Hindistan etnoqrafiyası
39
distandan çıxardı, bu dini təlimin bəzi cəhətlərini mənimsədi,
caynizmin rolunu zəiflətdi” cümləsini izah edin.
5. “Brahma Samac”, “Arya Samac”, “Rama Krişna” dini
hərəkatlarının yaranması və inkişafı haqqında danışır.
1.2. Buddizm.
Qoutama Budda е.ə. 563-483-cü illərdə Hindistanda yaşa-
mış ruhani müəllim və buddizmın yaradıcısıdır, əsl adı Sidarta
Qoutamadır. Şаhzаdə Sidarta, yaхud “Sakyamuni” (Sakya qə-
biləsindən оlаn müdrik) adlarıyla da xatırlanır. Siddharta Hindis-
tanın şimal-şərqində bugünki Nepal sərhəddinin yaxınlığındakı
Lumbinidə doğulmuşdur. О, Kapilavastu şəhərində hakimiyyətdə
оlаn Sakya hərbçi və idarəçi kşаtrilər varnasına mənsub idi. Qou-
tama 29 yaşında saraydan ayrılmış, səyyah kimi gəzməyə başla-
mış, həyatın gerçək üzüylə tanış olmuşdur. Rəvayətə görə, şikəst,
yaşlı adamla, xəstəylə, cəsədlə və dərvişlə qarşılaşmışdır (“dörd
həqiqət”). Siddhartha bu gerçəkləri -yaşlılıq, xəstəlik, ölüm və
ağrını- həyatın ayrılmaz hissələri olaraq görmüşdür. Rifahın və
zənginliyin heç bir faydasının olmadığını anlamış və gerçəyin ax-
tarışına qərar vermiş, zаhid həyatı yaşamışdır. Siddhartha bütöv
aylı bir gecədə Bodhi ağacının (əncir ağacı) altında meditasiyа
zаmаnı işıqlığa, “nirvana”ya çatmış, Hindistanın şimal-şərqində
45 il boyunca “orta yol”u öyrətməyə çalışmış, 80 yaşında Kuşhi-
naqarda (Uttar Pradeş) ölmüş, “paranirvana”ya çatmışdır. Qouta-
manın həyat hekayələrini şagirdlərindən ibarət “Sangha Birliyi”
toplayaraq yаymışdır, təlimi isə ölümündən təxminən 200-300 il
sonra yazıya аlınmışdır. Bu təlim “Buddhacarita”, “Lalitavista-
ra”, “Cataka” “Tipitаk” (Üç səbət) kimi müхtəlif əsərlərdə ək-
sini tаpmışdır. Siddharthanın anadan olması, nirvanaya çatması,
paranirvanası (ölümü) indi də Hindistanda Vesak bayramı kimi
qeyd olunur.
Bəhmən Əliyev-Ayvazalı
40
Sidarta Qoutama vаrnа-kаstа sistemini qəbul etməmişdir.
Buddizm sistematik teologiyası və ya tanrı haqqında müəyyən tə-
limi olmayan bir din kimi səciyyələndirilir. Bu təlim insanın azad
edilməsinə və ya xilasına yönəlmişdir. Xilasa - “nirvana”ya nail
olmaq istəyən insan onu bu dünya ilə bağlayan hər bir şeydən, o
cümlədən fəlsəfi və dini təlimlərdən özünü azad etməyi öyrənmə-
lidir. Buddanın təlimi “dörd nəcib həqiqət” adı altında məşhurdur:
-Birincisi, dünya əzablarla doludur. Doğulma - əzab, qoca-
lıq - əzab, xəstəlik və ölüm - əzab. Nifrət etdiyin insanla görüş -
əzab, sevdiyin insanla ayrılıq - əzab, istəklərini ödəmək uğrunda
mübarizə - əzab. Arzulardan və ehtiraslardan azad olmayan həyat
faktiki olaraq həmişə əzablarla çulğalaşır. Bu, “əzablar haqqında
həqiqət” adlanır.
İkincisi, insani əzabların səbəbi dünyəvi ehtirasların təbiətin-
dədir. Bu, “əzabların səbəbi” barədə həqiqət adlanır.
Üçüncüsü, bütün insani ehtirasların əsasında duran arzu kə-
narlaşdırıla bilirsə, onda ehtiras da ölür və insani əzabların sonu
gəlir. Bu, “əzabların kəsilməsi barədə həqiqət” adlanır.
Dördüncüsü, arzuların və əzabların olmadığı vəziyyətə nail
olmaq üçün müəyyən bir yolu tutmaq zəruridir. Bu yol səkkiz
mərhələdən ibarətdir, səkkiz hissəli həmin nəcib yolun mərhələlə-
ri isə bunlardır: düzgün anlama, düzgün nitq, düzgün təfəkkür,
düzgün davranış, düzgün həyat tərzi, düzgün səy, fikrin düzgün
istiqaməti və düzgün diqqət. Bu, əzabların səbəbindən xilas ol-
manın nəcib yolu barədə həqiqətdir.
Eramızın VI-VII əsrlərində Hindistanda feodal pərakəndəli-
yinin guclənməsi ilə əlaqədar buddizmin tənəzzülu başlamışdır,
XII-XIII əsrlərdə isə buddizm Hindistanda mövqeyini ciddi şə-
kildə itirmişdir.
Buddizm tarixən Hindistanda yaranıb, dünyaya yayılsa da
hazırda bu ölkədə buddistlərin sayı 0,76 % (2001-ci il), yəni 7,6
milyon nəfərdir. Hind buddistləri bir-birindən fərqlənən 3 qrupa
Hindistan etnoqrafiyası
41
bölünürlər. Birinci qrup, ənənəvi buddist “hinayana” və ya “the-
ravada” (“kiçik təkər”) təriqətinə aid buddistlərdir ki, onlar şima-
li və şərqi Hindistanda bir-birindən aralı, hinduistlərin əhatəsində
yaşayırlar, adətən aşağı kastalara aid edilirlər. Məsələn, Orissada
“saraka” adlanana buddist toxucular əvvəllər böyük icma olsa-
lar da, indi assimlyasiyaya məruz qalmışlar, onlar təkcə Buddaya
deyil, hindus tanrılarına da ibadət edirlər, tədricən hinduizmə ke-
çirlər. Hindistan buddistləri arasında cəmi 2 % təşkil edən “hina-
yana” tərəfdarlarının sayı ildən-ilə azalır.
İkinci qrupa isə ölkədəki buddistlərin 10 %-ni təşkil edən,
şimal-şərqdə Kəşmirdən Mizorama qədər Himalay dağları silsilə-
sində nisbətən kompakt yaşayan əhali qrupudur. Coğrafi şərait-
dən asılı olaraq Ladakh şəhərində (Kəşmir) 50 min buddist (əha-
linin 55 %-i) yaşayır. Bundan başqa, Lahaol- Spriti rayonunda
61,5 % (Himaçal Pradeş ştatı), Siqqimdə 45 % əhali buddistdir.
Bu buddistlər Tibet tipli “lamaizm”ə, yəni “mahayana” (Böyük
təkər) təriqətinə aiddirlər. Ladakhlıların dini buddizm, tantra və
xalq inancların qarışığından ibarətdir.
Siqqim ştatında yaşayan buddistlər XI əsrdə yaranmış “kar-
ma”-karyuk icmasına aiddir, onların əsas ziyarətgahı Romtek
dağ məbədidir. Humalay buddistləri əsasən yerli problemlərin
həlli ilə məşğuldurlar. Ladakh lamaları isə öz icmalarının rəsmən
“qeydiyyata alınmış” kimi tanınmasına, bununla da güzəştlər əldə
etməyə, Cammu-Kəşmir bölgəsində yerli bodhi dilinin məktəb
proqramına salınmasına çalışırlar. Siqqim buddistləri öz ştatların-
dakı siyasi proseslərdə aktiv iştirak edirlər. Lahaol Spiti vadisində
yaşayan buddistlər əsasən torpaq sahibləridir, hindus əkinçilərin
torpaq üzərində icarədar olmasına qarşı çıxış edirlər. Himalay
buddistlərinə 1958-ci ildə özünün 100 min tərəfdarı ilə Hindis-
tana keçən ruhani lider Dalay Lama qoşuldu. Çinin Tibeti işğal
etməsindən sonra Hindistana qaçan tibetlilər Carmşala şəhərində
və Himaçal-Pradeş ştatının qonşu rayonlarında yerləşdilər. Onlar
Dostları ilə paylaş: |