Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə44/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   40   41   42   43   44   45   46   47   ...   112

 
157
rik. Biz Gürcüstana da qaz ixrac edirik, bu təxminən 1 mil-
yard kubmetrdən  çoxdur. Bu, Gürcüstanın bugünkü  tələ-
batıdır. Əminəm ki, bu həcm artacaqdır. Çünki Gürcüstanın 
iqtisadiyyatı sürətlə inkişaf edir və biz həcmin artımına hazır 
olacağıq.  İrana da qaz ixrac edirik. Mövcud potensial və 
boru kəmərləri əlavə qaz təchizatını təmin edə bilər. Ötən il 
biz Rusiya ilə  müqavilə imzaladıq və bu ilin əvvəlindən 
etibarən məhdud həcmdə – yarım milyard kubmetr qazı 
Rusiyaya nəql edirik. Lakin Rusiyanın Azərbaycan kimi 
yaxın  ölkənin qazı ilə  öz cənub bölgəsinin qaz təchizatına 
artan tələbatını və bizim qaz hasilatımızın artmasını nəzərə 
alaraq, Rusiyaya ixrac olunan qazın həcmini artırmağa 
qərar verdik. Bu il bu həcm 1 milyard kubmetrə  çatdırı-
lacaqdır. Gələn il isə bu həcmi 2 milyard kubmetrə  çatdır-
maq barədə razılığa gəlmişik.  
Düşünürəm ki, bugünkü qaz hasilatımızın və ixracatımızın 
səviyyəsi digər layihələrdə  iştirakımıza mane olmur. Biz «Cə-
nub Dəhlizi»nə aid layihələrə çox böyük əhəmiyyət veririk. Biz 
«Cənub Dəhlizi»ni bir istiqamət kimi qəbul edirik, baxma-
yaraq ki, «Cənub Dəhlizi» çərçivəsində bir neçə layihə vardır. 
Ən tanınmışı yəqin ki, Nabukkodur, çünki onunla bağlı bir çox 
görüşlər, sammitlər keçirilib, danışıqlar aparılıb. Deyə bilərəm 
ki,  ötən il Azərbaycan enerji təhlükəsizliyi sammitində  iştirak 
etmişdir və biz də Nabukko ilə bağlı bəyannaməyə imza atdıq. 
Digəri Türkiyə–Yunanıstan–İtaliya layihəsidir, üçüncüsü Trans-
adriatik layihəsidir, növbəti isə AGRİ layihəsidir. Bütün bu 
layihələr «Cənub Dəhlizi»nin bir hissəsidir və biz onların ha-
mısını dəstəkləyirik.  
Düşünürəm ki, bunların hamısının potensialı vardır. Biz 
bu işlərə başlamalıyıq. Bakı–Tbilisi–Ceyhan neft boru kəmə-
rini 1 milyon barrel hesabı ilə tikməyə başlayanda hasi-
latımızın həcmi 200 min barreldən də az idi. Biz mövcud 
hasilat potensialımızdan beş  dəfə artıq həcmə malik olan 
boru kəmərinə  sərmayə qoyduq. Bakı–Tbilisi–Ceyhan neft 
boru kəmərinin tikintisi başa  çatdıqdan 4 il sonra bu boru 


 
158
kəməri, demək olar ki, tam gücü ilə fəaliyyət göstərir. Əmi-
nəm ki, bu, AGRİ  və digər layihələrdə  də baş verəcək. Biz 
Avropa bazarında etibarlı  və uzunmüddətli qaz təchizatçısı 
olaraq qalacağıq.  
S u a l: Mənim də sualım Azərbaycan prezidentinədir. 
Cənab Prezident, ümumiyyətlə, Avropanın enerji təhlükəsiz-
liyində Azərbaycanın rolu haqqında nə deyə bilərsiniz?  
İ l h a m  Ə l i y e v: Bu gün biz bu məsələni  ətraflı 
müzakirə etdik, uzun illərdir ki, biz bu istiqamətdə çalışırıq. 
Əvvəldə qeyd etdiyim kimi, enerji təhlükəsizliyi hamı  üçün 
təhlükəsizliyi təmin etməli olan çoxtərəfli bir məsələdir. Bi-
zim üçün Avropanın enerji təhlükəsizliyi Azərbaycanın yeni 
sahələrə daha çox sərmayə qoymaq və daha çox hasil etmək 
imkanları deməkdir. Bu gün sammit zamanı  çıxışımda 
bildirdim ki, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 
2 trilyon kubmetrdir, reallıqda isə bu, 5 trilyon kubmetrdir. 
Bu səbəbdən hasilatı artırmaq  üçün bizə etibarlı, böyük və 
daha çox bazar lazımdır.  
Bu gün biz Azərbaycanda qaz yataqlarına böyük sərma-
yələrin qoyulması ərəfəsindəyik. Bəzi hesablamalara görə, bu 
təxminən 20 milyard dollardır. Deyə bilərəm ki, son 16 il 
ərzində Azərbaycanın neft və qaz sektoruna yatırılan sərma-
yələrin  ümumi həcmi 46 milyard dollar olmuşdur. Kifayət 
qədər böyük rəqəmdir. Təkcə 20 milyard dollar yalnız «Şah-
dəniz» yatağına yatırılacaq və bu bizə mövcud hasilatdan azı 
16 milyard kubmetr əlavə qaz hasil etməyə imkan verəcək ki
bu da təxminən 40 milyard kubmetr təşkil edəcəkdir. Bu 
vəsaiti yatırmaq  üçün bizə yeni bazarlar lazımdır. Qaz biz-
nesində  əvvəl gərək bazar mövcud olsun, sonra sərmayələr 
qoyulsun. Bizim üçün  Avropanın enerji təhlükəsizliyi alter-
nativ və əlavə təchizat marşrutlarının təmin edilməsi baxımın-
dan avropalıların  özündən heç  də az əhəmiyyət kəsb etmir. 
Biz bu sahədə  çox  çalışırıq və planlaşdırdığımız bütün işləri 
böyük məsuliyyətlə, sadiqliklə həyata keçirəcəyik.  


 
159
 
 
 
DÖVLƏT BAŞÇILARI DƏNİZKƏNARI MİLLİ 
PARKDA, «İÇƏRİŞƏHƏR» DÖVLƏT TARİX-
MEMARLIQ QORUĞUNDA VƏ FƏVVARƏLƏR  
MEYDANINDA   
  
14 sentyabr 2010-cu il 
 
Sentyabrın 14-də Azərbaycan prezidenti İlham  Əliyev, 
Rumıniya prezidenti Trayan Besesku və Gürcüstan prezidenti 
Mixeil Saakaşvili Dənizkənarı Milli Parkda gəzintiyə 
çıxmışlar. Bildirilmişdir ki, son illər Bakıda park və bağların 
yenidən qurulması diqqət mərkəzində saxlanılır. Hazırda  öz 
gözəlliyi ilə diqqəti çəkən Bakı bulvarı Azərbaycan paytaxtına 
xüsusi yaraşıq verir.  
Daha sonra qonaqlar İçərişəhərə  gəlmişlər. Bildirilmişdir ki, 
Azərbaycan tarixinin və  mədəniyyətinin incisi olan İçərişəhər 
dünya mədəni irsinin nadir abidələrindəndir. Burada aparılan 
arxeoloji qazıntılar zamanı milli dövlətçilik tariximizin açılma-
mış  səhifələri  öyrənilmiş, Böyük  İpək yolunun üstündə yerləşən 
qədim Bakının strateji əhəmiyyətini təsdiq edən tarixi faktlar 
aşkar olunmuşdur. Buna görə də 1985-ci ildən Dövlət Tarix-Me-
marlıq Qoruğu elan edilən  İçərişəhər 2000-ci ildən 
YUNESKO-nun Dünya mədəni irs siyahısına daxil edilmişdir.  
İçərişəhərin ən mühüm tarixi tikililərindən olan Karvansara  
qonaqlarda böyük maraq doğurmuşdur. Onlar İçərişəhərdə 
nümayiş olunan milli sənətkarlıq nümunələrinə  baxmışlar.  
Daha sonra dövlət başçıları  Fəvvarələr meydanında ol-
muşlar. Qeyd edilmişdir ki, Bakının ən gözəl istirahət məkan-
larından biri olan Fəvvarələr meydanı  əsaslı  bərpa və yeni-
dənqurma işlərindən sonra daha gözəl və daha orijinal for-
mada paytaxt sakinlərinin istifadəsindədir. Burada paytaxt 
sakinlərinin və  şəhərimizin qonaqlarının istirahətinin təşkili 
üçün hər cür şərait yaradılmışdır. 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə