarixi  əsasları  vardır. 

Nizami  dövründə  və  ümumiyyətlə  yetkin  orta 

əsrlərdə  sənətkarlarla  alim  arasında  kəskin  fərq 

duyulmurdu.  Zamanın  tələbləri  səviyyəsində 

dayanmaq  üçün  alim  eyni  dərəcədə  sənətkar, 

sənətkarsa  alim  olmalı  idi.  Memar  üçün  insan 

fəaliyyətinin  bu  iki  sahəsini  birləşdirmək  bir 

zərurət  idi.  Elmlə  sənət  arasında  körpü  sayılan 

memarlıq  sənətkardan  daha  çox  universallıq, 

yönlü  bilik  istəyirdi.  Buna  görə  də  onların 

əsərlərində  incə  bədii  düşüncə  ilə  dərin  elmi 

təfəkkürün heyrətləndirici birliyi vardı. 

İslam  mədəniyyəti,  o  cümlədən  onun  bir 

qolu  olan  memarlıq  və  inşaat  sənəti  on  dörd  əsr 

ərzində Allahın qüdrəti ilə dünyaya böyük şəxslər 

vermişdir.  Allah  bilgisi,  elmi  xaceyi-kainatdan 

olan  Məhəmməd  Peyğəmbər  (s)  və  on  iki 

imamımız  İslam  məktəbinin  yolunu  açmışlar. 

Allah-təalanın  əmri  ilə  ilk  memar  kimi  Rəsuli-

Əkrəm  (s)  islam  məscidinin  əsasını  qoymuşdur. 

Ondan  sonra  İslam  memarlığının  təməli 

yaranmışdır. On dörd əsr ərzində İslam memarlığı 

və  inşaat  sənəti  üzrə  minlərlə  dünya  şöhrətli 

memar  və  ustalar  yetişdirilmişdir.  Bunlardan 

Ruzbeh (7-ci əsr), Məhəmməd Əbubəkr oğlu (11-

ci  əsr),  Məsud  Davud  oğlu,  Əhməd  Məhəmməd 

oğlu, Əcəmi Əbubəkr oğlu Naxçıvani (12-ci əsr), 

Məhəmməd Sə’d oğlu, Əbdül Məsud oğlu (13-cü 

əsr), Ustad Fəxxar Şəms Təbrizi, Tacəddin Əlişah 

Təbrizi  (14-cü  əsr),  Əsir  Əli  Əcəmi,  Yusif  ibn 

Zahir,  Memar  Sinan,  Xoca  Əli  Hafiz  Təbrizi, 

Xacə  Əli  Kücəçi,  Şirazi  Qavəməddin  (15-16-cı 

əsrlər), Əbdül Əzim Sərkar (17-ci əsr), Şəmsəddin 

Şəmaxi, Məhəmmədağa Mehmet Ağa (18-ci əsr), 

Kərbəlayi  Səfixan,  Qasımbəy  Hacıbababəyov, 

Zivər  Əhmədbəyov  (19-cu  əsr)  və  s.  göstərmək 

olar. 

1920-ci  ildən  sonra  respublikamızda  islam 



dini  və  mənəviyyatına  böyük  zərbə  vurularaq 

məscid, 


dini 

abidələrimiz 

dağıdılmış  və 

qalanlarından  anbar,  klub  və  kitabxana  kimi 

istifadə  edilmişdi.  Odur  ki,  bundan  sonra  İslam 

memarlığı  aradan  götürülmüş  və  beləliklə  də  bu 

sahədə 

memarlar  yetişməmişdir.  Yenidən 



müstəqillik  əldə  etdikdən  sonra  respublikamızda 

din  azadlığını  əldə  etmiş  müsəlmanlar  nəinki 

dağıdılmış məscidləri, ibadətgahları, hətta yüzlərlə 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə