Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə64/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   60   61   62   63   64   65   66   67   ...   112

 
228
və  bütün beynəlxalq təşkilatlarda məsələlərə vahid mövqe-
dən yanaşırıq. Mən bu gün xüsusilə qeyd etdim ki, Özbə-
kistan Azərbaycanın haqq işini daim dəstəkləyir, Ermənis-
tan–Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin Azərbay-
canın  ərazi bütövlüyü  çərçivəsində  həll olunmasını  nəinki 
rəsmi bəyanatlarla dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı 
Baş  Məclisinin iclaslarında birmənalı  şəkildə Azərbaycanın 
mövqeyinə  səs verir. Bu gün  Özbəkistanın prezidenti bir 
daha bu prinsipial mövqeyini bildirmişdir.  
Bizim aramızda çoxşaxəli münasibətlər vardır – həm iqti-
sadi, siyasi və həm də başqa sahələrdə. Ən əsası odur ki, biz 
səmimi dostuq, qardaşıq. Bu gün yəqin ki, münasibət-
lərimizin tarixində  öz yerini tutacaqdır.  Çünki bu gün gör-
düyümüz işlər münasibətlərimizin inkişaf etdirilməsində çox 
mühüm rol oynayacaqdır.  
Bu mənim  Özbəkistana ikinci rəsmi səfərimdir. Birinci 
səfərdə biz Azərbaycanın böyük oğlu Nizami Gəncəvinin 
abidəsini hörmətli prezident Kərimov ilə bərabər açdıq. 2 il 
əvvəl İslam Kərimovun rəsmi səfəri zamanı Özbəkistan xal-
qının böyük oğlu  Əlişir Nəvainin abidəsi Bakıda ucal-
dılmışdır. Bu gün Heydər Əliyevin adını daşıyan mədəniyyət 
mərkəzinin yeni dövrü başlayır. Bu hadisələr onu göstərir ki, 
aramızda olan münasibətlərin  çox dərin kökləri və  çox 
mənalı məzmunu vardır.  
Bu gözəl hadisə  münasibətilə sizi ürəkdən təbrik etmək 
istəyirəm. Buraya Özbəkistanda yaşayan Azərbaycan dias-
porunun, özbək ictimaiyyətinin nümayəndələri toplaşmışlar. 
Siz  Özbəkistanın dəyərli vətəndaşları kimi, onun inkişafına 
töhfənizi verirsiniz. Ancaq siz Azərbaycanı da təmsil edir-
siniz. Bilirəm ki, burada azərbaycanlılar  üçün bütün  şərait 
yaradılıbdır. Dəyərli vətəndaşlar kimi, siz də  bütün hüquq-
lara maliksiniz. Bir növ  Özbəkistan ilə Azərbaycan arasın-
dakı münasibətlərdə çox vacib funksiyanı daşıyırsınız. Bilir-
siniz ki, Azərbaycanda həmişə sizinlə maraqlanırlar, işləri-
nizə diqqət göstərilir. Biz bundan sonra da çalışacağıq ki, 


 
229
bütün başqa  ölkələrdə, dünyada yaşayan azərbaycanlılarla 
işlərimiz,  əlaqələrimiz daha da yüksək səviyyədə qurulsun. 
Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə  uğurlar arzula-
yıram. 
S ü d a b ə  M ə m m ə d o v a (Özbəkistan Milli Elmlər 
Akademiyasının Mikrobiologiya İnstitutunun elmi işçisi):  Cə-
nab Prezident, Sizi Azərbaycanın diasporu adından salam-
layıram.  Özbəkistana xoş  gəlmisiniz! Bu gün doğrudan da  
tarixi bir gündür ki, biz onu burada qeyd edirik. Cənab 
Prezident, Sizin şəxsi təşəbbüsünüz ilə bu bina əsaslı  təmir 
edildi, yenidən quruldu. İndi də bizə təqdim olunur. Biz Sizə 
təşəkkürümüzü bildiririk, minnətdarıq, çox sağ olun. Щarada 
olsaq da biz hamımız azərbaycanlı adımızı başqa dövlətlər, 
millətlər içində yüksək tutmağa çalışırıq və çalışacağıq. Çox 
sağ olun.  
İ l h a m  Ə l i y e v: Sağ olun, təbrik edirəm.  
 
Səfər başa çatdı 
 
Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezi-
denti  İlham  Əliyevin  Özbəkistan Respublikasına rəsmi səfəri 
başa çatmışdır.  
Azərbaycanın və  Özbəkistanın dövlət bayraqları ilə  bəzə-
dilmiş «Daşkənd-2»  аеропортунда prezident İlham  Əliyevin 
şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü.  
Аеропортда prezident İlham  Əliyevi  Özbəkistanın yüksək 
vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.  
 
* * * 
  
Həmin gün prezident İlham Əliyev Vətənə qayıtdı.  
Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlətimizin baş-
çısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiya-
sının rəhbəri Ramiz Mehdiyev, Bakı  Şəhər  İcra Hakimiy-
yətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.  


 
230
 
 
 
İSPANİYA KRALI ƏLAHƏZRƏT  
I XUAN KARLOSA 
 
Əlahəzrət! 
İspaniya Krallığının milli bayramı  münasibətilə Sizə 
və Sizin simanızda bütün xalqınıza  öz adımdan və Azər-
baycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən 
məmnunluq duyuram. 
Azərbaycan ilə  İspaniya arasındakı  münasibətlər bu gün 
dostluq və  əməkdaşlıq məcrasında müvəffəqiyyətlə inkişaf 
etməkdədir. Əminəm ki, əlaqələrimizin ikitərəfli və çoxtərəfli 
qaydada möhkəmləndirilməsi və genişləndirilməsi istiqa-
mətində səylərimizi xalqlarımızın mənafelərinə uyğun olaraq 
bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. 
Belə bir əlamətdar gündə Sizə  möhkəm cansağlığı, işlə-
rinizdə  uğurlar, dost İspaniya xalqına sülh və firavanlıq di-
ləyirəm. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 28 sentyabr 2010-cu il 


 
231
 
 
 
İRANIN BİRİNCİ VİTSE-PREZİDENTİNİN 
İQTİSADİ MƏSƏLƏLƏR ÜZRƏ MÜAVİNİ  
ƏLİ AĞAMƏHƏMMƏDİNİN BAŞÇILIQ  
ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ ИЛЯ  
ЭЮРЦШ  
  
Prezident sarayı  
 
28 sentyabr 2010-cu il  
 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 
sentyabrın 28-də  İran  İslam Respublikasının Birinci vitse-
prezidentinin iqtisadi məsələlər  üzrə  müavini  Əli Ağaməhəm-
mədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  
Görüşdə Azərbaycan ilə  İran arasında  əlaqələrin müxtəlif 
sahələrdə, o cümlədən iqtisadi sahədə  uğurla inkişaf etdiyi 
vurğulandı  və  ölkələrimizin birgə  əməkdaşlıq imkanlarının 
genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.  
 
 
 
 
 
 
 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə