Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə57/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   53   54   55   56   57   58   59   60   ...   74

Hindistan etnoqrafiyası
173
na rəhbər təyin olunmuşdur. Risley siyahıya alınma haqqında he-
sabat sənədini “Hindistan xalqları” adı altında 1915-ci ildə təq-
dim etmişdir. O, hind əhalisinin 7 irqdən ibarət olması nəticəsinə 
gəlmişdir. Bu qruplaşdırma aşağıdakı kimi təqdim olunmuşdur.
1. Türk-İran tipi: Bu tipə Bəlucistan əhalisi və sərhəd əyalət-
lərin (müasir Pakistan da) əhalisi aiddir.
2. Hind-ari tipi: Pəncablılar, racputa, cats və kəşmiri khatri-
sin müəyyən qrupları bu tipə aiddir.
3.  Skif-dravid  tipi:  Bu  tipin  ən  yaxşı  nümunələri  Maratha 
Brahamins  və  Coorgs  əhalisidir.
4. Ari-dravid tipi:Uttar Pradeş, Racastan və Bihar əhalisi bu 
tip üçün ən yaxşı nümunədir.
5. Monqol-dravid tipi: Benqal brahminləri və Kayasta əhalisi 
bu tipin nümunələridir.
6. Monqol tipi: Assam, Nepal, Birma əhalisi bu tipə aiddir.
7. Dravid tipi: Bu tipə Tamil Nadu, Andhra Pradeş, Madhya 
Pradeşin şimal hissəsi, Çhotanaqpur əhalisi aiddir. 
Hind  antropoloqu  Nadem  Hasnain  Risleyin  təsnifatının 
qərəzli fikirlər və ixtiyari nəticələr, reallıqla uzlaşmayan yanaşma 
olduğunu  bildirir. 
İkinci təsnifatı Haddon irəli sürmüşdür. O, Hindistanı coğrafi 
baxımdan  üç  yerə  ayırmışdır,  onun  yanaşmasına  görə,  bu  hind 
xalqını irqi baxımdan izah edir. Bu üç coğrafi region aşağıdakı-
dır: 1) Himalay, 2) Hindistanın şimal düzənlikləri, 3) Dekkan. 
Hindistanın  coğrafi  regionlar  üzrə  müvafik  əsas  etnik  ele-
mentləri aşağıdakılardır:1) Hind-ari və monqoloid, 2) Hind-əfqan, 
catilər və racputlar, 3) Neqrito- protodravid, Cənubi Braçhuce-
pal və Şərqi Braçhucepal. Haddonun təsnifatı fiziki əlamətlərə, 
adət və ənənələr, dil və geniş yayılmış folklora görə aparır. O, 
hind əhalisinin irqi elementlərini bu “sübutlar” əsasında müəy-
yənləşdirir. Hind antropoloq Nadeem Hasnainə görə, bu təsnifat 
yalnız  tarixi  baxımdan  əhəmiyyətlidir.


Bəhmən Əliyev-Ayvazalı
174
Alimlərin sırasında hind antropoloq B.S.Quhanın tədqiqat-
ları xüsusi yer tutur. O, irqi təsnifatın müəyyənləşməsində elmi 
kriteriyaya  əsaslanmışdır.  Bu  təsnifat  1931-ci  ildə  siyahıyalma 
zamanı  aparılan  antropometrik  sorğulara  söykənir.  Bu  irqlərin 
antropometrik texnika ilə müəyyənləşdirilməsində mühüm təcrü-
bə idi. Sağlam elmi metoda əsaslanan üsul bu günə qədər ən geniş 
yayılmış və məqbul irqi təsnifat hesab olunur. Bu üsul daim Hin-
distan  əhalisinin  öyrənilməsində  istifadə  olunur.  Tədqiqat  nəti-
cəsində Quha Hindistan xalqı arasında braxikefal tipin dominant 
təşkil etdiyini müəyyənləşdirmişdir. Onun təsnifatı əvvəlki ümu-
mi yanaşmalara uyğun deyildi. Quhanın təsnifatı alimlər tərəfin-
dən təsdiqlənmişdir. Quha Hindistanda 3 əsas irqi tipin olmasını 
müəyyənləşdirmişdir:  neqroid,  proto-avstraloid  və  monqoloid. 
Ümumi rəyə görə, monqoloid irqi elementləri Hindistanda daha 
gec  məskunlaşmışdır. 
Neqroid və proto-avstraloid irqinin mənşəyi ilə bağlı faktiki 
olaraq, müxtəlif rəylər vardır. De Quarterefages (1877) və Quha 
belə mövqedə idi ki, neqroid irqi Hindistanda məskunlaşan ilk irq 
olmuşdur və belə fikir irəli sürmüşdür ki, ola bilsin ki, neqroid 
irqi  Malaziyadan  gəlmişdir.  Bu  irqə  Veda  dönəmində  Şri-Lan-
ka,  Kadar,  İrula,  Kurumba,  ümumiyyətlə,  Cənubi  Hindistanda 
rast  gəlinir.  Proto-avstraloid  irqinin  xüsusiyyətlərinə  məxsus 
skelet  qalıqları  Harappa  sivilizasiyasının  mühüm  şəhərlərindən 
olan Mohenco Daro ərazisində tapılmışdır. Son illərdə aparılmış 
tədqiqata görə isə, neqroid irqinə mənsub ibtidai insanlar Afri-
ka-Ərəbistan-İran yaylası yolu ilə Hindistana gedib çıxmışlar.
İrqi  xüsusiyyətlər  Hindistanda  etnosların  fərqləndirilməsin-
də  mühüm  rol  oynayır.  Burada  xalqlar  əsasən  iki  yerə  ayrılır. 
Hind-ari xalqları və dravid xalqları. Hind-arilər hind-avropoid 
dil ailəsinə aid xalqlar sayılırlar. 
Müxtəlif  dialektlərə  bölünən  hind-ari  dilinin  hindi  və  urdu 
olmaqla iki ədəbi forması vardır, bu dilin qrammatikası və söz 


Hindistan etnoqrafiyası
175
fondu eynidir, lakin hindi dili devanaqari, urdu dili isə ərəb əlif-
bası ilə yazılır. 
Hind-arilərə məxsus hindi və urdu dillərində əsasən Hindista-
nın şimalında, Qanq çayının orta və yuxarı axarlarında, Uttar-Pra-
deş, Haryana, Madhya-Pradeş, Racastanın bir hissəsi, Bihar, Del-
hi ittifaq ərazisində yaşayan xalqlar danışırlar. Şimali Hindistan 
dilləri iki hissəyə ayrılır: qərbi (“khari- boli”nin əsasında hindi 
və urdu ədəbi dilləri, eləcə də haryani və ya banqaru, kanauci, 
bundeli və ya bundelkhandi dilləri yaranmışdır) və şərqi (avad-
hi, baqheli, çhattarqarhi dilləri). 
Mərkəzi və şimali Hindistanda danışılan hindi və urdu dilləri 
praktiki baxımdan fərqlənmir, urdu dilində çoxlu sayda ərəb və 
fars sözləri vardır. Lakin müasir dövrdə bəzi hallarda urdu dili 
Hindistanda yaşayan hindi dilli əhalinin dili kimi qəbul edilmir.
Əslində “hindi dili” anlayışı əksər hind dillərini, eləcə də bu 
dildə danışan hind-ari xalqlarını ifadə edir. Hindi dilinə bir çox dil 
və dialektlər aiddir. Bu dildə danışan hindilər əsasən Uttar-Pradeş, 
Madhya-Pradeş,  Haryana,  Bihar,  Racastan,  Delhidə  yaşayırlar. 
Hindi dillərində (haryani, maqahi və s.) danışanların sayına görə 
dünyada 5-ci yerdə durur (çin, ərəb, ispan və ingilis dillərindən 
sonra). Hind-ari dillərinə aid hindi və urdu dilinin mənsubları bir 
yerdə Çin dilindən sonra ikinci yerdə durur. Hazırda hindi dilini 
öz ana dili hesab edənlərin sayı 490 milyon nəfər, bu dili ikinci 
ana dili hesab edənlərin sayı isə 225 milyon nəfərə çatır. 
Hind-ari dillərinə qucarati, pars (Qucarat ştatı), sinqali (Şri 
Lanki),  marathi  (Maharaştrı),  kankani  (Qoa),  tharu,  khandeşi 
(Mərkəzi  Hindistan),  pəncabi,  cati,  avani,  khokharı  (Pəncab), 
sindhi, nepali (qurkhi), kumakoni, qarhvali və phari (Mərkəzi Hi-
malaylar) aiddir. Dard dillərinə məxsus kəşmiri, doqri, şina, kho, 
kohistan, nuristan dilləri Cammu və Kəşmirdə yayılmışdır. 
Qərbi  Benqal  ştatında  (eləcə  də  Banqladeşdə)  benqali  dili, 
Assam ştatında assam dili, Orissa ştatında oriya dili, Bihar ştatın-


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə