B.Ə. Bağırov Neft-qaz mədən geologiyası bakı-2010 Bağırov Bağır Əli oğlu, geologiya-mineralogiya elmləri doktoru, professor Bağır Əli oğlu Bağırov Neft-qaz mədən geologiyası bakı-2010



Yüklə 10,22 Mb.
səhifə19/90
tarix05.10.2023
ölçüsü10,22 Mb.
#125826
1   ...   15   16   17   18   19   20   21   22   ...   90
B. . Ba rov Neft-qaz m d n geologiyas bak -2010 Ba rov Ba r

II.4. Geoloji müxtəliflik
Bütün geoloji cisimlərdə (süxur, lay, yataq) müəyyən dərəcədə müxtəliflik qeyd olunur. Əmələgəlmə şəraiti və sonrakı geoloji proseslər nəticəsində burada müxtəlif dəyişmələr baş verir. Məsələn, tektonik qırılmalar layın bütövlüyünü pozur, kollektor süxurlar onun kəsilişi və sahəsi üzrə dəyişmələrə məruz qalır və s. Belə dəyişmələrə geoloji müxtəliflik deyilir. Bəzən geoloji müxtəliflik “geoloji qeyribircinslilik” də adlanır.
Bütün geoloji tədqiqatlarda lay, süxur, məsamə və s. səviyyələrdə dəyişmələr öyrənilir ki, bu da elmi və təcrübi məsələlərin həllində istifadə edilir. Neft geologiyasında müxtəliflik və onun təzahür elementləri daha ətraflı öyrənilir. Bu da onunla əlaqədardır ki, müxtəliflik laylarda flüid axımına təsir edir və son nəticədə onun neftverimini çətinləşdirir.
Eyni quruluşlu qumlu layda su-neft konturunun bərabər hərəkəti baş verir. Nəticədə, yataqda neftin quyu dibinə müntəzəm hərəkəti təmin olunur (şək.II.17, a).

Şəkil II.17. Müxtəlif quruluşlarla səciyyələnən laylarda su-neft
konturlarının işlənilmə proseslərində hərəkət sxemi.

Əksinə, məhsuldar qat gum-gil layları ilə növbələşdikdə - işlənilmə dövründə neftin hərəkəti qeyri-bərabər gedir: keçiriciliyi yüksək olan laylarda neftin aktiv hərəkəti baş verir və bu hissələr tədricən ətraf sularla tutulmağa başlayır. Keçiriciliyi az olan laylarda isə neftin quyulara axımı məhdudlaşır (şəkil II.17, b-1,4). Belə geoloji mühitdə yatağın ehtiyatının məsimsənilməsi müəyyən problemlərlə üzləşir.


Göründüyü kimi məhsuldar layın hüdudlarında baş vermiş geoloji müxtəliflik həmin layda neftçıxarma prosesinə öz təsirini göstərir.
Neft-qaz mədən geologiyası obyektlərin müxtəliflik məsələsini iki qoyuluşda öyrənilməsini nəzərdə tutur.
1. Makro geoloji müxtəliflik yataqların kəsilişi üzrə laylaşmada gedən dəyişmələr, onların qalınlıqlarının (o cümlədən effektiv qalınlıq) müxtəlif istiqamətdə paylanılmasını nəzərdə tutur.
Bu tip dəyişmələri müşahidə etmək üçün laya qazılmış quyuların kəsilişinə diqqət yetirmək lazımdır. (şək.II.18).

Şəkil II.18. Yatağın kəsilişində makromüxtəliflik.

Bu şəkildə strukturun bir hissəsinə qazılmış 5 quyunun məlumatları əsasında kəsiliş verilmişdir. Göründüyü kimi bu, quyular müxtəlif qalınlığa malik müxtəlif sayda layları açmışdır (o cümlədən qum layları 1-ci quyuda-3; 2-də 5; 3-də 3; 4-də 6 və 5-də 4).


Belə laylaşmanı səciyyələndirmək üçün bölünmə əmsalından istifadə edilir:
Kb=
m – hər bir quyuda qumlu (kollektor) layların sayı;
n – quyuların sayı.
Bu əmsalın qiyməti baxılan sahə üçün aşağıdakı kimi hesablanır:
Kb=
Qeyd edək ki, obyektin kəsilişində layların sayının artması (Kb-nin çox olması) onun neftveriminə mənfi təsir edir.
Indi isə konkret layda neftli hissənin paylanılmasında gedən dəyişmələrə nəzər salaq (şək.II.19). Göründüyü kimi, bu layın kəsilişində 4 quyunun qalınlığının qiymətləri əks olunmuşdur. Bunlar layın həm ümumi və həm də effektiv qalınlıqlarının müxtəlifliyini göstərir: 1-ci quyuda H (ümumi qalınlıq)=20 m, h (effektiv qalınlıq)=5 m; 2-ci quyuda H=30 m, h=27 m; 3-cü quyuda H=35 m, h=26 m; 4-cü quyuda H=32 m, h=3 m.

Şəkil II.19. Layın neftlə doymasının makro görünüşü.

Belə dəyişmələrin kəmiyyət göstəricilərini qumluluq əmsalı ilə ifadə etmək olar:


Kq=
h - hər bir quyuda layın effektiv qalınlığı, m;
H - hər bir quyuda həmin layın ümumi qalınlığı, m;
n - quyuların sayı.
Bu məlumatlara əsasən həmin layın qumluluq əmsalını hesablayaq:
Kq=
2. Mikro geoloji müxtəliflik. Adından göründüyü kimi, layda gedən bu tip dəyişmələr onun mikrosəviyyəsində baş verir. Belə dəyişmələrə süxurların qranulometrik tərkibi, məsaməliyi, keçiriciliyi, lay flüidlərinin fiziki-kimyəvi parametrləri (neftin özlülüyü və sıxlığı, suların ümumi minerallaşması və s. ) aiddir.
Bu tip müxtəlifliyi təyin etmək üçün makromüxtəlifliyin öyrənilməsində tədbiq olunan xəritəalma üsulları ilə yanaşı riyazi üsullardan da istifadə edilir (paylanılma əyriləri, dispersiya, orta kvadratik meyl, variasiya əmsalı və s. ).
Qeyd etmək lazımdır ki, lay müxtəlifliyinin bütün formalarının aşkar edilməsində riyazi statistika üsullarının imkanları daha genişdir. Belə ki, bütün dəyişmələrin öyrənilməsi yatağın qeyri-müəyyənlik şəraitində - yalnız qazılmış quyu məlumatları əsasında aparılır. Odur ki, tətbiq olunan ənənəvi geoloji üsullar kifayət qədər etibarlı sayılmır.



Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə