Hindistan etnoqrafiyası
203
E.ə. V əsrdə Panini veda dilinin, yəni “Sanskrit”in (“təmiz-
lənmiş”, “təkmilləşdirilmiş”) qrammatikasını –“Astadhyayi”ni
hazırlamışdır. Sanskrit dilinin bu universal qrammatikası bütün
dövrlərdə əsas olaraq qəbul edilmişdir. Panininin dövründən sans-
krit brahmanların və hakim dairələrin yazı dilinə çevrilir, X əsr-
dən başlayaraq sanskritin əhatə dairəsi daralır. Lakin bu dil yeni
hind dillərinin leksik bazasının formalaşdırılmasında mühüm rol
oynamışdır. Hazırda sanskrit dini mərasimlər zamanı istifadə olu-
nur, bu dil bir sıra məktəblərdə öyrədilir.
E.ə.I minilliyin ortalarında geniş xalq kütlələri orta hind-a-
ri dili-“prakrit”də danışırdı. Müəyyən dövr sanskrit və “prakrit”
dilləri yanaşı mövcud olmuşlar, bir müddət sonra xalq dili-prakrit
ədəbiyyata, ədəbi dilə nüfuz etməyə başlamışdır.
Prakritin ədəbiyyata nüfuz etməsi ilə qədim dövr yekunlaş-
mış, hind dillərinin inkişafında orta dövr başlamışdır. Həmin
dövrdə bir neçə prakrit mövcud olmuşdur. Onlardan üçü-“şau-
raseni-prakrit”, “maqadhi-prakrit”, “maharaştri-prakrit” geniş
yayılmışdır. “Prakrit”in inkişafında coğrafi və regional faktorlar
mühüm rol oynamışdır. “Şaureseni-prakrit” Şaoraştra ərazisin-
də (müasir Uttar-Pradeş ştatı), “maqadhi-prakrit” Maqadhada
(müasir cənubi Bihar), “maharaştri-prakrit” müasir Heydəra-
bad ştatında (Dekkan düzənliyinin qərb hissəsi) yayılmışdır. Bun-
ların arasında “maharaştra-prakrit” ən geniş yayılmış, daha çox
ünsiyyət dili olmuşdur. Bunlardan başqa, şaureseni və maqadhi
dillərinin qarışığından yaranmış “ardhamaqadhi-prakrit” adlanan
prakrit dildə yayılmış, bu dildə əsasən müasir Benqal və Bihar
ərazilərinin qovuşuğunda danışılmışdır.
Orta dövrdə linqivistik ədəbiyyatda “pali” dili kimi tanınmış
prakrit yayılmışdı. Tanınmış hind linqvisti Dhirendra Varma bil-
dirir ki, pali dilinin əsasını “şaureseni-prakrit” təşkil edir: “Bu
dövrün ədəbiyyat dili olan pali ehtimal ki, hansısa qədim şaura-
seni dialekti əsasında yaranmışdır”. Rus hindşunası İ.P Minayev
Bəhmən Əliyev-Ayvazalı
204
yazır ki, pali “maqadha-prakrit”ə yaxın olsa da, fonetik qayda-
larına görə ondan fərqlənmişdir. Onun fikrincə, pali dilinin ya-
yılması yeni dinin-buddizmin ortaya çıxması ilə sıx bağlıdır. Bu
dildə yazılmış ilk yazılı mənbə də buddizmə aiddir: “Sanskrit dili
brahmanların dili, pali isə buddist rahiblərin dili idi”. Pali dili
hind mədəniyyətinin ən böyük dillərindən biri olmuş, bu dildə
böyük dini, fəlsəfi, elmi, hüquqi əsərlər, o cümlədən buddizm dini
fəlsəfəsinin ən böyük əsəri olan “Tripitaka” yaradılmışdır.
Qədim hind dialektlərindən yaranan prakritlər Hindistanda
danışıq dillərinə çevrilmiş, bu dillərdə bədii ədəbiyyat yaranma-
ğa başlamışdır. Prakritlərin ədəbiyyata nüfuz etməsi ilə inkişafı
müəyyən qədər başqa istiqamətdə getmiş, xalq danışıq dilindən
fərqlənmişdir. Əvəzində xalq danışıq dili inkişaf etmiş, ədəbi dil-
dən fərqlənməyə başlamışdır. Bu danışıq dili “apabhranş”, yəni
“pozulmuş” adlandırılırdı. Hər bir prakritin öz apabhranşı var-
dı: “maqadhi prakrit-maqadhi apabhranş”, “şauraseni prak-
rit”-“şauraseni apabhranş”, “maharaştri prakrit”-“maharaştri
apabranş” və s. “Apabhranş”ın ortaya çıxması hind dillərinin in-
kişafında növbəti mərhələ idi, bununla da hind dillərinin inkişa-
fında orta mərhələ başa çatmışdır.
“Apabhranşa”nın yaranması və inkişafı VI-X əsrlərə aid-
dir, X əsrdən yeni hind dillərinin inkişafında növbəti mərhələ
başlayır, XIII əsrdən isə yeni hind dillərində ədəbi əsərlər orta-
ya çıxır.
Hər bir apabhranşa müasir hind dillərinin əsasında durur.
Belə ki, “şauraseni-apabhranşa”dan (və ya indi onu “naqar” ad-
landırırlar) müasir hindi, racastani, qucarati, pahari dilləri, “ma-
hadhi-apabhranşa”dan bihari, benqali, assami və oriya dillərinin,
“maharaştri-apabhranşa”dan isə marathi və s. dilləri yaranmışdır.
Maqadhi-prakritin “apabranşa”sının törəməsi olan “abahatta”
əsasında benqali dili inkişaf etmişdir.
Hindi dilinin çохlu diаlеktləri mövcuddur, əsаsən şərq və
qərb diаlеktlərinə bölünür. Qərbi hindi dilinin kökündə “şaura-
Hindistan etnoqrafiyası
205
seni-apabhranşa”, şərqi hindi dili “ardhamaqadhi-apabhranşa”
dili durur. Qərbi hindi dili dialektinə khari boli, brac bhaşa, banq-
ru, kannauci və bundeli dilləri, şərqi hindi dilinə avadhi, baqdeli
və çattisqarhi dilləri aiddir.
Hindi dilinin əsas ədəbi dialekti khari-boli XIII-XIV əsrlərdə
müsəlmanların Hindistana yürüşündən, buranı ələ keçirməsindən
sonra formalaşmışdır. Həmin dövrdə Maharaştra, Sindhadan tut-
muş, qərbi Pəncab, Kəşmir, Bihar və Benqalda apabhranş yayıl-
mışdır. Fars, ərəb və türk dillərində danışan müsəlmanlar yerli
əhali ilə ünsiyyət zamanı Delhi bölgəsində (bura müsəlmanların
inzibati mərkəzi idi) danışılan dialektlərə üstünlük verirdilər və
təbii ki, danışıq zamanı fars, ərəb, türk sözlərindən istifadə edir-
dilər. Bu linqivistik proseslərin nəticəsində tədricən qarışıq dil
yaranırdı və bu Delhi dialekti “khari-boli” adlanırdı.
Əvvəl “khari-boli” danışıq dili idi, ilk olaraq bu dildə müsəl-
man şairləri ərəb əlifbası ilə əsərlər yazmış, “khari-boli”nin bu
ədəbi forması isə “urdu dili” adlandırılmışdır.
Tədricən “khari boli” danışıq forması hind şair və yazıçıla-
rının yaradıcılığına da sirayət etməyə başlamış, bu zaman hind
“devenaqari” əlifbası istifadə olunmuşdur. Hindliləri ədəbi di-
linə çevrilən bu “khari boli” sadəcə olaraq “hindi dili” adlandı-
rılmışdır.
Hind dillərinin inkişafında İngiltərənin “Ost-Hind” şirkəti-
nin Hindistanda fəaliyyəti, ingilis işğalının başlanması mühüm
mərhələ olmuşdur. İngilis kolonial hakimiyyəti yеrli mədəniyyəti
öyrənir, yеrli dillərin tədrisini həyаtа kеçirir, qrаmmаtikа yаrаdı-
lır, lüğət fоrmаlаşdırılırdı. Hindistandа аdminstrаsiyа, məhkəmə,
vеrgi оrqаnlаrı və s. yаrаdan ingilislərin məqsədi yerli dilləri öy-
rənməklə burada möhkəmlənmək, işğalı davam etdirmək idi. Bu
siyasət çərçivəsində bir sıra addımlar atıldı, məsələn, 1837-ci ildə
Britaniya hökuməti adminstrativ işlərdə fars dilinin əvəzində in-
gilis dilini istifadə etməyə başladı. XIX əsrdə Hindistanda milli
Dostları ilə paylaş: |