Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə68/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   64   65   66   67   68   69   70   71   ...   74

Bəhmən Əliyev-Ayvazalı
206
oyanışın güclənməsi, milli azadlıq ideyaları hind dillərinin inki-
şafına ciddi təsir göstərdi.
Ölkədə XX əsrdə, xüsusi ilə Hindistan müstəqilliyini əldə et-
dikdən sonra dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq dil 
islahatları aparılmış, “bir dil, bir ştat” prinsipi ilə inzibati-ərazi 
islahatları aparılmış, federal subyektlər yaradılmışdır.
Müasir dövrdə ən geniş yayılmış hind dillərinə misal olaraq 
hindi, benqal, bihar, marathi, pəncabi, racastani, qucarati, oriya, 
sinqh və s. göstərmək olar. 
Hindi  dillərində  dаnışаnlаr  əsаsən  Hindistаnın  şimаlındа-
kı  ştаtlаrda-  Rаcаstаn,  Hаryаnа,  Himаçаl  Prаdеş,  Uttаr  Prаdеş, 
Bihаr, Mаdyа Prаdеş, Cаrkhаnd, Uttаrаnçаl, Çаttisqаrhda-ümu-
milikdə,  hind-аri  dillərində  dаnışаn  əhаlinin  45,5%-i  yаşаyır. 
Еyni zаmаndа bu ştаtlаrdа müəyyən еtnоs təşəkkül tаpmаmışdır, 
аmmа ünsiyyət vаsitəsi kimi, KIV-lərdə, rəsmi müəssisələrdə hin-
di, müəyyən qədər də urdu dilində dаnışılır. Kənd yеrlərində isə 
əsаsən hindi dilinin diаlеktlərindən istifаdə оlunur. Hindi dilinin 
diаlеktləri (mаythili, аvаdhi, brаc və s.) özünün ədəbi fоrmаlаrınа 
görə fərqlənirlər. Publisistikаdа və yа еlmi ədəbiyyаtdа hindi dilli 
əhаlini bəzən “hindustаni” аdlаndırırlаr, аmmа əhаli özünü bеlə 
аdlаndırmır.
“Hind  dilli  qurşаq”  хаlqlаrındаn  fərqli  оlаrаq,  hindаri  dil-
lərində  dаnışаn  хаlqlаr  dаhа  dəqiq  еtnik  ərаzilərdə  yаşаyır,  bu 
еtnik ərаzilərlə ştаtlаrın ərаziləri üst-üstə düşür. Ölkənin şərqin-
də  bu  Qərbi  Bеnqаliyа,  Оrissа  və  Аssаm  ştatlarında  müvаfiq 
оlаrаq, bеnqаllаr, оriyа və аssаmlаr yаşаyırlаr. Qərbdə pəncаblаr 
(Pəncаb ştаtı), mаrаthа (Mаhаrаştrа), qucаrаti (Qucаrаt ştаtı) və 
kоnkаh (Qоа ştаtı) хаlqlаrı yаşаyırlаr. Kоnkаhlаr mаrаthi dilinə 
yахın  kоnkаni  dilində  danışırlar.
Urdu dili isə əsаsən X əsrdə türk hökmdarı Alptəkinin nəvə-
si, Səbuktəkinin oğlu Mahmud Qəznəvinin Hindistana hücumu 
ilə  yaranmağa  başlamış,  Delhi  sultanlığı,  Böyük  Baburşah  im-


Hindistan etnoqrafiyası
207
periyası zamanı inkişaf edərək müasir Pakistanda və Hindistаnın 
şimalında  yayılmışdır.  Urdu  sözü  türk  dillərindəki  “ordu”  kəl-
məsindən gəlir, bu dilə “ordu dili” də deyilir. Məşhur şərqşünas 
T. Qrahame Bailey urdu dilinin ortaya çıxmasını belə izah edir: 
“1027-ci il urdu dilinin doğum tarixi kimi qəbul edilə bilər. Çünki 
həmin il Qəznəli Mahmudun (988-1030-cu illər) Pəncabı ələ ke-
çirməsi ilə rəsmi dilləri farsca olan müsəlman əsgərlər bölgəyə 
gələrək Lahora yerləşdilər, yerli xalqla ünsiyyət quraraq onların 
dilini öyrəndilər. Bu dildə danışarkən bir çox fars və ərəb kəlmə-
sini də pəncab dilinə gətirdilər və urdu dilinin ilk formasını ya-
ratdılar. Bu hadisədən 160 il sonra Məhəmməd Qurinin (Gurlu, 
1206) sərkərdələrindən Qütbəddin Aybək (1206-1210-cı illər) bu 
əraziləri ələ keçirdi. Aybək Lahorda yerli xalq ilə qarışan, urdu 
dilinin ilk şəklini meydana gətirən müsəlman əsgərlərin nəsillə-
rilə birlikdə 1193-ci ildə Delhini istila etti, 1206-cı ildə isə ilk 
müsəlman Delhi hökmdarı oldu. Qütbəddin Aybəkin Delhiyə gə-
tirərək yerləşdirdiyi əsgərlərin dilinə Delhi əhalisinin danışdığı 
“khari-boli”nin əlavə olunması ilə urdu dili meydana çıxmağa 
başladı”.  Hazırda  urduca  əsasən  Hindistanın  şimalında  müsəl-
manların sıx yaşadığı yerlərdə danışılır. Hindi dili ilə eyni olsa da 
ərəb əlifbası ilə yazılır, daha çox sanskrit, hindi, fars, türk, ərəb 
dillərinin qarışığından əmələ gəlmişdir.
Hind-ari budağına aid olan benqal dili və ya benqali Banq-
ladeşlə yanaşı, Hindstanın Qərbi Benqal ştatında da yayılmışdır, 
eyni zamanda Assam, Bihar, Orissa ştatlarında benqallar bu dildə 
danışırlar. Benqali dili şərq və qərb dialektlərinə bölünür və bu 
dilin əsasında Çittarqonq dialekti dayanır. XIX –XX əsrdə dilin 
ədəbi forması Kəlküttədə formalaşmışdır, hazırda isə benqal ədə-
bi dili Banqladeşlə sərhəddə yerləşən Nadia dialektinə əsaslanır. 
Müasir benqali dilinin lüğət tərkibi maqadhi-prakrit və pali dili, 
eləcə də sanskrit, fars, ərəb və s. dillərindən alınmış sözlər əsa-
sında formalaşmışdır. Benqali dili bir sıra xüsusiyyətlərə malik-


Bəhmən Əliyev-Ayvazalı
208
dir, məsələn, müsəlman benqalların dilində ərəb-fars sözləri çox 
olduğu halda hinduistlərin dili sanskrit və pali mənşəli sözlərlə 
zəngindir. 
Qərbi hindi dilinin digər bir dialekti brac-bhaşadır. Bu dia-
lektdə Mathur, Aqra, Aliqarh, Dholpurda danışırlar. Brac bahaşa 
dilində tanrı Krişna ilə bağlı zəngin ədəbiyyat formalaşmışdır, la-
kin  müasir  dövrdə  bu  dialektdən  ədəbiyyatda  istifadə  olunmur. 
Kannauci dialekti brac bhaşa dialektinə çox yaxındır, bu dialekt 
Farruhabad,  Kanpurda  yayılmışdır. 
Catu və ya hariyani adı ilə tanınan bundeli dialekti Delhi ət-
raflarında-Karnala,  Rohtaka,  Hisare  və  s.  yerlərdə  yayılmışdır. 
Bundeli dialekti khari boli, pəncabi, racastani dillərinin təsirinə 
məruz  qalmışdır.
Şərqi hindi dialektləri arasında ən geniş yayılanı “avadhi”-
dir. Bəzən bu dialekti Avadha (Auda)-Kosalın qədim adı ilə “ko-
sal” adlandırırlar. Bu dialektdə Allahabad, Kanpur və s. yerlərdə 
danışırlar,  avadhi  dialektində  məşhur  əsərlər  ərsəyə  gəlmişdir. 
Bu dialektdə Məhəmməd Caysi məşhur “Padmavat”, Tulsi Dasa 
“Ramçaritmas”  və  s.  əsərlərini  yaratmışlar.  Avadhi  dialektinə 
yaxın  olan  baqdeli  dialekti  nisbətən  cənubda  yayılmışdır.  Çat-
tisqarhi dialektində isə Raypur, Vilaspur, Çattisqarh və s. yerlərdə 
danışılır.
Hindi dilində 51 hərflik devanaqari əlifbasından istifadə edi-
lir, sağdan-sola yazılan bu əlifbada böyük və kiçik hərflər fərqlən-
dirilmir, hamısı eyni ölçüdə yazılır. Devanaqari əlifbası fonetik 
prinsip əsasında sıralanmışdır, burada hərflər səs yaranmasına 
görə düzülür. Sait səslər əlifbanın əvvəlində durur.
Hindistanda dillər bir sıra hallarda tam olaraq bir etnik qru-
pa aid edilmir. Bu xüsusi ilə hind-ari və dravid dillərinə aiddir. 
Məsələn, Cənubi Hindistanda bir sıra dillər, xüsusi ilə malayalam 
və teluqu dillərinə sanskritin (hind- ari) böyük təsiri olmuşdur, bu 
dillərdəki sözlərin 70-80 % hind-ari dillərindən keçmişdir.


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə