Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə50/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   46   47   48   49   50   51   52   53   ...   112

 
177
gətirməyi arzu edirik. Doğrusu, mən açıq danışmağı sevi-
rəm. Yəni, biz aramızda fərqli dildə deyil, türk dilində da-
nışaraq bu işi həyata keçirə bilərik, bunun həsrəti içəri-
sindəyik, bunu arzulayırıq. Bir az əvvəl İlham qardaşımla bu 
barədə danışdıq, buna nail olmalıyıq – dedik.   
Akdamara gəlincə, bu əslində bizim dünyaya baxışımızın 
bir ifadəsidir. Yəni, öz ölkələrində onlar bizə necə münasibət 
göstərir və bizim onlara münasibətimiz necədir?! Hazırda 
ölkəmizdə erməni vətəndaşlarımız vardır. Bizim onların dini 
abidələrinə münasibətimiz necədir?! Onların bizim abidələrə 
münasibəti necədir?! Bizim hakimiyyətimizə  qədər belə bir 
ş
ey yox idi. İlk dəfə biz həmin kilsəni təmir etdik. Təmir 
edəndən sonra ildə bir dəfə bir mərasim icra edilməsinə icazə 
verdik. Bu, Trabzon şəhərindəki Sümela kilsəsində olduğu 
kimidir. Bu, türkün tolerantlığının ifadəsidir. Bu tolerantlığı 
digər etiqad sahiblərindən gözləmək bizim də haqqımızdır. 
Arzu edirik ki, onlar da eyni tolerantlığı bizə göstərsinlər.   
 S u a l: Mən Azərbaycanla  əlaqədar mövzuya təkrar qa-
yıtmaq istəyirəm. Vizaların aradan götürülməsi ilə  əlaqədar 
müjdəni nə vaxt verəcəksiniz? Siz hər dəfə  görüşərkən biz 
bununla əlaqədar hər hansı bir xəbəri eşidəcəyimizi gözləyirik. 
Amma bu məsələ  hələ  də  gündəlikdə yoxdur. Görəsən bu, 
Azərbaycanın daxilindəki proseslərlə əlaqəli ola bilərmi və ya 
bu müqavilə ilə bunun təkrar gündəliyə salınmasından danışa 
bilərikmi?  
İ l h a m  Ə l i y e v: Bu məsələ ilə bağlı daim məsləhət-
ləşmələr aparılır. Əminəm ki, bu məsləhətləşmələr yaxşı nə-
ticə verəcəkdir. Keçən dəfə  mən bu barədə fikirlərimi ifadə 
etdim ki, bu məsələ Azərbaycanda daxili prosedurlardan 
keçməlidir. Azərbaycanın müvafiq qurumları, nazirliklər, 
dövlət strukturları  öz aralarında bu məsələni həll etməli-
dirlər. Hazırlıq işləri başa  çatandan sonra, əlbəttə ki, bu 
məsələ ikitərəfli gündəliyə salınacaq və  əminəm ki, müsbət 
həllini tapacaqdır.  


 
178
 
 
 
QIRĞIZISTAN РЕСПУБЛИКАСЫНЫН  KEÇİD 
DÖVRÜ PREZİDENTİ ROZA OTUNBAYEVA  
İLƏ GÖRÜŞ   
  
İstanbul  
 
15 sentyabr 2010-cu il 
 
Sentyabrın 15-də  İstanbulda «Çırağan» sarayında 
Azərbaycan prezidenti İlham  Əliyevin və  Qırğızıstanın keçid 
dövrü prezidenti Roza Otunbayevanın görüşü olmuşdur.  
Görüşdə  Qırğızıstanın keçid dövrü prezidenti xalqımızın 
ümummilli lideri Heydər  Əliyevlə  görüşlərini məmnunluqla 
xatırlaтdı, Azərbaycanın Bişkekdə öz səfirliyini açmasını yük-
sək dəyərləndirdi.  
Prezident  İlham  Əliyev dedi ki, ölkəmizin Qırğızıstan ilə 
əlaqələri, xüsusilə də investisiya qoyuluşlarını inkişaf etdirmək 
imkanları vardır. Azərbaycan da Qırğızıstanda sabitliyin bər-
qərar olmasında maraqlıdır.  
Görüşdə  dövlət başçıları qarşılıqlı  əlaqələri inkişaf etdir-
mək əzmində olduqlarını bildirdilər. 


 
179
 
 
 
QAZAXISTAN РЕСПУБЛИКАСЫНЫН 
PREZİDENTİ NURSULTAN NAZARBAYEV  
İLƏ GÖRÜŞ  
  
İstanbul  
 
16 sentyabr 2010-cu il  
 
Sentyabrın 16-da İstanbulda «Çırağan» sarayında Azər-
baycan prezidenti İlham  Əliyevin və Qazaxıstan prezidenti 
Nursultan Nazarbayevin görüşü olmuşdur.  
Görüşdə  dövlət başçıları Azərbaycan ilə Qazaxıstan ara-
sında münasibətlərin uğurla inkişaf etdiyini bildirdilər. Qeyd 
olundu ki, gələcəkdə  əməkdaşlıq  əlaqələrinin daha da inkişaf 
etdirilməsinin böyük perspektivləri vardır.  
Dövlət başçıları bir sıra sahələrdə  əməkdaşlığın daha da 
gücləndirilməsinin vacibliyini qeyd edərək bildirdilər ki, Azər-
baycan ilə Qazaxıstan dost ölkələrdir və hər iki ölkənin əmək-
daşlığı gələcəkdə də faydalı olacaqdır.  
 
 
 
 


 
180
 
  
 
TÜRKDİLLİ ÖLKƏLƏRİN DÖVLƏT 
BAŞÇILARININ X ZİRVƏ  TOPLANTISI   
 
İstanbul  
 
16 sentyabr 2010-cu il  
 
Sentyabrın 16-da İstanbulda «Çırağan» sarayında 
Türkdilli  ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçi-
rilmişdir.  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə 
toplantısında iştirak etmişdir.  
Xatırladaq ki, ilk zirvə  görüşü 1992-ci ildə Ankarada
sonrakı toplantılar 1994-cü ildə  İstanbulda, 1995-ci ildə Biş-
kekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci 
ildə Bakıda, 2001-ci ildə  İstanbulda, 2006-cı ildə Antalyada, 
ötən il isə Naxçıvanda keçirilmişdir.  
Türkiyə prezidenti Abdullah Gül Azərbaycan prezidenti 
İlham Əliyevi, Qazaxıstan prezidenti Nursultan Nazarbayevi, 
Türkmənistan prezidenti Qurbanqulu Berdыməhəmmədovu, 
Qırğızıstanın keçid dövrü prezidenti Roza Otunbayevanı qar-
şıladı.  
Zirvə toplantısını Türkiyə prezidenti Abdullah Gül açaraq 
zirvə  görüşündə  iştirak edən dövlət başçılarını salamladı  və 
onları yenidən görməkdən məmnun olduğunu bildirdi. «Qardaş 
ölkələrimiz arasındakı müştərək dil, din, tarix, mədəniyyət və 
dəyərlərə əsaslanan tellər çox güclüdür» –  deyən Abdullah Gül 
vurğuladı ki, bu baxımdan türkdilli ölkələrin dövlət başçıları-
nın bir araya gəlməsi  çox  önəmlidir. Türkiyə prezidenti 
türkdilli  ölkələr arasında  əməkdaşlığın güclənməsində  ötən il 
Naxçıvanda keçirilən IX zirvə toplantısında qəbul edilən qə-
rarların mühüm rol oynadığını bildirdi, həmin qərarların 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə