Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə49/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   45   46   47   48   49   50   51   52   ...   112

 
174
sahələrdə uğurlu işbirliyi, əməkdaşlıq edirik. Bu əməkdaşlıq 
sürətlə inkişaf edir. Bu gün imzalanan sənədin bu əmək-
daşlığın dərinləşməsi və genişlənməsi  üçün  çox böyük  əhə-
miyyəti vardır.  
Siz bu gün Azərbaycan xalqının böyük oğlu, mənim atam 
Heydər  Əliyevin kəlamlarını xatırlaтdınız. Bu bizim üçün 
çox dəyərlidir, çox əzizdir. Mən çox şadam ki, onun ürəkdən 
sevdiyi Türkiyədə bu gün, bu tarixi gündə onun kəlamları, 
əməyi xatırlanır. Mən  əminəm ki, onun ruhu bu gün bu 
salondadır.  
Bu gün biz türk dünyasının böyük  öndəri, Azərbaycan 
xalqının qəlbində xatirəsi daim yaşayan ulu öndər Mustafa 
Kamal Atatürkün xatirəsini hörmətlə yad edirik. Onun 
kəlamları bizim münasibətlərimiz  üçün işıqlı bir yoldur.  
Mən əminəm ki, indiki nəsil, gələcək nəsillər bu dostluğu, bu 
qardaşlığı daha da irəliyə aparacaqlar, möhkəmləndirə-
cəklər. Biz elə etməliyik ki, bundan sonrakı  nəsillər də bu 
bayrağı daim uca tutsunlar. Dostluğumuz, qardaşlığımız hər 
şeydən üstündür, əbədidir.   
Bu gün imzalanmış  sənəd  əslində bu günə  qədər görülən 
işlərə bir növ yekun vurur, strateji tərəfdaşlığımızın gələcək 
inkişafını  müəyyən edir. Yüksək Səviyyəli Strateji Tərəf-
daşlıq Şurasının yaradılması sadəcə, adi bir müqavilə, saziş 
deyildir. Bu bizə imkan verəcək ki, gələcəkdə  bütün sa-
hələrdə fəaliyyətimizi birlikdə quraq, əlaqələndirilmiş şəkildə 
aparaq və  bütün sahələrdə daha da böyük nəticələrə  çataq. 
Bu saziş bütün sahələri əhatə edir – siyasi əlaqələri, hansılar 
ki, bu gün  ən yüksək zirvədədir. Ticarət  əlaqələri, qarşılıqlı 
sərmayə qoyuluşu, enerji, neft-qaz sahələrindəki əməkdaşlıq, 
nəqliyyat, dəmiryol layihələri, mədəniyyət, humanitar sa-
hələr – yəni elə bir sahə yoxdur ki, bu sazişdən kənarda 
qalsın. Bu bizə imkan verəcək ki, Türkiyə ilə Azərbaycanın 
əlaqələri bundan sonra da uğurla, sürətlə  və daha da mü-
təşəkkil qaydada irəliyə getsin və xalqlarımız daha da 
birləşsin, daha da sıx əməkdaşlıq etsin.  


 
175
Bu tarixi gündə mən qardaşım, hörmətli cənab Baş nazirə 
minnətdarlığımı bildirmək istəyirəm ki, onun səyləri və 
təşəbbüsü nəticəsində bu gün bu sənəd artıq imzalanmışdır. 
Hörmətli qardaşımın sözlərinə qatılıram. Bu sənədin  üzə-
rində  çalışan bütün yoldaşlara, bütün dostlara öz minnət-
darlığımı bildirirəm.  
Bu sənəd sadəcə, iki ölkə arasında müqavilə deyildir. Bu, 
ürəkləri, xalqları birləşdirən, xoş niyyətimizi ifadə edən bir 
əsərdir. Bu əsər yaşayacaq və bizi daha da zəngin və xoşbəxt 
edəcəkdir. Sağ olun.  
 
* * * 
 
Sonra prezident İlham  Əliyev və Baş nazir Rəcəb Tayyib 
Ərdoğan jurnalistlərin suallarına cavab verdilər. 
 
S u a l: Cənab Prezident, Yüksək Səviyyəli Strateji 
Əməkdaşlıq  Şurası Azərbaycanın  əsas problemi olan Dağlıq 
Qarabağ  münaqişəsinin həllinə hansı  köməyi edə bilər? 
Ümumiyyətlə, biz Azərbaycan olaraq, türkdilli dövlətlərdən 
hansı köməyi gözləyirik?  
İ l h a m  Ə l i y e v: Ermənistan–Azərbaycan, Dağlıq 
Qarabağ  münaqişəsi daim Türkiyə ilə Azərbaycan arasındakı 
danışıqların mövzusudur. Bu gün də bu mövzu ilə bağlı  hör-
mətli cənab Baş nazir ilə geniş fikir mübadiləsi apardıq. Bil-
diyiniz kimi, Türkiyə bütün dövrlərdə Azərbaycanın haqq işini 
dəstəkləyir, müxtəlif formalarda Azərbaycanın  ərazi bütöv-
lüyünün bərpa edilməsi üçün böyük səylər göstərir. Bu gün bu 
məsələ ilə bağlı danışıqlar nəticəyə gətirib çıxarmalıdır. Nəticə 
də ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq birlik tə-
rəfindən tanınan ərazi bütövlüyü bərpa edilsin. Dağlıq Qarabağ 
Azərbaycanın əzəli torpağıdır. Əsrlər boyu xalqımız o ərazidə 
yaşamışdır, yaratmışdır. Azərbaycanlılar o bölgədən qovul-
dular. Dağlıq Qarabağda və ətraf bölgələrdə bir nəfər də olsun 
azərbaycanlı qalmadı. Onların hamısı etnik təmizləmə siya-


 
176
sətinə  məruz qaldılar. Bizim bütün tarixi, dini abidələrimiz 
ermənilər tərəfindən dağıdılıbdır. Bu, böyük ədalətsizlikdir. Bu, 
beynəlxalq hüquq normalarına zidd olan bir addımdır. Əlbəttə 
ki, bundan sonra da Türkiyə ilə Azərbaycan münasibətlərində 
bu mövzu daim gündəlikdə olacaqdır.  
Hörmətli dostum, qardaşım Baş nazirin sayəsində Türki-
yənin güclənməsi, böyük dövlətə  çevrilməsi bizi də  güclən-
dirir. Bu gün Türkiyə on il əvvəlki Türkiyə deyildir. Türkiyə 
böyük, qüdrətli dövlətdir. Türkiyədə xalqla iqtidar arasında 
birlik vardır və bu amillər bölgəyə  müsbət təsir göstərir. 
Türkiyə ilə hesablaşmamaq mümkün deyildir, nə bölgədə, nə 
də  dünyada. Türkiyənin gücü bizim gücümüzdür.  Çünki biz 
qardaşıq. Ona görə Türkiyənin güclənməsi özlüyündə Ermə-
nistan–Azərbaycan münaqişəsinin həllində müsbət amil kimi 
özünü  göstərir. Nəzərə alsaq ki, Türkiyə  hökuməti bu mü-
naqişə ilə bağlı  məsələdə  çox fəal və  çevik siyasət aparır, 
əminəm ki, bu siyasətin müsbət nəticələri olacaq və Azərbay-
canın ərazi bütövlüyü bərpa ediləcəkdir.  
S u a l: Hörmətli Baş nazir! Türkdilli dövlətlər birliyi 
başqa  ölkələrin  ərazisində  yığcam yaşayan türklərlə hansı 
əlaqələri qurmağı planlaşdırır?  İkinci sualım. Siz Türkiyə 
olaraq, Akdamar erməni dini kilsəsində bir mərasim planlaş-
dırırsınız. Amma Ermənistan bunu boykot etməyə çağırır. Siz 
bu məsələyə necə münasibət bildirərdiniz?  
R ə c ə b  T a y y i b  Ə r d o ğ a n: Əlbəttə, türk dilində 
danışan  ölkələr arasındakı bu toplantı illərdir həyata 
keçirilən bir tədbir olaraq davam etməkdədir. Bu il təkrar 
toplaşmışıq. Bu il bunu, inşallah, daha da möhkəmlən-
dirərək gələcəyə aparmaq üçün qətiyyət göstərəcəyik. Bunu 
gələcəyə istiqamətlənmiş işlərimizlə, xüsusilə Azərbaycan və 
Türkiyə arasındakı  münasibətləri daha da inkişaf etdirərək 
davam etdirməyə çalışacağıq. Bildiyiniz kimi, Türkmənistan, 
Qırğızıstan, Qazaxıstan da burada iştirak edir. Görülən bu 
işləri gələcək nəsillərə  fərqli bir formada çatdırmağı, həqi-
qətən, türk dilini öz aramızda danışa biləcəyimiz səviyyəyə 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə