Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə53/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   49   50   51   52   53   54   55   56   ...   112

 
188
 
 
 
ALMANİYA FEDERATİV RESPUBLİKASININ 
PREZİDENTİ ZATİ-ALİLƏRİ  
CƏNAB KRİSTİAN VULFA 
 
Hörmətli cənab Prezident! 
Milli bayramınız – Alman birliyi günü  münasibətilə 
Sizə  və Sizin simanızda bütün xalqınıza  ən səmimi təbrik-
lərimizi yetirirəm. 
Azərbaycan–Almaniya münasibətlərinin hazırkı inkişaf 
səviyyəsi, istər ikitərəfli qaydada, istərsə  də Avropa struk-
turları çərçivəsində səmərəli əməkdaşlığımız məmnunluq do-
ğurur.  Əminəm ki, dövlətlərarası  münasibətlərimizin, dost-
luq  əlaqələrimizin daha da möhkəmləndirilməsi,  əməkdaş-
lığımızın  əhatə dairəsinin genişləndirilməsi istiqamətində 
səylərimizi bundan sonra da davam etdirəcəyik. 
Bu bayram günündə Sizə  ən xoş arzularımı yetirir, dost 
alman xalqına sülh və rifah diləyirəm. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 17 sentyabr 2010-cu il 
 
 
 


 
189
 
 
 
KOREYA RESPUBLİKASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ  
CƏNAB Lİ MEN BAKA 
 
Hörmətli cənab Prezident! 
Ölkənizin milli bayramı – Dövlətin yaranması  günü 
münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbay-
can xalqı adından təbrik edirəm. 
Bu gün dost ölkələrimiz arasında sıx əməkdaşlıq əlaqələri 
mövcuddur.  Əminəm ki, münasibətlərimizin bütün səviyyə-
lərdə inkişafı,  əməkdaşlığımızın daim genişləndirilməsi isti-
qamətində  səylərimiz bundan sonra da xalqlarımızın mə-
nafelərinə xidmət edəcəkdir. 
Belə bir əlamətdar gündə Sizə  möhkəm cansağlığı, işlə-
rinizdə uğurlar, dost xalqınıza sülh və rifah arzulayıram. 
 
Hörmətlə, 
İLHAM ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı, 17 sentyabr 2010-cu il 
 
 


 
190
 
 
 
«AZƏRBAYCAN YAŞIL DÜNYA NAMİNƏ»  
DEVİZİ ALTINDA KEÇİRİLƏN BEYNƏLXALQ 
EKOLOGİYA SƏRGİSİ İLƏ TANIŞЛЫГ 
  
17 sentyabr 2010-cu il  
 
Prezident İlham Əliyev sentyabrın 17-də Heydər Əliyev 
adına İdman-Konsert Kompleksində «Azərbaycan yaşıl dünya 
naminə» devizi altında keçirilən beynəlxalq ekologiya sərgisi 
ilə tanış olmuşdur.  
Dövlətimizin başçısı  ətraf mühitin mühafizəsini və sağlam 
ekoloji mühitin yaradılmasını prioritet məsələlərdən biri kimi 
qarşıya məqsəd qoymuşdur. Təsadüfi deyildir ki, prezident 
İlham  Əliyev 2010-cu ili Azərbaycanda «Ekologiya ili» elan 
etmişdir. «Azərbaycan yaşıl dünya naminə» devizi altında 
keçirilən beynəlxalq ekologiya sərgisi də «Ekologiya ili» çər-
çivəsində reallaşan tədbirlərdən biridir.  
Ticarət və  Sənaye Palatasının təşkilatçılığı, Ekologiya və 
Təbii Sərvətlər Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən sərginin 
məqsədi respublikamızda və xarici ölkələrdə  ətraf mühitin 
sağlamlaşdırılması istiqamətində reallaşdırılan qabaqcıl təcrü-
bənin geniş auditoriyaya təqdim olunması, təcrübə mübadiləsi 
aparılması və əməkdaşlıq əlaqələrinin qurulmasıdır.  
Sərgidə ekoloji problemlərin həlli sahəsində  fəaliyyət 
göstərən 30-dək yerli və xarici şirkət, eləcə də dövlət qurum-
ları  və qeyri-hökumət təşkilatları  təmsil olunmuşдуr.  Eko-
logiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov prezident 
İlham Əliyevə sərgi barədə ətraflı məlumat verdi. Qeyd olundu 
ki, Ekologiya və  Təbii Sərvətlər Nazirliyi ətraf mühitin sağ-
lamlaşdırılması istiqamətində kompleks tədbirlər həyata ke-
çirir. Son 15 ildə Azərbaycanda meşələrin ərazisi xeyli artırıl-
mışdır. Cari «Ekologiya ili»ndə Azərbaycanda 8 milyon 200 


 
191
min ağac və kol bitkisi əkilmişdir. Bunun 1 milyon 540 mini 
Bakıətrafı  ərazilərin payına düşür. Nazirliyin Kompleks 
Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin 3 min 
metrə qədər yüksəkliklərdə yerləşən 3 avtomatlaşdırılmış me-
teoroloji stansiyası fəaliyyət göstərir. Cənubi Qafqazda Vəhşi 
təbiətin bərpası  və reabilitasiyası  mərkəzi də ilk dəfə Azər-
baycanda yaradılmışdır.  
Bu ildən fəaliyyətə başlayan Alternativ və  Bərpa olunan 
Enerji Mənbələri  üzrə  Dövlət Agentliyinin pavilyonu ilə ta-
nışlıq zamanı bildirildi ki, agentlik günəş, külək, kiçik çaylar, 
bioqaz və sair mənbələrdən elektrik və istilik enerjisinin alın-
ması  üçün silsilə  tədbirlər reallaşdırır. Tezliklə Sumqayıtda 
Günəş texnologiyalari zavodunun təməlinin qoyulması  göz-
lənilir. Enerji səmərəliliyi məsələləri də agentliyin diqqət mər-
kəzindədir.  
Prezident  İlham  Əliyev Azərbaycan Respublikası  Dövlət 
Neft  Şirkətinin ekoloji mühitin sağlamlaşdırılması  üzrə  çox-
şaxəli fəaliyyətini  əks etdirən stendlə tanış oldu. Qeyd edildi 
ki, dövlətimizin başçısının sərəncam və tapşırıqlarına  əsasən 
müasir AVRO-2 ölçü məntəqəsi inşa olunmuşdur, neftlə çirk-
lənmiş  ərazilərin təmizlənməsi və alternativ enerji mənbələ-
rindən istifadə tədbirləri genişləndirilir, platformalarda təmiz-
ləyici qurğular quraşdırılır və digər silsilə layihələr həyata 
keçirilir.  
bp şirkəti də ətraf mühitin sağlamlaşdırılması ilə bağlı bir 
sıra yeni layihələr  üzrə  iş aparır. Azərbaycanın AİMROC 
şirkəti isə Daşkəsənin qızıl yataqlarında və Balakəndə Filiz-
çay yatağında işlər görür. Aparılan araşdırmalar nəticəsində 
Balakəndəki yatağın dünyada  ən zəngin mis və sink ehti-
yatlarına malik olduğu aşkarlanmışdır.  
Dövlətimizin başçısı  respublikamızda ekologiya sahəsində 
istifadə olunan maşın və mexanizmlərə baxdı.  
Sərgi ilə yaxından tanış olan prezident İlham  Əliyev təş-
kilatçılara və iştirakçılara uğurlar arzuladı. 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə