Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə39/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   35   36   37   38   39   40   41   42   ...   112

 
141
 
 
 
AZƏRBAYCAN, GÜRCÜSTAN, RUMINİYA VƏ 
MACARISTANIN DÖVLƏT VƏ HÖKUMƏT 
BAŞÇILARININ DÖRDTƏRƏFLİ GÖRÜŞÜ  
  
Prezident sarayı  
 
 
14 sentyabr 2010-cu il 
 
Sentyabrın 14-də Bakıda Azərbaycan prezidenti İlham 
Əliyevin, Rumıniya prezidenti Trayan Beseskunun, Gürcüstan 
prezidenti Mixeil Saakaşvilinin və Macarıstanın Baş naziri 
Viktor Orbanın görüşü olmuşdur.  
Azərbaycan prezidenti İlham Əliyev tədbir keçirilən binada 
Rumıniyanın və  Gürcüstanın prezidentlərini, Macarıstanın 
Baş nazirini qarşıladı.  
Dördtərəfli görüşün iştirakçıları  əvvəlcə  rəsmi foto çək-
dirdilər.  
Azərbaycan prezidenti İlham Əliyev «Azərbaycan–Gürcüs-
tan–Rumıniya  İnterconnector» (AGRİ) layihəsinə  həsr olun-
muş görüşdə çıxış etdi. 
 
Azərbaycan prezidenti İlham Əliyevin çıxışı 
 
Hörmətli prezidentlər!  
Hörmətli Baş nazir!  
Hörmətli qonaqlar!  
Sizi Azərbaycanda salamlayıram. Sizi görməyə  çox 
şadam. Hesab edirəm ki, bugünkü  görüş  uğurlu olacaq və 
biz yaxşı  nəticələr  əldə edəcəyik. Bu sammitin təşkilində 
bizim müvafiq qurumlarımız və nazirliklərimiz böyük işlər 
görüblər.  Əminəm ki, bugünkü iclas, buradakı  müzakirələr 
və imzalanacaq sənəd regional miqyasda tamamilə yeni bir 


 
142
vəziyyət yaradacaqdır.  Əminəm ki, növbəti aylarda biz çox 
çalışacağıq ki, planlaşdırdığımızı həyata keçirək.  
Bildiyiniz kimi, Azərbaycan qədim neft ölkəsidir. Dünya-
da ilk neft Azərbaycanda hasil olunub və beləliklə, neft və 
qaz sahəsində bizim böyük  ənənələrimiz vardır. Açıq də-
nizdə dünyada ilk neft də Azərbaycanda hasil olunub. Ötən 
əsrin ortalarında Sovet İttifaqında əldə olunan neftin böyük 
hissəsi Azərbaycanda hasil edilirdi. Lakin Sovet İttifaqı 
süquta uğradıqdan sonra ciddi çətinliklərlə  üzləşmişdik. O 
zaman neft və qaz hasilatında böyük tənəzzül və  özümüzü 
daha tam idarə edə bilməmək təhlükəsi var idi. Beləliklə
mövqelərimizi bərpa etməyin yeganə yolu xarici sərma-
yələrin cəlb olunması üçün ciddi çalışmaq idi. Bu istiqamət-
də siyasətimiz uğurlu oldu və 1994-cü ildə ilk əsas neft 
müqaviləsi imzalandı. Bu, sonralar «Əsrin müqaviləsi» ad-
landırıldı  və bizə neft və qaz sahəsinə milyardlarla birbaşa 
xarici sərmayə cəlb etməyə imkan verdi. Xəzər dənizində ye-
ni tərəfdaşlıq ruhu yaratdı. Xəzər dənizi beynəlxalq sər-
mayələr üçün ilk dəfə açıq oldu və bu, tərəfdaşlarımızla qar-
шılıqlı maraqlar əsasında  çox fəal və  hərtərəfli  əməkdaşlığa 
başlamağımıza şərait yaratdı. 
Mən bütün bunların necə baş verdiyini və  həmin  əmək-
daşlığın nəticələrinin nədən ibarət olduğunu qısaca xatır-
ladıram. Zənnimcə,  ən böyük nəticə neft və qaz sahəsində 
güclü  əməkdaşlığın qurulması, enerji dəhlizlərinin yaradıl-
ması oldu ki, Azərbaycanın karbohidrogen ehtiyatları ilk 
dəfə  Qərb istiqamətinə  nəql olunmağa başlandı.  İlk dəfə 
olaraq enerji infrastrukturu Xəzər dənizini Qara və Aralıq 
dənizləri ilə birləşdirdi. Bu, təkcə karbohidrogen ehtiyatla-
rınын hasilatı  və satılması  məsələsi deyildi. Bu, böyük məna 
kəsb edirdi və geniş regional əməkdaşlığa yol ачараг, ha-
zırda geniş beynəlxalq əməkdaşlığa çevrilmişdir.  
Hazırda neft və qaz təchizatının şaxələndirilməsində əldə 
etdiyimiz yaxşı nəticələr tamamilə yeni mənzərə yaradır. Biz 
bu sərmayələri iqtisadiyyatı  şaxələndirmək, digər sahələrə 


 
143
cəlb etmək və eyni zamanda, yeni layihələr  üzərində  çalış-
maq  üçün istifadə etməyə nail olduq. Bakı–Tbilisi–Ceyhan 
bu istiqamətdə ilk addım oldu. Cənubi Qafqaz adlandırılan 
qaz boru kəməri isə bizə qonşu bazarlara nəinki nefti, hətta 
qazı ixrac etməyə imkan yaratdı. Biz karbohidrogen ehti-
yatların kənar təchizat asılılığından yaranan vəziyyətинdən 
yaxşı  xəbərdarıq.  Çünki bir müddət biz də  təbii qazı idxal 
edirdik.  
Biz eyni zamanda, Xəzər dənizinin  şərqindəki tərəf-
daşlarımız üçün tranzit ölkə olmuşuq. Bu gün də belədir və 
biz həm hasilatçı, həm də ixracatçıyıq. Biz mühüm regional 
layihələri həyata keçirmişik və indi də həyata keçiririk. Dü-
şünürəm ki, hasilatçılar, tranzit ölkələr və istehlakçılar 
arasındakı maraqlar tarazlığı və regional əməkdaşlığın bu üç 
vacib seqmenti arasındakı qarşılıqlı anlaşma mühüm  əhə-
miyyət daşıyır. Fikrimcə, bu gün maraqlar tarazlığının təmin 
olunduğu bir vəziyyət yaranıb və hamı – hasilatçılar, tranzit 
ölkələr və istehlakçılar bundan yararlanacaqлаr. Daha sonra 
ölkələrimiz də, xalqlarımız da bundan faydalanacaq və bu, 
regional əməkdaşlıqda yeni mərhələyə gətirib çıxaracaqdır.  
Bu gün biz Gürcüstan, Rumıniya və Macarıstandan gələn 
qonaqların iştirakını nəzərə alaraq, Qara dəniz–Xəzər dənizi 
əməkdaşlığından ciddi danışa bilərik. Biz bu layihəyə bir 
neçə il bundan əvvəl Bakıdan Supsaya, Qara dənizin Gür-
cüstan sahilinə uzanan boru kəmərinin tikintisi ilə başladıq. 
Bir qədər  əvvəl qeyd etdiyim kimi, biz Xəzər dənizinin və 
Qara dənizin hövzələrini birləşdirdik.  Əminəm ki, bu gö-
rüşün nəticəsi olaraq bu marşrutun genişləndirilməsi və yeni 
layihələr yeni imkanlar açacaq,  ölkələrimiz arasında daha 
sıx əlaqələrin yaranmasına şərait yaradacaqdır.  
Hesab edirəm ki, bugünkü sammitin keçirilməsinin  əsas 
səbəblərindən biri təmsil etdiyimiz ölkələr arasında mövcud 
olan möhkəm  əlaqələrdir. Bizim Gürcüstan, Rumıniya və 
Macarıstan ilə yaxşı ikitərəfli əlaqələrimiz vardır. Bu əlaqə-
lərin genişlənəcəyinə, müxtəlif sahələrdə daha da inkişaf 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə