Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз


nömrəli Sədərək orta məktəbinин yeni



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə74/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   70   71   72   73   74   75   76   77   ...   112

 
263
2 nömrəli Sədərək orta məktəbinин yeni 
binasının açılışı мярасими 
 
Oktyabrın 5-də prezident İlham  Əliyev Sədərəkdəki    
2 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak et-
mişdir. 
Məktəbin pedaqoji kollektivi dövlətimizin başçısını  həra-
rətlə qarşıladı. 
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə 
yaxından tanış oldu. 
Məlumat verildi ki, 594 şagird yeri olan 2 nömrəli Sədərək 
orta məktəbinin binası yeni inşa edilmişdir. Dördmərtəbəli bi-
nanın tikintisinə bu ilin mayında başlanılmışdır. Burada 33 sinif 
otağı vardır. Fənn kabinetləri, o cümlədən hərbi hazırlıq otağı 
və idman zalı zəruri əyani vəsaitlərlə təmin olunmuşdur. Burada 
həm də şagirdlərin ixtiyarına iki elektron lövhəli sinif otağı da 
verilmişdir. Məktəbdə internetə  çıxışı olan 31 kompyuter 
vardır. Kitabxanada 10 min nüsxəyə yaxın ədəbiyyat mühafizə 
edilir. 
Dövlətimizin başçısı məktəbin kollektivini təbrik etdi.  
İ l h a m  Ə l i y e v: Bu gözəl fürsətdən istifadə edərək, 
Azərbaycanın bütün müəllimlərini bayram münasibətilə 
ürəkdən təbrik etmək istəyirəm. Müəllimlər doğrudan da 
çox böyük missiyanı yerinə yetirirlər. Gələcək nəslin tərbiyə 
edilməsi, bilikli, savadlı olması üçün müəllimlər gecə-gündüz 
çalışırlar. Hər bir ölkənin inkişafı  üçün müəllimlərin fəaliy-
yəti başlıca rol oynayır.  Çünki  ölkə  təbii sərvətlərlə  zəngin 
ola bilər,  ölkənin digər imkanları, yəni maliyyə imkanları 
geniş ola bilər. Amma əgər peşəkar kadrlar yoxdursa, intel-
lektual potensial yüksək səviyyədə deyilsə, o ölkələr həmin 
imkanlardan heç vaxt səmərəli şəkildə istifadə edə bilməyə-
cəklər. Ona görə biz təbii resurslarımızı insan kapitalına 
çeviririk. Bizim siyasətimizin  əsas istiqaməti bundan iba-
rətdir ki, Azərbaycanda insan kapitalına qoyulan sərmayə 
gündən-günə artsın. Bu yeni orta məktəblərin, ali məktəb-


 
264
lərin yaradılması bir məqsədi güdür ki, Azərbaycanda təh-
silin səviyyəsi bizi qane edən səviyyəyə qalxsın. Bunu etmək 
üçün  məktəb tikintisi də, təhsilin keyfiyyətinin yaxşılaşdırıl-
ması, artırılması da lazımdır. Bu gün mən Naxçıvanda artıq 
üçüncü məktəbin açılışında iştirak edirəm. İki məktəb Şərur 
rayonunda, bir məktəb Sədərək rayonunda açılmışdır  вя 
онлар  gözəl, yaraşıqlı, işıqlı, geniş  və  ən müasir avadanlıqla 
təchiz edilmiş məktəblərdir.  
Biz güclü dövlət qururuq, bu dövlətin təməlini ulu öndər 
Heydər  Əliyev qoymuşdur. Azərbaycanda dövlət qurucu-
luğu məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində başlanmış-
dır və bu gün Azərbaycan qüdrətli dövlətdir. Biz müasir 
dövlət qururuq. Azərbaycanda bütün demokratik azadlıqlar 
mövcuddur. Azərbaycanda stabillik, ictimai-siyasi asayiş, 
təhlükəsizlik yüksək səviyyədədir.  Əgər statistikaya baxsaq 
görərik ki, ən az cinayətlər olan yer elə Azərbaycandır. Nəyə 
görə?!  Çünki burada ictimai-siyasi vəziyyət müsbətdir, ab-
hava gözəldir. Ölkəmizin hər bir yerində quruculuq, inkişaf 
prosesləri sürətlə gedir. 
Bu gün Sədərək rayonunda gözəl mərkəzi xəstəxananın 
açılışında iştirak etdim, indi məktəbin açılışında iştirak 
edirəm. Bu, vacib sosial obyektlərdir, insanlara xidmət edə-
cəkdir. Biz elə etməliyik ki, hər bir bölgədə bu gözəl təşəb-
büslər özünü göstərsin və reallığa çevrilsin. Siz lap sərhəddə 
yerləşirsiniz. Sədərəklilər, bütün naxçıvanlılar Azərbaycanın 
ərazi bütövlüyü uğrunda vuruşmuşlar, qan tökmüşlər. 
Biz o illəri yaxşı xatırlayırıq və Azərbaycan torpaqları 
işğal altına düşəndən sonra  erməni qəsbkarları Naxçıvanı da 
işğal etməyə  çalışırdılar. O vaxt ancaq naxçıvanlıların ira-
dəsi və ulu öndər Heydər  Əliyevin siyasəti nəticəsində nax-
çıvanlılar Naxçıvanı qorudular.  
Bu gün atəşkəs rejimi şəraitindəyik. Hələ müharibə başa 
çatmayıb. Müharibənin birinci mərhələsi başa çatıb. Müha-
ribə o vaxt başa  çatacaq ki, sülh müqaviləsi bağlanacaq. 
Sülh müqaviləsi o vaxt bağlana bilər ki, Azərbaycanın işğal 


 
265
olunmuş  bütün torpaqları qayıtsın və Azərbaycanın  ərazi 
bütövlüyü  bərpa olunsun. Dağlıq Qarabağ Azərbaycanın 
əzəli torpağıdır. Azərbaycan xalqı əsrlər boyu Dağlıq Qara-
bağda və  ətraf bölgələrdə yaşamışdır, yaratmışdır. Bütün 
tarixi adlar, toponimlər Azərbaycan xalqının adı ilə bağlıdır. 
Azərbaycan bu gün istənilən məsələni istənilən yolla həll 
etməyə qadirdir.  
Bu gün Azərbaycan qüdrətli dövlətdir və Ermənistanla 
müqayisəolunmaz səviyyədədir. İqtisadiyyatımız Ermənistan 
iqtisadiyyatından 7-8 dəfə böyükdür. Hərbi məsələlərə ayrı-
lan xərclər Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir. 
Demoqrafik məsələləri götürək. Bu gün Azərbaycanın əhalisi 
9 milyondur. Getdikcə sayımız artacaqdır. Təbii proseslər 
onu göstərir və  mən buna şübhə etmirəm ki, Azərbaycan 
ərazi bütövlüyünü  bərpa edəcək, işğal edilmiş torpaqları 
azad edəcəkdir. Bu gün işğal altındakı  bütün torpaqlarda 
Azərbaycanın suveren hüquqları  bərpa olunacaqdır. Azər-
baycanın uğurlu inkişafı bizdən asılıdır. Bu məktəbin və 
Naxçıvanda digər vacib sosial obyektlərin açılması bizim 
gücümüzü bir daha göstərir. 
Bu gözəl hadisə  münasibətilə  mən sizə  öz  ürək sözlərimi 
demək istədim. Bir də demək istəyirəm ki, bu əlamətdar 
gündə bütün Azərbaycan müəllimlərini bayram münasibətilə 
təbrik edirəm. Sizi bir daha bu gözəl məktəbin açılışı  mü-
nasibətilə təbrik edirəm. 
Məktəbin kollektivi adından  çıxış edən müəllimə Elmira 
Dadaşova Azərbaycanın bugünkü inkişafında ulu öndər 
Heydər Əliyevin və prezident İlham Əliyevin müstəsna xidmət-
lərini vurğuladı. O, bütün bölgələrdə olduğu kimi, Naxçıvanda 
da yeni təhsil, səhiyyə və digər sosial obyektlərin yaradıldığını 
dedi. Qeyd etdi ki, bütün bunlar dövlətimizin başçısının xalqa 
qayğısının bariz nümunəsidir. 
 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə