Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə52/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   48   49   50   51   52   53   54   55   ...   112

 
184
bədə qardaş  Türkiyəyə minnətdarıq ki, bütün dövrlərdə 
daim Azərbaycanın yanında olmuşdur. Bütün beynəlxalq 
təşkilatlarda Azərbaycana dəstək olmuşdur.  Öz fikrini, öz 
mövqeyini açıq ifadə etmişdir. Türk dünyasında yaşayan və 
bizə  dəstək olan bütün qardaşlarıma bu gün bu gözəl 
şəhərdən müraciət edib minnətdarlığımı bildirmək istəyirəm.  
Türk dünyası  böyük dünyadır. Vaxtilə  türk dünyasının 
qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azər-
baycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk 
dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz 
xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədil-
məsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir 
məkan kimi yaşayacaqdı. Buna baxmayaraq, bizi birləşdirən 
təkcə coğrafi koordinatlar deyil, aramızdakı  münasibət-
lərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bu günümüz-
dür. 20 ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi 
yaşayır. Bu müddət ərzində ölkələrimiz gücləndi, formalaşdı, 
dövlətçiliyimizin  əsasları quruldu. Bu gün Azərbaycan, Qa-
zaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr 
öz növbəsində, Türkiyəni gücləndirir, necə ki, böyük və güclü 
Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimiz-
dədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da 
möhkəmləndirək.  
Mən xüsusilə  Türkiyə ilə Azərbaycan arasındakı  əlaqə-
lərin inkişafı  üçün dünən imzalanan çox vacib sazişi  
vurğulamaq istəyirəm. Dünən Türkiyə ilə Azərbaycan ara-
sında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq  Şurası yara-
dılıbdır. Əminəm ki, Şuranın fəaliyyəti çox uğurlu olacaqdır. 
Biz çalışmalıyıq ki, ölkələrimiz arasında münasibətləri bütün 
sahələrdə  sürətlə irəliyə aparaq. İqtisadi sahədə qarşılıqlı 
ticarətin təşviqi və genişlənməsi  üçün  əlavə  tədbirlər görül-
məlidir. Qarşılıqlı sərmayənin qoyulması üçün əlavə imkan-
lar araşdırılmalıdır. Bu gün Azərbaycana qardaş ölkələrdən 
sərmayələr qoyulub, Azərbaycan şirkətləri də türkdilli ölkə-
lərə investisiyalar qoyurlar və bu proses getdikcə daha da 


 
185
güclənir.  Əziz qardaşım Abdullah bəy qeyd etdi ki, enerji 
təhlükəsizliyi məsələlərində biz birgə  çalışırıq. Türkiyə ilə 
Azərbaycan arasındakı münasibətlərdə bu məsələ xüsusi çə-
kiyə malikdir. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum 
neft-qaz kəmərləri, demək olar ki, bölgənin enerji xəritəsinə 
böyük töhfə verdi, yəni enerji xəritəsini zənginləşdirdi. Bu 
yollar, dəhlizlər açılandan sonra bu dəhlizlər vasitəsilə Xəzər 
dənizinin  şərq sahillərindən təbii ehtiyatlar nəql edilir. Bu 
gün Qazaxıstandan, Türkmənistandan neft məhsulları Azər-
baycan ərazisindən dünya bazarlarına, o cümlədən Türkiyəyə 
və Türkiyə ərazisindən dünya bazarlarına çıxarılır. Əminəm 
ki, gələcəkdə bu əməkdaşlığın daha da böyük faydası ola-
caqdır. Bu sahədə aramızdakı çoxtərəfli əməkdaşlığa böyük 
ehtiyac vardır. Türkiyə bizim üçün həm  дя  böyük bazardır, 
qardaş  ölkənin tranzit imkanları genişdir. Biz bu sahədə 
səylərimizi daha da artırsaq, bu hər bir ölkənin gücləndi-
rilməsinə xidmət едəcəkdir.  
Bu gün biz dəmiryol layihəsi üzərində fəal çalışırıq. Bakı–
Tbilisi–Qars dəmir yolу  nəinki Türkiyəni Azərbaycanla, 
Türkiyəni Orta Asiya ilə birləşdirəcək, ейни заманда, Avro-
panı Orta Asiya ilə birləşdirəcəkdir. Bu yol həm iqtisadi cə-
hətdən  çox cəlbedicidir, həm də ki, qardaş  ölkələri birləş-
dirəcəkdir.  Artıq həyata keçirilən layihələr göstərir ki, birgə 
görülən işlər, müştərək təşəbbüslər bütün  ölkələrə ancaq və 
ancaq xeyir və mənfəət gətirir.  
Mən bir daha qeyd etmək istəyirəm ki, bugünkü zirvə 
görüşünə çox böyük əhəmiyyət verirəm. Çox şadam ki, vax-
tilə yaradılmış, sonra pozulmuş  ənənə artıq bərpa olunur. 
Yəni, artıq bu zirvə görüşləri keçirilir. Keçən il keçirildi, bu 
il keçirilir.  Əminəm ki, gələn il də keçiriləcəkdir. Biz bu 
ənənəni artıq bərpa edirik. Ümid edirəm ki, gələcəkdə  nə-
zərdə tutulmuş  bütün məsələlər, planlar həyatda  öz  əksini 
tapacaq və  ölkələrimiz arasında dostluq, qardaşlıq münasi-
bətlərinin uğurlu inkişafı davam edəcəkdir.  


 
186
Səfər başa çatdы 
  
Sentyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevin 
Türkiyəyə səfəri başa çatmışdır.  
Azərbaycanın və  Türkiyənin dövlət bayraqlarının dalğa-
landığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında döv-
lətimizin başçısını  Türkiyənin yüksək vəzifəli dövlət və  hö-
kumət nümayəndələri böyük hörmət və ehtiramla yola 
saldılar. 
 
* * * 
 
Həmin gün prezident İlham Əliyev Vətənə qayıtdı.  
Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlətimizin baş-
çısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiya-
sının rəhbəri Ramiz Mehdiyev, Bakı  Şəhər  İcra Hakimiy-
yətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.  
 
 


 
187
 
 
 
ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB HU SZİNTAOYA  
  
Hörmətli cənab Sədr! 
Milli bayramınız – Çin Xalq Respublikasının yaran-
ması  günü  münasibətilə Sizi və  bütün xalqınızı  öz adımdan 
və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.  
Qədim ənənələrə malik Azərbaycan–Çin əlaqələri bu gün 
hərtərəfli inkişaf yolundadır. Dost xalqlarımızın mənafe-
lərinə uyğun olaraq dövlətlərarası  münasibətlərimizin gün-
dən-günə möhkəmlənməsi əməkdaşlığımızın əhatə dairəsinin 
genişlənməsi ilə müşayiət olunur.  
Ümidvaram ki, ölkələrimiz arasında münasibətlərin, istər 
ikitərəfli qaydada, istərsə  də beynəlxalq qurumlar çərçivə-
sində əməkdaşlığımızın sabit və uzunmüddətli inkişafı nami-
nə bundan sonra da birgə səylər göstərəcəyik.  
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işləri-
nizdə uğurlar, dost Çin xalqına sülh və firavanlıq diləyirəm.  
 
Hörmətlə,  
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 17 sentyabr 2010-cu il 
 
 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə