Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə43/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   39   40   41   42   43   44   45   46   ...   112

 
154
olaraq layihənin müxtəlif mərhələlərinə hazırıq. Daha sonra isə 
növbəti bir mərhələ kimi, sərmayələri yatıracaq, terminalları 
istismar edəcək şirkətləri müəyyən edəcəyik. Bu, özəl şirkətlərə 
məxsus terminallar olacaqdır ki, biz bir növ  özəl sərmayələri 
cəlb edə bilək. Biz istəyirik ki, işlər başlansın. Yəni, burada 
milli  şirkətlərin, 4 ölkənin  şirkətlərinin oynadığı rol ondan 
ibarət olacaqdır ki, onların Buxarestdə  ümumi bir ofisi olsun 
və layihə  çərçivəsində bunu irəliyə doğru apara bilsinlər. 
Mənim  üçün bu layihəyə  nə  qədər vəsaitin sərf olunacağını 
demək çətindir. Siz bilirsiniz ki, çətinдir. Məncə bu, ən ucuz və 
ən  az vəsait tələb edən bir layihə olacaqdır. Bu, mövcud alter-
nativ yollar arasında Xəzər dənizi və Mərkəzi Asiyadan enerji 
ehtiyatlarının Avropa bazarlarına  çıxarılmasının  ən asan yo-
ludur. Qiymətlərə gəldikdə isə bu çox yaxşı rəqabət qabiliyyəti 
olan layihə olacaqdır.  
S u a l: Cənab prezidentlər, cənab Baş nazir, çox sağ olun. 
Sizdən bir daha bu layihənin  şaxələndirmə  və alternativ təc-
hizat marşrutları nöqteyi-nəzərindən əhəmiyyəti barədə soruş-
maq istərdim, bu hər kəs üçün enerji təhlükəsizliyinin təminatı 
hesab edilə bilərmi?  
V i k t o r  O r b a n: Sual ilk baxışda göründüyündən da-
ha geniş sahələri  əhatə edir. İlk növbədə qlobal iqtisadiy-
yatda bir çox çətinliklər mövcuddur və bunlar gələcəkdə də 
olacaqdır. Buna görə  də biz Avropanın, məsələn, 10 ildən 
sonra necə olacağını deyə bilmərik.  Şübhəsiz ki, Avropada 
və qlobal iqtisadiyyatda bir çox qeyri-müəyyən məqamlar 
vardır.  Əsas məsələ siyasətçilərin və xalqların bu qeyri-
müəyyənliklərə necə cavab verməsidir. Burada iki mümkün 
hal ola bilər. Birincisi, heç bir tədbir görməmək və qlobal 
maliyyə  böhranının bitməsini gözləmək. Digər variant isə 
fəal olmaq və qlobal böhranla mübarizə aparmaqdan, yeni 
perspektivləri müəyyənləşdirməkdən ibarətdir.  İnanıram ki, 
bu baxımdan layihə çox vacibdir, çünkи qeyri-müəyyənlikdə 
olan qlobal iqtisadiyyata yaxşı bir cavabdır. Bu, avropalılar 
üçün də yaxşı ismarıcdır. Büdcələrin tarazlığı da çox va-


 
155
cibdir, lakin biz bununla kifayətlənməməliyik. Buna görə də 
biz işləri davam etdirməliyik. Hərəkət olmayan yerdə, biznes 
də olmur. Biznes olmadıqda, iqtisadi inkişaf da olmur. 
İqtisadi inkişaf olmadıqda isə insanlar işsiz qalır. Doğrudan 
da insanlar işsiz qalır. Avropa təcrübəsində siyasi sabitsizlik 
baş verə bilər.  Əgər Avropada sülh və sabitlik şəraitində 
yaşamaq istəyiriksə, o zaman biz qeyri-müəyyənliklərə qarşı 
fəal olmalıyıq. Budur bu layihənin siyasi anlamı. Məhz buna 
görə  mən fəal qrupun üzvü olmaqdan çox  şadam. Kim 
tərəddüd etmir? Çətin vəziyyətlərin  öz-özünə  həllini tapa-
cağını gözləməyin, çalışın gələcəyi özünüz yaradın. Məni hə-
vəsləndirən məhz budur. Bu nöqteyi-nəzərdən bizim ittifaq 
növbəti onillikdə Avropa iqtisadiyyatının sabitləşməsinə 
töhfələr verəcəkdir.  
İ l h a m  Ə l i y e v:  Əlavə etmək istərdim ki, şaxələn-
dirmə enerji təhlükəsizliyinin mühüm elementlərindən biri-
dir.  Çünki Azərbaycan kimi, dünyanın neft və qaz bazar-
larına birbaşa  çıxışı olmayan ölkələr – mən burada böyük 
bazarları  nəzərdə tuturam – daim şaxələndirilmiş  təchizat 
marşrutlarına ehtiyacın yarandığı vəziyyətlə üzləşirlər. Şaxə-
ləndirilmiş  təchizat infrastrukturu yarandıqda isə  müstəqil 
enerji siyasəti yürütmək imkanlarımız sürətlə artır. Deyə 
bilərəm ki, bir vaxtlar Azərbaycanın enerji daşıyıcılarının 
şaxələndirilmiş nəqletmə infrastrukturu yox idi. Bizim sovet 
dövründə tikilən bir neçə neft və qaz boru kəmərimiz var idi 
və onlar fəaliyyət göstərmirdi. Müstəqillik illərində isə hasi-
lata yatırılan sərmayələr nəqletmə infrastrukturuna qoyulan 
sərmayələrlə paralel aparılırdı. Məhz bu yolla Bakı–Supsa 
neft boru kəməri, sonra isə Bakı–Tbilisi–Ceyhan neft boru 
kəməri və daha sonra Bakı–Tbilisi–Ərzurum qaz boru 
kəməri tikilmişdi.  
Hazırda böyük neft və qaz ehtiyatları, o cümlədən hasilatı 
olan Azərbaycanın nefti və qazı  bütün istiqamətlərə  nəql 
edən 7 boru kəməri vardır. Bütün boru kəmərlərini geniş-
ləndirmək  üçün yaxşı imkanlar var, o cümlədən texniki 


 
156
cəhətdən yaxşı imkanlar vardır.  Əgər  özümüzün və qonşu 
ölkələrin təbii qazını daha çox nəql etmək zərurəti yaranar-
sa, biz əlavə boru kəmərlərini də tikə bilərik. Bizim üçün 
şaxələndirmə enerji potensialımızı reallaşdırmaq qabiliyyəti 
deməkdir. Biz tam dərk edirik ki, şaxələndirmə enerji ehti-
yatları ilə  özünü tam təmin etməyən  ölkələr  üçün proqnoz-
laşdırmanın mümkünlüyü və enerji təhlükəsizliyi deməkdir.  
Bildiyimiz kimi, bu gün enerji təhlükəsizliyi ölkələrin milli 
təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. Bu mənada bugünkü 
tədbirin və  bəyannamənin, keçirdiyimiz sammitin əhəmiy-
yəti ondan ibarətdir ki, biz səylərimizi birləşdiririk. Hamı-
mız bu layihənin həyata keçirilməsində maraqlıyıq. Bu 
layihənin həyata keçirilməsi işinə siyasi səylərimizlə, maliyyə 
resurslarımızla və təbii ki, maliyyə bazarlarının imkanları ilə 
töhfə verəcəyik. Bu da həm hasilatçı, həm istehlakçı, həm də 
tranzit ölkələr üçün şaxələndirməni təmin edəcəkdir.  
S u a l: Qazın Qafqazdan Mərkəzi Avropaya nəqli  üçün 
bir neçə yanaşma mövcuddur. Nəzərə alsaq ki, artıq Azər-
baycan və Rusiya arasında qaz alqı-satqısına dair anlaşma 
imzalanıb. Siz məhz bu layihənin reallaşmasının  şanslarını 
necə qiymətləndirirsiniz? Mümkünsə ölkənin qaz ehtiyatlarını 
açıqlayardınız və AGRİ layihəsi hansı  həcmdə qazla təchiz 
edilə biləcək?  
İ l h a m  Ə l i y e v: Bu gün biz bu məsələləri müzakirə 
etdik. Rəqəmlər bəllidir. Bu il Azərbaycanda qaz hasilatının 
həcmi 28 milyard kubmetrdir. Deyə bilərəm ki, daxili tələbat 
təxminən 10-11 milyard kubmetrə bərabərdir. Qalan hissəsi 
isə ya ixrac olunur, ya da neft hasilatını artırmaq və qazın 
ehtiyatda saxlanılması  üçün yenidən quyulara vurulur. Bu 
gün bizim qaz hasilatımız ixracetmə imkanlarımızla məh-
dudlaşır. İxrac edə biləcəyimiz həcmdən daha az ixrac edirik. 
Bu səbəbdən biz yeni bazarlar, yeni istiqamətlər axtarışın-
dayıq. Təkcə Rusiyaya deyil, Türkiyəyə də qaz ixrac edirik. 
Bu il ixracın həcmi 6 milyard kubmetrdən çox olacaqdır. Biz 
bir neçə milyard kubmetr qazı ixrac üçün asanlıqla artıra bilə-


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə