Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə60/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   56   57   58   59   60   61   62   63   ...   74

Bəhmən Əliyev-Ayvazalı
182
Müsəlmanlar əsasən şəhərlərdə yaşayır, caynların arasında böyük 
maliyyəçilər, sənayeçilər vardır. Biharda maythil brahmanlarının 
nüfuzu  çoxdur.
Hinduist  biharlılar  Kartal  Babu,  Mahadeva,  Brahma,  Ba-
canqabali,  Kali,  Şiva,  Durqa,  Lakşmi  tanrılarına  sitayiş  edirlər. 
Hanuman adətən yerli icma tanrısı kimi qəbul edilir. Biharlılar 
arasında müxtəlif varna və catilər vardır: Brahmanlar, racputlar, 
kayastha, baniya, bhumihar, yadav, kurma, teli, dusad, çhamara, 
pasi, dom, musahar, qoala, lohar, dhobi və suri.
Burada həyat keçidləri (doğum, evlilik, ölüm və s.) ilə bağ-
lı adətlər bir icmadan digərinə görə fərqlənir. Biharlılar arasında 
ümumhind bayramları-Divali, Dassera, Canmaştmi, Ram Nava-
mi, Çhat Puca, Rakşa Bandhan məşhurdur.
Biharlıların əsas məşğuliyyəti əkinçilikdir, burada daha çox 
düyü,  buğda,  qarğıdalı,  paxlalı  bitkilər,  şəkər  çuğunduru,  tütün 
əkib-becərir, qoşqu heyvanları, qoyun, keçi bəsləyirlər, aşağı kas-
talar donuz da saxlayırlar. Bihardan kənarda biharlıların torpaq 
sahələri  olmadığından  biznes,  ticarətlə  məşğul  olur,  sənayedə, 
xidmət  sahələrində  çalışırlar.
Kəndlərdə əhalinin sayı adətən 500 nəfərədək olur, əhalinin 
sıxlığı həddən artıq olan Qanq çayı vadisində kəndlərdə əhalinin 
sayı 2-15 min nəfərə çatır. Vadidə evlər əsasən birmərtəbli, gillə 
suvanmış  saman  divarlı,  saman  və  ya  kirəmitlə  örtülü,  2-4  qat 
qətranlanmış damlardan ibarətdir. Şimal-qərb və cənub rayonla-
rında yaşayış evlərinin çərçivəsi (karkaz) bambuk ağacından, di-
varları isə gil ilə hörülür və ya suvanır. Ən böyük şəhərləri Patna, 
Rançi, Muzaffarpur, Camşedpur, Bhaqalpurdur.
Biharlı kişilər dhoti, qadınlar isə sari geyinir. Şimal rayonlar-
da paltarlara müsəlman təsiri hiss olunur, burada şalvar-kamiz, 
kurta-çuridar,  şervani  yayılmışdır.  Qadınların  evlilik  simvolu 
rəngli  sindur,  şüşə  qolbağılardır.
Burada əsas qıda qaynadılmış düyü və ya buğdadır, eyni za-
manda ədviyyatlı tərəvəz yeməkləri, kömbələr, qatıq, şərbət və s. 


Hindistan etnoqrafiyası
183
yayılmışdır. Məşhur bayram yeməkləri - “pula”dır (düyü, pört-
lədilmiş tərəvəz, ət və ya balıqla ). Balıq əti (mal əti deyil) qida 
rasionuna aid olunur. Brahmanlar əsasən vegeteriandırlar, lakin 
maythil brahmanları balıq yeyirlər.
Kasta  endoqamiyası  yayılmışdır.  Kastalar  qotralara  (tayfa, 
icma) ayrılır: sandilya, shakarpura, kashyapa, dzhaduvanshi, ku-
ruvanshi, halden, maqha və linici (bunce). Bunların əsas funksi-
yaları ailə-nikah əlaqlərinin arasıkəsilməzliyini təmin etmək və 
tayfa mənşəyini müəyyənləşdirmək, qeydə almaqdır.
Qotralarda endoqam və ekzoqam nikahlar geniş yayılmışdır. 
Nikah üçün başlığın ödənməsi, qolta (bacıların qarşılıqlı dəyişdi-
rilməsi) adətlərinə də rast gəlinir. Biharlılar arasında dulun yeni-
dən ərə getməsinə icazə verilir, bəzi kastalarda levirat və sororat 
həyata keçirilir. Böyük qardaş əsas varis olsa da atanın mülkü kişi 
varislər arasında bərabər bölüşdürülür.
Biharda urbanizasiya genişlənir, Cəmşidpur kimi şəhərlərdə 
sənaye  inkişaf  edir,  xüsusi  ilə  cənub  rayonlarında  yeni  sənaye 
mərkəzləri yaranır. Şimal əyalətlərdə toxuculuq sənayesi, tütün 
fabrikləri, şəkər zavodları üstünlük təşkil edir.
Orissa,  Qərbi  Benqal,  Assam  ştatlarında  biharlılar  əsasən 
şəhər  yerlərində  yaşayırlar,  Siqqim,  Maleqhalaye,  Naqalandda 
(Kohima  rayonu)  biharlılardan  ibarət  qəsəbələr  mövcuddur.
Qucaratlılar. “Qucaratlılar” termini “qucaratta”, yəni “quca-
ratlıların torpağı” anlamındadır. Qucarat ştatının əsas əhali kütləsi 
olan qucaratlıların (40 milyon nəfər) 6,79 %-i başqa ştatlarda (Qoa, 
Daman və Diu, Madya Pradeş, Maharaştra, Racastan, Andhra-Pra-
deş, Qərbi Benqal, Karnataka, Bihar və s.), eləcə də Pakistanda (1 
milyon nəfər) yaşayırlar. Hindistanın ən böyük şəhərlərindən biri 
olan Bombeydə (Mumbay) əhalinin 20 %-i qucaratlıdır.
Qucaratlıların əcdadları və onlara qohum kastalardan ibarət 
qucarlar  (qucara)  Pəncab,  Himaçal  Pradeş,  Racastan,  Harya-
na,  Cammu  və  Kəşmir  və  Şərqi  Pakistan  ərazisində  yaşayırlar. 


Bəhmən Əliyev-Ayvazalı
184
Hind-ari tayfaları olan qucarlar e.ə.I minillikdə Qucarat ərazisinə 
daxil olaraq, yerli bhil və ariyalıları assimlyasiya etmişlər. Orta 
əsrlərdə qucarlar etnik baxımdan konsolidasiya olunaraq, Quca-
ratdeşa  ərazilərində  (müasir  Qucarat  və  cənubi  Racastan)  məs-
kunlaşmışlar. Elə “qucarat” toponimi də Çalukya sülaləsinin (X 
əsr) dövründən məlumdur.1406-cı ildə mərkəzi Ahmadabad olan 
Qucarat sultanlığı yaranmış, bu dövlər XV əsrin sonu-XVI əsrin 
əvvəllərində  güclənmişdir. 
Antropoloji baxımdan avropoid irqinin hind-aralıq dənizi ti-
pinə aid olan qucaratlıların dili-qucarati hind-ari dillərindən sayı-
lır. Bu dil şimali (Ahmadabad dialekti), qərbi (kathiyavar), cənubi 
(surat) dialektlərə ayrılır. Bir sıra statistik məlumatlara görə quca-
ratlıların 20 %-i (bilinqva) qucarati dilindən başqa hindi, marathi, 
urdu, sindhi dillərini ikinci ana dilləri sayırlar.
Qucaratlıların əksəriyyəti hinduistdir, burada vişnuizm ge-
niş yayılmışdır. Dvarka, Somnath, Patan kimi qadın tanrılara sita-
yiş edirlər, əsas dini mərkəzləri Girnar məbədidir. Tayfa tanrıları 
(kuldeo) Pithad, Khodiyar, Barundev, Aşapuradevi, Çamunda və 
s., kənd icma tanrıları (qandeo) Kşetorpardada, Mata, Bacanqbali 
və başqalarıdır. Delhidə yaşayan qucaratlılar arasında Svami Na-
rayana kultu populyardır. Qucaratlılar arasında müsəlman, xristi-
an, cayn olanları da vardır.
Qucaratlıların  ənənəvi  məşğuliyyəti  əkinçilikdir,  burada  ca-
var, bacra (darı növü), taxıl, qarğıdalı, fısdıq və s. əkilib becəri-
lir, qoşqu heyvanları, zebu, qoyun, keçi bəslənilir. XIX-XX əsrdə 
burada  toxuculuq  sənayesi  güclü  inkişaf  etmişdir.  İpək  (“parça 
kinqhab”, “çundari”, “batik”) və pambıq toxuculuğu inkişaf etmiş, 
“kutç” tikməsi, dulusçuluq, “kativar” boyaqçılığı, daş və ağaciş-
ləmə, basmanaxış, zərgər işi geniş yayılmışdır. Delhidə yaşayan 
qucaratlılar əksər hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar.
Qucaratlıların şəhər evləri ümumhind tipindən fərqlənmir, ev 
kərpic və daşdan hörülür, örtülü və daxili həyətdən ibarət olur, 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə