Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə13/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   9   10   11   12   13   14   15   16   ...   41

İslam memarlığı və inşaat

 

 



daxil  olan  Tuman  əkə  türbəsinin  (1405-06) 

kitabəsində  usta  Şeyx  Məhəmməd  ibn  Hacı 

Bəndkir əl-Tuğran Təbrizinin adı qalmışdır. 

Bəsrəddin Məhəmməd Təbrizi Bəndkir (? 

– 1399) – Azərbaycan xəttatı. Azərbaycan xəttat-

ları  Abdulla  Seyrəfi  Təbrizi  və  Mirəli  Təbrizinin 

şagirdi  olmuşdur.  Kufi  və  klassik  xətlərlə  (süls, 

nəsx) yanaşı, təliq, nəstəliq xətləri ilə də yazmışdır. 

Mövlani  Cəfər  Təbrizi  (?  –  1480)  –  15-ci 

əsr Azərbaycan xəttatı. Uzun müddət Herat haki-

mi Baysunqur Mirzənin saray kitabxanasının rəisi 

olmuş, bir sıra əlyazmaların nəfis şəkildə hazırlan-

masında iştirak etmişdir.  

Sultan Məhəmməd (1470 – ci illərin sonu, 

Təbriz – 1555, Təbriz) – Azərbaycan miniatür rəs-

samı, 16-cı əsr Təbriz miniatür məktəbinin başçısı. 

Təbrizdə Şah İsmayıl Xətainin saray kitab-

xanasında  işləmiş,  I  Şah  Təhmasibə  rəssamlıq 

sənətini öyrətmiş, uzun illər saray emalatxanasının 

rəhbəri olmuşdur. “Məhəmmədin  meracı”  minia-

türü  təkcə  İslam  dünyasında  deyil,  bütün  dünya 

mədəniyyət tarixində ən qiymətli miniatür sayılır. 

Hazırda onun müəllifi olduğu bir sıra minia-

türlər  dünyanın  məşhur  muzeylərini  bəzəməkdə-

dir. 


Sultanəli  Məşədi  (Mövlanə  Sultan  Əli 

Məşədi  Nizaməddin)  (1433,  Məşhəd  –  1520, 

Məşhəd) – İran xəttatı. Müsəlman aləmində məş-

hur  xəttat  olmuşdur.  Ruhani  ailəsində  tərbiyə  al-

mış, dini və dünyəvi elmlərə və sənətlərə yiyələn-

mişdir. Bir müddət Səmərqənd hakiminin sarayın-

da  çalışmış,  sonra  Herata  koçərək  orada  böyük 

xəttatlıq  məktəbi  yaratmışdır.  Ə.Nəvai,  Ə.Cami, 

K.Behzad  və  başqa  sənətkarlarla  yaxın  dost 

olmuşdur.  

Dini və əlyazma kitablarına, divan, risalə və 

başqa əsərlərə miniatürlər çəkmişdir.  

S.Məşədi həm də şair olmuş, qəzəl, qitə və 

rübailər  yazmışdır.  Onun  “Təvaidixütut”  (Xətt 

qaydaları) risaləsi məşhurdur.  

S.Məşədi  memarlıq  abidələrinin  dekorativ 

tərtibatı sahəsində  (binaların, kitabələrin  və s.) də 

fəaliyyət  göstərmişdir.  Onun  bir  çox  əsərləri 

dünyanın  məşhur  muzeylərinin  eksponatına 

çevrilmişdir. 

Nemətulla Bəvvab ibn Məhəmməd – 15-ci 

əsr Azərbaycan xəttatı və kaşı ustası. Təbriz yaxın-

lığında, Ənarcan kəndində doğulmuş və orada da 

vəfat etmişdir. Klassik xətt növlərinin mahir ustası 

olmuşdur. Nemətulla Bəvvab memarlıq abidələri-

nin  bədii  tərtibatında  iştirak  etmiş,  onları  kaşı 

lövhələrindən quraşdırılmış və mərmərdə oyulmuş 

dekorativ  yazılarla  bəzəmişdir.  Qaraqoyunlu 

hökmdarı  Cahanşahın  Təbrizdə  tikdirdiyi  Göy 

məscidin kitabələri ən yaxşı işlərindəndir. Kufi və 

süls xətləri ilə yazılmış bu kitabələr Şərq memarlıq 

bəzəklərinin  nadir  nümunələrindəndir.  Ehtimala 

görə Nemətulla Bəvvab həm də memar olmuşdur. 

Qeyd: Özbəkistanın Səmərqənd Ģəhərin-

də  tikilmiĢ  məscid,  məqbərə  və  mədrəsələrin 

inĢasında  və  bədii  tərtibatında  Təbriz  Göy 

məscidinin birbaĢa təsiri olmuĢdur. 

Mirək  Nəqqaş  (təxəllüsü;  əsl  adı  Əmir 

Ruhullah;  təqribən  1507-ci  ildə  vəfat  etmişdir)  – 

Miniatür rəssamı və xəttat, Herat miniatür məktə-

binin nümayəndəsi. Sultan Hüseyn Baykaranın sa-

ray kitabxanasının rəisi olmuş, əlyazma, kitabların 

yazılmasına, bədii tərtibatına rəhbərlik etmişdir.  



Sultan bəy Əfşar – Sadiqi (1533, Təbriz – 

1610, İsfahan) – Azərbaycan rəssamı, şairi, xəttatı 

və alimi. 

Müzəffər Əli – 16-cı əsr Azərbaycan rəssa-

mı.  Təbriz  miniatür  məktəbinin  görkəmli  nüma-

yəndələrindən  biridir.  Dövrünün  mahir  xəttatı, 

portret  ustası  və  boyakarı  olmuşdur.  Məşhəd, 

Təbriz və Qəzvin şəhərlərində çalışmış, dini əsər-

ləri, saray əlyazmalarını və s. gözəl xətlərlə, ərəbi 

naxışlarla  yazmış, rəsmlər çəkmişdir. İslam tarixi 

və  ədəbiyyatının  mahir  bilicilərindən  sayılmışdır. 

Qəzvindəki  Çehelsütun  sarayının  monumental 

divar rəsmləri onun ən yaxşı işlərindəndir. 



Məhəmməd  Rza  Təbrizi  (?  –  1627)  – 

Azərbaycan  xəttatı.  Bədii  xətt  növləri,  xüsusilə 

nəstəliq xətti ilə nəfis xəttatlıq nümunələri (qitələr 

və s.) yazmışdır. 



Əli Rza Abbasi Təbrizi – 16-cı əsrin sonu – 

17-ci  əsrin  əvvəllərində  yaşamış  Azərbaycan xət-

tatı. Nəstəliq xəttinin mahir ustalarından olmuşdur. 

Təbrizdə,  sonralar  isə  Qəzvin  və  İsfahanda 

yaşamışdır.  Bir  müddət  Qəzvində  xəttatlıqla 

məşğul  olmuş, orada  Cümə  məscidi  və  Ali  Qapı 

sarayının qapıüstü yazılarını  işləmişdir. İsfahanda 

Şah  məscidinin  qapısı  üstündəki,  Şeyx  Lütfullah 

məscidinin  qapısındakı  və  günbəzin  daxilindəki 

kitabələr də Əli Rza Abbasi tərəfindən yazılmışdır. 



Əvəz 

Məhəmməd, 

Molla 

Bəhzad, 

Məhəmməd  (yaxud  Xoca)  Mukim  və  başqa 

miniatürçü rəssamlar fəaliyyət göstərirdi.  

18-ci əsrin sonunda Özbəkistanda şəhərsal-

ma  genişlənir,  ənənəvi  tipli  dini  binalar  və 

hökmdar  sarayları  ucaldılır.  18-ci  əsrin  birinci 

yarısı – 19-cu əsrdə dekorativ tətbiqi sənət inkişaf 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə