Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə58/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   54   55   56   57   58   59   60   61   ...   112

 
207
yüksək qiymətləndiririk və bu dəstək bizim üçün  çox  əhə-
miyyətlidir.  
Sizi bir daha əmin etmək istəйиряm ki, Azərbaycan  əv-
vəllər olduğu kimi, gələcəkdə  də  bütün beynəlxalq arena-
larda həmişə  Özbəkistanın istənilən təşəbbüsünü  dəstək-
ləyəcəkdir. Biz münasibətlərimizi  çox yüksək qiymətləndiri-
rik. Bu münasibətlər möhkəm bazaya, dostluğa, xalqlarımız 
arasında qardaşlığa əsaslanır. Xalqlarımız həqiqətən qardaş-
dır. Biz öz dilimizdə danışanda tərcüməyə ehtiyac olmur. Biz 
bir-birimizi başa düşür, xalqlarımızın mədəniyyətini, incəsə-
nətini sevirik. Bizi ümumi tarix birləşdirir. Bu gün də iki 
müstəqil və dinamik inkişaf edən dövlət kimi biz, əlbəttə, 
birgə  səylərlə regionumuzda sabitliyin möhkəmləndirilməsi 
və  vəziyyətin proqnozlaşdırılması  işinə  böyük töhfə verə 
bilərik və veririk.  
Sərhədləriniz  ətrafında yaranan vəziyyət bizi narahat 
edir. Bu vəziyyət fəal həllini tələb edir və demək istəyirəm ki, 
biz Azərbaycanda sizin regionda baş verən hadisələri  çox 
diqqətlə izləyirik və Sizin bu yaxınlarda nümayiş etdirdiyiniz 
və hazırda vəziyyətin xeyli sabitləşməsini  şərtləndirən  çox 
müdrik,  ölçülüb-biçilmiş, ağıllı siyasəti yüksək qiymətlən-
diririk. Bu halda məhz Sizin siyasətiniz və atdığınız addımlar 
həlledici rol oynamış, həm regiona, həm də  dünyaya  ölkə-
nizin təkcə regional əhəmiyyətli deyil, eyni zamanda, qlobal 
miqyaslı  məsələlərdə  mühüm rol oynadığını bir daha nü-
mayiş etdirmişdir.  Özbəkistanın uğurlu inkişafını, sosial, 
iqtisadi məsələlərin necə  həll olunduğunu, dünyada mövqe-
yinin necə möhkəmləndiyini görmək çox xoşdur və bu bizim 
də  mövqeyimizi möhkəmləndirir. Buna görə  də  mən sizin 
gözəl ölkənizə yenidən böyük sevinclə gəlmişəm. Əminəm ki, 
bu gün apardığımız fikir mübadiləsi və imzaladığımız sənəd-
lər  ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaqdır. 
Bir daha qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm.  
 
 


 
208
 
 
 
AZƏRBAYCAN VƏ ÖZBƏKИSTAN     
PREZИDENTLƏRИNИN GENИŞ TƏRKИBDƏ 
GÖRÜŞЦ  
  
27 sentyabr 2010-cu il  
 
Sentyabrın 27-də Daşkənddə  təkbətək görüş başa  çat-
dıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kəri-
movun nümayəndə heyətlərinin iştirakı ilə geniş  tərkibdə da-
nışıqları olmuşdur.  
İ s l a m  K ə r i m o v: Hörmətli İlham Heydər oğlu!  
Azərbaycan nümayəndə heyətinin hörmətli üzvləri, dost-
lar! Sizi Özbəkistan torpağında salamlamaqdan və sizin şəx-
sinizdə qardaş Azərbaycan xalqına dərin hörmətimi bildir-
məkdən hədsiz məmnunam. Fürsətdən istifadə edib bir daha 
vurğulamaq istərdim ki, Özbəkistanda Azərbaycan ilə  Öz-
bəkistan arasında səmimi dostluq hisslərinə əsaslanan dərin 
məzmunlu ikitərəfli dövlətlərarası münasibətləri yüksək qiy-
mətləndirirlər. Prezidentlər arasında görüşlərə, yüksək səviy-
yədə  görüşlərə, nazirliklər, müvafiq qurumlar səviyyəsində 
və  işgüzar səviyyədə  görüşlərə  həmişə  tələbat vardır. Biz 
Azərbaycan prezidenti İlham Əliyevin Özbəkistana bu rəsmi 
səfərini ikitərəfli və  çoxtərəfli münasibətlərin dinamikasını, 
məzmununu, etimada əsaslanan fikir mübadiləsini obyektiv 
qiymətləndirmək,  ölkələrimizin  əməkdaşlığının  ən mühüm 
prioritetlərini müəyyən etmək  üçün yaxşı bir imkan hesab 
edirik.  
Biz 2008-ci ildə  Özbəkistan nümayəndə heyətinin Azər-
baycana məhsuldar səfərini, orada gördüyümüz unudulmaz 
ənənəvi Azərbaycan qonaqpərvərliyini və mehribanlığı  xü-
susi hərarət hissi ilə xatırlayırıq. Heç şübhəsiz, ölkələrimiz və 


 
209
xalqlarımız arasında səmimi qarşılıqlı  hörmət və dostluq 
münasibətlərinin təzahürü  üçün bizim milli ənənələrimizin, 
dilimizin, mədəniyyətimizin, dinimizin çoxəsrlik tarixi, eləcə 
də milli mənafelərimizin və  müasir  şəraitdə qarşımızda du-
ran uzunmüddətli vəzifələrin  ümumiliyi mühüm və  münbit 
zəmindir. Azərbaycanlıların tamamilə aydın başa düşdüyü 
özbək dilində desək – «Bizim ulduzlarımız müştərək, dilimiz 
bir, dinimiz bir, ürəklərimiz birdir».  
Fürsətdən istifadə edib təkcə  öz adımdan deyil, həm də 
ölkəmizin bütün ictimaiyyəti adından görkəmli  şəxsiyyət, 
bütün həyatını, bütün enerjisini, dövlət xadiminə xas olan 
zəngin istedadını bütünlüklə doğma ölkənin dirçəldilməsinə, 
ona xidmətə  həsr etmiş, Azərbaycanın bugünkü  və  gələcək 
həyatının təməlini yaratmış Heydər  Əlirza oğlu  Əliyevin 
xatirəsinə dərin hörmət hissini bildirmək istəйиряm. Biz onu 
Ö
zbəkistan ilə Azərbaycan arasında qarşılıqlı etimad müna-
sibətlərinin möhkəmlənməsi  üçün  çox işlər görmüş uzaqgö-
rən siyasi xadim və  müdrik insan kimi xatırlayır və qiy-
mətləndiririk. Hörmətli İlham Heydər oğlu, təbii ki, həyata 
keçirməyə başladığınız, hərtərəfli düşünülmüş  və  ölçülüb-
biçilmiş xarici və daxili siyasət xəttinin reallaşdırılması, 
ölkənizin iqtisadi qüdrətinin, onun potensialının gücləndiril-
məsi, beynəlxalq aləmdə artan nüfuzunun təmin edilməsi 
üçün Sizin nə  qədər böyük gərginlik, qüvvə, enerji və  əmək 
sərf etdiyinizi Özbəkistanda yaxşı bilirik. Ölkənizin  çox 
zəngin ehtiyatlarından səmərəli istifadə edilməsi, iqtisadiy-
yatın  şaxələndirilməsi, onun ixrac hissəsinin genişləndi-
rilməsi, əhalinin rifahının və həyat səviyyəsinin keyfiyyətinin 
daim yüksəldilməsi üçün Azərbaycanda inamla reallaşdırılan 
proqram böyük hörmətə layiqdir. Bütün bunların Cənubi 
Qafqazda qarşıdurmanın, kənardan təhdid və  təhlükələrin, 
dünya maliyyə-iqtisadi böhranının təsirinin hələ  də davam 
etdiyi  şəraitdə baş verdiyini nəzərə alsaq, bunun nəyin ba-
hasına əldə edildiyi aydın olar.  


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə