Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə38/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   34   35   36   37   38   39   40   41   ...   112

 
135
 
 
 
RUSİYA FEDERASİYASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB DMİTRİ MEDVEDEVƏ  
  
Hörmətli Dmitri Anatolyeviç! 
Vladiqafqazda terror aktı  nəticəsində  çoxsaylı insan 
tələfatı barədə xəbər məni dərindən sarsıtdı.  
Azərbaycan xalqı adından və  şəxsən  öz adımdan Sizə, 
həlak olanların qohumlarına və yaxınlarına, bütün Rusiya 
xalqına səmimi-qəlbdən başsağlığı verirəm. Zərərçəkənlərə 
tezliklə sağalmağı arzulayıram.  
 
İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti  
 
Bakı, 10 sentyabr 2010-cu il 
 
 
 
 
 
 


 
136
 
 
 
LATVİYANIN SABİQ PREZİDENTİ  
XANIM VAYRA VİKE-FREYBERQA  
ИЛЯ ЭЮРЦШ 
  
Prezident sarayı  
 
13 sentyabr 2010-cu il 
 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 
sentyabrın 13-də Latviyanın sabiq prezidenti xanım Vayra 
Vike-Freyberqanı qəbul etmişdir.  
Xanım Vayra Vike-Freyberqa ölkəmizə səfərindən ötən 5 il 
ərzində Bakıda  çox böyük işlərin görüldüyünü, paytaxtın 
gözəl və müasir bir şəhərə çevrildiyini dedi və bu münasibətlə 
dövlətimizin başçısını təbrik etdi.  
Xoş  sözlərə  görə  təşəkkürünü bildirən dövlətimizin başçısı 
Bakı şəhərində, eləcə də Azərbaycanın bölgələrində irimiqyaslı 
layihələrin həyata keçirildiyini, müxtəlif sahələrə, o cümlədən 
turizmin inkişafına böyük həcmdə  sərmayələrin qoyulduğunu 
bildirdi. Azərbaycanın beynəlxalq  əlaqələrinə toxunan prezi-
dent  İlham  Əliyev  ölkəmizin Avropa İttifaqı ilə  əməkdaşlığı 
məsələlərinə böyük önəm verdiyini vurğuladı.  
Xanım Vayra Vike-Freyberqa Azərbaycanın Avropa İtti-
faqı ilə  əməkdaşlığının daha da genişlənməsi işinə  həmişə 
dəstək verəcəyini dedi.  
 


 
137
 
 
 
DÜNYA BANKININ VİTSE-PREZİDENTİ  
FİLİP LE UERU ИЛЯ ЭЮРЦШ  
  
Prezident sarayı  
 
 
13 sentyabr 2010-cu il 
 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 
sentyabrın 13-də  Dünya Bankının vitse-prezidenti Filip Le 
Uerunu qəbul etmişdir.  
Görüşdə Dünya Bankı ilə Azərbaycanın müvafiq qurumları 
arasında  əməkdaşlığın yaxşı  səviyyədə olduğu vurğulandı, 
ölkəmizdə son illər əldə edilən uğurlar və gələcəkdə görüləcək 
işlər  ətrafında fikir mübadiləsi aparıldı, bir sıra beynəlxalq 
layihələrin həyata keçirilməsində  tərəflərin maraqlı olduğu 
bildirildi. 
 
 
 
 
 
 
 
 
 


 
138
 
 
 
RUMINİYA РЕСПУБЛИКАСЫНЫН PREZİDENTİ 
TRAYAN BESESKU İLƏ GÖRÜŞ   
  
Prezident sarayı  
 
 
13 sentyabr 2010-cu il 
 
Sentyabrın 13-də Azərbaycan prezidenti İlham Əliyevin 
Rumıniya prezidenti Trayan Besesku ilə görüşü olmuşdur.  
Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli mü-
nasibətlərin siyasi, iqtisadi və digər sahələrdə  uğurla inkişaf 
etdiyi vurğulandı, dövlət başçılarının görüşlərinin və qarşılıqlı 
səfərlərin  ölkələrimizin  əlaqələrinin daha da genişlənməsi ba-
xımından  önəmli olduğu qeyd edildi. Prezidentlər sabah Ba-
kıda keçiriləcək Azərbaycan, Gürcüstan, Rumıniya prezident-
ləri və Macarıstanын Baş nazirinin görüşünün  əhəmiyyətinə 
toxunaraq, AGRİ layihəsinin Avropanın enerji təhlükəsizli-
yinin təmin olunması  işindəki  əhəmiyyətini vurğuladılar, təd-
birin regional əməkdaşlığın möhkəmlənməsi işinə öz töhfəsini 
verəcəyinə əminlik ifadə etdilər.  
Dövlətimizin başçısı Ermənistan–Azərbaycan, Dağlıq Qa-
rabağ  münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar 
prosesinin hazırkı vəziyyəti barədə söhbət açdı.  
Görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər 
ətrafında fikir mübadiləsi aparıldı
 
 
 
 


 
139
 
 
 
GÜRCÜSTAN РЕСПУБЛИКАСЫНЫН PREZİDENTİ  
MİXEİL SAAKAŞVİLİ İLƏ GÖRÜŞ   
  
Prezident sarayı  
 
 
13 sentyabr 2010-cu il 
 
Sentyabrın 13-də Azərbaycan prezidenti İlham Əliyevin 
Gürcüstan prezidenti Mixeil Saakaşvili ilə görüşü olmuşdur.  
Görüşdə Azərbaycan ilə  Gürcüstan arasında  əlaqələrin 
inkişafından məmnunluq ifadə olundu. Azərbaycan, Gürcüs-
tan, Rumıniya prezidentləri və Macarıstanын Baş nazirinin 
Bakıda keçiriləcək görüşünün  əhəmiyyətindən danışan dövlət 
başçıları AGRİ layihəsinin Avropanın enerji təhlükəsizliyinin 
təmin olunması və regional əməkdaşlığın möhkəmlənməsi işinə 
öz töhfəsini verəcəyinə ümidvar olduqlarını bildirdilər. 
 
 


 
140
 
 
 
MACARISTAN РЕСПУБЛИКАСЫНЫН   
BAŞ NAZİRİ VİKTOR ORBAN İLƏ GÖRÜŞ   
 
Prezident sarayı  
 
 
14 sentyabr 2010-cu il 
 
Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezi-
denti  İlham  Əliyevin Macarıstan  Республикасынын Baş naziri 
Viktor Orban ilə görüşü olmuşdur.  
Dövlətimizin başçısı Baş nazir Viktor Orbanın Azər-
baycana səfərinin ikitərəfli münasibətlərimizə dair məsələlərin 
müzakirəsi baxımından əhəmiyyətini vurğuladı, əlaqələrimizin 
müxtəlif sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə 
ümidvar olduğunu bildirdi.  
Baş nazir Viktor Orban Azərbaycan ilə Macarıstan arasın-
da ikitərəfli  əlaqələrin hazırkı  vəziyyətinə  və perspektivlərinə 
dair fikir mübadiləsi aparmaq üçün səfərin yaxşı imkan ya-
ratdığını dedi və  səfər zamanı  səmərəli müzakirələr aparı-
lacağına əminliyini ifadə etdi.  
Görüşdə AGRİ layihəsinin ölkələr arasında enerji sahəsində 
əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd olundu.  
Söhbət zamanı Azərbaycan–Macarıstan ikitərəfli münasi-
bətlərinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq baxımından 
da  əhəmiyyəti qeyd edildi, ölkələrimiz arasında  əlaqələrin 
müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə genişlənməsi 
üçün yaxşı potensialın olduğu bildirildi. 
 
 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə