Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə56/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   52   53   54   55   56   57   58   59   ...   112

 
199
Asiya ilə Avropa arasında bütün növ malların daşınması 
üçün böyük imkanlar yaradacaqdır.  
Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün çox fəal üzvü 
kimi, Azərbaycan enerji gəlirlərini açıq və  şəffaf  şəkildə 
ölkənin inkişafı, xüsusən də insan kapitalının formalaş-
dırılması  və yoxsulluğun aradan qaldırılması  üçün istifadə 
edir. Beləliklə, biz yoxsulluq səviyyəsini 2003-cü ildəki 49 
faizdən 2009-cu ildə 11 faizə  qədər azaltmağa nail olduq. 
Mən qətiyyətlə inanıram ki, qarşıdan gələn illərdə Azər-
baycan davamlı inkişaf sayəsində bu sahədə daha böyük 
nailiyyətlər əldə edəcəkdir.  
Cənab sədr, Azərbaycan bütün dövrlərdə müxtəlif dinlər, 
etnik qruplar və fəlsəfələr arasında birgə yaşama və dözüm-
lülük məkanı olmuşdur. Sivilizasiyalar İttifaqının Dostlar 
Qrupunun fəal üzvü kimi, Azərbaycan dinlərarası və mədə-
niyyətlərarası dialoqun təşviqinə qarşılıqlı  hörmət və an-
laşma  əsasında töhfə verir. Azərbaycan bu ilin yazında 32 
dövlətin dini rəhbərlərinin  Ümumdünya Sammitini təşkil 
etmiş, 2011-ci ilin aprelində  Mədəniyyətlərarası Dialoq 
naminə Ümumdünya Forumunu keçirmək təşəbbüsü ilə çıxış 
etmişdir. Planetin istənilən guşəsinə  təsir göstərə biləcək  ən 
ciddi və uzunmüddətli çətinliklərdən biri iqlim dəyişikliyidir. 
Biz Azərbaycanda 2010-cu ili «Ekologiya ili» elan etmişik və 
ətraf mühitin qorunması sahəsində  müxtəlif xüsusi pro-
qramlar qəbul etmişik.  
Azərbaycan inkişaf edən və  ən az inkişaf etmiş  dövlət-
lərin, eləcə  də  təbii fəlakətlərdən  əziyyət  çəkən  ölkələrin 
üzləşdiyi  çətinliklərin aradan qaldırılması  və  zəruri ehtiyac-
ların təmin edilməsinə  xüsusi diqqət yetirərək, hamı  üçün 
davamlı inkişaf və qlobal çiçəklənmənin təşviqinə tam dəs-
təyini nümayiş etdirir. Azərbaycan Birləşmiş Millətlər Təş-
kilatı çərçivəsində razılaşdırılmış inkişaf məqsədlərinin yeri-
nə yetirilməsinə töhfəsini davam etdirəcəkdir.  
 
 


 
200
 
 
 
ABŞ PREZİDENTİ BARAK OBAMA İLƏ GÖRÜŞ   
  
Nyu-York  
 
24 sentyabr 2010-cu il  
 
Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respub-
likasının Prezidenti İlham  Əliyevin və Amerika Birləşmiş 
Ştatlarının Prezidenti Barak Obamanın görüşü olmuşdur.  
Görüşdə Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq 
prinsiplərinə  əsaslanan ikitərəfli münasibətlərin müxtəlif 
sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu.  
ABŞ prezidenti Barak Obama prezident İlham  Əliyevin 
liderlik rolunu qeyd edərək, Azərbaycanın regionda ən  çox 
uğurlar qazanan və  ən nüfuzlu  ölkələrdən biri olduğunu vur-
ğuladı. Azərbaycan ilə ABŞ-ın beynəlxalq antiterror əməliy-
yatlarında birgə fəaliyyətinə toxunulan görüşdə Azərbaycanın 
bu əməliyyatlarda iştirakı yüksək qiymətləndirildi.  
Energetika sahəsində  ölkələrimiz arasında uzun illər 
səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilərək, Azərbay-
canın beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsinə 
töhfəsi xüsusi qeyd olundu.  
Dövlət başçıları Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsindən danışaraq, problemin tezliklə nizama salın-
masının regionda sülhün və sabitliyin təmin edilməsi baxı-
mından zəruri olduğunu bildirdilər.  
Prezident  İlham  Əliyev Ermənistan–Azərbaycan, Dağlıq 
Qarabağ  münaqişəsinin  ölkəmizin  ərazi bütövlüyü prinsipi 
əsasında həll olunmasının vacibliyi ilə bağlı  mövqeyini bir 
daha diqqətə çatdırdı.  
Dövlət başçılarının görüşündə Azərbaycanda demokratik 
inkişaf prosesləri ilə bağlı fikir mübadiləsi aparıldı.  


 
201
Səfər başa çatdı 
 
Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezi-
denti  İlham  Əliyevin Amerika Birləşmiş  Ştatlarına işgüzar 
səfəri başa çatmışdır.   
 
* * *  
 
Həmin gün prezident İlham Əliyev Vətənə qayıtdı.  
Heydər Əliyev Beynəlxalq Aeroportunda dövlətimizin baş-
çısını Baş nazir Artur Rasizadə, Prezident Administrasiya-
sının rəhbəri Ramiz Mehdiyev, Bakı  Şəhər  İcra Hakimiy-
yətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.  
 
 
 
 
 


 
202
 
 
 
AZƏRBAYCAN RESPUBLİKASININ 
PREZİDENTİ İLHAM ƏLİYEVİN 
ÖZBƏKİSTANA RƏSMİ SƏFƏRİ  
  
27 sentyabr 2010-cu il  
 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 
sentyabrın 27-də Özbəkistana rəsmi səfərə yola düşmüşdür.  
Dövlətimizin başçısını Heydər  Əliyev Beynəlxalq Aero-
portunda Baş nazir Artur Rasizadə, Prezident Administra-
siyasının rəhbəri Ramiz Mehdiyev, Bakı  Şəhər  İcra Haki-
miyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar. 
                                      
* * * 
 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 
sentyabrın 27-də Özbəkistan Respublikasına rəsmi səfərə gəl-
mişdir.  
Azərbaycanın və Özbəkistanın dövlət bayraqları ilə bəzədil-
miş «Daşkənd-2»  аеропортунда Azərbaycan prezidenti İlham 
Əliyevin şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü.  
Prezident  İlham  Əliyevi  Özbəkistanın Baş naziri Şavkat 
Mirziyоyev və yüksək vəzifəli digər dövlət və hökumət rəsmi-
ləri qarşıladılar. 
 
 
 
 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə