Ббк 32 я 56 Бурахылышына мясул академик рамиз



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə47/112
tarix08.11.2018
ölçüsü3,26 Mb.
#79607
1   ...   43   44   45   46   47   48   49   50   ...   112

 
166
Dövlətimizin başçısı MDB ölkələrinin Kəşfiyyat Xidmət-
ləri və  Təhlükəsizlik Orqanları  Rəhbərləri Müşavirəsinin Ba-
kıda keçirilən XI iclasının beynəlxalq terrorizm, ekstremizm, 
radikalizm və  müasir dövrün bu qəbildən olan digər  çağı-
rışlarına qarşı layiqincə mübarizə aparmağa daha güclü təkan 
verəcəyinə əminliyini vurğulaды.  
 İ l h a m  Ə l i y e v:  Mən əminəm ki, ölkələrimizin təhlü-
kəsizliyinin tam şəkildə  təmin edilməsi qonşular, tərəfdaşlar
dost  ölkələrlə  sıx  əməkdaşlıq yolu ilə  mümkündür. Bu gün 
dünyada təkcə dövlət və təhlükəsizlik orqanlarının texnologiya 
və imkanları genişlənmir, təəssüf ki, insanlarımızın dinc hə-
yatına qəsd etmək, təşviş  və xaos yaratmaq istəyənlər də qa-
baqcıl texnologiyaları  əldə edirlər.  Əminəm ki, operativ in-
formasiya mübadiləsi, sıx əməkdaşlıq bir çox bəlalardan xilas 
olmağa kömək edəcəkdir.  
Prezident İlham Əliyev MDB ölkələrinin qarşılıqlı səmərəli 
əməkdaşlığının və birgə səylərinin regionda, ümumilikdə dün-
yada təhlükəsizliyə  təminatın yaradılmasında mühüm rol oy-
nadığını dedi. Dövlətimizin başçısı  xüsusi qeyd etdi ki, pla-
netdə heç bir, o cümlədən ən güclü ölkələrin belə, beynəlxalq 
terrorizm kimi qlobal təhlükələrdən tam sığortalanmadığı 
indiki vaxtda MDB ölkələrinin səylərini daha da artırması 
olduqca vacibdir. Prezident İlham  Əliyev  ümumi amallar na-
minə MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və  Təhlükəsizlik 
Orqanları  Rəhbərləri Müşavirəsinin Bakıda keçirilən XI 
iclasının iştirakçılarına uğurlar arzuladı.  
MDB  ölkələrinin Kəşfiyyat Xidmətləri və  Təhlükəsizlik 
Orqanları  Rəhbərləri Müşavirəsinin sədri, Rusiya Federa-
siyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov 
görüşdə  iştirak edən nümayəndə heyətləri rəhbərləri adından 
Azərbaycan prezidenti İlham  Əliyevə  dərin təşəkkürünü bil-
diряряк  qeyd etdi ki, MDB ölkələrinin xüsusi xidmət orqan-
ları  səyləri birləşdirmək  üçün  əlaqələri daha da möhkəm-
ləndirir, mütəmadi fikir və təcrübə mübadiləsi aparır.  


 
167
M i x a i l  F r a d k o v: Bu cür görüşlər bizim düz yolda 
olduğumuza  əminlik yaradır və biz qarşılıqlı  fəaliyyəti 
təkmilləşdirmək üçün hər şey edirik. Buna ölkə başçılarının 
xoş  münasibəti və Sizin şəxsən maraqlı olmağınız  əhəmiy-
yətli dərəcədə  təkan verir. Sizin arzu və  tövsiyələrinizi biz 
təbii ki, praktik işimizdə, o cümlədən bugünkü iclasda nəzərə 
alacağıq.  
Burada olduğumuz ilk dəqiqələrdən böyük diqqət və xoş 
münasibət hiss edirik. Bu da uğurlu fəaliyyətimiz üçün əlavə 
zəmindir. Biz Sizin təhlükəsizlik və sabitliyin təmin edilməsi 
məsələlərinə  şəxsi münasibətinizi bilirik. Biz birinci dəfə 
deyildir ki, görüşürük. Doğrudan da söz və  əməllərdə ar-
dıcıllıq hiss olunur, xüsusən də insan həyatının gündəmdə 
olduğu məsələlərdə, terrorizmlə, dini ekstremizmlə  müba-
rizədə. Mənə elə  gəlir ki, bu, səylərimizi birləşdirmək  üçün 
aktual, prioritet istiqamətdir.  
Qonaq MDB ölkələrinin Kəşfiyyat Xidmətləri və  Təh-
lükəsizlik Orqanları  Rəhbərləri Müşavirəsinin XI iclasında 
beynəlxalq təhlükəsizliyə təhdidlərin qarşısının alınmasında eh-
tiyat imkanların hərtərəfli araşdırıldığını  və faydalı fikir mü-
badiləsi aparıldığını qeyd etdi. Mixail Fradkov Bakıda gör-
düklərinin onlarda zəngin təəssürat doğurduğunu və bunu Azər-
baycanın  ümumi inkişafının konkret nümunəsi kimi də-
yərləndirdiklərini xüsusi vurğuladı. O, MDB ölkələrinin xüsusi 
xidmət orqanlarının qarşıda duran ümdə  vəzifələrin həlli  üçün 
bundan sonra da səylərini əsirgəməyəcəklərini bildirdi.  
 
 
 
 
 


 
168
 
 
АЗЯРБАЙЪАН RESPUBLİKASININ 
ПРЕЗИДЕНТИ ИЛЩАМ ЯЛИЙЕВИН 
          ТЦПКИЙЯЙЯ СЯФЯРИ 
 
15 сентйабр 2010-ъу ил 
 
Азярбайъан  Республикасынын  Президенти  Илщам  Ялийев 
Тцркдилли  юлкялярин  дювлят  башчыларынын  Х  зирвя  топлантысында 
иштирак  етмяк  цчцн  сентйабрын 15-дя  Тцркийя  Республикасына 
сяфяря йола дцшмцшдцр. 
Дювлятимизин башчысыны Щейдяр Ялийев Бейнялхалг Аеропор-
тунда  Баш  назир  Артур  Расизадя,  Президент  Администрасийа-
сынын  рящбяри  Рамиз  Мещдийев,  Бакы  Шящяр  Иъра  Щакимий-
йятинин башчысы Щаъыбала Абуталыбов йола салдылар. 
 
* * * 
 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 
Türkdilli  ölkələrin dövlət başçılarının X zirvə toplantısında 
iştirak etmək  üçün sentyabrın 15-də  Türkiyə Respublikasına 
səfərə gəlmişdir.  
Azərbaycanın və  Türkiyənin dövlət bayraqlarının dalğa-
landığı İstanbulun Atatürk Beynəlxalq  Щava Limanında döv-
lətimizin başçısını  Türkiyənin yüksək vəzifəli dövlət və  höku-
mət nümayəndələri böyük hörmət və ehtiramla qarşıladılar.  
 
 
 
 


 
169
 
 
 
TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ 
ABDULLAH GÜL İLƏ GÖRÜŞ  
  
İstanbul  
 
15 sentyabr 2010-cu il 
 
Sentyabrın 15-də İstanbulda «Çırağan» sarayında Azər-
baycan prezidenti İlham  Əliyevin və  Türkiyə prezidenti 
Abdullah Gülün görüşü olmuşdur.  
Görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin müxtəlif 
sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, türkdilli 
ölkələrin dövlət başçılarının X zirvə toplantısının  əhəmiyyə-
tindən danışıldı. Bu tədbirin türkdilli dövlətlər arasında əmək-
daşlığın daha da genişlənəcəyinə xidmət edəcəyi vurğulandı.  
Görüşdə  ölkələrimiz arasında  əməkdaşlığın perspektivləri 
ilə bağlı fikir mübadiləsi aparıldı. 
 
 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə