Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə22/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   ...   18   19   20   21   22   23   24   25   ...   41

İslam memarlığı və inşaat

 

 



Nizami  şəhərsalma  prinsiplərinə  uyğun 

olan  yerin  seçilməsi  və  orada  şəhərlərin  salın-

ması,  oranın  münbit  və  sulu  olması  məsələsinə 

böyük  yer  vermişdir.  O,  Bərdənin  yaxşı  iqlimi, 

çoxlu  münbit  əkini,  meydança  və  bağların 

olduğunu belə təsəvvür edir: 

 

Bərdə nə gözəldir, necə qəşəngdir, 

Yazı da, qışı da güldür, çiçəkdir, 

İyulda dağlara lalələr səpər, 

Qışı baharının nəsimi öpər. 

O yaşıl meşəsi cənnətə bənzər. 

Torpağı silinmiş qayğı, kədərdən 

Reyhanı yaşıldır illər uzunu 

Torpağı yoğrulmuş qızıl suyundan 

Elə bil hər yanda bitmiş zəfəran. 

 

Şair  Bərdənin  təbii  gözəlliyini  “böyük”, 



“güllü”, “çiçəkli”, “gözəl”, “qəşəng”, “yaşıllıqlı” 

və s. kimi metaforlarla tərənnüm etməklə şəhərin 

ərazisinin  və  şəhərin  özünün  təbii-coğrafi 

xəritəsini yaratmışdır. 

Nizaminin  təbiət  haqqında  məlumatları 

qiymətli mənbə kimi çox əhəmiyyətlidir: 

 

Dedim: “Gəl, bizimlə Bərdəyə gedək 

Qışı qalaq orda, gəzək, kef edək, 

Bizim bu Bərdənin yeri Arandır, 

Suyu çox, otu çox, bir gülüstandır. 

 “Xosrov və Şirin”, 100. 

 

Bərdədə  dövrümüzə  qədər  öz  quruluşunu 



qismən və  bəzilərinin  isə  tam saxlanmış  yerüstü 

tarixi  abidələr  də  mövcuddur.  Bərdə  türbəsi, 

Axsayan  baba  türbəsi,  İmamzadə  məscid 

kompleksi,  çatqı  körpülər  orta  əsr  memarlıq 

üslublarını özündə əks etdirən maddi mədəniyyət 

abidələridir. 

Həmin abidələr içərisində daha çox maraq 

doğuranı  1322-ci  ildə  Əhməd  ibn  Əyyub  əl-

Hafiz  Naxçıvani  tərəfindən  tikilmiş  Bərdə 

türbəsidir. 

Arran 

memarlıq 



məktəbinin 

xüsusiyyətlərini  özündə  cəmləşdirən  həmin 

türbə,  orta  əsrlər  dövründə  yerli  tikinti 

mədəniyyəti ilə bərabər, Bərdənin Naxçıvan kimi 

qədim  mədəniyyət  və  incəsənət  mərkəzi  ilə 

əlaqəsini  də  özündə  əks  etdirir.  Abidə  yeraltı 

sərdabədən,  bayır  diametri  10  m,  hündürlüyü 

13,5 m, dairəvi silindr şəkilli gövdədən ibarət, üst 

hissəsində konusvari günbəzi olan məqbərədir. 

Müxtəlif daş və kərpiclərlə naxış vurulmuş 

məqbərənin divarlarının yuxarı hissəsində 35 sm 

enində,  üzərində  kufi  xətti  ilə  yazılmış,  kəmər 

şəkilli  zolaq  vardır.  Həmin  yazı  bişmiş  kərpiclə 

tikilmiş “Allah” sözünün təkrarıdır. 

Orta  əsrlərdə Tərtər çayı üzərində tikilmiş 

körpülər  də  dövrünün  qiymətli  tikilisi,  eyni 

zamanda  Bərdənin  memarlıq,  başqa  sözlə 

mədəniyyət  abidəsidir.  Körpülərdən  biri  15 

tağlıdır  (9-11-ci  əsrlər)  və  xalq  arasında  “Qarı 

körpüsü” adlandırılır. Tərtər çayının nisbətən dar 

hissəsində  salınmış  körpü  (8-14-cü  əsrlər)  12 

tağlıdır. 

Nizamini təbiət hadisələrinin – zəlzələləri-

nin  mahiyyətinin açılması çox düşündürmüşdür. 

O, düzgün olaraq yerdaxili qüvvələrin yer səthin-

də zühur etmə formalarından olan zəlzələləri yer 

qabığının dərin qatları ilə əlaqələndirmişdir: 

 

Zəlzələnin dəhşəti ərzə qorxu salanda, 



Yerin dərin qatına lərzə, qorxu salanda! 

 “Sirlər xəzinəsi”, 108. 

 

Nizami seysmik dalğaların Yer qatlarında 



yayılması  ilə  əlaqədar  olan  qanunauyğunluğu 

(uzununa  və  eninə  dalğaları)  aşağıdakı  şer 

parçasında vermişdir: 

 

Əvvəl bir zəlzələdə qopardı rüzgar, 



Sağa da, sola da çatladı divar. 

İkinci zəlzələ qopduğu zaman 

O çatlamış divar uçdu binadan. 

 “Leyli və Məcnun”, 242. 

 

Nizami  bina  və  qurğuların  uzunmüddətli 

və zəlzələyə davamlı olma məsələləri ilə əlaqədar 

tikilən  binanın  bünövrəsinin  çox  keyfiyyətli  və 

möhkəm  olmasını  göstərir.  Bununla  əlaqədar  o 

yazır: 


 

Bərk təməl üstündə qurdum bir bina, 

Ki, ziyan dəyməsin divarlarına. 

 “ġərəfnamə”, 54. 



 

Nizaminin 

əsərlərində  su  təchizatı 

məsələlərinə də böyük fikir verilir. 

Nizaminin 

əsərlərindəki 

bir 

çox 


məlumatlar onun hidroloji məsələlərə yaxşı bələd 

olduğunu  göstərir.  Şairin  dövründə  əsas  təcrübi 

hidroloji  məsələ  su  təchizatı  olduğundan 

əsərlərində  yeraltı  suların  çıxarılması  ilə 




İslam memarlığı və inşaat

 

 



41 

bilavasitə  əlaqədar  olan  “quyu  qazmaq”,  “quyu 

suyu”, “dərin quyu”, “tap su olan yeri, orda quyu 

qaz”,  “daşdan  su  çıxarmaq”,  kəhriz,  quyu,  dol, 

dolça və s. ifadələrə rast gəlirik. Nizaminin quyu, 

kəhriz  və  onların  qazılmasında  istifadə  olunan 

avadanlıqlar  haqqında  məlumatlar  aşağıdakı 

misallarda əks olunmuşdur: 

 

Göndərinlə salladım dolçasını kəhrizə. 

 “Sirlər xəzinəsi”, 36. 

O quyudan qismətdi ha, nə oldu, Yusifin? 

Nəsibi bir kəndirdi, bir də doldu Yusifin. 

 “Sirlər xəzinəsi”, 39. 

 

Çıxmışdı dar quyudan dol üstə. 

 “Sirlər xəzinəsi”, 111. 

 

Otlardan toxunan ip də qırılar, 

Dolçası qırılıb quyuda qalar. 

 “Ġsgəndərnamə”, 131. 

 

Bir dolan quyudan su çəkərəm. 

 “Ġsgəndərnamə”, 189. 

 

Bir dolça quyudan su çıxarmasa, 

Nə xeyri, uzunmuş ipi, ya qısa. 

 “Ġsgəndərnamə”, 613. 



 

Yeraltı suların müxtəlif məqsədlərlə istifa-

dəsi  üçün  (bunlar  əhali  arasında  “məişət  quyu-

ları”, “təsərrüfat quyuları”, “həyat quyuları”, elmi 

dildə  “şaxta  quyuları”  adlanırlar)  vasitəsilə 

çıxarılması  bütün  dünyada,  əsasən  düzən  və 

qismən  dağətəyi  zonalarda  yayılmışdır.  Yeraltı 

suların  quyu  vasitəsilə  istifadəsi  Azərbaycan 

ərazisində  Abşeron  yarımadasında,  o  cümlədən 

Bakı  şəhərində  bir  vaxtlar  vüsət  almışdı.  Hətta 

Bakıdakı  12-ci  əsrin  əzəmətli  yadigarı  Qız 

qalasının  içində  indiyədək  qalmış  su  quyusu 

vardır.  Abşeronun  yeraltı  suları  istifadəsində 

qədimdən  tətbiq  olunmuş  üsullardan  biri  də 

ovdanlar olmuşdur. 

Keçmiş zamanlarda  isti  iqlim zonalarında 

karvan  yolları  üstündə,  karvansaralarda,  yaşayış 

məntəqələrində su quyuları qazmışlar. Bunlardan 

məsələn, Məkkə şəhərində müsəlmanların ən bö-

yük  ziyarətgahları  olan  müqəddəs  Kəbə  məsci-

dinin  həyətində  məşhur  Zəm-Zəm  adlı  quyu 

vardır. “Xəmsə”də Nizaminin də dəfələrlə adını 

çəkdiyi  bu  quyu  qədimdən  mövcuddur.  Məkkə 

də  yaşayış  məntəqəsi  kimi  onun  ətrafında  salın-

mışdır. Məlum olduğu kimi, Məkkədə dini rəh-

bərlik,  o  cümlədən  Zəm-Zəm  quyusuna  nəzarət 

Qüreyşilərin sərəncamında olmuşdur. Bir vaxtlar 

Zəm-Zəm quyusuna nəzarəti Haşim etmiş, vəfa-

tından  sonra  bu  iş  oğlu  Əbdülmütəllibə 

(Məhəmməd Peyğəmbərin (s) babası) keçmişdir. 

O,  530-540-cı  illərdə  Zəm-Zəm  quyusunu 

təmizlətdirib, təmir etdirmişdir. 

Ərəb  ölkələrində  eramızdan  əvvəl  2-ci 

minillikdə qazılmış iki quyu var və indiyədək də 

qalır.  Bunlardan  biri  Misirin  paytaxtı  Qahirə 

şəhərindəki  90  m  dərinliyə  malik  Yusif  (İosif) 

quyusu,  o  birisi  Qüds  şəhərinə  gedən  yollardan 

birinin kənarında yerləşən 30 m dərinliyində olan 

Yəqub  (İakov)  quyusudur.  Burada  yazılanlarla 

əlaqədar demək olar ki, “Yeddi gözəl”də “Bişrin 

hekayəsi”ndə Nizami isti, susuz, qumlu çöldə yol 

üstündə  uca,  şaxlı,  budaqlı  bir  gözəl  ağacın 

altında üzərinə küp qoyulmuş, divarları kərpiclə 

hörülmüş bir quyu təsvir etmişdir. Nizami quyu 

və suyu haqqında belə yazır: 

 

Axırda yeddilər pakizə, uca 



Şaxlı, budaqlı bir gözəl ağaca. 

Ora basdırılmış bir küp durardı, 

İçində təptəzə şirin su vardı. 

Doğrudan bu suyun heç üstü yoxdu, 

Yanığı yatırandı, safdı, soyuqdu. 

Üzsə bir yolçunu əgər yanğusu, 

Yenidən can verir ona şirin su. 

Bu küp deyildi, quyudu, quyu, 

Bitib tükənməzdi içinin suyu. 

Küp demə, küp demə, quyudur, quyu, 

Kərpic divarlara qalxmışdır suyu. 

 “Yeddi gözəl”, 182-183. 



 

Nizaminin  haqqında  danışdığı  təcrübi, 

hidroloji  məsələlərdən  biri  də  su  çəkməklə  sulu 

layların su verilməsini gücləndirməyin  mümkün 

olduğu barədə düzgün fikir söyləməsidir: 

 

Çox götürsə satqı suyu çeşmədən 



Çeşmənin də suyu artacaq haman. 

 “Xosrov və ġirin”, 138. 

 

Göz açmasan kor qalar öz yerində bulaqlar 

Coşmaz yerin qəlbində, gözlərində  

 bulaqlar. 

 “Sirlər xəzinəsi”, 131. 

 

Bulaq suyu verirdi yer qazdıqca mən. 

 “Leyli və Məcnun”, 50. 



 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə