Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə62/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   58   59   60   61   62   63   64   65   ...   74

Bəhmən Əliyev-Ayvazalı
188
hilər (kunbi və ya, kulvadi), işçi marathi catiləri-aid marathiləri 
fərqləndirmişlər. Bundan başqa, “təmiz” kşatri marathilər (asal, 
khandani və ya kulin) fərqləndirilir, onlar 96 tayfaya-kula bölü-
nürlər. Bundan başqa, başqa xalqlara məxsus catilərlə icdivacdan 
yaranan  (akkarmaş,  kadu  marathi)  icmalar,  müxtəlif  kastalara 
məxsus şəxslərin evlənməsindən törənən qarışıq marathilər ayrı 
şəkildə  təsnifatlaşdırılır.
“Təmiz”  marathilərlə  kunbilər  arasında  hipergen  (yüksək 
gen) prosesləri nəticəsində kunbilərin “marathiləşdirilməsi” baş 
vermişdir. Marathilərin 5 yuksək tayfası (cati və ya icma) Cacav, 
More, Mohite, Şirke və Pavar sayılır. Marathi brahman catisi isə 
çitpavan adlanır. Andhra Pradeş marathiləri çede arelu və qondilu 
altqruplara ayrılırlar, onlar arasında qarşılıqlı nikahlar yoxdur.
Marathilər arasında kross kuzen nikahlar, çoxarvadlılıq var-
dır. Ailələr əsasən nüklear və patrilokaldır. Brahman marathilər-
dən başqa digər catilərə məxsus qadın və kişilərə təkrar nikaha 
və boşanmaya icazə verilir. Ata mülkü oğullar arasında, brahman 
marathilər arasında isə oğullar və ərə getməyən qızlar arasında 
bölünür.  Marathilər  daha  vacib  olan  ata  xəttini  və  ana  xətti  ilə 
qohumluğu qəbul edirlər. Qohumluğun əsas institutları ailə (ku-
tumb, qhar, qharane), tayfa (kul), totem (devak), ata soyu (bhau-
band, bhauki) sayılır. Kul ekzomandır (kənardan evlənmə). Ku-
lanın  totemi  (devak)  ağac,  bitki,  nikah  bağlanmasında  mühüm 
əhəmiyyət daşıyır. Marathilər arasında qotra və catini ayırd etmək 
çox çətindir.
Maharaştrada “balutedari” sistemi 1970-ci illərədək mövcud 
olmuşdur, bu ümumhind “cacmanı” sisteminə uyğundur. “Balute-
dari” sistemi müxtəlif peşə və sənət sahibləri sənətkarlar, xidmət-
çilər  (camaşırçılar,  bərbərlər),  brahman,  astroloqları (xidmətlər, 
məhsullar), torpaq sahibləri (ərzaq, taxıl) arasında mübadiləni tə-
min edir. Kəndlərdəki ağsaqqal şurası (bhabki) tayfa üzvləri ara-
sında baş verən münaqişələri həll edirlər.


Hindistan etnoqrafiyası
189
Marathilərin əsas məşğuliyyəti şum (kotan) əkinçiliyidir, bu-
rada darı, qarğıdalı, buğda, paxlalı bitkilər, düyü, şəkət çuğundu-
ru, fısdıq, küncüt, kətan, pambıq, tütün əkib becərir, ənənəvi ola-
raq qoşqu heyvanlarından istifadə edirlər. Bombeydə tərəvəzçilik 
və  bağçılıq  geniş  yayılmışdır,  sahillərdə  kokos  palması,  banan 
yetişdirilir, heyvandarlıq (süd istehsalı üçün) inkişaf etdirilir.
Toxuculuq, ağacişləmə, daşişləmə, fil sümüyü işləməsi, də-
mir, mis işləmə mövcuddur. Marathilər arasında torpaqsız, günə-
muzd işləyən kəndlilərin sayı artmaqdadır.
Marathililərin  üçdə  biri  şəhərlərdə  yaşayır,  boyük  və  kiçik 
sənayedə, dövlət və şəxsi müəssisələrdə, ticarət sahəsində çalışır, 
ordu hissələrində xidmət edirlər. Ekzoqam qruplara (kul) bölünən, 
öz totemləri (devak) olan kastalar mövcudiyyətlərini saxlayırlar. 
Bir və ya bir neçə kastadan ibarət böyük kəndlər məhəllələrə (ali) 
bölünürlər, kənd ağsaqqalı (icra nümayəndəsi) adətən yuxarı kas-
talara mənsub olur.
Varlı təbəqəyə məxsus ənənəvi kənd evləri ikimərtəbəli olur, 
bişmiş,  ağardılmış  kərpiclə  hörülür,  damı  kirəmitlə  örtülür,  qa-
palı həyətlə bağlanır. Nisbətən kasıb əhalinin evləri bir və ya iki 
otaqlı, gil və ya daşla hörülür, sahillərdə isə yüksək kirəmitli dam 
formaları yayılmışdır. Ənənəvi dağ evləri isə alçaq damlı, yarı-
dairəvi olur, iki hissədən ibarət evlərdə insanlar və heyvanlar bir 
dam altında qalır.
“Varkari”  ənənəsinə  sadiq,  Vithobe  tanrısına  ibadət  edən 
bhakti qrupu, Uttar-Pradeş, Tamilnad və Andhra-Pradeşdə yaşa-
yan brahman marathilər istisna olmaqla, qalan əhali mal və donuz 
əti yeməsələr də vegetrian deyillər, balıq əti istehlakı vardır. Əsas 
yeməkləri buğdadan bişirilmiş kömbələrdir. Darı məhsullarından 
hazırlanan kömbələr marathi yemək mədəniyyətinin mühüm ele-
mentinə çevrilmişdir. Düyü, mərci, qaynadılmış yağ, tərəvəz, acı 
ədviyyatlar qida rasionunda əsas yer tutur. Varna-cati qadağaları-
na baxmayaraq, alkoqol içkilərin istifadəsinə rast gəlinir. Kişilər 
yerli “bidi” siqareti çəkirlər.


Bəhmən Əliyev-Ayvazalı
190
Kişilər ənənəvi olaraq uzun qollu köynək, düz gödəkcə, dhoti 
və ya dar şalvar, müxtəlif türbanlar (pheta) geyinirlər. Qadınlar 
isə şarovarı əvəz edən sariyə üstünlük verirlər, bu sarinin uzun-
luğu 10 metrə çatır, aşağı kastalarda isə sari daha qısa və ensiz 
olur.  Maharaştranın  şimalında  geniş  ətək  və  köynək  geyinilir. 
Qadının  evli  olmasını  göstərmək  üçün  sundur,  şüşə  qolbağılar, 
asma (manqalsutra) əl və ayaqlara üzüklər, dairələr taxılır, buruna 
“nath” bəzəyi vurulur.
Marathilərin  ən  məşhur  bayramları  “Bandur”  və  ya  “Pola” 
bayramıdır. Bu bayramda iribuynuzlu heyvanlar gül və rənglərlə 
bəzədilir, ibadət mərasimi keçirilir. Zəngin folklorları vardır, əf-
sanəvi milli qəhrəmanları Şivaci Bhosledir. 
Dravid xalqları. Dravid dilində danışan xalqların sayı 250 
milyon  nəfərdən  çoxdur.  Əsasən  Cənubi  Hindistanda,  mərkəzi 
və şərqi vilayətlərdə, Pakistan, Əfqanıstan, İran ərazisində yaşa-
yırlar. Dravid dilləri (xalqları) 4 qrupa ayrılır: Cənub qrupuna 
teluqu (andhra), tamil, malayala və kannara, eləcə də kiçik xalq-
ların-tulu, toda, bataqa, kota, çençu, urali, irula, paliyyan, kadarı, 
mala vedana, kurumba və başqa xalqların dilləri aiddir. Mərkə-
zi qrupa Maharaştra, Madhya Pradeş ştatlarında yayılmış qom-
di, khondi, kodaqu (kurqi) dilləri, şimal-şərq qrupuna Orissa və 
Benqaliyada yayılmış oraon dilinin dialektləri, şimali-qərbi qrupa 
Pakistanda (Bəlucistan) yaşayan bhaqui xalqının dili aid olunur.
  Protodravid  dilləri  e.ə.  III  minillikdə  Hind  çayı  vadisində 
yayılmışdır. E.ə. I minillikdə dravid xalqları Cənubi Hindistanda 
Andhra, Pandya, Çera, Çola dövlətlərini yaratmışlar. Orta əsrlər-
də bu dövlətlər Baburşahların nəzarəti altına düşmüş, daha sonra 
Britaniya və Fransa koloniyaları olmuşlar. 1956-cı ildə dravid dil-
ləri əsasında 4 ştat-Tamilnad (Tamil Nadu), Andhra-Pradeş, Kar-
nataka və Kerala ştatları yaradılmışdır. 
Teluqu. Hindistanın Andhra-Pradeş ştatının teluqu, telinqana, 
andhra xalqları Qodavari, Krişna, Tunqabhadra çaylarının vadi-


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə