Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə55/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   51   52   53   54   55   56   57   58   ...   112

 
196
bütövlüyünə tam dəstəyini vermiş  və torpaqların gücdən 
istifadə edərək ələ keçirilməsinin qəbuledilməzliyini vurğula-
mışdır. BMT, həmçinin Dağlıq Qarabağı Azərbaycanın bir 
hissəsi kimi tanımış, işğalçı  qüvvələrin Azərbaycanın işğal 
edilmiş bütün ərazilərindən dərhal, tam şəkildə və qeyd-şərt-
siz  çıxarılmasına  çağırmışdır. Birləşmiş Millətlər Təşkilatı-
nın Baş  Məclisi və digər beynəlxalq təşkilatlar, o cümlədən 
ATƏT, Avropa Şurası, Avropa parlamenti, İslam Konfransı 
Təşkilatı eyni mövqeni tutmuşlar. Əfsuslar olsun ki, beynəl-
xalq ictimaiyyətin yekdil mövqeyinə baxmayaraq, Azər-
baycan əraziləri işğal altında qalmaqda davam edir.  
Bu günə  qədər münaqişənin mümkün qədər tez və da-
vamlı həll variantını tapmaq məqsədi ilə vicdanla danışıqlar 
aparmaq  əvəzinə, Ermənistan vəziyyətin ağırlaşmasına  üs-
tünlük verir ki, bu da öz növbəsində  gözlənilməz nəticələrə 
gətirə bilər.  
Münaqişənin tezliklə həll olunması istiqamətində göstəri-
lən hazırkı  səylərə baxmayaraq, Azərbaycanın işğal edilmiş 
ərazilərində aparılan işlər beynəlxalq hüququ kobud surətdə 
pozur və  işğalın cari status-kvosunun daha da möhkəm-
ləndirilməsinə, etnik təmizləmənin nəticələrinin saxlanma-
sına, zəbt olunmuş ərazilərdə məskunlaşmanın aparılmasına 
xidmət edir, o cümlədən münaqişənin dinc yolla həllinə ciddi 
maneə yaradır. Belə ki, münaqişənin başladığı andan ötən 
dövr ərzində çoxlu sayda insan azərbaycanlıların qovulduğu 
işğal altındakı bölgələrə köçməyə həvəsləndirilmişdir. 2005-ci 
ildə ATƏT Azərbaycanın işğal edilmiş  ərazilərinə faktaraş-
dırıcı missiyasını  göndərmiş  və  həmin missiya orada in-
sanların məskunlaşması faktını  müəyyən etmiş, «Azərbay-
canın işğal edilmiş  ərazisində  hər hansı digər məskunlaş-
maqdan çəkinməyə» çağırmışdır.  
Ermənistan işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni 
və tarixi köklərini nümayiş etdirən maddi sübutları yox 
etməyə  çalışaraq, həmin yerlərin tarixi və  mədəni simasını 
dəyişmək məqsədi ilə ardıcıl tədbirlər görməkdədir. Nəticə-


 
197
də, işğal olunmuş ərazilərdə Azərbaycanın elə bir tarixi və ya 
mədəni abidəsi, elə bir müqəddəs yeri qalmamışdır ki, ona 
zərər dəyməsin, yaxud orada vandalizm aktları törədilməsin.  
İşğal edilmiş  ərazilərə insanların köçürülməsi, eləcə  də 
tarixi və mədəni irsin məhv edilməsi, mənimsənilməsi orada 
aparılan qeyri-qanuni fəaliyyətin müxtəlif formaları ilə 
yanaşı, məcburi köçkünlərin mülkiyyət hüquqlarına da 
birbaşa zərər vurur. Siyasi məsələlərə dair razılaşmanın ol-
maması, münaqişənin dondurulmuş  vəziyyətdə qalması  və 
uzun müddət davam edən danışıqlar münaqişə ilə bağlı 
beynəlxalq hüquqa və insan hüquqları sahəsində beynəlxalq 
qanunlara davamlı şəkildə bilərəkdən riayət edilməməsindən 
irəli gələn digər problemlərə diqqətin yetirilməməsi  üçün 
bəhanə kimi istifadə edilməli deyildir.  
Cənab sədr! 
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və onun ətrafın-
da silahlı münaqişənin tezliklə həll edilməsi bizim üçün başlıca 
vəzifə olaraq qalır. ATƏT-in Minsk qrupunun həmsədr 
ölkələri regiona sülh və sabitliyin gətirilməsində  səylərini 
göstərirlər. Münaqişənin həlli erməni hərbi qüvvələrinin işğal 
edilmiş Azərbaycan  ərazilərindən müəyyən edilmiş  müddət 
ərzində  çıxarılmasını, bütün kommunikasiyaların bərpasını, 
bütün qaçqın və  məcburi köçkünlərin doğma yerlərinə 
qayıtmasını, beynəlxalq təhlükəsizlik zəmanətlərini, o cümlə-
dən sülhməramlı  qüvvələri, Dağlıq Qarabağın müvəqqəti 
statusunu nəzərdə tutur. Biz Dağlıq Qarabağın Azərbaycan 
Respublikasının tərkibində statusunun yekunlaşdırılması 
üçün xoş məramla danışıqları davam etdirməyə hazırıq.  
ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən 2009-cu 
ilin dekabr ayında Ermənistan ilə Azərbaycana təqdim 
edilmiş mərhələli variant prinsip etibarilə Ermənistan–Azər-
baycan, Dağlıq Qarabağ  münaqişəsinin uzunmüddətli həl-
linə nail olmaqda əsas kimi Azərbaycan tərəfindən qəbul 
edilmişdir. Əfsuslar olsun ki, Ermənistan tərəfi həmsədrlərin 
təklifinə aydın cavabını hələ də uzadır.  


 
198
Azərbaycan öz suverenliyi və ərazi bütövlüyü baxımından 
həyati  əhəmiyyət kəsb edən məsələlər  üzrə  üzv dövlətlərin 
prinsipial mövqeyini yüksək qiymətləndirir. Biz beynəlxalq 
ictimaiyyətin Azərbaycanın  ədalətli mövqeyi ilə davamlı 
şəkildə  həmrəy olmasına və  mövcud  çətinliklərin qərəzsiz, 
açıq və  əhatəli  şəkildə  həllinə  yönəlmiş Birləşmiş Millətlər 
Təşkilatı çərçivəsində irəli sürdüyümüz təşəbbüslərə, mühüm 
dəstəyə arxalanırıq.  
Xanımlar və cənablar!  
Həll olunmamış Dağlıq Qarabağ  münaqişəsinə  və  işğal 
edilmiş ərazilərə baxmayaraq, Azərbaycan hökuməti ölkədə 
siyasi sabitliyin, demokratik inkişafın, iqtisadi çiçəklənmə və 
sosial rifahın təmin edilməsinə nail olmuşdur. Bu gün 
Azərbaycan iqtisadiyyatı  dünyada  ən sürətlə inkişaf edən 
ölkələrdən biridir. Yalnız son 5 ildə Azərbaycan  ümumi 
daxili məhsulunu təxminən 3 dəfə artırmışdır.  
Formalaşan  Şərq–Qərb və  Şimal–Cənub nəqliyyat və 
enerji dəhlizləri boyunca əsas ticarət marşrutlarının kəsiş-
məsində yerləşən Azərbaycanın strateji-coğrafi mövqeyi  öl-
kənin enerji və infrastruktur qovşağına  çevrilməsində  mü-
hüm amildir. Azərbaycanda təsdiqlənmiş böyük neft və qaz 
ehtiyatları vardır və  ölkəmiz yeni yataqların kəşf olunma-
sında yaxşı perspektivlərə malikdir. Azərbaycanda karbo-
hidrogenlərin beynəlxalq bazarlara daşınması  üçün müasir 
infrastruktur artıq yaradılmışdır. Bu infrastrukturdan bey-
nəlxalq enerji təhlükəsizliyini  şaxələndirə  və  gücləndirə 
biləcək neft və təbii qazın ixracı üçün istifadə edilir. Bu, qaz 
təchizatı  üçün xüsusi  əhəmiyyət kəsb edir. Təbii qazın 
təsdiqlənmiş 2 trilyon kubmetr, potensial qaydada 5 trilyon 
kubmetr və  hətta ondan da artıq həcmdə ehtiyatlara malik 
olan Azərbaycan dünyada qaz bazarının sabit inkişafının 
təmin edilməsi işinə  töhfəsini verməyə hazırdır. Azər-
baycanın olduqca fəal qaydada qonşuları ilə  işlədiyi digər 
qlobal səviyyədə  mühüm layihə regional dəmiryol xəttinin 
çəkilməsini və inkişafını  nəzərdə tutur. Bu dəmiryol xətti 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə