Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə66/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   62   63   64   65   66   67   68   69   ...   74

Bəhmən Əliyev-Ayvazalı
200
sa),  pencabi  (Çandiqarh,  Delhi,  Haryana),  santali  (Carkhand, 
Bihar, Orissa, Çattisqarh ştatlarında yaşayan santal xalqı), sinhi 
(sinhi  icması),  tamili  (Tamilnad  və  Pondişeri),  teluqu  (Andhra 
Pradeş), urdu (Cammu və Kəşmir, Andhra Pradeş, Delhi, Uttar 
Pradeş),  sanskrit.
Regional  milli  dillərə  isə  kokborok  (Tripura),  mizo  (Mizo-
ram), khasi (Meqhalaya), qaro (Meqhalaya) aiddir. Bu 4 dil ti-
bet-birma  dil  ailəsinə  aiddir.
Hindistаndа hər 10 ildən bir kеçirilən siyаhıyааlmаdа xeyli 
dil, dialekt, ləhcə və şivə qеydə аlınmışdır. 2011-ci il siyahıyaal-
masına (Census) görə, Hindistanda 1365 ana dil, 234 əsas dil 
və 122 böyük dil vardır. Bu ölkədə 29 dilin hərəsində azı bir mil-
yоndаn çох, 60 dilin hərəsində azı 100 min, 122 dilin hərəsində 
azı 10 min nəfər danışır. 
Hindistanda Hind-avropa dil ailəsinin hind-iran dil qrupunun 
hind-ari dilləri budağında danışanların sayı 800 milyon nəfərdən 
çoxdur. Daha geniş yayılanları hindi, benqali, marathi, urdu, qu-
carati, pəncabi, assam və odia dilləridir. Burada hind-avropa dil 
ailəsinə mənsub ingilis və fransız dillərində də danışılır.
Hindistanda müəyyən bir dildə danışanların sayı və yayıldığı 
yer həmin xalqın, etnosun sayı və yaşadığı ərazi barədə də müəy-
yən təsəvvür yaradır. Bu ölkədə assami (13 milyon, Assam ştatı), 
benqali (83 milyon nəfər, Qərbi Benqal, Assam, Charkhand, Tri-
pura  ştatları),  bodo  (1.2  milyon  nəfər, Assam  ştatı),  doqri  (0.1 
milyon Cammu və Kəşmir), qucarati (46 milyon, Qucarat, Ma-
haraştra, Tamil Nadu ştatları), hindi (422 milyon, Uttar Pradeş, 
Madhya Pradeş, Uttarakhand, Chattisqarh, Bihar, Haryana, Ra-
casthan ve Himaçal Pradeş), kannada (38 milyon, Kannada şta-
tı), kəşmiri (5.5 milyon Camnu və Kəşmir), konkani (2.5 milyon 
Konkan, Karnataka, Maharaştra, Kerala), maithili (12 milyon, 
Bihar), malayalam (33 milyon, Kerala, Lakshadueep, Mahe, Pu-
duçerri), Manipuri (1.5 milyon, Manipur (Meitei ya da Meithei) 


Hindistan etnoqrafiyası
201
ştatı), marathi (72 milyon, Maharaştra, Karnataka, Madhya Pra-
deş, Qucarat, Andhra Pradeş, Qoa), nepali (2.5 milyon, Siqqim, 
Batı Benqal, Assam), Oriya (33 milyon, Orissa ştatı), pencabi (29 
milyon, Pencab, Çandiqarh, Delhi, Haryana), sanskrit (0.05 mil-
yon,  Mattur),  santali  (6.5  milyon,  Bihar,  Çattisqarh,  Çarkhand 
və Orissa ştatlarında, Çota Naqpur düzənliyində yaşayan santal 
tayfaları), sindhi (2.5 milyon, Qucarat, Maharaştra, Racasthan, 
Madhya Pradeş), tamil (61 milyon, Tamil Nadu, Karnataka, Pon-
diçerry, Andhra Pradeş, Kerala, Maharaştra), teluqu (74 milyon, 
Andhra  Pradeş,  Karnataka,  Tamil  Nadu,  Maharaştra,  Orissa), 
urdu (52 milyon nəfər, Cammu və Kəşmir, Andhra Pradeş, Delhi, 
Bihar, Uttar Pradeş ştatları) kimi böyük dillər vardır.
Hindistanda ən çох yаyılаn hindi dilidir ki, bu dildə 400 mil-
yоndan çox insаn dаnışır, bu dil ölkənin şimаl ştаtlаrının rəsmi di-
lidir. Hindi dilinin dialektləri brac bhaşa, bundeli, kanauci, banq-
ru, maithili, maqahi, bhoçpuri, avadhi və s. dillərdir.
Hind-ari dillərinin tarixi inkişafı. Hindistanda dillərin inki-
şafı əsrlərin dərinliklərinə gedib çıxır və üç dövrə bölünür: qədim 
dövr (e.ə.1500-e.ə.500-cü illər), orta dövr (e.ə. 500- b.e.X əsr) və 
yeni dövr (X əsrdən başlayaraq). 
Hələ  e.ə.  III  minilliyin  ortalarında  mövcud  olan  Harappa 
(Mohenco Daro) şəhər mədəniyyətinə məxsus əhalinin inkişaf et-
miş danışıq dilinin və yazısının olduğu məlumdur, lakin bu sivi-
lizasiyanın məhvi ilə o dövrün dili, yazısı haqqında məlumatların 
izləri də silinmişdir. Son illərdə aparılan tədqiqatlarda isə Harap-
pa sivilizasiyasının dilinin protodravid dilləri olduğu qeyd edilir.
 Hindistanda yazılı ədəbiyyatın tarixi 3 min ildən çoxdur və 
bu dövrdə sanskrit dili üstün yer tutmuşdur. Sanskrit dilində da-
nışanların ilk olaraq Pəncabda Yuxarı Hind (Sind) vadisində ya-
şadığı qəbul edilmişdir, burada sanskritin ən qədim forması olan 
“veda dili” ortaya çıxmış. e.ə. II minilliyin ortalarında veda dili 
inkişaf edərək geniş yayılmışdır. 


Bəhmən Əliyev-Ayvazalı
202
Ən qədim veda mətni olan “Riq Veda”nın dili, yəni sanskrit 
dili hind dillərinin əsası sayılır. Müqəddəs ilahi və mantrların top-
lusu olan “Riq Veda”nın təxminən e.ə. X əsrdə yazılması ehtimal 
edilir. Vedalarla yanaşı, upanişadlar, puranalar və dharmasutralar 
sanskrit dilində yazılmışdır.
Riq Veda dilinin əsası “adiprakrit”, yəni əsas, birinci prakrit 
olmuşdur. “Prakrit” sözü “təbii”, “həqiqi” deməkdir. Bəzən “adip-
rakrit” ibtidai icma cəmiyyətində yaranan dil kimi də qəbul edilir. 
Veda mətnlərinin əksəriyyəti “devanaqari”, bəziləri isə “brah-
mi” və “haroşti” əlifbası ilə sanskrit dilində yazılmışdır. Veda ya-
zılarının təhlili göstərir ki, qədimdə Hindistanda bir neçə dialekt 
mövcud olmuşdur. Dilin qanunauyğuluqları, fonetik, qrammatik 
qaydaları formalaşmışdır. Sanskrit qədim və orta dövrdə Hindis-
tanın əsas din, elm, ədəbiyyat, fəlsəfə və təhsil dili olmuşdur. 
Sanskrit  hind  sivilizasiyasının  yayılmasında  mühüm  vasitə 
olmuşdur, bu dil Hindistanın bütün ərazilərində, o cümlədən dra-
vid dillərinin yayıldığı cənubda istifadə edilmişdir.
E.ə.  I  minillikdə  formalaşmış  sanksritin  iki  mühüm  inkişaf 
mərhələsi olmuşdur: a) “Mahabharata” və “Ramayana” poema-
larının dili olan epik sanskrit; b) b.e. I minilliyinin ortalarında 
ədəbi dil kimi çiçəklənən klassik sanskrit. Epik poeziyanın-“ma-
hakavya”nın yaranması sanskrit dilinin inkişafında mühüm mər-
hələ olmuşdur. “Mahabharata” eposu şifahi şəkildə yüzillər ərzin-
də dildən- dilə, nəsildən-nəslə keçmişdir. Dvaipana və ya Vyasa 
ilk dəfə olaraq dəhşətli döyüşdən bəhs edən bu eposu söyləmiş, 
Vaisampaya isə eposu tərtib etmişdir. “Uqrasravas” isə bu dastanın 
tərtibini yekunlaşdırmış, “Mahabharata”nın oxunması indi də “iti-
hasa” adlandırılır. Kaurava və Panda nəsilləri arasında “Kurukşet-
ra” adlanan döyüş meydanında 18 günlük müharibədən bəhs edən 
dastan təxminən e.ə. I əsrdə epos şəklində tam olaraq yazıya alın-
mışdır. Valmikinin söylədiyi “Ramayana” eposunun da təxminən 
e.ə. I əsrdə tamamlandığı, yazıya alındığı ehtimal edilir.


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə