Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə61/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   57   58   59   60   61   62   63   64   ...   112

 
217
 
 
 
AZƏRBAYCAN VƏ ЮЗБЯКИСТАН 
PREZİDENTLƏRİNİN MƏTBUAT ÜÇÜN 
BƏYANATLARLA ÇIXIŞLARI  
  
27 sentyabr 2010-cu il  
 
Sentyabrın 27-də Daşkənddə  sənədlərin imzalanmaсы 
mərasimi başa  çatdıqdan sonra Azərbaycan prezidenti İlham 
Əliyev və Özbəkistan prezidenti İslam Kərimov mətbuat üçün 
bəyanatlarla çıxış etmişlər.  
 
Özbəkistan prezidenti İslam Kərimovun bəyanatı 
 
Hörmətli İlham Heydər oğlu!  
Hörmətli kütləvi informasiya vasitələrinin нümayəndələri!  
Xanımlar və cənablar!  
Hörmətli qonağımızı, Azərbaycan prezidenti İlham Heydər 
oğlu  Əliyevi və  bütün azərbaycanlı dostlarımızı bir daha 
salamlamaqdan böyük məmnunluq duyuram. Ənənəvi ola-
raq  Özbəkistan–Azərbaycan münasibətlərinə xas açıq, kon-
struktiv şəraitdə keçən və bir qədər əvvəl başa çatmış danı-
şıqların yekunlarından tam məmnunluq ifadə etmək istər-
dim. Biz ikitərəfli xarakter daşıyan bir çox məsələləri ətraflı 
və  hərtərəfli müzakirə etdik, aktual, ən kəskin regional və 
beynəlxalq problemlərə dair fikir mübadiləsi apardıq. Səfər 
çərçivəsində ikitərəfli  əlaqələrin bir çox baza və praktiki 
istiqamətlərini konkretləşdirən və stimullaşdıran sanballı 
mühüm sənədlər paketi imzalanmışdır. Onların arasında 
rəsmi səfərin yekunlarına dair Birgə  Bəyannaməni xüsusi 
qeyd etmək istərdim.  
Özbəkistanda bizə yaxın olan və tanınmış lider İlham 
Əliyevin düşünülmüş və əsasən praqmatik siyasəti sayəsində 


 
218
müstəqilliyin, iqtisadi potensialın və beynəlxalq nüfuzun 
möhkəmləndirilməsi yolu ilə  qətiyyətlə addımlayan Azər-
baycanın böyük uğurlarından və nailiyyətlərindən yaxşı 
xəbərdardırlar və bunlara görə ürəkdən sevinirlər.  
Danışıqlar zamanı bir daha təsdiq etdik ki, Dağlıq Qa-
rabağ problemi ilə bağlı mövqeyimiz birmənalı və dəyişməz 
qalır. Özbəkistan bu çoxillik münaqişənin sülh yolu ilə siyasi 
həllinə tərəfdardır və tərəfdar olaraq qalır. Özbəkistan hesab 
edir ki, bu münaqişənin həllinin başlıca  şərtlərindən biri 
Azərbaycanın  ərazi bütövlüyünün təmin olunmasıdır. Zən-
nimcə, bu mövqe beynəlxalq normalara, tarixi paralellərə 
cavab verir. Özbəkistanın bu məsələ ilə bağlı mövqeyi dəyiş-
məzdir: Azərbaycanın  ərazi bütövlüyü  müqəddəs anlayışdır 
və problemin bütün həll variantlarında onu əsas götürmək 
lazımdır.  
Özbəkistan ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın 
geniş potensialını  nəzərə alaraq, tərəflər etiraf etmişlər ki, 
əmtəə  dövriyyəsinin və qarşılıqlı kooperasiyasının indiki 
səviyyəsi mövcud imkanlarımıza uyğun deyildir. Bununla 
əlaqədar, indi qəbul etdiyimiz 2011–2015-ci illər  üçün iqti-
sadi əməkdaşlıq proqramının hökumətlərarası səviyyədə fəal 
əlaqələndirilməsi şərti ilə tam həyata keçirilməsi mühüm əhə-
miyyət kəsb edir. Biz ölkələrimizin iri nəqliyyat-kommuni-
kasiya, tranzit potensialından daha səmərəli və qarşılıqlı su-
rətdə faydalı şəkildə istifadə olunması imkanlarının öyrənil-
məsi barədə razılığa gəldik.  
Praktiki olaraq gündəlik fəaliyyətimiz ikitərəfli mədəni-
humanitar münasibətlərin möhkəmləndirilməsinə  və inkişaf 
etdirilməsinə yönəldilmişdir. Biz fəxr edirik ki, ümumi kök-
lərimiz vardır. Biz dilimizin, mədəniyyətlərimizin və xalqları-
mızın mənəvi yaxınlığı ilə  fəxr edirik. Mən nümayəndə 
heyətinin tərkibində şeyxülislam Allahşükür Paşazadənin də 
olduğuna görə İlham Heydər oğluna minnətdaram. Mən bu 
insana çox böyük hörmət bəsləyirəm və jurnalistlərin qarşı-
sında bir daha vaxtilə  Özbəkistanda təhsil almış  və  Özbə-


 
219
kistanı  həqiqətən  özünün ikinci vətəni sayan bu insana 
böyük ehtiramımı  təsdiq etmək istəyirəm. Biz də onu Öz-
bəkistan mədəniyyətinə, dininə yaxın, Mərkəzi Asiyanın ta-
rixini gözəl bilən bir insan hesab edirik.  
 Budəfəki səfər Azərbaycan ilə  Özbəkistanın münasi-
bətlərinin tarixində daha bir mühüm hadisə – Azərbaycan 
xalqının görkəmli oğlu, ikitərəfli münasibətlərin inkişafına 
misilsiz töhfə vermiş, mübaliğəsiz deyə bilərəm ki, özbək 
xalqının böyük dostu Heydər  Əlirza oğlu  Əliyevin adını 
daşıyacaq Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı ilə 
əlamətdardır.  
Yaxşı yadımdadır, bir dəfə  mən onunla birlikdə bizim 
milli universitetin tələbələri və professor-müəllim heyəti ilə 
görüşdə idim. O vaxt Heydər  Əliyev tələbələr və  müəllim 
heyəti qarşısında təqribən saat yarım  çıxış etdi. Tribunaya 
əlində kağız olmadan yaxınlaşanda fikirləşmişdim ki, belə 
neçə dəqiqə danışa biləcək. Əgər daha çox danışmağa imkan 
olsaydı, o bizim tələbələri elə cəlb edə bilərdi ki, onlar vaxtın 
necə keçdiyini heç hiss etməzdilər. O, gözəl natiq, sözlərində 
dinləyicilərə lazım olan məzmunu, onların ehtiyac duyduğu 
mənanı  çatdırmağı bacaran insan idi. Onun dinləyicilərlə 
necə  əlaqə yaratmasını unutmaq mümkün deyildir. O vaxt 
biz ilk dəfə onu xorla Haydar əkə adlandırdıq.  Özbək 
dilində bu, «möhtərəm», «ağsaqqal» deməkdir. Bizim Özbə-
kistanda Haydar əkə adlı adamlar çoxdur. Buna görə  mən 
onu Heydər  Əliyeviç deyil, daha çox Haydar Əliyeviç 
çağırardım. Mən bu insanın pərəstişkarıyam və fəxr edirəm 
ki, onunla birlikdə  işləməli, onunla birlikdə o qədər prob-
lemləri yaşamalı  və aradan qaldırmalı olmuşam.  Ən 
başlıcası, bu insan bütün varlığı ilə yalnız bir şeyi istəyirdi: 
özbəklər və azərbaycanlılar sülh və dostluq şəraitində yaşa-
sınlar, onların gələcəyi birlikdə olsun.  
 
 
 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə