Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə12/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   8   9   10   11   12   13   14   15   ...   41

İslam memarlığı və inşaat

 

 



Qırma  divanidən  fərqli  olaraq  qəliz  divani 

növündə  özündən  sonrakı  hərflərlə  birləşməyən 

əlif,  dəl,  zəl,  ra  və  vav  hərfləri  əyri  xətlərlə 

özündən  sonrakı  hərflərlə  birləşdirilir,  xəttin 

oxunuşunu  həm  qəlizləşdirir,  həm  də  ona 

özünəməxsus gözəllik vermiş olur. 



Tuğra (və ya təğmaxətti (monqol mənşəli 

sözdür)  –  Bu  xətt  növünü  monqolların  quş 

toteminə  və  simurq  kimi  əfsanəvi  quşlara  olan 

inam  və  etiqadlarının  yadigarı  hesab  etmək  olar. 

Toğrulun  hakimiyyəti  dövründə  tuğra  xətti 

xəttatların diqqətini cəlb etməyə başlamışdır. 

 

 

 



Özünəməxsus üslub və elementlərlə yazılan 

tuğra  xətti  özündə  əfsanəvi  quşların  qanadlarını 

əks etdirir. Meydana gəldiyi ilk dövrdən müxtəlif 

tuğra  növləri  yaranmış  və  görünüşünü  daha  da 

gözəlləşdirən elementlər əlavə olunmuşdur. 

Tuğradan daha çox hökmdarların möhür və 

adlarının  yazılmasında  istifadə  olunmuşdur. 

Bəziləri bu xətti “asılı xətlər”, “turə”, “hilalvari” və 

“qərğan” da adlandırmışlar. 

Hər  sənət  ruhani  ölçüləri  əhatə  edə  bilmir. 

Bu  yalnız  özünü  islami  memarlığın  mürəkkəb 

həndəsi  layihələri  üslubunda  büruzə  verir.  Bu 

üslub  “Qur’ani-Kərim”in  əsas  müddəalarından 

qaynaqlanan 

ilahi 

vəhdətin 



inikası  kimi 

yaradılmışdır. 

Beləliklə, 

xəttatlıq 

ruhi 

gerçəkləşmənin  –  gözəgörünməzliyin  ifadəsidir. 



Çünki  “Qur’ani-Kərim”dəki  hərflər,  sözlər  və 

ayələr  sadəcə  olaraq  yazılı  dilin  elementləri  yox, 

varlığıdır.  Naxışlar  və  xəttatlıq  formaları  isə 

onların gözəgörünən təcəssümüdür. 

Allah  gözəgörünməzdir.  Naxışlar  isə 

möminlərin 

sonsuzluğa 

və 


əbədiyyətə 

yaxınlaşmağına  imkan  verməklə  onlara  “Hansı 



tərəfə  baxsanız  Allah  təzahürünü  görəcəksiniz. 

Allah  hər  yeri  bürümüşdür  və  hər  şeyi  bilir” 

aksiomunu dərk etmək imkanı verir. 

Xatırladaq  ki,  naxışlar  “Qur’ani-Kərim” 

ayələrinin  abidələrə  yazılmasında  işləndiyi  üçün 

İslam  memarlığında  xüsusi  yer  tutur  və  islamın 

ruhu  heç  bir  başqa  sənət  növündə  olduğu  qədər 

nəfəs ala bilmir. 

Bərdə  türbəsində  olduğu  kimi  Ərdəbildəki 

Şeyx Səfi türbəsində də İslam memarlığı kompo-

zisiyasını  təşkil  edən  “Allah”  sözündən  istifadə 

edilərək  naxış  düzəldilib.  Usta  onları  aşağıda 

yerləşdirərək “dördlük” (“4”) ox ətrafında qruplaş-

dıraraq naxış yaratmışdır. Təbriz yaxınlığında Sul-

taniyyənin  Ölcaytu

 

türbəsində  “Məhəmməd”  və 



“Əli” sıx yerləşən naxış simmetriyası düzəldilmiş-

dir. 


Bakı şəhərinin Şirvanşahlar sarayındakı üç 

“Əli” üçlük simmetriya oxu ilə birləşib baxımlı bir 

quruluş  yaratmışdır.  Beləliklə,  kompleksdə  altı 

“Əli” altılıq antisimmetriya oxu ilə birləşdirilmiş-

dir. “Əli” sözləri eyni simmetriya ilə belə yerləşdi-

rilsə, naxışa çevrilə bilər. 

Onu  da  qeyd  etməliyik  ki,  naxışların  yara-

dılması  üçün  memar  ulduzların  işindən  xəbərdar 

münəccim, göyölçən, ulduzşünas, yeni astronomik 

biliklərə  dərindən  yiyələnən alim olmalı  idi.  Kai-

natı, ulduzları bilməsi memara, ucaltdığı binalarda 

ilahi  nizam  və  mütənasiblik,  bütövlük  və  ahəng-

darlıq əldə etmək üçün gərəkdir. O dövrün abidə-

lərinin  əsas  naxış  növünün  –  kirihin  quruluşunda 

da  ulduzabənzərlik  güclüdür.  Əsasən  də,  ulduza-

bənzər müxtəlif həndəsi fiqurlar dayanan bu naxış 

quruluşlarının  kosmik  –  insana  əbədi  bağlılığın 

simvolu  da  saymaq  olar.  Hər  halda  bu  çağın 

memarları  ulduzşünaslığı  öyrənməklə  ucaltdığı 

binalarda təbiətin və kosmosun ahənginə  yaxınlıq 

əldə etməyə çalışırdılar. 

 

 



 

 

 

 

 

 

 

 

 

Qeyd  etmək  lazımdır  ki,  müxtəlif  orna-

mentlərin yaranmasında gil və onun törəmələrinin 

də böyük rolu olmuşdur. 

Bişmiş kərpic orta əsr Azərbaycan memarlı-

ğında xüsusi yer tutmuşdur. Bu növ kərpiclərdən 

bəzək materialı kimi istifadə edilmişdir. 

Bəli, İslam abidələri sonsuzluğu əks etdirən 

cizgiləri  və həndəsi  naxışları  ilə  nəzərləri  Allahın 

intəhasız  qüdrətinə,  birliyinə  və  əzəmətinə 

çəkərək, insanla Allah arasında vəhdət yaradır.  

 

 



İslam memarlığı və inşaat

 

 



23 

 

ĠSLAM ABIDƏLƏRINI BƏZƏYƏN NƏQQAġLAR 

 

 

Nəqqaş  hansı  nəqşə  başlasa,  gərək  Allahın 

adına vursun ilk bəzək. 

Nizami Gəncəvi 

 

Gözəl söz kimi gözəl  xətt də Allahdan bir 



nişanədir.  Əlifbasında  gözəllik  və  mənəvi  ləzzət, 

intəhasız estetik zövq duyulan İslam xətti olduqca 

rəqsan və ahəngdar, oynaq və mütənasib, hərflərin 

“xəttixal”ını incə detallarla qucaqlaşdıran, müqəd-

dəs  “Qur’ani-Kərim”in  ayələrini  süsləşdirən 

möcüzədir. 

İslam  xəttinin öyrənilməsi  və gözəlləşdiril-

məsi  Peyğəmbərimiz  (s)  və  imamlarımız  (ə) 

tərəfindən təkidlə tövsiyə edilmişdir. 

Əmirəlmöminin Əli (ə) deyir: “«Bismillahi-



r-rəhmani-r-rəhim»  ifadəsinin  ayəsini  gözəl  xətlə 

yazan adama behişt vacib oldu”. 

 

 

 

İslam  incəsənətinin  bu sahəsində Azərbay-



can  xəttatlarının  olduqca  böyük  rolu  olmuşdur. 

Demək olar ki, bu sahədə  ixtisaslaşmış  xəttatları-

mız  nəinki  öz  vətənlərində,  hətta  Türkiyə,  Orta 

Asiya, Əfqanıstan, İran, Hindistan və digər ölkə-

lərdə də böyük şöhrət qazanmışlar. Onların əl işlə-

ri,  gözəl  sənət  nümunələri  indi  də  durmaqdadır. 

Lakin çox təəssüflə demək lazımdır ki, sənətkarla-

rımızın  əl  işlərinin  çox  olmasına  baxmayaraq, 

onların  sahiblərinin  adlarını  aşkar  etmək  hələ  də 

mümkün olmamışdır. 



Aşur İbrahim oğlu – 12-ci əsr Azərbaycan 

xarratı. Hicri 567-ci (miladi 1171-72) ildə Bakıda-

kı (İçəri şəhər) Ləzgi məscidinin mehrabını düzəlt-

miş, onu nəfis ornamentlərlə bəzəmişdir. Bəzəklə-

rin daş üzərində oyulması onun xarratlıqla yanaşı, 

daştəraşlıq sənətinə də yiyələndiyini göstərir. 



Şeyx  Əbu  Yəqub  ibn  Səd  –  13-cü  əsr 

Azərbaycan ustası. Hicri 670-ci  (miladi 1271-72) 

ildə indiki Füzuli rayonunun Babı kəndində Baba 

(Şıxbaba) türbəsi üzərində Kufə xətti ilə yazılmış 

kitabədə  Şeyx  Əbu  Yəqub  ibn  Səd  tərəfindən 

tikildiyi göstərilir. 

Ağ  daşdan  hörülmüş,  üstü  səkkizbucaqlı 

çatma  günbəzlə  örtülmüşdür.  Türbənin  günbəzi 

başqa türbələrdən fərqli olaraq, bir qala səfi daşdan 

hörülmüşdür.  Baba  türbəsinin  xarici  səth 

bölgülərində  Naxçıvandakı  Möminə  Xatun 

türbəsinin səth bölgülərinin təsiri görünür. 



Mübarəkşah  Zərrinqələm  –  14-cü  əsr 

Azərbaycan  (Təbriz)  xəttatı.  Məşhur  ərəb  xəttatı 

Yaqut  Müstəsiminin  “altı  ustad”  adı  ilə  şöhrət 

qazanmış  tələbələrindən  biridir.  Klassik  xətt 

nümunələrinin  mahir ustası olmuşdur. Nəsx, süls 

və  reyhani  xətlərlə  yazdığı  iki  yazı  nümunəsi 

Rusiyanın  Sankt-Peterburq  şəhərində  M.Y. 

Saltıkov-Şedrin 

adına  kütləvi  kitabxanada 

saxlanılır. İraqın Nəcəf şəhərində Sultan Üveysin 

(1358-74)  tikdirdiyi  binanın  dekorativ  yazılarını 

qızılla  (mükəmməl  süls  xətti  ilə)  işlədiyinə  görə 

“Zərrin-qələm” ləqəbini almışdır. 

Mirəli  Təbrizi  ibn  İlyas  (1330  –  1446)  – 

Azərbaycan  xəttatı.  Orta  əsr  müəllifləri  onu 

nəstəliq xəttinin  yaradıcısı  hesab edirlər. Nəsx və 

təliq 


xətlərinin 

sintezi 


əsasında  yaranmış 

“nəstəliq” xəttinin sistemə salınması, müstəqil xətt 

üslubu kimi formalaşması, 15-ci əsrdən Yaxın və 

Orta  Şərqdə  geniş  yayılması  Mir  Əli  Təbrizinin 

fəaliyyəti ilə bağlıdır. 

Nizam Bəndkir (?, Təbriz – ?) – 14-cü əsr 

Azərbaycan  kəctəraşı.  Məlum  əsəri  Mərənd 

şəhərindəki Cümə  məscidinin  ibadət salonundakı 

1329-cu  ilə  aid  kəc  üzərində  oyma  naxışlar, 

kitabələr  və  mehrab  bəzəkləridir  (mehrab 

taxçasının  ortasında  Nizam  Bəndkirin  adı 

yazılmışdır).  Mehrabın  kitabları  kufi  və  ruqə 

xətləri ilə işlənmiş İslami naxışlarla bəzədilmişdir. 

Nizam  Bəndkirin  bu  əsəri  Azərbaycan  və  Ön 

Asiya memarlığında kəc üzərində oyma sənətinin 

nadir nümunəlrindəndir. 

Şeyx  Məhəmməd  ibn  Hacı  Bəndkir  əl-

Tuğran  Təbrizi  –  14-cü  əsr  Azərbaycan  ustası. 

Özbəkistanın Səmərqənd şəhərində orta əsrlərə aid 

“Şahi  Zində”  nadir  memarlıq  abidə  kompleksinə 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə