Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə15/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   11   12   13   14   15   16   17   18   ...   74

Hindistan etnoqrafiyası
45
Tarixi  mənbələrdə  Maqadha-Mauri  imperatoru  Sampatinin 
cayn olması barədə məlumat vardır. Caynaçılıq e.ə. II əsrdə Kasi 
və Kosalaya qədər, qərbə və cənubа dоğru yayılmışdır. V əsrdə 
cаynist ruhаnilərin məclisi “Şvetambaralar”ı “Valabhi”də top-
layaraq bir araya gətirmişdir. Burada müqəddəs mətnlər bir daha 
dəyişdirilməmək  şərti  ilə  yazılmış,  caynizmin  müqəddəs  kitabı 
“Aqamaları”  meydana  gətirmişdir. 
 IX əsrdə Rastrakultaların hakimiyyəti dövründə caynalar ən 
parlaq  dönəmlərini  yaşamışlar.  Xüsusən  X-XI  əsrlərdə  Qucarat 
və Racastanda böyük cayna ibadətgahları tikilməyə başlamışdır. 
XII əsrdə cayna dinini qəbul edən hökmdar Kumarapala Qucarat-
dа cayna dövləti yaratmışdır. 
Caynizm tərəfdarları yaradıcı tanrını inkar edərək, bildirirlər 
ki, dünya sonsuzdur və daim mövcuddur, insan isə yerin üzərində 
yuxarı və aşağı dünyaların arasında yaşayır. Aşağı dünyalar dinə 
uyğun yaşamayan günahkar insanları əzab-əziyyətə düçar edən 
cinlərin məskənidir. Yuxarı dünyalar isə Himalaydakı Meru da-
ğındadır, burada “yerin göbəyi” yerləşir. Ən yüksəkdə, dağların 
zirvəsində “mokşa”ya (doğum və ölüm silsiləsindən xilas olma) 
çatmış müqəddəs şəxslərin ruhu yaşayır, dağların yamaclarında 
hinduizm panteonunun tanrıları və “mokşa”ya yaxınlaşan cayn-
ların ruhları məskən salmışdır. Bu şəkildə tanrıların mövcudluğu 
qəbul  edilsə  də,  onlar  ali  varlıq deyil, hələ  müqəddəs  olmayan 
insanlara bərabər sayılırlar. 
Hinduizmdən fərqli olaraq, caynizm insanların davranışında 
rituallara deyil, düzgün davranış prinsiplərinə önəm verir. Onla-
rın arasında “ahimsa” (qeyri zorakılıq), “apariqraha” anlayış-
ları xüsusi yer tutur. “Caynalar “ahımsa” prinsipinə əsаslаnаrаq 
canlılara zərər vurmamaq üçün əkinçiliklə maraqlanmırlаr, çoxu 
tacir və zəngindir. Onlar buddistlərdən fərqli olaraq hamı ilə birgə 
yemək yeyirlər, hinduizmdəki kimi sərt vаrnа sistemləri yoxdur. 
“Apariqrahi” (tamahkar olmamaq) ailənin minimal tələblə-


Bəhmən Əliyev-Ayvazalı
46
rindən artıq könüllü şəkildə var-dövlət toplanılmasından imtina 
edilməsidir. Zəngin caynların var-dövləti bu anlayışa aid edilmir, 
belə ki, varlı caynlar öz mal-mülklərinin, pullarının sahibi deyil, 
icmanın  maraqları  üçün  xərclənəcək  var-dövlətin  qoruyucusu, 
idarəçiləridir.
Caynizm  “karma”nı  və  yenidən  doğulmanı  qəbul  edir.  Bu 
dini təlimin məqsədi insanı əziyyətlərdən və “karma” ilə bağlı ye-
nidən doğuşdan qurtarmaqdır. Caynaçılıqda iki kateqoriya ayrılır: 
canlı varlıq (mahiyyət-civa), canlı olmayan varlıq. Bunların ara-
sındakı əsas fərq şüurdur, təməl prinsip isə “ahimsa”dır. Yəni bü-
tün canlılara qarşı şiddətdən qaçmaqdır. Caynizmdə “anekantava” 
(həqiqətin  fərqli  görünüşləri)  ideyası  mənimsənilmişdir.  Cayna 
əxlaqı üç əsas prinsipə söykənir: doğru görüş, doğru bilgi, doğ-
ru davranış. Dünyəvi insanların yaşamı daha sonrakı ağır əzab-ə-
ziyyətli yaşama keçid üçün hazırlıq sayılır. Caynaçıların başlıca 
əxlaqi prinsipləri öldürməmək, yalan söyləməmək, heç bir şəkildə 
oğurlamamaq, bacardıqca cinsi əlaqədən uzaqda qalmaq kimi sıra-
lanır. Dürüst və sadə həyat sürməyi prinsiplərinə çevirən caynistlər 
içki içmir, yalnız özlərinin ölümsüzlüyünə inanırlar. 
 Caynaçılığın ortayа çıxmasından bəri parçalanmalar iki fərqli 
qrupun yaranmasıyla sonuclanmış, bu dini təlim əsasən “şvetam-
balar” (ağ geyinənlər) və “digambaralar”a (işıq geyinənlər-çıl-
paqlar) bölünmüşdür. “Digambaralar” qadının qurtuluşunun im-
kansız  olduğunu  bildirirlər.  “Şvetambaralar”  isə  daha  mülayim 
yol  tutur,  onların  rahibəliyə  qəbul  edilməsinə  razılıq  verir,  qa-
dınların “mokşa”ya çatmasına inanırlar. Cаynist аyinlərini rahib 
və rahibələr icra edirlər, caynizmin gеniş məbədlər şəbəkəsi fəа-
liyyət göstərir. İbadətdə “tirtankaralar”la bağlı ilahilər söyləyir, 
bəzən də hindu tanrılarına tövbə və ibadət edirlər. Bihar və May-
sora gedərək Şreveno-Belqda Bahubalinin X əsrə aid 18 metrlik 
heykəlini ziyarət edirlər. Bu təlimə görə, maddi dünya mənfidir, 
qaradır və insan bundan azad olmağa çalışmalıdır, bеlə yаnаşmа 


Hindistan etnoqrafiyası
47
nəticəsində isə sərt asketizm ortaya çıxır. Caynizmə sitayiş edən-
lər hətta paltardan imtina edirlər (digambar-işıq geyinmiş demək-
dir). Caynlar “mokşa”ya könüllü şəkildə ac qalaraq ölmək yolu 
ilə çatmağa üstünlük verirlər, lakin bu yolu seçənlər çox az olur. 
Müdriklik vаcib sаyılır, evlənməmək, öldürmək qаdаğаn оlunur. 
Hətta su içəndə süzgəcdən keçirmək lazımdır ki, təsadüfən hər 
hаnsı canlını udmayasan. Caynizm xüsusən, tacirlər və şəhər əha-
lisi arasında yayılmış, hazırda bir çох tələbləri yumşalmışdır. 
Digambaralar-“visapanthi”, “dravida”, “kaştha”, “nandi”, 
“sena”, “terapandhi” dini icmalarına, şvetambaralar isə “ança-
la”, “kharatara” və “tara” dini icmalarına ayrılırlar. 
 Hindistanda ən məşhur olan cayna “terapanthi” dini icması-
nın rəhbəri Açarya Tulsi 1949-cu ildə “anuvrat” hərəkatı başla-
daraq, ölkənin ictimai həyatında xüsusi rol oynamışdır. Hərəkatın 
məqsədi hind cəmiyyətini yenidən qurmaq üçün fərdləri qəzəb, 
lovğalıq, yalan və xəsislikdən uzaqlaşdırmaqdır.
Hindistanda  2001-ci  ildə  aparılmış  siyahıyaalmaya  görə, 
4,2 milyon (əhalinin 0,4 %-i) cayn qeydə alınmışdır. Caynlar 
əsasən qərb ştatlarında (Racastan, Maharaştra, Qucarat), eləcə 
də cənubda yaşayırlar. Başqa dinlərdən caynizmə keçənlərə rast 
gəlinmir, caynların sayı təbii yolla artır. Müasir dövrdə caynizm 
tərəfdarlarının  çoxu  Hindistanda  yaşasa  da Avropa, Amerika, 
hətta Avstraliyaya qədər caynist cəmiyyətlərinə və məbədlərinə 
rast gəlmək mümkündür.
Sual və tapşırıqlar:
1.Caynizmin yaradıcısı Vardhamana (e.ə 599-527) haqqında 
danışın. 
2.Caynizmin müqəddəs kitabı- “Aqamalar”. 
3.Caynaçılığın iki kateqoriyası- canlı varlıq (mahiyyət-civa), 
canlı olmayan varlığı izah edin.
4.Cayna əxlaqının üç əsas prinsipi: doğru görüş, doğru bilgi, 
doğru davranış 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə