Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə45/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   41   42   43   44   45   46   47   48   ...   112

 
160
 
 
 
BAKIDA 132-134 NÖMRƏLİ TƏHSİL 
KOMPLEKSİNİN YENİDƏNQURMADAN 
SONRA İSTİFADƏYƏ VERİLMЯСИ МЯРАСИМИ 
  
     15 sentyabr 2010-cu il  
 
Sentyabrın 15-də – Bilik günündə Bakıda 132-134 nöm-
rəli təhsil kompleksi yenidənqurmadan sonra istifadəyə ve-
rilmişdir.  
Azərbaycan prezidenti İlham  Əliyev mərasimdə  iştirak et-
mişdir. Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə 
təhsilin səviyyəsi ilə  ölçülür. Təhsilin inkişafı  hər bir ölkədə 
inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan 
da bu ölkələr sırasındadır.  Ölkəmizdə son illərdə  təhsilin 
inkişafı ilə bağlı  həyata keçirilən tədbirlər deməyə  əsas verir 
ki, Azərbaycan  öz gələcəyini daha etibarlı  və inamlı  görmək 
əzmindədir. Zəngin təbii sərvətləri ilə  dünyanın diqqətində 
olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan 
kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət 
seçmişdir.  
Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diq-
qət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə 
dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. 
Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə 
edir. Təsadüfi deyil ki, son bir neçə ildə – XXI əsr Azərbay-
canında əsl təhsil bumu yaşanmışdır. Ölkəmizdə heç bir dövrdə 
olmayan qədər məktəb binası tikilmiş, bir çox məktəb binaları 
üçün yeni korpuslar inşa olunmuşdur. Bu proses ən ucqar 
bölgələrimizi də  əhatə etmişdir. Məktəblərin maddi-texniki 
bazasının gücləndirilməsi istiqamətində  də  mühüm işlər 
görülmüşdür. Bütün orta təhsil ocaqlarında internetə qoşulmuş 
kompyuter sinifləri yaradılmışdır.  


 
161
Heydər  Əliyev Fondunun dövlət səviyyəsində  həyata ke-
çirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz nadirliyi 
ilə seçilmişdir. Fond ölkədə məktəb tikintisində yaxından işti-
rak etməklə yanaşı, onların  əyani vəsaitlər,  şagirdlərin isə 
məktəb ləvazimatları ilə təmin olunmasında mühüm rol oyna-
mışdır. Bu proses indi də davam edir.  
Prezident  İlham  Əliyevin sərəncamına  əsasən kompleksdə 
genişləndirmə  və yenidənqurma işlərinə keçən ilin iyununda 
başlanılmışdır. Bu təhsil kompleksinin maraqlı tarixi vardır. 
Binanın özülü qədim Bakının möhtəşəm Qala divarlarının 20-30 
addımlığında o vaxtlar boş sahələr olan ərazidə qoyulmuşdur. 
Binanın tikilməsi haqqında sərəncam 1866-cı ildə verilmişdir. 
Arxiv materiallarından məlum olur ki, fligelin tikilməsi  üçün 
torpaq sahəsi axtararkən üç azərbaycanlının xırman sahəsi olan 
bu  ərazi onlardan pulla alınmış  və birmərtəbəli hospitalın 
tikilməsi nəzərdə tutulmuşdur. Bina memar Buynov tərəfindən 
hərbi xəstəxana kimi layihələşdirilmişdir.  Əvvəlcə birmərtəbəli 
olan binadan bir müddət fligel kimi istifadə olunmuş, 1886-cı il 
iyunun 13-də isə «Müqəddəs Nina» Qadın Xeyriyyə  Cəmiy-
yətinin nəzdində qızlar pansionunun ixtiyarına verilmişdir.  
Bu qocaman məktəbin məzunları  sırasında XX əsrin 
görkəmli şərqşünas alimi, filologiya elmləri doktoru, professor 
Aida İmanquliyeva, akademik Nailə Vəlixanlı, Əməkdar Me-
mar Ofeliya Babayeva və Azərbaycan elminin inkişafında 
xidmətləri olan yüzlərlə tanınmış şəxs vardır.  
Prezident  İlham  Əliyev müasir standartlara uyğun  əsaslı 
şəkildə yenidən qurulmuş təhsil kompleksi ilə tanış oldu.  
Dövlətimizin başçısına məlumat verildi ki, dördmərtəbəli 
kompleks ən müasir tələblərə uyğun qurulmuşdur.  
Təhsil ocağının geniş  və  işıqlı foyesində  ümummilli lider 
Heydər Əliyevin büstü qoyulmuşdur. Burada  ulu öndər Heydər 
Əliyevin və  dövlətimizin başçısı  İlham  Əliyevin təhsilə diqqət 
və qayğısını əks etdirən fotostend də yaradılmışdır.  
Prezident İlham Əliyev siniflərdə dərs prosesi üçün yaradıl-
mış  şəraitlə tanış oldu. Burada «ağıllı  lövhə» adlanan smart-


 
162
bordlar quraşdırılmışdır. Bu interaktiv lövhələr  ən son tex-
nologiyalar  əsasında qurulmuşdur. Müəllim və  şagirdlər löv-
hədə elektron cihaz olmadan barmaqla, yaxud çubuq vasitəsilə 
istənilən əməliyyatы apara bilərlər.  
Dövlətimizin başçısı  təhsil kompleksində yaradılmış Hey-
dər  Əliyev  Мuzeyi ilə tanış oldu. Burada ümummilli lider 
haqqında müxtəlif nəşrlər toplanmışdır. Daha bir yenilik mu-
zeyin elektron versiyasının yaradılmasıdır. Bu, ölkədə ilk 
elektron muzeydir. Burada ulu öndərin həyat və  fəaliyyətinə 
dair videomateriallar, fotolar, ümummilli lider haqqında ki-
tablar, dahi şəxsiyyətə həsr edilmiş musiqilər vardır. Elektron 
sənədlər toplusunda ulu öndərin tərcümeyi-halı, sovet dövrün-
dən başlayaraq fəaliyyəti və qiymətli kəlamları yer almışdır.  
Prezident  İlham  Əliyev bilik ocağının Tarix Muzeyinə  də 
baxdı. Muzeydə toplanılmış materiallar bir daha təsdiq edir 
ki, 132-134 nömrəli kompleks Bakının sayılıb-seçilən təhsil 
müəssisələrindən biridir. XIX əsrin 70-ci illərində burada qu-
berniya batalyonundakı imtiyazlı  hərbçilərin  övladları qapalı 
orta hərbi təhsil alırdılar. Binanın təməli Bakı quberniya 
batalyonu  üçün hərbi xəstəxana kimi qoyulsa da, bir necə 
ildən sonra təhsil ocağına,  özü  də  gələcəkdə Azərbaycan 
elminin inkişaf etdirilməsində  böyük xidmətləri olan yüzlərlə 
alimə ilk təhsil verən kompleksə çevrilmişdir.  
Dövlətimizin başçısı məhz bu təhsil ocağını qızıl medallarla 
bitirən və Azərbaycanın inkişafında böyük xidmətləri olan 
şəxslərin fotostendinə baxdı.  
 İ l h a m  Ə l i y e v:  Sizi ilk növbədə, yeni dərs ili, eyni 
zamanda, məktəblərin  əsaslı  təmirdən sonra istifadəyə ve-
rilməsi münasibətilə  təbrik edirəm. Bu, böyük və  gözəl 
hadisədir. Bu əslində daha çox saraya oxşayır, nəinki mək-
təbə.  Çox  şadam ki, təmir işləri yüksək səviyyədə aparıldı. 
Əslində  məktəb yenidən quruldu və sinif otaqları artırıldı. 
Məktəbin  əsaslı  təmiri haqqında təşəbbüs irəli sürəndə  bəzi 
söz-söhbətlər gedirdi ki, ya məktəb bağlanacaq, ya sökü-
ləcək, ya yerində  nəsə tikiləcəkdir. Bizim fikrimiz ondan 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə