Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə67/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   63   64   65   66   67   68   69   70   ...   74

Hindistan etnoqrafiyası
203
E.ə. V əsrdə Panini veda dilinin, yəni “Sanskrit”in (“təmiz-
lənmiş”,  “təkmilləşdirilmiş”)  qrammatikasını  –“Astadhyayi”ni 
hazırlamışdır. Sanskrit dilinin bu universal qrammatikası bütün 
dövrlərdə əsas olaraq qəbul edilmişdir. Panininin dövründən sans-
krit brahmanların və hakim dairələrin yazı dilinə çevrilir, X əsr-
dən başlayaraq sanskritin əhatə dairəsi daralır. Lakin bu dil yeni 
hind dillərinin leksik bazasının formalaşdırılmasında mühüm rol 
oynamışdır. Hazırda sanskrit dini mərasimlər zamanı istifadə olu-
nur, bu dil bir sıra məktəblərdə öyrədilir. 
E.ə.I minilliyin ortalarında geniş xalq kütlələri orta hind-a-
ri dili-“prakrit”də danışırdı. Müəyyən dövr sanskrit və “prakrit” 
dilləri yanaşı mövcud olmuşlar, bir müddət sonra xalq dili-prakrit 
ədəbiyyata, ədəbi dilə nüfuz etməyə başlamışdır. 
Prakritin ədəbiyyata nüfuz etməsi ilə qədim dövr yekunlaş-
mış,  hind  dillərinin  inkişafında  orta  dövr  başlamışdır.  Həmin 
dövrdə bir neçə prakrit mövcud olmuşdur. Onlardan üçü-“şau-
raseni-prakrit”, “maqadhi-prakrit”, “maharaştri-prakrit” geniş 
yayılmışdır. “Prakrit”in inkişafında coğrafi və regional faktorlar 
mühüm rol oynamışdır. “Şaureseni-prakrit” Şaoraştra ərazisin-
də (müasir Uttar-Pradeş ştatı), “maqadhi-prakrit” Maqadhada 
(müasir  cənubi  Bihar),  “maharaştri-prakrit”  müasir  Heydəra-
bad ştatında (Dekkan düzənliyinin qərb hissəsi) yayılmışdır. Bun-
ların arasında “maharaştra-prakrit” ən geniş yayılmış, daha çox 
ünsiyyət dili olmuşdur. Bunlardan başqa, şaureseni və maqadhi 
dillərinin qarışığından yaranmış “ardhamaqadhi-prakrit” adlanan 
prakrit dildə yayılmış, bu dildə əsasən müasir Benqal və Bihar 
ərazilərinin  qovuşuğunda  danışılmışdır. 
Orta dövrdə linqivistik ədəbiyyatda “pali” dili kimi tanınmış 
prakrit yayılmışdı. Tanınmış hind linqvisti Dhirendra Varma bil-
dirir ki, pali dilinin əsasını “şaureseni-prakrit” təşkil edir: “Bu 
dövrün ədəbiyyat dili olan pali ehtimal ki, hansısa qədim şaura-
seni dialekti əsasında yaranmışdır”. Rus hindşunası İ.P Minayev 


Bəhmən Əliyev-Ayvazalı
204
yazır ki, pali “maqadha-prakrit”ə yaxın olsa da, fonetik qayda-
larına görə ondan fərqlənmişdir. Onun fikrincə, pali dilinin ya-
yılması yeni dinin-buddizmin ortaya çıxması ilə sıx bağlıdır. Bu 
dildə yazılmış ilk yazılı mənbə də buddizmə aiddir: “Sanskrit dili 
brahmanların dili, pali isə buddist rahiblərin dili idi”. Pali dili 
hind  mədəniyyətinin  ən  böyük  dillərindən  biri  olmuş,  bu  dildə 
böyük dini, fəlsəfi, elmi, hüquqi əsərlər, o cümlədən buddizm dini 
fəlsəfəsinin ən böyük əsəri olan “Tripitaka” yaradılmışdır.
Qədim  hind  dialektlərindən  yaranan  prakritlər  Hindistanda 
danışıq dillərinə çevrilmiş, bu dillərdə bədii ədəbiyyat yaranma-
ğa başlamışdır. Prakritlərin ədəbiyyata nüfuz etməsi ilə inkişafı 
müəyyən qədər başqa istiqamətdə getmiş, xalq danışıq dilindən 
fərqlənmişdir. Əvəzində xalq danışıq dili inkişaf etmiş, ədəbi dil-
dən fərqlənməyə başlamışdır. Bu danışıq dili “apabhranş”, yəni 
“pozulmuş”  adlandırılırdı.  Hər  bir  prakritin  öz  apabhranşı  var-
dı:  “maqadhi  prakrit-maqadhi  apabhranş”,  “şauraseni  prak-
rit”-“şauraseni apabhranş”, “maharaştri prakrit”-“maharaştri 
apabranş” və s. “Apabhranş”ın ortaya çıxması hind dillərinin in-
kişafında növbəti mərhələ idi, bununla da hind dillərinin inkişa-
fında orta mərhələ başa çatmışdır. 
“Apabhranşa”nın yaranması və inkişafı VI-X əsrlərə aid-
dir, X əsrdən yeni hind dillərinin inkişafında növbəti mərhələ 
başlayır, XIII əsrdən isə yeni hind dillərində ədəbi əsərlər orta-
ya çıxır. 
Hər  bir  apabhranşa  müasir  hind  dillərinin  əsasında  durur. 
Belə ki, “şauraseni-apabhranşa”dan (və ya indi onu “naqar” ad-
landırırlar) müasir hindi, racastani, qucarati, pahari dilləri, “ma-
hadhi-apabhranşa”dan bihari, benqali, assami və oriya dillərinin, 
“maharaştri-apabhranşa”dan isə marathi və s. dilləri yaranmışdır. 
Maqadhi-prakritin  “apabranşa”sının  törəməsi  olan  “abahatta” 
əsasında benqali dili inkişaf etmişdir.
Hindi  dilinin  çохlu  diаlеktləri  mövcuddur,  əsаsən  şərq  və 
qərb diаlеktlərinə bölünür. Qərbi hindi dilinin kökündə “şaura-


Hindistan etnoqrafiyası
205
seni-apabhranşa”, şərqi hindi dili “ardhamaqadhi-apabhranşa” 
dili durur. Qərbi hindi dili dialektinə khari boli, brac bhaşa, banq-
ru, kannauci və bundeli dilləri, şərqi hindi dilinə avadhi, baqdeli 
və çattisqarhi dilləri aiddir. 
Hindi dilinin əsas ədəbi dialekti khari-boli XIII-XIV əsrlərdə 
müsəlmanların Hindistana yürüşündən, buranı ələ keçirməsindən 
sonra formalaşmışdır. Həmin dövrdə Maharaştra, Sindhadan tut-
muş, qərbi Pəncab, Kəşmir, Bihar və Benqalda apabhranş yayıl-
mışdır.  Fars,  ərəb  və  türk  dillərində  danışan  müsəlmanlar  yerli 
əhali ilə ünsiyyət zamanı Delhi bölgəsində (bura müsəlmanların 
inzibati mərkəzi idi) danışılan dialektlərə üstünlük verirdilər və 
təbii ki, danışıq zamanı fars, ərəb, türk sözlərindən istifadə edir-
dilər.  Bu  linqivistik  proseslərin  nəticəsində  tədricən  qarışıq  dil 
yaranırdı və bu Delhi dialekti “khari-boli” adlanırdı. 
Əvvəl “khari-boli” danışıq dili idi, ilk olaraq bu dildə müsəl-
man şairləri ərəb əlifbası ilə əsərlər yazmış, “khari-boli”nin bu 
ədəbi forması isə “urdu dili” adlandırılmışdır.
Tədricən “khari boli” danışıq forması hind şair və yazıçıla-
rının yaradıcılığına da sirayət etməyə başlamış, bu zaman hind 
“devenaqari”  əlifbası  istifadə  olunmuşdur.  Hindliləri  ədəbi  di-
linə çevrilən bu “khari boli” sadəcə olaraq “hindi dili” adlandı-
rılmışdır. 
Hind  dillərinin  inkişafında  İngiltərənin  “Ost-Hind”  şirkəti-
nin  Hindistanda  fəaliyyəti,  ingilis  işğalının  başlanması  mühüm 
mərhələ olmuşdur. İngilis kolonial hakimiyyəti yеrli mədəniyyəti 
öyrənir, yеrli dillərin tədrisini həyаtа kеçirir, qrаmmаtikа yаrаdı-
lır, lüğət fоrmаlаşdırılırdı. Hindistandа аdminstrаsiyа, məhkəmə, 
vеrgi оrqаnlаrı və s. yаrаdan ingilislərin məqsədi yerli dilləri öy-
rənməklə burada möhkəmlənmək, işğalı davam etdirmək idi. Bu 
siyasət çərçivəsində bir sıra addımlar atıldı, məsələn, 1837-ci ildə 
Britaniya hökuməti adminstrativ işlərdə fars dilinin əvəzində in-
gilis dilini istifadə etməyə başladı. XIX əsrdə Hindistanda milli 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə