Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə10/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   6   7   8   9   10   11   12   13   ...   41

İslam memarlığı və inşaat

 

 



 

ĠSLAMI NAXIġLAR INSANLA ALLAH ARASINDA ƏBƏDI 

VƏHDƏT YARADIR 

 

 

Allah gözəldir və gözəlliyi sevir 



“Qur’ani-Kərim”dən 

 

Aləmdə  mövcud  olan  bütün  varlıqlar 

həmahəng  olaraq  təkamülə  doğru  hərəkət 

edir. Onlar yarandıqları ilk gündən təkamül 

mərhələsinə  çatana  qədər  vahid  ilahi 

qanunlara tabe olurlar. İnsan varlıqların  ən 

şərəflisi  olduğu  üçün  özünəməxsus  həyat 

tərzinə  və  cəmiyyəti  idarə  etmə  üsullarına 

malikdir. Dünya onun üçün həyat məktəbidir 

və  o  bilir  ki,  əbəs  yerə  yaradılmamışdır. 

Aləmdə mövcud olan bütün varlıqlar da məhz 

onun təkamülə çatması üçün yaradılmışdır

Ustad ġəhid Murtəza Mütəhhəri 

 

Orta  əsrlərdə  müsəlman  xalqlarının  tarixi 



müqəddəratının  birliyi  bu  xalqların  mədəniyyət 

sahəsində  yaxınlaşmasına  və  birbirinə  qarşılıqlı 

təsir göstərməsinə səbəb olmuşdur. Vaxt keçdikcə 

ənənəvi mədəniyyətlər dəyişikliklərə uğrayır, yeni 

mədəni  ənənələr, ümumi  həyat tərzi qaydaları  və 

nəticədə  yeni  gözəllik  duyumları  yaranır.  Vahid 

İslam  özünüdərki  və  dünyaduyumlu  təməli 

üzərində bədii təsəvvür əsasları təşəkkül tapmağa 

başlayır.  Bu  dövrdə  dini  və  bədii  şüur  tərzlərinə 

qarşılıqlı təsir məsələsi ortaya çıxmamışdı. Belə ki, 

onların  müstəqil  fəaliyyət  göstərməsindən  hələ 

söhbət  gedə  bilməzdi.  Onlar  bir-birindən  təcrid 

olunmuş şəkildə sadəcə olaraq mövcud deyildilər. 

Demək  olar  ki, orta  əsrlərdə  ümumiyyətlə, 

incəsənət  və  xüsusi  memarlıq  sənəti  haqqında 

müstəqil,  insanla  Allah  arasındakı  əlaqəyə  dair 

təsəvvürlərdən 

təcrid 


edilmiş 

fikirlər 

yürüdülmürdü. Orta əsrlər Azərbaycan memarları 

İslam tikinti mədəniyyətinin başlıca qayəsi – yerlə 

göy, 

insanla 


Allah 

arasında 

əlaqənin 

möhkəmlənməsinə  xidmət  etmək  vəzifəsini  başa 

düşərək  həyata  keçirməyə  çalışırdılar.  Göylərə 

ucaldılan  məscidlərin  sonu  olmayan  naxışlarla 

bəzədilmiş  divarları  möminlərin  maddi  dünya  ilə 

mənəvi  dəyərlər  arasında  axtardıqları  həm-

ahəngliyin əhəmiyyətini təsvir edən rəmzlərdir. 

Məlumdur 

ki,  memarlıq  tikintilərini 

bəzəyən  naxışların  məna,  gözəllik  anlamı 

quruluşunda  bir  qayda  olaraq  nəinki  bədii  surəti 

qavramaq  olur,  həm  də  Allahın  hikməti  öz 

ifadəsini tapırdı. İslami naxışların isə üç növü var: 

1.

 



Naxış  elementi  kimi  sementikası  çox  vaxt 

bilinməyən  həndəsi  fiqurlardan  yaradılmış 

naxışlar; 

2.

 



Bitki,  canlı  şəkillərin  stilizə  edilməsindən 

yaranan naxışlar; 

3.

 

Ərəbcə 



yazılardan 

(qrafikasından) 

düzəldilmiş bitkiyəoxşar və həndəsi naxışlar. 

Birinci növ çoxsaylı həndəsi fiqurların çul-

ğalaşmasından  ibarət  olmalı,  onların  şüaları  bir-

birinə  qarışaraq  mürəkkəb  və  sonsuz  bir  naxış 

yaratmalıdır. Həmin naxışlar insanın “müxtəliflik-

dəki  vəhdəti  və  vəhdətdəki  müxtəlifliyi”  dərk 

etdiyi  təvəkkül  səviyyəsinin  simvoludur.  Bu 

naxışlar  harmoniya  yaradan,  boşluq  dolduran, 

keçidlər  yaradan  ümumi  naxış  kompozisiyasının 

ahəngini, ölçüsünü təşkil edən vasitədir. 

İkinci  növ  (məhz  bu  növ  islami  sayılır) 

nəbati naxışlardan təşkil olunur və sonra ahənglik 

prinsiplərinə  əsaslanır.  O  qədər  stilizə  olunub  ki, 

təbiətə  hər  cür  oxşarlığını  itirib.  Əslində  burada 

ahənglik qrafikası səciyyə kəsb edir. 

Beləliklə, hər bir xəttin dəqiq qaydaları, əsa-

sən müəyyən təkmilləşmiş formasında təkrar olu-

naraq  hər  bir  səth  özünə  əksi  olan  nüsxə  ilə 

müşayiət edilir. 

 

 



 

İslami  naxış  məntiqi, ahəngi  və riyazi  har-

monikdir. Bu xüsusiyyətlər ağılla eşqin harmoni-



İslam memarlığı və inşaat

 

 



19 

yasını  axtaran  islamın  ruhu  üçün  olduqca  böyük 

əhəmiyyətə malikdir. 

Memarlıq  tikintilərini  bəzəyən  naxışların 

məna-gözəllik  anlamı  quruluşunda  bir  qayda 

olaraq  nəinki  bədii  surət  ehtiva  olunur,  həm  də 

Allahın hikməti öz ifadəsini tapırdı. 

Nəbati və həndəsi ərəb naxışları piçək xətti 

şəklində  şaxələr  üzərinə  oturdulmuş  yarpaq  və 

çiçəklər, səkkizguşəli qönçələr, paxlavalar, altıbu-

caqlar,  beşguşəli  ulduzlar,  çevrələr  və  s.  sonsuz 

təbiətə  malikdirlər.  Onların  hüdudları  yüngül  qa-

panmış  görünsə  də  sonsuzluğa  qədər  davam 

etdirilə bilər. Burada məqsəd yerlə göyün ləyaqə-

sini  mömin  insanın özünün sonlu dünyada  möv-

cud  olduğunu  hiss  etməklə  sonsuz  aləmə  tapın-

maq səyini Allahın hər şeyi gördüyünə, eşitdiyinə, 

hər  şeydən  agah  olduğuna,  hər  şeydən  mövcud 

olduğuna  inamını  rəmzlər  vasitəsilə  ifadə 

etməkdir. 

Üçüncü növ naxış ərəb qrafikalı xətt növlə-

rindən düzəldilmiş həndəsi naxışlardır. 

İslam  mədəniyyətinin  zəngin  sahələrindən 

birini  də  ərəb  əlifbası  ilə  yazılan  xətt  və  xəttatlıq 

təşkil edir.  Xəttatlıq sənəti  yalnız İslam  mədəniy-

yətinə  məxsusdur.  Qədim  kufi  xətti  ilə  meydana 

gələn xəttatlıq sənəti  əsrlər boyu  müxtəlif  mərhə-

lələr  keçərək  özünün  ən  yüksək  zirvəsinə  gəlib 

çatmışdır. 

Xəttatlıq sənəti əsasən, orta əsrlərdə Şərqdə, 

o  cümlədən  Azərbaycanda  geniş  yayılmış,  ərəb 

əlifbası ilə yazılan müxtəlif xətt növləri meydana 

çıxmışdı. Xəttatrlığın sənət kimi formalaşması isə 

10-12-ci əsrlərə təsadüf edir. İlk dövrlərdə klassik 

altı  xətt  növü  (klassik  altılıq)  yaranmışdır  (süls, 

nəsx, mühəqqəq, reyhani, tuqi, ruqə). Orta əsrlərdə 

ərəb mədəniyyətinin yayıldığı Şərq ölkələrində, o 

cümlədən Azərbaycanda xəttatlıq daha da inkişaf 

etdirilmiş, sonralar yeni və daha gözəl xətt növləri 

də meydana gəlmişdır. Misal olaraq Osmanlı im-

periyasının  hakimiyyəti  dövründə  indiki  divani 

xəttinin, elə həmin dövrlərdə İran və Azərbaycan-

da  təliq,  şikəstə  və  nəstəliq  xətlərinin  meydana 

gəlməsini göstərmək olar. 

Xəttatlıq  əsasən,  dini  kitabların  bədii  tərti-

bində,  İslam  abidələrinin  və  binaların  Allah  kə-

lamları  ilə  bəzədilməsində  geniş  istifadə 

edilmişdir. 

“Qur’ani-Kərim”  ayələrinin  kufi  və  digər 

xətt  növləri  ilə  naxışa  çevrilməsi  heç  də  bu 

naxışların  estetik  dəyərlərini  azaltmır.  Əksinə, 

həmin  naxışların  firuzəyi,  yaşıl,  göy  rənglərlə 

bəzədilməsi onların gözəlliyini daha da artırır. 

Kufi, süls, mühəqqəq daha çox işlənmişdir. 

Bu hal heç də təsadüfi olmayıb, islam dininin daha 

mükəmməl bir din olaraq nüfuz və təsirindən irəli 

gəlmişdir. İslam incəsənətinin ən qədim və onunla 

demək  olar  ki,  əkiz  yaranmış  xəttatlıq  sənəti 

özünün  estetik  təsiri  baxımından  hələ  çox 

yüzilliklər  əvvəl  nəinki  sənətkarların,  eləcə  də 

böyük  dahilərin,  mütəxəssislərin  nəzərini  cəlb 

etmişdir. Hətta belə deyirlər ki, xristian kilsələrini 

və  s. məbədləri  müxtəlif  mövzu şəkilləri bəzəyir-

sə,  müsəlman  məscidlərini  isə  istər  savadsız, 

istərsə də  savadlı, bütün  insanları  heyrətə  gətirən, 

olduqca  rəngarəng  yazı,  nəbati  və  həndəsi 

naxışlardan  ibarət  mükəmməl  dekorativ  işlər 

bəzəyir.  Ənənəyə  görə  belə  işlər  binaların  həm 

daxilində, həm də xaricində işlənmişdir. 

14-cü  əsrdə  yaşamış  Abdulla  Səyyəfi 

Təbrizi,  Bədrəddin  Məhəmməd  Təbrizi  və  başqa 

xəttatlar bədii əsərləri köçürməklə yanaşı binaların 

bəzək və kitabələrini də işləmişlər. 

14-15-ci  əsrlərdən  etibarən  İran  və 

Azərbaycanda  xəttatlığın  yeni  inkişaf  mərhələsi 

başlanır.  Həmin  dövrdə  Cəfər  Təbrizi,  Əzhər 

Təbrizi,  Şah  Mahmud  Zərrinqələm  Xəfinəfis, 

İbrahim  Təbrizi,  Amni  Təbrizi,  Əhməd  ibn 

Məhəmməd  Təbrizi,  Əlabəy  Təbrizi,  Şah 

Mahmud  Nişapuri,  Mir  İmad  Qəzvini, 

Nizaməddin Əli Ərdəbili, Mehrab Təbrizi, Əlirza 

Abbasi  Təbrizi,  Məhəmməd  Rza  Təbrizi  kimi 

xəttatlar yaşayıb-yaratmışlar. 

Xəttatlıq  sənəti  16-cı  əsrdə  daha  yüksək 

səviyyəyə çatmış, hətta Şah İsmayıl Xətai və I Şah 

Təhmasib  kimi  Səfəvi  hökmdarları  da  bu  sənətlə 

məşğul  olmuşlar.  Sonradan  Təbrizdə  miniatür 

məktəbi 


fəaliyyətə 

başlayır.  Bu  zaman 

xəttatlıqdan,  xüsusilə  də  şikəstə  və  nəstəliq 

xətlərindən  miniatür  əsərlərində  geniş  istifadə 

olunmağa  başlanır. Beləliklə də, xəttatlıq özünün 

ən yüksək səviyyəsinə çatır. 

Beləcə  xəttatlıq  sənəti  nəsildən-nəslə 

keçərək  inkişaf  etdirilmişdir.  Aşağıda  əsas  xətt 

növləri barədə daha ətraflı məlumat veririk. 

Kufi  xətti  –  Qədim  tarixə  malik  olan  kufi 

xətti 7-ci əsrdə Hirə və Yəməndə meydana gəlmiş, 

sonralar  ərəblərlə  yanaşı  iranlılar  tərəfindən  də 

geniş  istifadə  olunmağa  başlanmışdır.  Ərəb 

qrafikası  ən  qədim  kufi  xətti  əsasında  (adından 

bəlli  olduğu  kimi  Kufə  şəhərində)  İmam  Əli  (ə) 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə