Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə64/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   60   61   62   63   64   65   66   67   ...   74

Bəhmən Əliyev-Ayvazalı
194
faları yerli tayfalar, yəni “meşə xalqları” sayılır, onlar etnik xü-
susiyyətlərini, sosial təsisatlarını (nəsillərə ayrılma), mifoloji və 
dini inanclarını saxlayırlar. 
Hindistanda adivasi tayfasının müxtəlif təsnifatları mövcud-
dur: 
1. Hindli kastasının xarici təsirindən kənarda qalan icma;
2. Hinduizmin sosial sistemində ən aşağı kastaya aid olunan 
və bir sıra hindi adətlərinə adaptasiya olunmuş tayfa;
3. Müəyyən qədər inteqrasiya olunmuş, eyni zamanda kasta 
hindlilərindən aralı qalan tayfalar (D.N.Macumdar).
Digər bir təsnifat isə aşağıdakı kimidir:
1. Hind sosial strukturuna daxil olan tayfalar (bhillər, bhu-
mic);
2. Ümumi sosial struktura münasibətdə pozitiv yanaşan tay-
falar (santallar, oraonlar, mundalar, qondalılar);
3.  Ümumi  sosial  struktura  neqativ  yanaşan  tayfalar  (mizo, 
naqa);
4. Ümumi sosial struktura laqeyd yanaşan tayfalar (Arunaçal 
Pradeş tayfası; V.K.Burman).
Antropoloq Leverye Elvin 1939-cu ildə isə yazırdı ki, tayfa-
ları rahat buraxmaq lazımdır, eyni zamanda belə insan qrupları 
şəhərlərdən, əsas əhali kütləsindən kənar izolyasıyada inkişaf et-
mək imkanına malik olmalıdırlar. 
Digər bir tərəfdən, G.S Qhurye belə tayfaların ayrıca sayıl-
masını, siyahıya alınmasını məqsədəuyğun saymır, tayfaların cə-
miyyətin bir hissəsi kimi hinduslara assimlyasiya olunmasını əsas 
götürürdü. 
J. H. Hutton isə təsdiqləyirdi ki, tayfalara geri qalmış hindus-
lar kimi baxılması lazımdır və onların assimlyasiyası uzun müd-
dət davam edəcəkdir. 
XX əsrin ortalarında Elvinə əsaslanan Hindistanın ilk baş na-
ziri Cavaharlal Nehru bu iki metod arasında “qızıl ortanı” müəy-


Hindistan etnoqrafiyası
195
yənləşdirərək  (Golden  Mean)  “Panchsheel”  adlanan  sənəd  ha-
zırlamışdır. Bu sənədə görə, insanlar (a) öz kimlikləri ilə inkişaf 
etməli və onlara heç nə mane olmamalıdır; (b) Meşə və torpaqlar 
üzərində tayfa hüquqlarına hörmət olunmalıdır; Tayfa (c) və yad-
larla həddən artıq tanışlıqdan çəkinmək lazımdır; (ç) Tayfaların 
inzibati vahidlərə bölünməsindən yayınmaq, bunun əvəzində bü-
tün işlərin öz sosial və mədəni təsisatlar vasitəsi ilə yerinə yeti-
rilməsinə çalışmaq lazımdır; (d) Nəticələri gələn pula görə deyil, 
insan xarakterinin təkamülü ilə qiymətləndirmək lazımdır. 
Sankritləşmə və hinduizm bu tayfaların şudra, hətta vayşi və 
kşatri varnasına keçidini təmin etmişdir. Lakin aşağı kasta hin-
dusları  və  “toxunulmaz”lar  əsasən  azsaylı  tayfaların  nümayən-
dələri  olmuşlar.
Xüsusi  ilə  Bihar,  Qərbi  Benqal,  Orissa,  Madhya-Pradeş-
də  qonda,  Racastan  və  Qucaratda  bhillər  arasında  hinduslaşma 
prosesi irəliləmişdir. İndiki dövrdə sosial baxımdan strafikasıya 
olunmuş  cəmiyyət  yaranmışdır.
 Tayfalar  (rəsmi  terminologiyaya  görə  “qeydə  alınmış  tay-
falar”  adlandırılır)  Hindistan  əhalisinin  8,2  %-ni  (84,3  milyon 
nəfər) təşkil edir, meşələrin 70 %-də və faydalı qazıntılarla zəngin 
ərazinin 20 %-də tayfalar yaşayır. Yerli tayfalar Haryana, Pəncab 
ştatları, paytaxt Delhi və Çandiqarh və Pondişeri ittifaq ərazilə-
rindən başqa bütün federal subyektlərdə yaşayırlar.
Hazırda  Hindistanda  tayfaların  əksəriyyətinin  sayı  10-100 
min  nəfər  arasındadır. Yalnız  50-yə  qədər  tayfanın  əhalisi  100 
min nəfərdən çoxdur. Hindistan Antropoloji Xidmətinin “Hindis-
tan xalqları” adlı layihəsinə əsasən 461 əhali icması, o cümlədən 
175 subtayfa fərqləndirilmişdir. Onların arasında bhil (7 307 973, 
1990-cı illərin rəqəmləri), qond (7 449 193), santal (4 260 842), 
oraon (1 871 995), mina (2 087 075) tayfaları ən böyük ən kiçik 
isə cəmi 97 nəfər (1984) olan onqe andamanlıları olmuşdur.
Tayfaların  sıxlığı  ən  çox  şimal-şərq  ştatlarında  qeydə  alınır, 
Mizoram  (94,5%),  Naqalend  (89,1%),  Meqhalaya  (85,9%), Aru-


Bəhmən Əliyev-Ayvazalı
196
naçal-Pradeş (64,2%) ştatlarında əhalinin xeyli hissəsi tayfalardan 
ibarətdir.  Digər  tayfalar  Çhattisqarh  (31,8%),  Carkand  (26,3%), 
Orissa (22,1%), Madhya-Pradeş (20,3%) ştatlarında da sıx məskun-
laşmışlar. Sayca ən çox olan qond (Madhya Pradeş), santal (Bihar, 
Qərbi Benqal, Orissa), bhil (Racastan, Qucarat, Maharaştra, Madh-
ya-Pradeş) tayfaları bütün tayfaların 36-40 %-ni təşkil edirlər.
Bhillər.  Əsasən  Madhya-Pradeş,  Qucarat,  Maharaştra,  Ra-
castanın cənubunda Udaypur və Çittor yaxınlığında yaşayan bhil 
tayfası qondlardan sonra Hindistanın ən böyük tayfasıdır, sayları 
4,3 milyon nəfərdir. Bu tayfanın adı dravid dilində “billu” –“ox” 
deməkdir, dravidlərlə yanaşı, bhillər də Hindistanın qədim sakini 
sayılırlar. Bhillərin burun və saçları Afrika mənşəyini, sifətin for-
ması və gözün rəngi ari xüsusiyyətlərindən xəbər verir. 
Bhillər  Tripurun  şimalında,  Pakistanın  Sind  vilayətində  də 
yaşayırlar.  Qədim  dövrlərdə  düzənlik  ərazilərdən  sıxışdırılıb 
çıxarılan bhillər əsasən dağlıq və yüksəklik ərazilərdə yaşayırlar, 
onların qonşuları dağlı adivasilər və hindli əkinçi catilərdir. Lakin 
bhillərin digərləri münasibətləri heç də həmişə bərabər şərtlərdə 
olmur. Tarixən bhillər hind-aridilli qonşularla (hindi, qucarati, ra-
castani, marathi) yaxınlaşmış, sayca çox olan xalqların arasında 
aşağı pillə tutmuş, öz identikliklərini itirərək aşağı kastalara çev-
rilmişlər. Dağlıq ərazilərdə yaşayan bhillər öz etnik özünəməx-
susluqlarını daha çox saxlayırlar.
Sadə  və  yoxsul  həyat  sürən  bhillər  oxatma  üzrə  ustadırlar, 
hətta “Mahabharata”da oxatmada Arcuna qalib gələn, bhil tayfa-
sından olan Ekleviya haqqında məlumat verilir. “Ramayana”da 
isə bhil tayfasından olan quldur Vayl barədə məlumat verilmiş-
dir. Vayl Sarasvatinin xeyir-duası ilə elmləri və incəsənəti öy-
rənərək “Ramayana”nın müəllifi, məşhur Valmikiyə çevrilmiş-
dir. “Ramayana”da Sitanı axtarmağa gedən Rama və Lakşmananı 
yedizdirən qadın Shabari haqqında danışılır. Bhillər Baburşahlara 
və ingilislərə qarşı uzun müddət döyüşmüşlər. 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə