Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə63/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   59   60   61   62   63   64   65   66   ...   74

Hindistan etnoqrafiyası
191
sində, Tamilnad və Karnataka ştatlarının qonşuluğundakı rayon-
larda kompakt şəklində yaşayırlar. Sayları təxminən 75 milyon 
nəfərdir. Antropoloji baxımdan mezohind tipinə, müxtəlif varna 
və kastalara mənsubdurlar. Dravid dil ailəsinə məxsus teluqu və 
ya  qentu  dilində  danışırlar. Teluquların  əksəriyyəti  vişnuit  hin-
duistdir,  ənənəvi  lokal  inanclarını  saxlayırlar,  aralarında  sünni 
müsəlman və xristianları da var.
Teluquların əcdadları dravid xalqları-andhra, kalinqa və te-
luqu (tenuqu) e.ə I minilliyin ortalarından başlayaraq, Hindistanın 
şimalından cənubuna miqrasiya etmiş, e.ə.II və b.e. III əsrlərində 
qaynayıb-qarışmış, teluqu xalqı ortaya çıxmışdır. III əsrdə burada 
buddizm yayılmışdır. B.e. əvvəllərində Andrha ərazilərinin xeyli 
hissəsi Satavana sülaləsinin hökmranlıq etdiyi dövlətin nəzarəti 
altında idi. VII-X əsrlərdə Çalukya hind sülaləsi möhkəmlənmiş, 
burada məbəd tikintisi genişlənmişdir. XI əsrdə isə Çalukya və 
Çola  ərazilərində  Kakatya  sülaləsi  hökmranlıq  etməyə  başladı, 
bu dövlət XIII əsrədək davam etdi, daha sonra bu torpaqların bir 
hissəsi Vicayanaqar imperiyasının əlinə keçdi. XV-XV əsrlərdə 
teluquların ərazisində Bahmanidlər sultanlığı hökmranlıq etmiş, 
sonradan burada Qütbşahların hökmranlıq etdiyi Qolkond dövləti 
yaranmış, Andhranın ərazilərinin böyük hissəsi birləşdirilmışdır. 
1682-1687-ci  illərdə  Baburşah  hökmdarı Auranqzeb  Qolkondu 
ələ keçirdi, 1725-ci ildə Andhra imperiyasının dağıntıları üzərin-
də və Nizamülmülk Kılıc Xanın mülkündə, müasir Maharaştra və 
Karnataka ərazilərində Heydarabad sultanlığı yarandı. Bu dövlət 
1947-ci ilədək mövcud olmuş, daha sonra Hindistan Respublika-
sına daxil olmuşdur. 1956-cı ildə bu ərazidə Andhra-Pradeş ştatı 
yaradıldı, teluqu xalqının etnik ərazisi bir federal dövlətdə birləş-
dirildi.
Teluqular şum (kotan) əkinçiliyi ilə məşğul olur, covar, bacru, 
düyü, paxlalı bitkilər, qırmızı bibər, şəkər çuğunduru, yer fısdığı, 
pambıq, cut, tütün əkib-becərirlər. Teluqular arasında qoyunçu-


Bəhmən Əliyev-Ayvazalı
192
luqla məşğul olan icma-cati fəaliyyət göstərir. Burada dulusçu-
luq, toxuculuq, parça bəzədilməsi, zərgərlik və s. sənətlər yayıl-
mışdır. Müasir dövrdə Heydarabadda informasiya texnologiyaları 
inkişaf edir. 
Teluqular arasında kasta (varna-cati) quruluşu hələ də qalır, 
kastalar ekzoqam qohum qruplardır, matriarxatın bəzi ənənələri 
(dayı qızı ilə evlənmə) qalır, aşağı kastalarda mülki münasibətlər-
də matriarxata əməl olunur. Boşanma və dulların ikinci dəfə ərə 
getməsi və evlənməsi halları yoxdur. Müsəlman teluqular arasın-
da da kasta bölgüsünə əməl olunur. 
Kəndlər kasta prinsipi məskunlaşan məhəllələrə bölünürlər. 
Yuxarı kastaların nümayəndələri böyük ailələrdə daxili təsərrü-
fat həyətləri olan kərpic evlərdə yaşayırlar. Evin cənub tərəfin-
də yataq otağı, şərqində ibadətgah, qərbində qonaq otağı, onların 
arasında isə anbar yerləşir. Orta kastalara aid kəndli və sənətkar 
ailələri gillə suvanmış, ağac divarlı, eyvanlı evlərdə, aşağı kas-
taların nümayəndələri isə bambuk və gillə suvanmış evlərdə isə 
yaşayırlar.
Teluqularda  kişi  geyimləri  köynək  və  şarfdan  (şal)  ibarət 
dhoti, türban (baş geyimi), qadın geyimləri sari, çoli köynəyin-
dən ibarətdir, kəndlilər sarini dhoti kimi bürüyürlər. Müsəlmanlar 
köynək və papaqla “lunqi” geyinirlər. 
Teluquların əsas yeməkləri düyü, lobya yeməkləri, paxlalılar, 
tərəvəzdən (balqabaq) ibarətdir, yeməyə qatıq, manqo turşusu , 
limon, ədviyyat əlavə edirlər. Müsəlmanlar arasında Şimali Hin-
distan mətbəxi yayılmışdır.
Teluqular arasında pəhləvanlıq oyunları, patanqbazi (hava 
ilanlarının buraxılması), xoruz döyüşləri, döşəmənin dekorativ 
bəzədilməsi (kolam) sənəti yayılmışdır. Onlar Sankranti (məh-
sul  yığımı,  yanvar  ayı),  Şivaratri  (fevral-mart),  Uqadi  (yeni 
il,  mart  ayı),  Mahankala  Catra  (iyun-iyul)  bayramlarını  qeyd 
edirlər. Bu dravid xalqının folklor və ədəbiyyatı, təsviri sənəti, 


Hindistan etnoqrafiyası
193
vişnuit kultu ilə bağlı pantomim teatrı, “kuçipudi” klassik rəqs 
üsulu  yayılmışdır.
Hindistan tayfaları. Hindistan tayfaları tarixi inkişafın gedi-
şində varna-kasta sisteminə daxil olmamış, ari tayfalarının təzyiqi 
ilə dağlıq və meşə ərazilərinə çəkilmişlər. Hindistanda avtsraloid 
irqinə mənsub çençu, bhil, munda, santal, oraon tayfaları yaşayır. 
Andaman, kadar, kanikkar, anqami, naqa tayfaları niqroid irqinə, 
kholi, qaro, mizo, kaçara, miri və s. tayfalar monqoloid irqinə, 
toda, nilqini və mina tayfaları avropoid irqinə aid edilirlər. 
Kolonial dövrədək Hindistanın mərkəzi və şərqi hissələrin-
də tayfalar ciddi şəkildə izolyasiyaya düşməmiş, lakin öz etnik 
ərazilərində sayca üstün olan bhil, mina, qond və koli tayfala-
rından başqa digər tayfalar hindus əhali arasında azlıqda olmuş-
lar. Orta əsrlərdə dom, çerus, munda (Bihar), ahola, kaçar (As-
sam), qondlar (Madya-Pradeş), khasi (şimal-şərq) tayfalarının 
dövlətləri olmuşdur.
Hind antropoloqları qeyd edirlər ki, hələ e.ə. III minillikdə 
Hindistanda mövcud olan tayfalar arasında əlaqələr, eyni zaman-
da protodravid tayfalar arasında əlaqələr tam aydınlaşmamışdır. 
Lakin xüsusi ilə aşağı və orta kastalara lokal tayfa mədəniyyətləri 
daxil olmuşdur. 
Antropoloqlar  arasında  Hindistandakı  tayfalar  və  kastalar 
arasında əlaqələrə ikili yanaşma mövcuddur. Antropoloqlar Hut-
ton,  Qhurye,  Bose,  Kosambi  bildirirlər  ki,  hinduizmin  mədəni 
əlaqələri tayfa mədəniyyətləri ilə bağlı idi. Risley, Malley, Elvin, 
Haymendorf isə qeyd edirlər ki, hind kastaları və tayfaları ara-
sında əlaqələr çox az olmuşdur. Britaniya Senzor Komissiyası-
nin araşdırmasına görə, 1872-ci ildən bir çox kastaların tayfalara 
transformasiya olunmuş, eyni zamanda bu zaman bəzi tayfaların 
özünü hind sosial strukturuna qarşı qoyan, özünü ona bağlama-
yan  spesifik  mədəniyyəti  formalaşmışdır.  Məsələn,  Hindistanın 
adivasi, adimcati, vanya-cati, aryanka vanavasi, vanyacati tay-


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə