Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə13/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   9   10   11   12   13   14   15   16   ...   74

Hindistan etnoqrafiyası
39
distandan  çıxardı,  bu  dini  təlimin  bəzi  cəhətlərini  mənimsədi, 
caynizmin rolunu zəiflətdi” cümləsini izah edin. 
5. “Brahma Samac”, “Arya Samac”, “Rama Krişna” dini 
hərəkatlarının  yaranması  və  inkişafı  haqqında  danışır.
1.2. Buddizm. 
Qoutama Budda е.ə. 563-483-cü illərdə Hindistanda yaşa-
mış ruhani müəllim və buddizmın yaradıcısıdır, əsl adı Sidarta 
Qoutamadır. Şаhzаdə Sidarta, yaхud “Sakyamuni” (Sakya qə-
biləsindən оlаn müdrik) adlarıyla da xatırlanır. Siddharta Hindis-
tanın  şimal-şərqində  bugünki  Nepal  sərhəddinin  yaxınlığındakı 
Lumbinidə doğulmuşdur. О, Kapilavastu şəhərində hakimiyyətdə 
оlаn Sakya hərbçi və idarəçi kşаtrilər varnasına mənsub idi. Qou-
tama 29 yaşında saraydan ayrılmış, səyyah kimi gəzməyə başla-
mış, həyatın gerçək üzüylə tanış olmuşdur. Rəvayətə görə, şikəst, 
yaşlı adamla, xəstəylə, cəsədlə və dərvişlə qarşılaşmışdır (“dörd 
həqiqət”). Siddhartha bu gerçəkləri -yaşlılıq, xəstəlik, ölüm və 
ağrını- həyatın ayrılmaz hissələri olaraq görmüşdür. Rifahın və 
zənginliyin heç bir faydasının olmadığını anlamış və gerçəyin ax-
tarışına qərar vermiş, zаhid həyatı yaşamışdır. Siddhartha bütöv 
aylı bir gecədə Bodhi ağacının (əncir ağacı) altında meditasiyа 
zаmаnı işıqlığa, “nirvana”ya çatmış, Hindistanın şimal-şərqində 
45 il boyunca “orta yol”u öyrətməyə çalışmış, 80 yaşında Kuşhi-
naqarda (Uttar Pradeş) ölmüş, “paranirvana”ya çatmışdır. Qouta-
manın həyat hekayələrini şagirdlərindən ibarət “Sangha Birliyi” 
toplayaraq yаymışdır, təlimi isə ölümündən təxminən 200-300 il 
sonra yazıya аlınmışdır. Bu təlim “Buddhacarita”, “Lalitavista-
ra”, “Cataka” “Tipitаk” (Üç səbət) kimi müхtəlif əsərlərdə ək-
sini tаpmışdır. Siddharthanın anadan olması, nirvanaya çatması, 
paranirvanası (ölümü) indi də Hindistanda Vesak bayramı kimi 
qeyd olunur. 


Bəhmən Əliyev-Ayvazalı
40
Sidarta  Qoutama  vаrnа-kаstа  sistemini  qəbul  etməmişdir. 
Buddizm sistematik teologiyası və ya tanrı haqqında müəyyən tə-
limi olmayan bir din kimi səciyyələndirilir. Bu təlim insanın azad 
edilməsinə və ya xilasına yönəlmişdir. Xilasa - “nirvana”ya nail 
olmaq istəyən insan onu bu dünya ilə bağlayan hər bir şeydən, o 
cümlədən fəlsəfi və dini təlimlərdən özünü azad etməyi öyrənmə-
lidir. Buddanın təlimi “dörd nəcib həqiqət” adı altında məşhurdur: 
-Birincisi, dünya əzablarla doludur. Doğulma - əzab, qoca-
lıq - əzab, xəstəlik və ölüm - əzab. Nifrət etdiyin insanla görüş - 
əzab, sevdiyin insanla ayrılıq - əzab, istəklərini ödəmək uğrunda 
mübarizə - əzab. Arzulardan və ehtiraslardan azad olmayan həyat 
faktiki olaraq həmişə əzablarla çulğalaşır. Bu, “əzablar haqqında 
həqiqət” adlanır. 
İkincisi, insani əzabların səbəbi dünyəvi ehtirasların təbiətin-
dədir. Bu, “əzabların səbəbi” barədə həqiqət adlanır.
 Üçüncüsü, bütün insani ehtirasların əsasında duran arzu kə-
narlaşdırıla bilirsə, onda ehtiras da ölür və insani əzabların sonu 
gəlir. Bu, “əzabların kəsilməsi barədə həqiqət” adlanır. 
Dördüncüsü, arzuların və əzabların olmadığı vəziyyətə nail 
olmaq  üçün  müəyyən  bir  yolu  tutmaq  zəruridir.  Bu  yol  səkkiz 
mərhələdən ibarətdir, səkkiz hissəli həmin nəcib yolun mərhələlə-
ri  isə  bunlardır:  düzgün  anlama,  düzgün  nitq,  düzgün  təfəkkür, 
düzgün davranış, düzgün həyat tərzi, düzgün səy, fikrin düzgün 
istiqaməti və düzgün diqqət. Bu, əzabların səbəbindən xilas ol-
manın nəcib yolu barədə həqiqətdir.
Eramızın VI-VII əsrlərində Hindistanda feodal pərakəndəli-
yinin guclənməsi ilə əlaqədar buddizmin tənəzzülu başlamışdır, 
XII-XIII əsrlərdə isə buddizm Hindistanda mövqeyini ciddi şə-
kildə  itirmişdir.
Buddizm  tarixən  Hindistanda  yaranıb,  dünyaya  yayılsa  da 
hazırda bu ölkədə buddistlərin sayı 0,76 % (2001-ci il), yəni 7,6 
milyon nəfərdir. Hind buddistləri bir-birindən fərqlənən 3 qrupa 


Hindistan etnoqrafiyası
41
bölünürlər. Birinci qrup, ənənəvi buddist “hinayana” və ya “the-
ravada” (“kiçik təkər”) təriqətinə aid buddistlərdir ki, onlar şima-
li və şərqi Hindistanda bir-birindən aralı, hinduistlərin əhatəsində 
yaşayırlar, adətən aşağı kastalara aid edilirlər. Məsələn, Orissada 
“saraka” adlanana buddist toxucular əvvəllər böyük icma olsa-
lar da, indi assimlyasiyaya məruz qalmışlar, onlar təkcə Buddaya 
deyil, hindus tanrılarına da ibadət edirlər, tədricən hinduizmə ke-
çirlər. Hindistan buddistləri arasında cəmi 2 % təşkil edən “hina-
yana” tərəfdarlarının sayı ildən-ilə azalır.
İkinci  qrupa  isə  ölkədəki  buddistlərin  10  %-ni  təşkil  edən, 
şimal-şərqdə Kəşmirdən Mizorama qədər Himalay dağları silsilə-
sində nisbətən kompakt yaşayan əhali qrupudur. Coğrafi şərait-
dən asılı olaraq Ladakh şəhərində (Kəşmir) 50 min buddist (əha-
linin  55  %-i)  yaşayır.  Bundan  başqa,  Lahaol-  Spriti  rayonunda 
61,5 % (Himaçal Pradeş ştatı), Siqqimdə 45 % əhali buddistdir. 
Bu buddistlər Tibet tipli “lamaizm”ə, yəni “mahayana” (Böyük 
təkər) təriqətinə aiddirlər. Ladakhlıların dini buddizm, tantra və 
xalq inancların qarışığından ibarətdir. 
Siqqim ştatında yaşayan buddistlər XI əsrdə yaranmış “kar-
ma”-karyuk  icmasına  aiddir,  onların  əsas  ziyarətgahı  Romtek 
dağ  məbədidir.  Humalay  buddistləri  əsasən  yerli  problemlərin 
həlli ilə məşğuldurlar. Ladakh lamaları isə öz icmalarının rəsmən 
“qeydiyyata alınmış” kimi tanınmasına, bununla da güzəştlər əldə 
etməyə,  Cammu-Kəşmir  bölgəsində  yerli  bodhi  dilinin  məktəb 
proqramına salınmasına çalışırlar. Siqqim buddistləri öz ştatların-
dakı siyasi proseslərdə aktiv iştirak edirlər. Lahaol Spiti vadisində 
yaşayan buddistlər əsasən torpaq sahibləridir, hindus əkinçilərin 
torpaq  üzərində  icarədar  olmasına  qarşı  çıxış  edirlər.  Himalay 
buddistlərinə 1958-ci ildə özünün 100 min tərəfdarı ilə Hindis-
tana keçən ruhani lider Dalay Lama qoşuldu. Çinin Tibeti işğal 
etməsindən sonra Hindistana qaçan tibetlilər Carmşala şəhərində 
və Himaçal-Pradeş ştatının qonşu rayonlarında yerləşdilər. Onlar 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə