Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə11/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   7   8   9   10   11   12   13   14   ...   41

İslam memarlığı və inşaat

 

 



tərəfindən yaradılmışdır. İlk “Qur’an” nüsxələri də 

məhz bu xətlə yazılmışdır. 

 

 

Əsasən düz və sınıq cizgilərdən ibarət olan 



kufi  xətti  əvvəllər  nöqtəsiz  yazılsa  da,  sonralar 

daha  da  təkmilləşdirilmişdir.  10-cu  əsrədək  həm 

epiqrafiyada,  həm  də  paleoqrafiyada  geniş  tətbiq 

olunmuşdur.  11-ci  əsrdən  etibarən  nəsx  xəttinin 

meydana gəlməsilə kufi xəttinin tətbiq və  istifadə 

olunduğu  sahələr  məhdudlaşır.  11-13-cü  əsrlərdə 

tikinti  epiqrafiyasında  kərpiclə  yığılan  kufi  xətti 

aparıcı  yer  tutmuşdur.  Bu  xəttin  özlüyündə 

münasib və düzxətli olması kərpic bəzək üçün çox 

əlverişlidir.  Buna  görə  də  kərpic  tikililərdə  kufi 

xətti  yüksək  dekorativ  quruluş  alır.  Kufi  yazı 

həndəsi  naxış  sistemləri  içərisinə  daxil  olur  və 

binaların memarlıq-bədii surətinin biçilməsində və 

ideya məzmununda mühüm rol oynayır. 

Lakin  hərflərin  sınıq  və  düzbucaqlı  olması 

onların  dairəvi  yerlərdə,  xüsusilə  də  günbəzlərin 

alt  və  üstlərində,  minarələrdə,  mehrab  və 

sütunlarda  istifadə  etmək  imkanı  vermirdi.  Bu 

səbəbdən də bütün bunların öhdəsindən gələn süls 

xətti  qeyd  olunan  yerlərdə  geniş  şəkildə  istifadə 

olunmağa başlanır. 

Memarlıqda  kufi  kitabələri  memar  Əcəmi 

Naxçıvani  tərəfindən  yeni  yüksək  səviyyəyə 

qaldırılıb.  Kitabələr  Əcəminin  əsərlərində  o 

dövrədək görünməyən bədii-estetik dəyər alır. 

Kufi  kitabələrin  bolluğu,  mürəkkəbliyi, 

həndəsi  ornamentlərlə  qaynayıb-qarışması  baxı-

mından  Möminə  Xatın  türbəsinin  Ön  Asiya 

memarlığında  tayı,  bərabəri  yoxdur.  Bu  abidədə 

mühüm  qovşaqlardan  başqa  türbə  gövdəsinin 

künc  dayaqlarının  səthləri  də  kitabələrlə 

örtülmüşdür. 

Kufi  xətti  kitabələrinin  dik  elementlərinin 

yuxarı  naxış  quruluşlarına  qarışmasının  gözəl 

örnəkləri  Marağanın  Dairəvi  Günbəz  türbəsində 

(1167) də vardır. 



Süls  xətti  (hərfi  mənası  “üçdə  bir” 

deməkdir)  –  Ərəb  əlifbasında  yazılan klassik  xətt 

növlərindən  biri  sayılan  süls  10-cu  əsrdə  məşhur 

ərəb  xəttatı  Əbu  Əli  Məhəmməd  ibn  Muğlə  tə-

rəfindən  yaradılmışdır. Bu xətt növündə  hərflərin 

üçdə bir hissəsi əyri, qalan hissəsi isə düz cizgidə 

yazılır  ki,  bu  da  sözlərin  bir-birinə  toxunaraq 

yazılmasına  imkan verir. Süls  xətti özünəməxsus 

gözəlliyə  malik  olduğu  üçün  xətt  ustadları  onu 

“ummul-xutut”, yəni “xətlərin anası” adlandırmış-

lar. Qədim xəttatlar belə hesab etmişlər ki, süls ilə 

yaza  bilən  bir  şəxs  çox  asanlıqla  ruqə,  tərfi, 

müsəlsəl və nəsx kimi xətlərlə də yaza bilər. Çünki 

xətlərə  mükəmməl  yiyələnməyi,  möhkəm  əli  və 

böyük məharəti daha çox süls xətti tələb edir. 

 

 



 

İslam  memarlığında  məscid  və ziyarətgah-

ların  bəzədilməsinə  xüsusi  diqqət  yetirildikdən 

sonra  süls  xəttindən  də  günbəzlərin  tavanlarının, 

minarələrin,  ziyarətgahların,  habelə  qəbir  daşları-

nın yazılmasında geniş istifadə edilmişdir. 



Reyhani  xətti  11-ci  əsrdə  məşhur  ərəb 

xəttatı İbn Muğlənin tələbəsi və davamçısı olmuş, 

daha  çox  İbn  Əl-Bəvvab  təxəllüsü  ilə  tanınmış 

görkəmli  xətt  ustası  Əli  ibn  Hilal  tərəfindən 

yaradılmışdır. 

 

 



 

Zahiri  görünüşü  bir  qədər  süls  xəttinə 

bənzəsə  də,  bəzi  özünəməxsus  elementləri  ilə 

fərqlənir.  Belə  ki,  sülsdən  fərqli  olaraq  burada 

“əlif”  və  “ləm”  kimi  hərflərin  başları  yazı 

istiqamətində  çevrilir.  Bu  xətdən  əsasən  yazılı 

ədəbiyyatda istifadə olunur. 

Mühəqqəq xətti – Qədim xətt növlərinə aid 

olan bu xətt bütün xətlərdən daha çox kufi xəttinə 

bənzəyir. Onu da reyhani xətti kimi xəttat İbn Əl-

Bəvvab  yaratmışdır.  Bəziləri  bu  xətti  “qalın  və 

canlı nəsx” də adlandırmışlar. Bu xəttin “reyhan” 

adlanan nisbətən zərif  növü isə  öz elementləri  ilə 

gül  və  yarpaqları  əks  etdirir.  Bu  xətt  növündən 

daha çox şer kitablarında istifadə olunur. 



Nəsx  xətti  (lüğəvi  mənası  “üzünü  köçür-

mək”, “ləğv etmək”, “şəklini dəyişmək”dir) – 12-

ci əsrdən etibarən kufi xətti təkmilləşdikdən sonra 

İbn Muclə Şirazi bu xətt növünü ixtira etmiş və bu 

ad özündən əvvəlki xətti, yəni kufi xəttini aradan 

çıxardığı üçün yeni xətt növünə verilmişdir. Digər 

qədim  xətlərlə  müqayisədə  nəsx  özünün sadəliyi, 

rahat  oxunuşu  və  rəvan  yazılışı  ilə  diqqəti  daha 

çox cəlb edir. Kufi xəttinin yerini tutan nəsx mey-

dana gəldiyi ilk gündən “Qur’an”, dua, bədii kitab-

ların  yazılışı  və  üzünün  köçürülməsində,  habelə 

dəftərxana işlərində geniş istifadə olunmuşdur. 

 

 



İslam memarlığı və inşaat

 

 



21 

 

Hazırda İslam ölkələrində nəsx xəttinin  iki 



növündən – yaquti nəsx və İrani nəsxdən istifadə 

olunur.  Yaquti  nəsx  hicri  tarixlə  698-ci  ildə  ildə 

vəfat  etmiş  ustad  Yaqut  Mustəsəmi  tərəfindən 

ixtira olunaraq təkmilləşdirilmişdir. 

İrani nəsx  isə  Səfəvilərin hakimiyyəti döv-

ründə  yaşayıb-yaratmış  xəttat  Əhməd  Neyrizi 

tərəfindən ixtira olunaraq bütün İslam ölkələrində, 

xüsusilə  də  İran  ərazisində  geniş  istifadə 

olunmuşdur. 

Tuqi  xətti  (“hökmdar  fərmanı,  möhürü, 

yazısı”) 13-cü əsrdə ərəb (Bağdad) şairi və xəttatı 

Əbülfəzl Dinəvəri tərəfindən yaradılmışdır. 

 

 



 

Meydana  gəldiyi  ilk  gündən,  əsasən 

hökmdar  fərmanları  və  məhkəmə  sənədlərinin 

yazılmasında istifadə olunmuşdur. 



Ruqə xətti (hərfi tərcüməsi “məktub”, “dəri 

parçası” deməkdir) – Sürətli yazı xətti olan ruqə də 

tuqi  kimi  13-cü  əsr  şairi  və  xəttatı  Əbülfəzl 

Dinəvəri tərəfindən meydana gəlmişdir.  

 

 

 



Bu bədii  xətt növü  ərəb  əlifbasındakı klas-

sik  altı  xətt  növünə  daxildir.  Ruqə  orta  əsrlərdə 

əvvəllər adi  əlyazmalarda, sonralar  isə kitab baş-

lıqlarında,  ünvanların  yazılışında  tətbiq  olunmuş-

dur.  Hazırda,  əsasən  ərəb  ölkələrində  adi  yazıda 

geniş istifadə olunur. 



Təliq xətti ərəb əlifbası ilə yazılan əsas bədii 

xətt növlərindən biri olub, 14-cü əsrdə İran xəttatı 

Salman  İsfani  tərəfindən  tuqi  və  ruqi  xətlərinin 

əlaqələndirilməsi  əsasında  yaradılmışdır.  Kursiv 

xətti  olan  təliq  sürətlə  yazılma  xüsusiyyətinə 

malikdir.  Təliqi  digər  xətlərdən  fərqləndirən  əsas 

elementlərdən  biri  də  hərflərin  üstdən  aşağı 

yazılması və bir-biri ilə əlaqələndirilməsidir. 

 

 

 



Əvvəllər adi  yazılarda  istifadə olunan təliq 

sonradan xəttatlıq sənətinin  inkişafında böyük rol 

oynamışdır. 

Nəstəliq  xətti  14-cü  əsrin sonunda nəsx və 

təliq  xətlərinin  sintezi  nəticəsində  yaradılmış  və 

ərəb  əlifbası  ilə  yazılan  bədii  xətt  növlərindən 

birinə çevrilmişdir. 

 

 

 



Məşhur xəttat Mirzə  Əli Təbrizi tərəfindən 

yaradılan nəstəliq 15-16-cı əsrlərdə Yaxın Şərqdə, 

xüsusilə də İran və Azərbaycanda geniş yayılmış 

və  əsasən  kitabların  üzünün  köçürülməsində, 

məktub  və  sənədlərin  yazılmasında  və  qitələrin 

hazırlanmasında 

geniş  tətbiq  olunmuşdur. 

Sonralar daha geniş yayılan nəstəliq xətti gümüş, 

bürünc və s. qiymətli metallardan, habelə saxsıdan 

hazırlanan  qabların  və  s.  bəzək  əşyalarının 

tərtibatında,  17-ci  əsrin  əvvəllərindən  isə  adi 

yazılarda da istifadə olunmuşdur. 



Siyaqət xətti (hərfi tərcüməsi “hesablamaq” 

deməkdir)  14-cü  əsrdən  sonra  yaranmış  və  daha 

çox  dəftərxana  və  hesabdarlıq  işlərində  tətbiq 

olunmuşdur. 

 

 

 



Divani xətti – Nəstəliq xəttinin iranlı xəttat-

lar  tərəfindən  ixtirasından  sonra  iranlı  xəttatlarla 

Osmanlı  xəttatları  arasında  əsl  rəqabət  başlanır. 

Türk xəttatları nəstəliq xəttini dəyişdirərək yeni – 

divani xəttinin əsasını qoyurlar.  

 

 



 

Bu  xətt  növü  yaradıldıqdan  sonra  bir  çox 

müsəlman ölkələrində yayılmış, Osmanlı dövlətin-

də pul vəsiqələri, verilən hökm, əmr və fərmanlar, 

habelə məktub və digər yazılı sənədlər məhz diva-

ni xətti ilə yazılmağa və çap olunmağa başlanmış-

dır. 

Sonralar  divani  təkmilləşdirilərək  özünün 



hazırkı  mükəmməl  görünüşünə  çatdırılmışdır. 

Hazırda divaninin iki növü – qəliz divani və qırma 

divani mövcuddur. 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə