Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə57/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   53   54   55   56   57   58   59   60   ...   112

 
203
 
 
 
ÖZBƏKİSTAN PREZİDENTİNİN 
İQAMƏTGAHINDA RƏSMİ QARŞILANMA 
MƏRASİMİ  
  
Daşkənd  
 
27 sentyabr 2010-cu il  
 
Sentyabrın 27-də  Özbəkistan Respublikası  Preziden-
tinin iqamətgahında Azərbaycan Respublikasının  Prezidenti 
İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.  
İqamətgahın qarşısında dövlətimizin başçısının  şərəfinə 
Fəxri qarovul dəstəsi düzülmüşdü.  
Özbəkistan prezidenti İslam Kərimov Azərbaycan prezi-
denti İlham Əliyevi qarşıladı.  
Azərbaycan və  Özbəkistan respublikaларынын  dövlət himn-
ləri səsləndi.  
Fəxri qarovul dəstəsinin rəisi prezident İlham  Əliyevə ra-
port verdi.  
Prezidentlər hərbi marşın sədaları altında Fəxri qarovul 
dəstəsinin qarşısından keçdilər.  
Özbəkistanın yüksək vəzifəli rəsmi şəxsləri prezident İlham 
Əliyevə, Azərbaycan nümayəndə heyətinin  üzvləri isə pre-
zident İslam Kərimova təqdim olundu.  
Prezident  İslam Kərimov  Özbəkistanda akkreditə olunan 
diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəh-
bərlərini prezident İlham Əliyevə təqdim etdi. 
 
 


 
204
 
 
 
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN 
VƏ ÖZBƏKİSTAN PREZİDENTİ  
İSLAM KƏRİMOVUN TƏKBƏTƏK  
GÖRÜŞÜ  
 
Daşkənd  
 
27 sentyabr 2010-cu il  
 
Sentyabrın 27-də rəsmi qarşılanma mərasimindən sonra 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Öz-
bəkistan Respublikasının Prezidenti İslam Kərimovun tək-
bətək görüşü olmuşdur.  
İ  s l a m  K ə  r i m o v: İlham Heydər oğlu, mən Sizi 
Özbəkistan torpağında salamlamağa və ortaq dilimizdə 
«Xoş gəlmisiniz Özbəkistana!» – deməyə ürəkdən şadam. Si-
zin Özbəkistana rəsmi səfərinizi biz əlamətdar hadisə, Özbə-
kistan ilə Azərbaycan arasında mövcud olan, dinamik in-
kişaf edən münasibətlərin qanunauyğun və  məntiqi davamı 
hesab edirik. Fikrimcə, səfərinizin əhəmiyyətini həm də onda 
görmək olar ki, bu gün yaşadığımız mürəkkəb dövrdə – tək-
cə  dünya miqyasında deyil, Qafqaz regionunda və  Mərkəzi 
Asiya regionunda yaranmış  mürəkkəb  şəraitdə Sizinlə  gö-
rüşlərimiz, fikir mübadiləsi aparmağımız, dövlətlərimizi ma-
raqlandıran aktual, son dərəcə vacib və  kəskin məsələləri 
müzakirə etməyimiz, düşünürəm ki, çox böyük və  mühüm 
əhəmiyyətə malikdir.  
Fikir mübadiləsi  özlüyündə artıq böyük sərvət, böyük 
hadisədir. Bunun nəticəsində biz nəinki  əməkdaşlığımızın 
ötən dövründə  görülmüş  işlərə yekun vura bilərik, həm də 
deyərdim ki, bu gün müəyyən düzəlişlər etməyin, Azərbay-
can və  Özbəkistan  üçün birmənalı  şəkildə  əhəmiyyət kəsb 


 
205
edən bütün problemlərin həllinin yeni yollarını, prioritet isti-
qamətlərini müəyyən edə bilərik. Hesab edirəm ki, son 
zamanlar xüsusən Mərkəzi Asiya regionunda baş vermiş 
hadisələr bizim regionda insanları narahat edir, onların 
rahatlığı, sülh və sabitlik üçün problemlər yaradır. Eynilə 
sizin regionda da daimi münaqişə ocaqları vardır və bu 
münaqişələrin həll edilməsi vaxtı çoxdan çatmışdır. Bizim bu 
məsələlər barəsində – həm Azərbaycanın Mərkəzi Asiya 
problemlərinə, həm də Özbəkistanın Dağlıq Qarabağ məsə-
ləsinə dair mövqelərimiz və baxışlarımız eynidir. Fürsətdən 
istifadə edib jurnalistlərin qarşısında bir daha demək istər-
dim ki, Özbəkistanın Dağlıq Qarabağ barədə  mövqeyi də-
yişmir, dəyişməzdir və daimidir. Dağlıq Qarabağ problemi 
dinc, siyasi yolla həll edilməlidir. Lakin bir prinsipə dönmə-
dən riayət edilməlidir. Bu, sərhədlərin toxunulmazlığı, Azər-
baycanın suverenliyi və ərazi bütövlüyü prinsipidir.  
İqtisadi məsələlərə gəldikdə, ümumi fikir belədir ki, Azər-
baycanın və  Özbəkistanın potensialından tam həcmdə isti-
fadə edilmir və bunun səbəbi, ilk növbədə transkommu-
nikasiya problemləri ilə bağlı  məsələlərdir. Güman edirəm 
ki,  əgər bu məsələ  həll edilsə, biz hələ  tələbat olmayan im-
kanlardan istifadə edəcəyik. Bu gün həmin imkanlardan 
Azərbaycanın və  Özbəkistanın mənafeyi  üçün istifadə edil-
məsi çox vacibdir. Aydındır ki, biz bu məsələlər barəsində də 
fikir mübadiləsi etməyə imkan tapacağıq.  
Mədəni-humanitar məsələlərə gəldikdə, hesab edirəm ki, 
bu bizim üçün çox mühüm sahədir. Ona görə ki, tariximizdə, 
azərbaycanlıların və  özbəklərin milli maraqlarında, onların 
yaşadığı həyat tərzində ümumi cəhətlər çoxdur. Söhbət təkcə 
dinimizin deyil, həm də dilimizin, mədəniyyətimizin, Azər-
baycanın və  Özbəkistanın birmənalı  şəkildə  qürur duyduğu 
mənəvi dəyərlərin  ümumiliyindən gedir. Bu mövzuda da 
danışmağa sözümüz vardır.  


 
206
Sizə bir daha «Özbəkistana xoş  gəlmisiniz!» – demək və 
Azərbaycanın bütün nümayəndə heyətinə burada vaxtı  sə-
mərəli keçirməyi arzulayıram.  
İ l h a m  Ə l i y e v: Hörmətli İslam Əbdüqəniyeviç, xoş 
sözlər  üçün  çox sağ olun. İlk növbədə, qardaş  Özbəkistana 
dəvətə görə təşəkkürümü bildirmək istəyirəm. Qardaş Özbə-
kistan torpağında bir daha olmaq, münasibətlərimizin geniş 
gündəliyinə dair Sizinlə fikir mübadiləsi aparmaq, habelə 
münasibətlərimizin dostluq, qardaşlıq və  əməkdaşlıq ru-
hunda gələcək inkişaf yollarını birgə müəyyənləşdirmək mə-
nə çox xoşdur. Gündəliyimiz yetərincə genişdir. Biz bir çox 
istiqamətlərdə  fəal  əməkdaşlıq edirik. Əlbəttə, iqtisadi əla-
qələrimizin zirvədə olan siyasi münasibətlərimiz səviyyəsinə 
yaxınlaşmasını istərdik.  Ölkələrimiz arasında həm regional 
problemlərlə, həm də Qafqaz, Xəzər dənizi, Mərkəzi Asiya 
regionlarında nizama salınmamış münaqişələrə və potensial 
təhlükələrlə  əlaqədar məsələlərə dair tam qarşılıqlı anlaşma 
mövcuddur.  
Biz Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ  münaqi-
şəsinin həlli məsələsində prinsipial mövqeyə  görə  Özbəkis-
tana və şəxsən Sizə çox minnətdarıq. Siz bu mövqeni indi bir 
daha ifadə etdiniz. Həm  ötən illərdəki  çıxışlarda, həm də 
beynəlxalq təşkilatlarda səsvermə zamanı Özbəkistan həmişə 
məhz prinsipiallığı, ardıcıllığı  və Azərbaycan ilə dostluq və 
qardaşlıq münasibətlərinə, habelə beynəlxalq normalara 
sadiqliyi ilə  fərqlənmişdir. Biz qonşu dövlətlərin bütün sər-
hədlərinə  hörmət edirik və  əlbəttə ki, qonşularımızın, ilk 
növbədə, uzun illər boyu beynəlxalq hüququn norma və 
prinsiplərini, BMT Təhlükəsizlik Şurasının, BMT Baş Məc-
lisinin və nüfuzlu beynəlxalq təşkilatların qətnamələrini ko-
bud surətdə pozan Ermənistanın bu cür münasibətinə ümid 
bəsləyirik. Ona görə  də Sizə bir daha təşəkkür etmək istə-
yirəm. Biz Özbəkistanın 2 il əvvəl BMT Baş  Məclisində 
Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair mə-
sələ ilə bağlı  səsvermə zamanı ifadə olunmuş  mövqeyini 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə