Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə61/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   57   58   59   60   61   62   63   64   ...   74

Hindistan etnoqrafiyası
185
qapı,  pəncərə  ağacişləmələrlə  bəzədilir.  Ahmadabad,  Vadodara 
şəhərləri  arxitektur abidələrl zəngindir.
Qucarat kəndləri kifayət qədər sıx əhaliyə malikdir, burada 
ənənəvi evlər 1 və 2 otaqlı, kərpic və daşla hörülür, damlar kirə-
mitli olur. Ortasında dirək olan dairəvi , güzgülü divarları olan 
evlər də tikilir.
Bu xalqın geyimləri ümumhind xarakterlidir, yuxarı kastalar 
sari və dhoti geyinir, kişilər ayağından büzülmüş şalvar (payja-
ma), uzun qollu köynəklərə üstünlük verirlər. Qadınlar isə sadə, 
tikməli çoxlu kiçik güzgülər bərkidilmiş uzun ətək və köynək ge-
yinir, çiyinlərinə şal örtür, çoxlu bəzəklər taxırlar.
Qucaratlıların  yeməkləri  arasında  yaşıl  noxud  və  tərəvəzlə 
doldurulmuş “çapati”, düyü, balıq, toyuq əti, qoyun əti xüsusi yer 
tutur. Racastan kşatriləri və aşağı catilər (kasta) istisna olmaqla 
qurcarların əksəriyyəti tam və ya qismən vegeteriandırlar. Racas-
tan (Caypur, Udaypur, Acmer) kşatriləri arasında qeyri-vegeterian 
yeməkləri əsasən kişilər evdə olmayanda yeyirlər. Qida rasionu-
nun əsasını taxıl, düyü, bacra və paxlalılar təşkil edir. Aşağı kas-
talar arasında evdə alkoqol içkilərinin hazırlanması yayılmışdır.
Qucaratlıların ailəsi monoqam, patrilokal, kiçik ailələrdir. On-
ların arasında endoqam kastaları mövcuddur: Brahmanlar (naqar, 
anavil, audih, şrimali, modh), kşatrilər, racputlar, baniya, lohana, 
patel, kaççi kimi yüksək kasta icmaları, carci, kumbhar kimi aşa-
ğı kastalar və bir sıra “qeydə alınmış” (keçmiş “toxunulmazlar”) 
icmalar  vardır. Yuxarı  kastalar  (qotra)  arasında  endoqam  və  ek-
zoqam nikahlar yayılmışdır, kross-kuzen nikahlara nadir hallarda 
rast gəlinir, bu da aşağı kastalarda qeydə alınır. Nikah zamanı bacı-
ların dəyişdirilməsi adəti vardır. Boşanmalara kifayət qədər az rast 
gəlinir, dul kişinin ikinci dəfə evlənməsinə icazə verilir.
Hamiləlik zamanı qadın bir çox qadağalara, məhdudiyyətlərə 
əməl edir. Kşatri qucaratlar toy mərasimi zamanı toran, khandu 
kapera adətlərini yerinə yetirirlər.


Bəhmən Əliyev-Ayvazalı
186
Qucaratlıların ədəbiyyatı, musiqisi inkişaf etmişdir. Navratri 
bayramında  oynanılan  qarba  və  raas  rəqsləri,  teatr,  arxitektura, 
qurcar  miniatür  məktəbi  ,  xalq  dastançıları  (şaran)  məşhurdur. 
Qucarati,  Samac,  Mahila  Mandal,  Qucarati  Cayn,  Şvetambar 
Sanqha (Qərbi Benqal) kimi qucaratlıların məskunlaşdığı yerlər-
də çoxsaylı mədəni, dini, ictimai təşkilatlar vardır.
Marathi, maharaştriyalılar. Maharaştranın şərq rayonların-
da Marathi adının sinonimi “barqi”dir. Bu xalq özünü “marathi” 
adlandırır, Maharaştra ştatının əsas əhalisi olan marathilərin ümu-
mi sayları 57-60 milyon nəfərdən çoxdur. 
Marathilərin əcdadları- rath, maharat, raştrakut tayfaları ta-
rixən  Maharaştra  ərasizisində  məskunlaşmışdır,  bu  haqda  hətta 
veda  və  epik  ədəbiyyatda  xatırlanır.  Marathilər  haqqında  e.ə.  II 
əsrə aid yazılı mənbələrdə qeyd edilir. Lakin ekzoqam qrupların 
totem adları, tayfa simvolları və s. yerli əhali kimi marathilərin qə-
dim tarixi köklərini göstərir. Marathilərin etnik ərazilərində bir sıra 
qədim və orta əsr dövlətləri mövcud olmuşdur. Marathilər ölkəsi, 
Maharaştramandala haqqında Dyaneşvarın “Dyaneşvari” (1290-cı 
il) aydın məlumat vardır. Marathilərin konsolidasiyası XVII əsrin 
ikinci yarısında güclü dövlətin yaranmasına gətirib çıxarmış, bu 
dövlət XVIII əsrdə knyazlığa-feodal dövlətinə çevrilmişdir. Hakim 
marathilərin konsolodisiyası maharaca Çhatrapatri Şivacinin siyasi 
və hərbi liderliyi dövründə mümkün olmuşdur. 
İngilis tədqiqatçısı Thurston  (1909)  Hindistanın cənubunda 
məskunlaşan marathiləri qeyri-brahman tayfaların, yəni əksərən 
döyüşçülərin  birliyi  kimi  qəbul  etmişdir.  Nancundaya  və Ayer 
(1931) marathiləri kşatrilərin 4 sülaləsinə-Suryavanşa, Somavan-
şa, Yadunvanşa, Çeçavanşaya aid edirlər. Orta əsrlərdə marathilər 
döyüşçü, əkinçi tayfaların birliyi kimi ortaya çıxmışdır.
 XVIII-XIX əsrlərdə ingilis –marath müharibələri baş vermiş, 
torpaqların  xeyli  hissəsini  ingilislər  ələ  keçirmişdir.  XIX  əsrin 
ikinci yarısında milli konsolidasiya prosesi güclənmiş, Hindistan 


Hindistan etnoqrafiyası
187
müstəqilliyini  qazandıqdan  sonra  maharathilərin  etnik  əraziləri 
müxtəlif ştatlara tabe edilsə də, 1960-cı ildə Maharaştra ştatı ya-
radılmışdır.
Marathilər bütün Hindistan boyu Tamilnaddan (Tancor) Ut-
tar-Pradeşə  (Cansi  Kanpur),  Qucaratdan  Orissaya  qədər  geniş 
ərazidə məskunlaşmışlar. 155 icma Maharaştranın 56 rayonunda, 
Qoa (burada kşatri marathilərinin iki catisi-satarkar və Konkani 
qeydə alınmışdır), Himaçal Pradeş (Kumaon), Karnatak ( marat-
ha, marata, arekşatri, aremaratha, arya maratha etnonimləri var-
dır), Tamilnad (Tancor, Arkot, Tiruçirapalli), Orissa, Madya Pra-
deş (kşatri Marathi və dhanqar), Delhi, Uttar Pradeş (Budelkhand 
rayonunda brahman marathilər-koknast, karade, deşasth məskun-
laşmışlar), Andhra Pradeş (Telenqanada marathları areollu adlan-
dırırlar), Kerala (Kasarqod rayonu) ştatlarında yaşayırlar.
Antropoloji baxımdan marathilərin əksəriyyəti avropoid irqi-
nin hind-aralıq dənizi tipinə aiddir, bir sıra catiləri isə veda dövrü 
irqinə aiddir. Marathilər uzun, balaca başlı, orta boy, uzun sifət, 
geniş burun ilə xarakterizə olunur.
Devanaqari əlifbası ilə yazılan marathi dili hind-ari ailəsinə 
aiddir, dialektlər bir-birinə çox bənzəyir. Bu dialektlər arasında 
Konkani dialekti bəzən ayrıca dil kimi qəbul edilir. 
Marathilərin  əksəriyyəti  hinduistdir,  aralarında  şiə  müsəl-
manlar, keçmiş “toxunulmazlar”dan olan neobuddistlər, katolik 
xristianlar (Qoa ştatı) vardır. Marathilər arasında Bhavari, Khan-
doba, Durqu, Sateri, Bhavani Devi kimi tayfa tanrıları (kulteva-
ta) kultu, Vitthala (Vithoba) tanrısını üstün tutan bhakti -varkari 
hərəkatı yayılmışdır. Burada Qaneş tanrısı populyardır, bu tanrıya 
həsr olunan çaturti bayramı 10 gün davam edir, bu bayram za-
manı  çoxlu  ziyarətçi toplaşır,  teatrlaşdırılmış mərasimlər,  ritual 
rəqsləri həyata keçirilir.
İlk etnoqrafik ədəbiyyatlarda Maharaştra və Konkanda məs-
kunlaşan, 3 seqmenti-torpaq sahibi olan marathilər, əkinçi marat-


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə