Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə65/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   61   62   63   64   65   66   67   68   ...   74

Hindistan etnoqrafiyası
197
Hindistanın  mərkəzindəki  tayfaların  əksəriyyəti  munda  və 
dravid  dillərində  danışsalar  da  bhillərin  dilləri  hindavropa  dil 
ailəsinə aid olunur. Tədqiqatçıların əksəriyyəti arxeoloji, antro-
poloji,  dil  materiallarına  əsaslanaraq  bhillərin  qədim  yerli  əha-
liyə aid olduğunu bildirirlər. Müasir bhillər veda irqinə məxsus 
əlamətlərə malikdirlər, bhil dilində arilərəqədərki elementlər var-
dır, təsərrüfat və mədəniyyətin bir çox elementləri onların yerli 
tayfalarla bağlı olduğunu göstərir. Lakin əhillərin etnogenezində 
hindarılərin rolunu azaltmaq düzgün deyil. Burada ilk növbədə 
bhillərin  torpaqlarını  zəbt  edən  racputların  rolunu  xatırlatmaq 
lazımdır. Bhillər tədricən aşağı varnalara aid racputlarla qayna-
yıb-qarışmışdır. 
Hələ arilər zamanında bhillər racputların dini və rituallarını 
qəbul etmiş, racputlar bhilləri öz icmalarına qəbul etmişlər. İstə-
nilən racput bhilin verdiyi suyu içir. Racputlar bhilləri silah qar-
daşı, qan qardaşı sayırlar. Aşağı “mənşəyə” mənsub olmalarına 
baxmayaraq,  Hindistanın  digər  tayfaları  kimi  bhillər  “qeyri-tə-
miz”  sayılmırlar. 
Bhillər konkret bir sərhədi olmayan ərazidə yayılmış, dağətə-
yi  yerlərdə  əsasən  çayların  vadisində,  düzənliklərdə  isə  daha 
komplekt  yaşayırlar.  Düzənliklərdə  bhillər  bir  kənd  icmasında, 
dağlarda isə bir neçə kənd icmasında birləşirlər, kənd təsərrüfatı, 
bağçılıq və ovçuluqla məşğul olurlar, kənd icmasına “mukhi” ad-
lanan ağsaqqal rəhbərlik edir.
Bhillərin  97  %  hinduist,  qalanları  “tadvi  bhila”  adlanan 
müsəlmanlardır. Bhillərin inancı ənənəvi hinduizmdən fərqlənir, 
onlar öz dinlərini “sarna” adlandırırlar. Bhillərin əksəriyyəti qə-
dim tayfa tanrılarına-Khandoba, Kanhoba, Bahiroba, Sitalmata
sitayiş edir, Vaghdev adında pələngin öz əcdadları olduğuna ina-
nırlar. Onları əsas tanrısı Şiva ilə assosiasiya olunan, daş şəklində 
Bolo İsuor tanrısıdır. Əsas qadın tanrı isə Parvati ilə assosiasiya 
olunan Amba Mata tanrısıdır. Bu tanrı odlu pələngin üzərindəki 


Bəhmən Əliyev-Ayvazalı
198
qadın şəklində göstərilir. Bhillərin əksər tanrıları klassik hinduist 
tanrısı olan Şiva, Parvati, Vişna, Hanumananın formalarıdır. 
Müasir dövrdə Hindistanda bhillər 10-dan çox böyük icmada 
birləşmiş, 200-ə yaxın tayfadan ibarətdir. Bu qrupların bir çoxu 
qədim tayfa birləşmələrinə və yaxud, qarışıq bhil-racaput mən-
şəyinə  aiddirlər.  İngilis  filoloqu  Qrirson  bhillərin  28  dalektinin 
olduğunu  yazmışdır.
Racastandakı bhillərin əsas bayramı, mussonların başlamasın-
dan sonra 40 gün keçirilən Qauru bayramıdır. Bayram Bolaişvar 
(Şiva) və onun arvadı Bruriyaya (Ambamata adlanan Paravati) həsr 
olunur.  Bütün  bayram  mərasimində  ət,  yeni  tərəvəz,  meyvə,  al-
koqol, tütün, bhank, cinsi əlaqə, ayaqqabı geyinmək, damlarda yat-
maq, işləmək qadağan olunur. Bayram tamaşalarında yalnız kişilər 
iştirak edir, qadın rollarını vulqar şəkildə geyinmiş kişilər ifa edir. 
Qauru bayramı zamanı ölən müqəddəs sayılır, onu yandırmır, sadhu 
kimi yerə basdırırlar. Bhillərdə ölülər və əcdadlar kultu mövcuddur. 
İcma üzvünün ölümündən sonra onun evinin qarşısında Nukto mə-
rasimi keçirilir, bununla da mərhumun ruhu Bolo İşvarla birləşmək 
üçün təmizlənir. Bhillərin kollektiv əcdadları Qothriz Purvez atlı 
şəklində təqdim olunur, o, mərhumun ruhunu axirət dünyasına apa-
rır. Hindistanın əksər tayfaları kimi bhillər həddən artıq dindardır. 
Lakin onların dini mərasimlərini braminlər yox, tayfada böyük nü-
fuza malik cadugər Badva yerinə yetirir. Bhillər inanırlar ki, zorakı 
yolla öldürülən və ya özünü öldürən şəxs qəddar ruha çevrilir, can-
lılardan qisas alır. Ölüm tanrısı Yama cənubdan gələrək mərhumun 
ruhunu üç axirət dünyasının yerləşdiyi şimala aparır. 
Sual və tapşırıqlar: 
1.Harappa sivilizasiyasının yaradıcılarının etnik mənşəyi.
2. Arilərin Hindistana gəlməsi haqqında nəzəriyyə.
3. Hacı Zeynalabdin Şirvaninin Hindistan xalqları haqqında 
fikirləri.


Hindistan etnoqrafiyası
199
4. Risley, Haddon və Quhanın Hindistan xalqları haqqında 
təsnifatları.
5.Hind-ari və dravid xalqları.
5.2. Etno-mədəni proseslərdə dil amili
Hindistаndа etnik, dil, din amilləri bir-birinin daxilinə elə nü-
fuz edib ki, əksər hallarda etno-mədəni proseslərdə bu faktorlar 
ayrı təsnifatlaşdırılmır. Dil, dialekt, ləhcə, şivələrin sayına görə, 
Hindistan dünyanın ən zəngin ölkələrindən biridir. 
Hindistanda əhаlinin 73,4 %-i hindi, 24,5 %-i drаvid, 1,4 %-i 
Avstaliya-Asiyа, 0,7 %-i Tibеt-Birmа dillərində dаnışır. Ölkənin 
şimalında  və  mərkəzi  hissələrində  əhalinin  əksəriyyəti  hind-ari 
dil ailəsinə, cənubda, cənub-şərqdə isə dravid dil ailəsinə mən-
subdur. 
Hindistan Konstitusiyasında hər hansı bir dil “milli dil” sta-
tusu daşımır, lakin burada rəsmi dil devanaqari əlifbası ilə hindi 
dili və ingilis dili sayılır. Bu ölkədə 28 ştatın hər birində hindi dili 
(bəzilərində ingilis dili də) ilə yanaşı, yerli bir və ya iki dil rəsmi 
dil statusu daşıyır. Bundan başqa, dövlətin rəsmən tаnıdığı milli 
dillərdən (Konstitusiyanın 8-ci bölməsi) 13-ü hind-аri dillərinə, 
3-ü drаvid dillərinə, 1-i Tibеt dillərinə və s. аiddir.
Hindistan  Konstitusiyasının  tanıdığı  22  milli  dili  (national 
languages) və dörd milli regional dil (state languages) təsnifatlaş-
dırılmışdır. Milli dillər aşağıdakılardır: assam (Assam), benqali 
(Qərbi Benqal və Tripura), bodo (Assam), doqri (Cammu və Kəş-
mir),  qondi  (Çattisqarh,  Madha-Pradeş,  Orissa,  Andha-Pradeş 
ştatlarında yaşayan qondi tayfasının dili), qucarati (Qucarat ştatı, 
Dadra və Naqar Haveli, Daman və Diu ittifaq əraziləri), kannada 
(Karnataka), kəşmiri (Cammu-Kəşmir), konkani (Qoa), malaya-
lam (Kerala, Lakşadvir, Pondişeri), maythili (Bihar), manipuri 
(Manipur), marathi (Maharaştra), nepali (Siqqim), oriya (Oris-


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə