Hindistan etnoqrafiyası
123
və təbiətin qarışıq fəlsəfi düşüncələri ilə əlаqələndirilir. “Tala”da
davam edərək ritmik silsilə təşkil edir, hər bir silsilə qapalıdır və
təkrarlanır. Silsilə seqmentlərə bölünür, bu bölümlər bir-birinə bə-
rabər və qeyri-bərabər ola bilir, onlar ritmik vahidlərin əlavə olun-
ması ilə formalaşır. Burada qapalı və silsilə ritmik vahidlər mü-
hüm əhəmiyyət daşıyır, burada “tala” ilə sadə ritm arasında fərq
ortaya çıxır. Bu sistemin daxilində müxtəlif yaradıcılıq üslubları
mövcuddur, onlar ritm, ton, lirik xüsusiyyətlərinə görə fərqlənirlər.
Belə fərqlənən üsullar Şimali Hindistanda “dhrupad”, “khayyal”,
“thumri” və s., Cənubi Hindistanda “kriti”, “varnam”, “padam”,
“cavali” və s. yayılmışdır. “Raqa”nın ciddi üsulları yavaş kom-
pozisiyadan başlayaraq bir-birini əvəz edən “alapa”, “çiza” və ya
“kriti” kimi müəyyən “tala”ya daxil olan melodik frazalar nisbətən
sürətli templə ifa olunur. Şimali Hindistan musiqisində müəyyən
metroritmik əsasda formalaşan müstəqil instrumental kompozi-
siya (“qat”) mövcuddur. Cənubi Hindistanda isə musiqi alətləri
ilə vokal əsərlər müşayiət olunur. “Thumri”, “drupad”, “qazal”,
“padam”, “cavali” lirik məhəbbət nəğmələri olsalar da dini mis-
tik dünyagörüşlə sıx bağlıdır. Bu növlərin alt növlərinə, bunlarla
əlaqəli müxtəlif üsullаrа rast gəlmək mümkündür. Hər növün fərq-
li icra texnikaları vаrdır və müğənnilər bütün növləri öyrənsələr də
yalnız biri üzrə iхtisаslаşırlаr.
Sual və tapşırıqlar:
1.“Sаnqitа” anlayışını (“hər şеyin birləşməsi və ifаdəsi”)
izah edin.
2. Şimаli Hindistаnın musiqisində “şаcаcа” (“6 nоtdаn
ibаrət sırа”) adlanan əsаs tоn əbədiliyi, tanrını simvоlizə еdir.
3.Vedalar arasında qurban zamanı oxunan duaları əhatə
edən “Sama Veda” xüsusi yer tutur.
4.Hindistanda “hindustani” və “karnatak” klassik musiqi in-
cənəti haqqında təqdimat hazırlayın.
5.“Raqa” və “tala”
Bəhmən Əliyev-Ayvazalı
124
3.3.Musiqi аlətləri.
Hind musiqi alətlərinə dair ən qədim materiallar, möhür və
piktoqramlar üzərində simli, zərb alətlərinə bənzər təsvirlər, quş
səsi çıxaran alətlər Hind vadisində aparılmış arxeoloji qazıntılar
zamanı üzə çıxarılmışdır, bu materiallar Harappa sivilizasiyasına
(e.ə.III minillik) aid olunur.
E.ə.II-I minilliklərdə veda dönəmində musiqi alətləri in-
cəsənətin ümumi inkişafı əsasında daha da təkmilləşmişdir. Veda
mətnlərində arfaya bənzəyən (“bana vina”, “kanda vina”, “qod-
ha vina”), “bhumi dun lubhp” (heyvan dərisi ilə örtülmüş) zərb
alətləri (“vanaspati”, “lamqla”), fleytalar (“tunava” və s.) adları
çəkilmişdir.
Maqadha-Mauri imperiyası dövründə hind musiqi nəzəriy-
yəsinə dair bir sıra əsərlər yazılmış, musiqilər, mahnılar, musiqi
alətləri qruplaşdırılmışdır. Müdrik Bharata “Natyaşastra” (e.ə.II-
b.e.II əsr) əsərində “tata” (simli), “avan” (örtülmüş, baraban),
“qhana”(çubuqlar, dəmir lövhələr), “suşira” (nəfəs) terminləri
ilə alətlərin təsnifatını aparmışdır, “vadhya” sözü isə bütün musiqi
alətlərini ifadə etmək üçün istifadə edilmişdir. Qədim traktatların
və müasir materialların təhlili göstərir ki, Hindistanın musiqi alət-
ləri yüzillər ərzində müəyyən dəyişiklərə uğramışdır.
Hindistanda musiqi alətləri (“vadya”) dörd qrupa ayrılır:
“taqavadya” (simli), “suşiravadya” (nəfəs), “avanaddhavad-
ya” (barabanlar), “qhanavadya” (zınqrovlar, dəmir lövhələr,
çubuqlar və s.) aiddir. “Taqavadya” qrupuna “vina”, “sitar”,
“tambur” və s., yaylı “saranqi”, “dilrubu”, “suşiravadya”ya
müxtəlif tipli fleytalar, “şenai”, “nafern”, “naqasvar”, “ava-
naddhavadya”ya “tabla”, “pakhavac”, “mridanq” və s. aiddir.
Zərb alətlərinə bənzəyən zənglər, çubuqlar və s. adətən klassik
konsert heyətlərinə daxil edilmirlər.
Vedalarda adı çəkilən qədim “vina” (və ya “vine”, “veena”)
aləti əvvəlcə on simli arfaya bənzəyirdi, yayla ifa olunurdu. Qupt
Hindistan etnoqrafiyası
125
dövründə isə bu musiqi alətinin forması dəyişərək armud forma-
sını almış, barmaq və ya mizrabla ifa olunmağa başlamışdır. Si-
tara bənzəyən, amma ahəng telləri olmayan “veena”da nizamlana
bilər pərdələr yoxdur. Bu alətdən daha çox “karnatak” musiqisin-
də istifadə edilir. Simli alət olan “vina”lar arasında ən geniş yayı-
lanı “Sarasvati vina” deyilən növdür. Bilik, təhsil, şeir himayədarı
olan tanrı Sarasvati həmişə bu alətlə birgə təsvir edilir. Uzun bir
sapın hər iki ucunda su balqabağı vardır, sonunda yuxarı qıvrılır.
Simlər isə sapın üzərinə bağlanır. Bəzi “vina”ları çalmaq üçün
quş yumurtası kimi yonulmuş, oval, parlaq daşdan istifadə olunur.
“Şankha” (balıqqulağı borusu) min illərdir ki, istifadə olunan
alətdir, üflənəndə güclü səs çıxarır. Savaşlarda düşməni qorxut-
maq, xəbərləşmək üçün istifadə edilirdi. Dini mərasimlərin əvvə-
lində və sonunda “şankha” çalınırdı. “Bhagavadgita”da Arcuna
və qardaşları döyüşdən əvvəl bu musiqi alətindən istifadə edirlər,
hər birinin “şankha”sının xüsusu adı da vardır.
İplə boyundan asılan, belə bağlanan, qucaqda tutulan “dho-
lak” (baraban, davul) qədimdən Hindistanın hər yerində istifa-
də olunan alətdir, yüzdən çox növü vardır. Hər bölgənin özünün
“dholak”ı olur. Məsələn, Benqaliyada nəhəng ölçüsü ilə seçilən
bu alət “dhak” adlanır. Tanrı Şivanın “tandava” rəqsini oynarkən
çaldığı isə “damaru” adlanan və “dholak”a bənzəyən barabandır.
Qədimdə olduğu kimi, indi də kiçik barabanlar barmaqlarla ifa
olunur. Böyük barabanlar müxtəlif növ qonq, zənglər, dəmir löv-
hələrlə birgə istifadə edilir. Böyük silindrik bаrаbаn olan “dhо-
lak” (dhok) sаğ əl bаrmаqlаrı və оvuclа, sаdə mеtаl bоşqаba bən-
zəyən “thаlа” isə nаzik çubuqla çаlınır.
Hindistanda musiqiçilər “sarod”, “sandır”, dördtelli “tam-
bura”, forfor qablardan ibarət “calataranq”, “saranqi”, “har-
momiya”, metal pərdələrdən ibаrət “min”, iki barabandan
(“tiz”, “bas”) ibarət “tabaq”, karnatak musiqisində istifadə
edilən ikitərəfli “mridanqam” (baraban), bambuk fleyta aləti
Dostları ilə paylaş: |