B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010


III.3. Mədənin kəsilişində istismar obyektlərinin ayrılması



Yüklə 10,22 Mb.
səhifə42/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   ...   38   39   40   41   42   43   44   45   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

III.3. Mədənin kəsilişində istismar obyektlərinin ayrılması.
Neft və qaz mədəninin kəsilişində bir və ya bir neçə layın geoloji, texniki, texnoloji və iqtisadi baxımdan birgə işlənilməsi mümkün olarsa onlar istismar obyekti adlanır. Belə obyektlər üçün ayrıca quyu şəbəkəsi əsaslandırılır.
Əgər mədənin kəsilişində yalnız bir məhsuldar lay varsa, belə hallarda onun istismar obyektlərinə bölünməsi tələbatı qarşıya çıxmır. Əksinə, kəsilişdə belə layların sayı çox olduqda onların işlənilmə obyektlərinə bölünmə sxemini müəyyən etmək lazımdır. Burada, aşağıdaki qoyuluşlar nəzərə alınmalıdır.
Hər bir məhsuldar layın ayrıca işlənilməsi. Bu variant geoloji və texnoloji tərəfdən əlverişlidir. Belə ki, hər bir layın özünün istismar və vurucu quyu şəbəkəsi olur ki, bu da işlənilmə prosesində müvafiq üsulların tətbiqini effektli aparılmasına şərait yaradır. Bu halda işlənilmə prosesini aktiv tənzimləmək də mümkün olur (şək.III.1). Lakin, bu variant iqtisadi cəhətdən çox vaxt əlverişli olmur: kəsilişdəki hər bir laya quyuların qazılması neftin və qazın maya dəyərini o qədər yüksəldə bilər ki, onların hasilatı səmərəli olmaz.

Şəkil III.1. Neftli layların ayrılıqda işlənilmə sxemi


Mədənin kəsilişində neftli layların qruplaşdırılması ilə birgə işlənilmə sxemi (şək. III.2). İşlənilmənin bu variantında quyuların sayı xeyli azalmış olur ki, bu da hasilatın maya dəyərini aşağı səviyyədə saxlamağa imkan verir. Lakin, bu variantda yatağın son neftvermə əmsalı onların hər birinin ayrı-ayrı işlənilmə variantından az olacağı gözlənilməlidir. Belə ki,
Kneft.birgə < Kneft.ayrı

Şəkil III.2. Mədənin kəsilişində neftli layların qruplaşdırılması
ilə işlənilmə sxemi

Odur ki, yatağın kəsilişində istismar obyektlərinin ayrılması kompleks tədqiqatlar əsasında yerinə yetirilməli və onların ən əlverişli variantı seçilməlidir.


Birgə işlənilmə üçün kəsilişin məhsuldar layların qruplaşdırılması və fərdi istismar obyektinin yaradılması üçün aşağıdakı əsas şərtlər olmalıdır.
- qruplaşdırılan layların lay təzyiqləri az fərqlənməlidir;
- bu layların litofasial göstəriciləri identik olmalıdır;
- onların neftlərinin fiziki göstəriciləri (özlülük və sıxlıqları) az fərqlənməlidir;
- bu layların rejimləri eyni olmalıdır.
Qeyd olunan tələbatlara müvafiq olmayan hallarda laylarda birgə işlənilmə prosesındə müxtəlif çətinliklər baş verir. Məsələn, lay təzyiqləri kəskin fərqlənən horizontlardan birindən (yüksək təzyiqli) digərinə (az təzyiqli) maye axımı baş verə bilər; neftin özlülüyü nisbətən yüksək olan layda onun quyu dibinə hərəkəti kiçik özlülüklü neftlərə nisbətən zəif olur. Belə hallarda onların ehtiyatlarından tənzimli istifadə çətinləşir.
Ümumiyyətlə, çoxlaylı mədən kəsilişində işlənilmə obyektlərinin ayrılması olduqca məsul bir problemdir. Onun düzgün həlli mədənin ehtiyyatlarının rasional isdifadəsini təmin edə bilər. Odur ki, bu problem tədqiqatçılar tərəfindən daim öyrənilir və nəticələr müvafiq ədəbiyyatda əks etdirilir.
Onlara qısa nəzər salaq.
Neft və qaz yataqlarının kəsilişində onların işlənilmə obyektlərinin ayrılması ilk vaxtlar mütəxəsislərin subyektiv baxışları ilə həyata keçirilmişdir. Bu dövrdə əsas amil kimi quyunun kəsilişində ayrılmış obyektlərin qalınlıqları götürülürdü. Sonralar layların litoloji xüsusiyyətləri, kollektorluq qabiliyyəti, enerji mənbəyi və sair haqqında məlumatlar əldə edilmişdir ki, buda mədənin kəsilişinin istismar obyektlərinə bölünməsində nəzərə alınırdı. Lakin burada da mütəxəsislərin subyektiv yanaşmaları özünü göstərmişdir. Bu səbəbdən də eyni bir regionda qonşu mədənlərin kəsilişində müxtəlif bölünmə sistemi təklif olunmuş və həyata keçirilmişdir. Məsələn, Abşeronun mərkəzində yerləşən Balaxanı-Sabunçu-Ramana mədənində məhsuldar qat çöküntülərinin kəsilişində 28 işlənilmə obyekti ayrılırsa, qonşu Suraxanıda həmin çöküntü kompleksi 61 belə obyektə bölünmüşdür.
Qeyd etmək lazımdır ki, işlənilmə prosesində bu çatışmamazlıglar aşkar edilir və bölgü sisteminə müəyyən dəyişikliklər edilir. Digər tərəfdən, işlənilmə prosesinin özü də çox vaxt bölgü sisteminin dəqiqləşdirilməsinin zəruriliyini qarşıya çıxarır.
. Belə ki, yuxarıda qeyd edilən şərtlər əsasında kəsilişdə əvvəllər bir-birindən kəskin fərqlənən qonşu istismar obyektlərinin işlənilmə prosesində bəzən fərqlənmə dərəcələri tədricən azalır. Odur ki, istismarın III və ya IV mərhələlərində onların ayrılıqda işlənilməsi məqsədəuyğun olmur. Lakin, burada da obyektlərin birləşdirilməsi məsələsinin həllində xüsusi diqqət tələb olunur. Belə ki, bəzən ilk baxışdan istismar obyektləri arasında bəzi lay parametrlərinə görə oxşarlıq, digər göstəricilər əsasında öz əksini tapmır və ya birmənalı nəticələrə gəlməyə imkan vermir. Odur ki, yataq kəsilişində ayrılmış istismar obyektlərinin tədqiqi yalnız onların kompleks məlumat daşıyıcısı göstəricilərinin qiymətləri əsasında aparılmalıdır.
Ümumiyyətlə, bu problem xüsusilə Cənubi Xəzər çökəkliyində yerləşən mədənlər üçün aktuallıq kəsb edir. Burada qalınlığı 5500 m-ə çatan, geoloji müxtəlifliyi ilə səciyyələnən məhsuldar qat (alt pliosen) çöküntülər kompleksi üzrə istismar obyektlərinə ayrılmışdır. Onların bölgü sisteminin yenidən baxılmasının böyük elmi-təcrübi əhəmiyyəti vardır. Belə ki, bu hövzədə işlənilmədə olan neft-qaz yataqlarının kəsilişinin təyinində bəzi xətalara yol verilmişdir. Onların aradan qaldırılması isə neft yataqlarının işlənilmə tempinin artırılmasına imkan verə bilər. Bu onunla əlaqələndirilir ki, mədənin kəsilişində ayrılmış istismar obyektlərinin birləşdirilməsi və ya istismar obyektinin iki və ya daha çox sərbəst horizonta bölünməsi layların hidrodinamiki şəraitini yaxşılaşdırmağa, quyu fondundan daha səmərəli istifadə edilməsinə real imkan yaradır. Bu məsələnin həllində kəsilişdəki layların oxşarlıq dərəcəsinin təyini prinsipi əsas götürülür: geoloji oxşar laylar birgə, müxtəliflər isə ayrılıqda istismar edilməlidir.
Beləliklə, çoxlaylı neft-qaz yataqlarının işlənilməsinin müxtəlif mərhələlərində istismar obyektlərinin bölünməsinin dəqiqləşdirilmə məsələlərinin həlli bütün yataqlar üçün vacib problem olaraq qalır. Odur ki, yataqların geoloji-istismar göstəricilərinin kompleks istifadəsini nəzərdə tutan riyazi üsulların tətbiq edilməsi təklif olunur.
Qoyulan məsələnin etibarlı həlli yatağın gələcəkdə işlənilmə müvəffəqiyyətini müəyyənləşdirdiyindən, bu sahədə yuxarıda qeyd edilmiş xətaları və qeyri-dəqiq baxımları aradan qaldırmaq üçün xüsusi üsul yaradılmışdır (B.Ə.Bağırov, 1986).

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə