Hindistan etnoqrafiyası
45
Tarixi mənbələrdə Maqadha-Mauri imperatoru Sampatinin
cayn olması barədə məlumat vardır. Caynaçılıq e.ə. II əsrdə Kasi
və Kosalaya qədər, qərbə və cənubа dоğru yayılmışdır. V əsrdə
cаynist ruhаnilərin məclisi “Şvetambaralar”ı “Valabhi”də top-
layaraq bir araya gətirmişdir. Burada müqəddəs mətnlər bir daha
dəyişdirilməmək şərti ilə yazılmış, caynizmin müqəddəs kitabı
“Aqamaları” meydana gətirmişdir.
IX əsrdə Rastrakultaların hakimiyyəti dövründə caynalar ən
parlaq dönəmlərini yaşamışlar. Xüsusən X-XI əsrlərdə Qucarat
və Racastanda böyük cayna ibadətgahları tikilməyə başlamışdır.
XII əsrdə cayna dinini qəbul edən hökmdar Kumarapala Qucarat-
dа cayna dövləti yaratmışdır.
Caynizm tərəfdarları yaradıcı tanrını inkar edərək, bildirirlər
ki, dünya sonsuzdur və daim mövcuddur, insan isə yerin üzərində
yuxarı və aşağı dünyaların arasında yaşayır. Aşağı dünyalar dinə
uyğun yaşamayan günahkar insanları əzab-əziyyətə düçar edən
cinlərin məskənidir. Yuxarı dünyalar isə Himalaydakı Meru da-
ğındadır, burada “yerin göbəyi” yerləşir. Ən yüksəkdə, dağların
zirvəsində “mokşa”ya (doğum və ölüm silsiləsindən xilas olma)
çatmış müqəddəs şəxslərin ruhu yaşayır, dağların yamaclarında
hinduizm panteonunun tanrıları və “mokşa”ya yaxınlaşan cayn-
ların ruhları məskən salmışdır. Bu şəkildə tanrıların mövcudluğu
qəbul edilsə də, onlar ali varlıq deyil, hələ müqəddəs olmayan
insanlara bərabər sayılırlar.
Hinduizmdən fərqli olaraq, caynizm insanların davranışında
rituallara deyil, düzgün davranış prinsiplərinə önəm verir. Onla-
rın arasında “ahimsa” (qeyri zorakılıq), “apariqraha” anlayış-
ları xüsusi yer tutur. “Caynalar “ahımsa” prinsipinə əsаslаnаrаq
canlılara zərər vurmamaq üçün əkinçiliklə maraqlanmırlаr, çoxu
tacir və zəngindir. Onlar buddistlərdən fərqli olaraq hamı ilə birgə
yemək yeyirlər, hinduizmdəki kimi sərt vаrnа sistemləri yoxdur.
“Apariqrahi” (tamahkar olmamaq) ailənin minimal tələblə-
Bəhmən Əliyev-Ayvazalı
46
rindən artıq könüllü şəkildə var-dövlət toplanılmasından imtina
edilməsidir. Zəngin caynların var-dövləti bu anlayışa aid edilmir,
belə ki, varlı caynlar öz mal-mülklərinin, pullarının sahibi deyil,
icmanın maraqları üçün xərclənəcək var-dövlətin qoruyucusu,
idarəçiləridir.
Caynizm “karma”nı və yenidən doğulmanı qəbul edir. Bu
dini təlimin məqsədi insanı əziyyətlərdən və “karma” ilə bağlı ye-
nidən doğuşdan qurtarmaqdır. Caynaçılıqda iki kateqoriya ayrılır:
canlı varlıq (mahiyyət-civa), canlı olmayan varlıq. Bunların ara-
sındakı əsas fərq şüurdur, təməl prinsip isə “ahimsa”dır. Yəni bü-
tün canlılara qarşı şiddətdən qaçmaqdır. Caynizmdə “anekantava”
(həqiqətin fərqli görünüşləri) ideyası mənimsənilmişdir. Cayna
əxlaqı üç əsas prinsipə söykənir: doğru görüş, doğru bilgi, doğ-
ru davranış. Dünyəvi insanların yaşamı daha sonrakı ağır əzab-ə-
ziyyətli yaşama keçid üçün hazırlıq sayılır. Caynaçıların başlıca
əxlaqi prinsipləri öldürməmək, yalan söyləməmək, heç bir şəkildə
oğurlamamaq, bacardıqca cinsi əlaqədən uzaqda qalmaq kimi sıra-
lanır. Dürüst və sadə həyat sürməyi prinsiplərinə çevirən caynistlər
içki içmir, yalnız özlərinin ölümsüzlüyünə inanırlar.
Caynaçılığın ortayа çıxmasından bəri parçalanmalar iki fərqli
qrupun yaranmasıyla sonuclanmış, bu dini təlim əsasən “şvetam-
balar” (ağ geyinənlər) və “digambaralar”a (işıq geyinənlər-çıl-
paqlar) bölünmüşdür. “Digambaralar” qadının qurtuluşunun im-
kansız olduğunu bildirirlər. “Şvetambaralar” isə daha mülayim
yol tutur, onların rahibəliyə qəbul edilməsinə razılıq verir, qa-
dınların “mokşa”ya çatmasına inanırlar. Cаynist аyinlərini rahib
və rahibələr icra edirlər, caynizmin gеniş məbədlər şəbəkəsi fəа-
liyyət göstərir. İbadətdə “tirtankaralar”la bağlı ilahilər söyləyir,
bəzən də hindu tanrılarına tövbə və ibadət edirlər. Bihar və May-
sora gedərək Şreveno-Belqda Bahubalinin X əsrə aid 18 metrlik
heykəlini ziyarət edirlər. Bu təlimə görə, maddi dünya mənfidir,
qaradır və insan bundan azad olmağa çalışmalıdır, bеlə yаnаşmа
Hindistan etnoqrafiyası
47
nəticəsində isə sərt asketizm ortaya çıxır. Caynizmə sitayiş edən-
lər hətta paltardan imtina edirlər (digambar-işıq geyinmiş demək-
dir). Caynlar “mokşa”ya könüllü şəkildə ac qalaraq ölmək yolu
ilə çatmağa üstünlük verirlər, lakin bu yolu seçənlər çox az olur.
Müdriklik vаcib sаyılır, evlənməmək, öldürmək qаdаğаn оlunur.
Hətta su içəndə süzgəcdən keçirmək lazımdır ki, təsadüfən hər
hаnsı canlını udmayasan. Caynizm xüsusən, tacirlər və şəhər əha-
lisi arasında yayılmış, hazırda bir çох tələbləri yumşalmışdır.
Digambaralar-“visapanthi”, “dravida”, “kaştha”, “nandi”,
“sena”, “terapandhi” dini icmalarına, şvetambaralar isə “ança-
la”, “kharatara” və “tara” dini icmalarına ayrılırlar.
Hindistanda ən məşhur olan cayna “terapanthi” dini icması-
nın rəhbəri Açarya Tulsi 1949-cu ildə “anuvrat” hərəkatı başla-
daraq, ölkənin ictimai həyatında xüsusi rol oynamışdır. Hərəkatın
məqsədi hind cəmiyyətini yenidən qurmaq üçün fərdləri qəzəb,
lovğalıq, yalan və xəsislikdən uzaqlaşdırmaqdır.
Hindistanda 2001-ci ildə aparılmış siyahıyaalmaya görə,
4,2 milyon (əhalinin 0,4 %-i) cayn qeydə alınmışdır. Caynlar
əsasən qərb ştatlarında (Racastan, Maharaştra, Qucarat), eləcə
də cənubda yaşayırlar. Başqa dinlərdən caynizmə keçənlərə rast
gəlinmir, caynların sayı təbii yolla artır. Müasir dövrdə caynizm
tərəfdarlarının çoxu Hindistanda yaşasa da Avropa, Amerika,
hətta Avstraliyaya qədər caynist cəmiyyətlərinə və məbədlərinə
rast gəlmək mümkündür.
Sual və tapşırıqlar:
1.Caynizmin yaradıcısı Vardhamana (e.ə 599-527) haqqında
danışın.
2.Caynizmin müqəddəs kitabı- “Aqamalar”.
3.Caynaçılığın iki kateqoriyası- canlı varlıq (mahiyyət-civa),
canlı olmayan varlığı izah edin.
4.Cayna əxlaqının üç əsas prinsipi: doğru görüş, doğru bilgi,
doğru davranış
Dostları ilə paylaş: |