Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə12/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   8   9   10   11   12   13   14   15   ...   74

Bəhmən Əliyev-Ayvazalı
36
Svami Dayananda bir tanrıya inanmış və bütpərəstliyin ve-
dalarda  təsdiqlənmədiyini  bildirmişdir.  Onun  təliminə  görə  əsl 
gerçək, həqiqət Tanrıdır; bu eynı zamanda “Qandhici”nin inan-
cıdır. Həqiqət tək başına da olsa, tez-gec qalib gəlir, ona yalva-
ranlar, ibadət edənlər dharma, artha, kama və mokşanı qoruyur. 
Həqiqətə bağlılıq güç və yaxşılığın yanılmaz qaynağını yaradır. 
“Arya-Samac” insanlığın fiziki, ruhi və sosial rifahı üçün gerçək 
bilgi, eşq və ədaləti qəbul edir. 
Svami Dayanandanın sosio-dini islahatında ibadətkar imi-
ci, ata-babalara tapınma, kasta sistemi, heyvan qurbanı, ava-
tar inancı, müqəddəs yerləri ziyarət, erkən evlilik və “paryalıq” 
(toxunulmazlar) institutu qəbul edilməmişdir. Dayananda veda 
mətnlərində dul qadının diri-diri yandırılması, uşaqların zorla ev-
ləndirilməsi barədə heç nə deyilmədiyi, əksinə, vedalarda qadın-
lara ehtiramın əksini tapdığını vurğulamışdır. 
 Sarasvati öz dövründə hindiuizmin tənəzzülə uğradığını bil-
dirmiş, müqəddəslərin rəsmlərinə, əcdadlar kultuna ibadət etmə-
yi, ziyarətləri, məbədlərdə qurbanverməni əhəmiyyətsiz saymış, 
bunların vedalarda əksini tapmadığını bildirmişdir. O, brahmanla-
rın hakimiyyətini, varna quruluşunu, “toxunulmazlar”ın vəziyyə-
tini, erkən nikahları tənqid etmişdir. Sarasvatinin məqsədi Veda 
təlimi əsasında “hindusların qardaşlığını” təmin etmək idi. Bu 
ideya və “Arya samac”ın yaranması ənənəvi hinduizm və müsəl-
man “Əhmədiyyə” təriqəti, siqhlər arasında ziddiyyətlərə gətirib 
çıxarmışdır. Sarasvati hinduizm dini təlimində apardığı islahat-
larla yanaşı, digər veda dini ayinlərin və ibadətlərinin üzərində 
xüsusi dayanmış, hindusların başqa insanlardan seçilməsində is-
rar etmişdir. Bu baxımdan Sarasvati irqçi təlim yaratmağı nəzərdə 
tutmuş, arilərin üstünlüyünü sübut etməyə çalışmışdır.
 “Arya-samac” ardıcıllarına görə, Hindistan hinduizm ölkə-
sidir, buna görə də müsəlman, xristian və ya qeyri-hindus məz-
həb ardıcılları hinduizm qanunları əsasında yaşamaq istəməsələr 


Hindistan etnoqrafiyası
37
bu ölkəni tərk edə bilərlər. Bu təlimin ardıcılları məhz həmin sə-
bəbdən dünyəvi (qeyri-dini) əsasda qurulan Hindistanın hazırkı 
Konstitusiyasının  əleyhinə  çıxaraq  ölkədə  hindus  qanunlarının 
(hindu-rac) həyata keçirilməsini tələb edirlər. 
XIX  əsrin  ikinci  yarısında  Sri  Rama-Krişna  hərəkatının 
yaradıcısı, uzun illər Kali (ana ilahəsi) məbədində dini xidmətlə 
məşğul  olmuş  Şiva  məzhəbinin brahmanlarından olmuşdur.  Sri 
Rama  Krişna  Paramahamsaya  görə,  dünya  dinləri,  o  cümlədən 
hinduizm,  xristianlıq,  islam  və  digərləri  bir-birləri  ilə  ziddiy-
yətdə, bir-birlərinə qarşı deyillər, ancaq əzəli əbədi dinin fərqli 
ifadələridirlər. Sri Ramakrişna bildirmişdir ki, “inanclar olduğu 
qədər bir çox yollar” vardır. Onun bir çox tələbəsi və müridi var-
dır. Svami Vivekananda onların arasında ən tanınmışı olmuşdur. 
Svami  Vivakanandaya  görə;  “arilərın  nəsillərinin  Vedanta  və 
Upanişadların ruhuna dəyər verməsi azaldıqca, Vedaları-əzəli 
əbədi dinini, yəni “Sanatana Dharma”nı pozaraq bir qarışıqlı-
ğa səbəb olanda, ari irqinin gerçək dinini açıqlamaq üçün Sri 
Rama Krişna ortaya çıxdı”. 
  Rama-Krişna  sonda  çoxluqlarla  yanaşı,  müəyyən  mənada 
tək tanrıya, Kali ilahəsinin çeşidli izahının olmasına inanmışdır. 
Şri Rama-Krişna Paramahanca Vedantaya əsaslanan panteist din 
yaratmağa çalışırdı. Rama Krişnanı müqəddəs elan edən tərəfdar-
ları dini-maarifçi missiya yaratdılar və bu missiya bütün Hindis-
tanı əhatə etdi. 
Rama Krişna hərəkatının məqsədləri bunlar idi: 
a) Sri Rama Krişnanın açıqladığı şəkildə Vedanta çalışmala-
rını, prinsiplərini və ən geniş formada qarşılaşdırmaq və inkişaf 
etdirmək; 
b) Sənət, elm və sənaye sahəsində araşdırmaları müəyyənləş-
dirmək, inkişaf etdirmək; 
c)  Məqsədləri  reallaşdırmaq  üçün  müəllimlər  hazırlamaq, 
onlara  kütlələrə  çatmaq  imkanı  yaratmaq; 


Bəhmən Əliyev-Ayvazalı
38
d) Əhali arasında təhsil alma imkanlarını genişləndirmək;
  e)  Məktəbləri,  kollecləri,  üniversitetləri,  yetim  yurdlarını, 
iş yerlərini, laboratoriyaları, xəstəxanaları, dispanserləri, xəstə 
evlərini, qadınları qurtarma çalışmalarını, digər təhsil və xeyir-
sevərlik çalışmalarını genişləndirmək, onlara yardım etmək;
 f) Təşkilatın fəaliyətini stimullaşdırmaq üçün jurnal, dövrü 
nəşr, kitab nəşr etmək, yayımlamaq, satmaq, ya da pulsuz payla-
maq;
  g)  Missiyanın  vacib  saydığı  digər  çalışmaları  məqsədlərə 
çatmaq üçün birbaşa və ya dolayı yolla davam etdirmək.
Rama-Krişnanın fikirlərini, dini şərhlərini onun Svami Viva-
kanda adlı tələbəsi toplamışdır. Rama Krişnanın fikrincə, bütün 
dinlər üslub və yollarının fərqli olmasına baxmayaraq, vahid bir 
prinsipdə eyni mövqeyə malikdirlər. Bu baxımdan Rama Krişna 
nəinki bütün dinlərin əsasını qəbul etmiş, üstəlik, bütlərə pərəstiş 
olunmasına,  çoxtanrılığın  qanuniləşdirilməsinə  icazə  vermişdir. 
Krişna Kaliyə çatmağın yeganə yolunun Şiva zahidliyi olduğuna, 
buna görə də Şiva məzhəbinin tutduğu yolun düzgün olduğunu, 
digər dini təlimlərin doğru yoldan kənara çıxdıyığını deyirdi. 
Mahatma Qandhi, Sri Aurobindo və Sri Radhakrişnan hindu-
izmdə islahatlar aparmağa çalışan digər güçlü filosof və intellek-
tual şəxslərdir.
XX əsrin ortalarınadək Hindistanda mənəvi həyat dini ideo-
logiyanın müəyyən təsiri altında idi. Hindistan Respublikası hin-
duizmi modernləşdirməyə çalışır, ölkədə daha çox dünyəvi prin-
siplər əsasında sosial-iqtisadi, siyasi islahatlar aparılır.
Sual və tapşırıqlar:
1. Hinduizmin təməlində duran Brahma (mütləq varlıq) inan-
cını izah edin.. 
2.“Trimurti”-Brahma, Şiva və Vişnu.
3.“Manava Dharma”nədir?
4. “Hinduizm brahmanizmin ciddi rəqibi olan buddizmi Hin-


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə