Arif Xanlar oğlu Abasov Elçin Arif oğlu Abasov Elmira Novruz qızı Hüseynova



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə5/41
tarix14.05.2018
ölçüsü1,29 Mb.
#43615
1   2   3   4   5   6   7   8   9   ...   41

İslam memarlığı və inşaat

 

 



davamlılığının layihələndirilməsi və hesablanması 

şərtlərini də yaxşı bilirdi. Tarixi faktlar göstərir ki, 

tikintinin baş memarının orta yüzilliklərdə nüfuzu 

yüksək,  gəliri  çox  olurdu.  Memarlığın  texniki-

bədii kamilliyini təmin edən amillərdən biri də bu 

idi.  Rəşidəddin  salnaməsində  yazır  ki,  memarlıq 

layihəsini hazırlamaq üçün cizgilər tərtib edən me-

marlar, smeta tutmaq üçün inama layiq məmurlar 

və təcrübəli mirzələr cəlb olunurdu. Bununla bağlı 

binaların planlarının quruluşu və memarlıq deko-

runun hissələrinin tərtib olunmasında geniş istifadə 

olunan  modul  sisteminin  əhəmiyyətinə  də  fikir 

verilirdi.  Layihələndirmə  zamanı  tikiləcək  bina 

modeli  kiçik  miqyasda  hazırlanırdı.  Bu  model 

memar üçün tikintinin gedişatını izləməkdən ötrü 

əyani formada bir vəsait idi. Mürəkkəb memarlıq 

kompleksinin  tikilişində  bir  qayda  olaraq  onların 

maketi hazırlanır, sonra tikintiyə başlayırdılar. Me-

marlıq abidələrinin əksəriyyətinin salamat qalması 

tikinti sənətinin yüksək səviyyədə inkişafını göstə-

rir.  İnşaatçılar  zəlzələnin  dağıdıcı  təsirini  bilərək 

birinci  növbədə  fəza kompozisiyası sisteminə, ti-

kintinin ümumi kütləsinə və onun binanın müxtə-

lif  sistemləri  arasında  bölüşdürülməsinə  uyğun 

gələn  inşaat  materiallarının  seçilməsinə  böyük 

fikir  verirdilər. 

11-ci əsrin ikinci yarısı və 12-ci əsrdə aparı-

lan  geniş  tikinti  işləri  Azərbaycan  memarlığının 

yeni bina növləri (mədrəsə, qülləvari türbə), kon-

struktiv  fəndlər  (ikiqatlı  örtük,  mərkəzi  dayaq 

sütunu),  quruluş  elementləri  (silindrik  minarə, 

baştağ),  bəzək  vasitələri  (həndəsi  naxış,  şirəli 

kərpic, bloklarla) və sairlə zənginləşirdi. Bu zaman 

orta əsr Azərbaycan memarlığı üçün ümumi üslub 

sistemi də formalaşırdı. 

Beləliklə,  14-16-cı  əsrlərdə  son  dərəcə 

müxtəlif  tikintilərin  yaradılması  inşaat  sənətinin 

yüksək  səviyyədə  inkişafına  səbəb  olmuşdu.  Bu, 

böyük  tikinti  (müxtəlif  növ  və  həcmli  memarlıq 

kompozisiyası, şəhərsalma) dövrü ilə əlaqədardır. 

Müsəlman  memarlığı  inşaatçılıq  əməllərini 

xalqa  göstərmək  üçün  yox,  xoş  niyyətlə,  Allah 

xatirinə olan əməldir. 

Məhəmməd  Peyğəmbərdən  (s)  rəvayət 

edirlər  ki,  o  buyurub:  “Allahın  yaratdığı  şeylər 

barəsində fikirləşməkdən böyük ibadət yoxdur”. 

12-13-cü  əsrlərdə  memarlıq  quruluşunda 

standartlaşdırılmış elementlərdən də geniş istifadə 

olunurdu. Bu dövrdə birtərəfli üzlük binaların yeri-

ni, ikitərəfli sadə üzlük blokları tuturdu. Ustalar bu 

üsulu kompleksdə dəfələrlə təkrar etməklə abidə-

nin  bədii  tərtibat  cəhətdən  yüksək  zövqünə  nail 

oldular. Bu üsulla polixrom mozaik elementlərdən 

və standart bloklardan geniş istifadə edilirdi. Bun-

dan  əlavə  bir  sıra  memarlıq  hissələrinin  bəzi  ele-

mentləri,  xüsusilə  stalaktitlər  və  onların  standart-

laşdırılmış komponentləri əvvəlcədən hazırlanırdı. 

Monumental binaların üz örtüyü ölkənin müxtəlif 

şəhərlərində vahid bir konstruktiv sxemə malik idi. 

Hörgü işi qurtardıqdan sonra binanın şirəli kərpic-

lərlə  üzlənməsi prosesinə  başlanırdı. Üzlü kərpic-

lər bir qayda olaraq kəc məhlulla bərkidilirdi. Bu 

məhlulun  möhkəmliyini  nəzərə  alaraq  ustalar 

ondan  zəlzələliyi  yüksək  olan  yerlərdə  tikililərdə 

geniş istifadə edirdilər. 

İslamın  yayıldığı  ilk  yüzilliklərdə  Ərəb 

Xilafəti mərkəzlərində çalışan, elm və incəsənətin 

inkişafında  mühüm  rol  oynayan  azərbaycanlılar 

içərisində  memar,  tikinti  ustaları  da  olmuşdur. 

Tarixi  qaynaqlarda  bildirilir  ki,  7-ci  əsrdə  xəlifə 

Ömər Kufədə məscid tikmək üçün Azərbaycanın 

qədim  şəhərlərindən  olan  Həmədandan  Ruzbeh 

adlı  bir  memar  çağırmış,  azərbaycanlı  memar 

Kufənin  ilk  məscidini  doğma  yurdunun  tikinti 

ənənələri əsasında ucaltmışdır.  

Orta  əsr  Azərbaycan  şəhərlərindən  – 

Naxçıvan, Bakı, Şamaxı və Təbrizdən çıxmış bəzi 

sənət ustaları nəinki öz vətənlərində tikilən böyük 

binalarda  iştirak  edirdilər,  onlar  hətta  Orta  Asiya 

və  Yaxın  Şərqə  də  (Səmərqənd,  Herat,  Məşhəd, 

Bağdad,  İsfahan  və  s.  kimi  mühüm  şəhərlərə) 

nadir tikililərə dəvət olunurdular.  

Tarixi  qaynaqlar  bildirir  ki,  Tac-Mahal 

kompleksinin baş memarı türk ustad Məhəmməd 

İsa Əfəndi olmuş, ona səmərqəndli, təbrizli, şirazlı, 

dəməşqli,  buxaralı,  lahorlu  usta  və  nəqqaşlar 

kömək etmişlər. 

Məlum  olduğu  kimi,  Teymurləng  fəal 

sifarişçi  olub.  O,  Orta  Asiyada  yerləşən  Əhməd 

Yasəvi  xanəgahının  tikinti  ölçüsünü  vermişdir. 

Doğrudan  da  binanın  texniki  təhlili  göstərdi  ki, 

onun  hissələri  proporsiyalaşdırma  sisteminə 

əsaslanmışdır.  

Teymurləng  “Avtobioqrafiya”  adlı  məşhur 

kitabda Səmərqənddə  tikdiyi  bir saray kompleksi 

haqda belə yazmışdır: “Mən mübarək şahlığımda 

saray  memarları  və  inşaatçılarının  gətirilməsinə 

əmr  verdim...  Onlar  birlikdə  hovuz  və  xiyaban-

ların  planlarını  hazırladılar,  bağın  divarları  və 

bağın  ortasında  ucaldılmasını  əmr  etdiyim  çox 

yüksək  sarayın  tikintisi  ilə  məşğul  oldular”.  Bu 



İslam memarlığı və inşaat

 

 



11 

məlumatdan  göründüyü  kimi  gəlmə  sənətkarlar 

Teymur tikililərində ən məsul işçiləri götürürdülər. 

 Səmərqənddə Azərbaycan memar və usta-

larının əli ilə onlarla abidələr – Bibixanım məscidi, 

Tuman  Əkə  türbəsi,  Uluqbəy  mədrəsəsi,  Şahi 

Zində  kompleksi  yaranmışdır.  Şahi  Zində 

ansamblı  və  bütövlükdə  Səmərqənd  üçün  tipik 

olmayan  belə  formanın  yaranması  Özbəkistan 

alimlərinin fikrincə hər şeydən əvvəl, hələ Teymur 

vaxtından  Səmərqəndə  gətirilmiş  azərbaycanlı 

ustalara borcludur.  

Türküstan,  Hindistan,  İran,  ərəb  ölkələri, 

Türkiyə  və  digər  islam  ölkələri  kimi  zəngin  irsi, 

parlaq memarlığı olan ölkələrdə çalışmaq, həm də 

böyük  nüfuz  sahibi  olan  azərbaycanlı  sənətkarın 

doğma yurdunda aldığı yüksək professional (ixti-

sas) hazırlığından, Azərbaycan mədəniyyəti, islam 

əxlaqı  və  mənəviyyatının  yüksək  səviyyəsindən 

irəli gəlirdi.  

Beləliklə, bəlli olduğu kimi, ayrı-ayrı dövr-

lərdə  xüsusən  Azərbaycanda  bizim  yaradıcılığın 

bütün mövqelərinin yüksək inkişaf etdiyi 12-16-cı 

əsrlərdə  Əcəmi  Naxçıvani  və  Əli  Şah  Təbrizi, 

dekorativ sənətdə Əli Məhəmməd oğlu Şirvani və 

digərləri  kimi  yaradıcılıq  diapazonuna  və  yüksək 

istedada  malik  sənətkarların  təkrarsız  əsərləri, 

onların yaratdıqları bədii məktəb və üslublar, zən-

gin irs və ənənə əsrlər boyu Şərq memar və xalq 

ustaları üçün tükənməz ilahi örnək mənbəyi olmuş 

və onları sənət inciləri yaratmağa ruhlandırmışdır. 

Bir  çox  görkəmli  memar  və  başqa  sənət-

karlar Müsəlman Şərqinin paytaxt və şəhərlərində 

geniş fəaliyyət göstərmiş, Tac-Mahal, Şahi Zində 

kompleksi,  Bibixanım  məscidi,  Aksaray,  İsfahan 

və  İstanbulun  bir  sıra  məşhur  abidələrinin 

tikilməsində bilavasitə iştirak etmişlər. 

 

 

 

 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə