Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə42/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   38   39   40   41   42   43   44   45   ...   112

 
151
Asiya ölkələri arasında əməkdaşlığa öz töhfəsini verəcəkdir. 
Mən əminəm ki, Azərbaycan hazırda layihənin ilk təminat-
çısıdır, lakin yeganə təminatçısı olmayacaqdır. Bundan əla-
və, layihə Avropa İttifaqının  şərq hissəsinin enerji təhlü-
kəsizliyi sahəsinə daxil olmaqla, bu sahəyə  də  öz töhfəsini 
verəcəkdir.  
Biz 2 il əvvəl nə baş verdiyini bilirik. Ukrayna ərazisindən 
qaz təchizatı sual altında idi. Həmin dövrdə Rumıniya kifa-
yət qədər qaz enerjisinə malik idi və qazın həcmi nöqteyi-
nəzərindən Bolqarıstan kimi ölkələri təmin edə bilərdi. 
Lakin  əlaqələrin olmaması səbəbindən Rumıniya bu ölkəyə 
yardım göstərə bilməyib. Hazırda Avropa İttifaqı Rumıniya 
və Macarıstan, Rumıniya və Bolqarıstan arasında qazın 
ötürülməsi  üçün zəruri infrastrukturu maliyyələşdirib. Biz 
hesab edirik ki, Macarıstanın bu layihədə  iştirak etməsi 
layihəni Avropa İttifaqı daxilində rəqabətədavamlı və səmə-
rəli edən amildir.  
Bu layihə siyasi qərarlara deyil, səmərəliliyə  əsaslanan 
yeganə layihədir.  Əlbəttə, kimsə bu layihəyə daxil olmağın 
xərclərini müəyyən etsə, o, asanlıqla əmin olacaq ki, bu, ən 
doğru iqtisadi həll yoludur. Layihənin ilkin mərhələsinin 
infrastrukturu Rumıniya, Macarıstan, Avstriya və digər 
ölkələrin  ərazisində qurulacaqdır. Layihənin  ölkəmizin  əra-
zisində reallaşması  üçün yalnız biri Gürcüstan, digəri isə 
Rumıniyada olan iki mayeləşdirilmiş  təbii qaz terminalı  və 
Gürcüstan  ərazisində terminalın 100 kilometr genişləndiril-
məsi ilə əlaqədar investisiya qoyulması kifayət edir. Bu onun 
ucuz, səmərəli və  mərhələlərlə inkişaf etdirilə biləcək bir 
layihə olmasının göstəricisidir. Keyfiyyətli nəticələr üçün biz 
bu gündən AGRİ layihəsinin tərəfdarıyıq.  Əlbəttə, biz Na-
bukko layihəsinin  əleyhinə olmayacağıq. Biz onun da əsas 
tərəfdarıyıq. Lakin Rumıniya daha çox AGRİ layihəsinə 
dəstək verəcək. Çünki bu layihə tezliklə reallığa çevrilə bilər. 
2-3 ilə bu, real olacaqdır.   


 
152
V i k t o r   O r b a n (Macarıstanın Baş naziri): Təşəkkür 
edirəm. Məndən əvvəl çıxış edənlərə qoşularaq bizi əfsanəvi 
Bakı şəhərinə dəvət etdiкляри üçün ev sahiblərinə təşəkkürü-
mü bildirirəm. Paytaxtınıza ilk dəfə gəlirəm. Şəhərin möhtə-
şəmliyi bir faktı əsaslandırır ki, buraya daha əvvəl gəlməmək 
böyük səhv olub. Ümid edirəm ki, Macarıstan uzun müddət 
bu ərazi ilə Avropa İttifaqı arasında əməkdaşlığın qurulma-
sına kömək edəcəkdir.  
Cənab Prezident, icazə versəniz, mən üç məsələyə toxun-
maq istərdim.  Əvvəlcə bizim kiminsə qalib gələcəyi və ya 
kiminsə məğlub olacağı fəlsəfəsinə əsaslanan əməkdaşlıq və 
ittifaqlar  üzrə  təcrübəmiz vardır. Hazırda  əməkdaşlıq  üçün 
doğru zamandır. Bu, bütün tərəfləri qane edən bir vəziyyət-
dir, hamıya uğur gətirəcək əməkdaşlıqdır. Bu, dünya siyasə-
tinin gələcək onillikləri üçün bir müjdədir.  
İkinci məsələ isə hər bir macarın düşüncəsində olan şaxə-
ləndirmə məsələsidir. Əgər biz marşrutları və mənbələri ayır-
masaq, enerji bazarında rəqabət yaranmayacaqdır. Enerji 
bazarında rəqabət olmasa, biz həmin biznes sahəsini siya-
siləşdirmiş olacağıq. Enerji və siyasətin birləşməsi isə hamı-
mız  üçün bir çox problemlər yaradır. Bu səbəbdən,  şaxə-
ləndirmə bu vəziyyətdən çıxış yolu və rəqabəti təmin edəcək 
amildir. Bu investisiya və  əməkdaşlıq marşrut və  mənbə-
lərimizin şaxələndirilməsinin gözəl nümunəsidir.  
Zati-alilərinin qeyd etdiyi kimi, biz macarlar bu əməkdaş-
lığın qərb hissəsini təmsil edirik. Biz bunun nə demək 
olduğunu bilirik. Biz bu layihəyə ciddi yanaşırıq və Rumı-
niya ilə əməkdaşlıq zamanı əlimizdən gələni edəcəyik ki, bu 
layihənin bütün Avropa İttifaqı  üçün rəqabətədavamlı bir 
layihə olduğunu göstərə bilək. Biz layihənin sabit təməlini 
bu yolla təmin edəcəyik. Beləliklə, zati-aliləri, Sizə dəvətiniz 
üçün təşəkkürümü bildirirəm. Mən burada olmaqdan çox 
məmnunam və Sizə  bütün macar xalqı adından minnət-
darlığımı çatdırıram. Təşəkkür edirəm. 
 


 
153
* * * 
 
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab ver-
dilər. 
 
 S u a l: Mənim sualım prezident Trayan Beseskuyadır. 
Avropanın maliyyə  vəsaitləri bu layihə  üçün istifadə oluna 
bilərmi? Bunun Nabukkoya nə cür təsiri olacaq? Azərbaycan 
tərəfi də Nabukkoda iştirak etmək istəyini bildirmişdir.  İndi 
isə  mən Sizin yeni bir layihə ilə bağlı fikirlərinizi  öyrənmək 
istərdim.  
T r a y a n  B e s e s k u: Gəlin sualınızın sonuncu his-
səsindən başlayaq. Rumıniya texniki əsaslandırma işini 
hazırda aparmaqdadır və bunu ABŞ hökuməti öz inkişaf və 
ticarət agentliyi vasitəsi ilə maliyyələşdirir və burada söhbət 
Konstansada maye qaz terminalının tikintisindən gedir. 
Yəni, amerikalı  tərəfdaşlar istəyir ki, araşdırma daha geniş 
şəkildə aparılsın ki, buraya Gürcüstan da daxil edilsin. Buna 
imkan da vardır.  Əvvəlcə demək istəyirəm ki, bunu maliy-
yələşdirmək və texniki əsaslandırma işini də vaxtında həyata 
keçirmək olar. O ki qaldı qiymət məsələsinə, mən bu haqda 
heç  nə deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, əgər 
layihə icra olunarsa, bu, ticarət və inkişaf agentliyi tərəfin-
dən maliyyələşdiriləcək və mərhələlərlə həyata keçiriləcəkdir. 
Konstansa terminalı vasitəsilə ildə 10 milyard kubmetr, növbəti 
ildə  əlavə 10 və  üçüncü ildə  əlavə 10 milyard kubmetr qaz 
ötürüləcəkdir. Bu isə  ümumilikdə 30 milyard kubmetr təşkil 
edəcəkdir. Bu layihə ilk növbədə bazardakı mövcud tələbatdan, 
digər tərəfdən, təchizat mənbələrindən asılı olacaqdır. Təbii ki, 
layihənin birinci mərhələsinə  gəldikdə,  əminliklə qeyd etmək 
olar ki, bu, Azərbaycan qazı sayəsində  həyata keçiriləcəkdir. 
Avropa maliyyəsi cəlb olunacaqdır ki, texniki əsaslandırma işi 
başa  çatdırıldıqdan sonra artıq biz daha ciddi şəkildə bu 
sərmayənin maliyyə mənbələri haqqında danışa bilək. Hazırda 
o öhdəliyi, məsuliyyəti öz üzərimizə götürürük ki, biz dövlətlər 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə