Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə55/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   51   52   53   54   55   56   57   58   ...   74

Hindistan etnoqrafiyası
167
lərinin Riq Vedada (o cümlədən, sanskrit dilində) əksini tapdığı-
nı və indiyədək hesab ediləndən daha çox olduğunu təsdiqləyir. 
Tanınmış amerikalı hindşünas və arxeoloq Corc Erdosi hind-ari 
dillərində  dravid  elementlərinin  mövcudluğunu  belə  izah  edir: 
“Qədim hind-ari dillərinin daşıyıcıları üçün dravid dili doğma 
idi və onlar bu dili tədricən unutdular”. 
Müasir dövrdə belə dravid dilli bhaqui xalqının Hind (Sind) 
çayının orta axarlarında yaşaması Harappa sivilizasiyasının ya-
radıcılarının dravid mənşəli olması barədə iddiaları gücləndirir.
Ümumiyyətlə, son 40 ildə arxeoloji, kulturoloji, filoloji və s. 
sahələr üzrə toplanmış materiallar “ari müdaxiləsi”, “arilərin gəl-
məsi”  nəzəriyyəsini  sual  altında  qoymuşdur.  XIX  əsrdə  Fridrix 
Şlegelin irəli sürdüyü “Hindistandan getmə” nəzəriyyəsi (“Out of 
İndia” theory) artıq tam ayrı bir şəkildə yenidən ortaya atılmışdır. 
F.  Şlegel  (1821-1868)  “Hind-Avropa  dillərinin  müqayisəli 
qrammatikası kompendiumu” (1862) əsəri ilə müqayisəli-tarixi 
metodun böyük bir dövrünə yekun vuraraq “ulu dil” nəzəriyyə-
sini yaratmışdır. O, Hind-Avropa dillərinin ilk təsnifini vermiş, 
dillərin şəcərəsi nəzəriyyəsini yaratmış, qohum dillərin bir “ulu 
dil”dən – kök dildən əmələ gəldiyini və sonrakı dillərin həmin ulu 
dilin nəsilləri, budaqları olduğunu göstərmiş, fikirlərini “Şleger 
ağacı” deyilən bir ağac şəklində təsvir etmişdir. Onun fikrincə, 
ulu  dilin  xüsusiyyətləri  (müəllif  “ulu  dil”  dedikdə  Hind-Avro-
pa protodilini nəzərdə tutur) slavyan-german dillərində daha az 
mühafizə  olunmuşdur.  Deməli,  slavyan-german  dilləri  ulu  dil-
dən daha qədim dövrlərdə ayrılmışdır; yunan-itali-kelt qrupu bir 
müddət ulu dil daxilində dialekt kimi yaşamış, nisbətən sonralar 
ayrılmışdır. 
Ulu dilin parçalanması səbəbləri çox olmuşdur. Təbii fəlakət 
və zəlzələlər, yanğın və uçqunlar, təbii şəraitin əlverişli olmama-
sı, qohum tayfa və qəbilələr arasında ixtilaflar, əhalinin getdikcə 
artması, izlərini dini kitablarda saxlamış Nuh daşqını, iqlimin də-


Bəhmən Əliyev-Ayvazalı
168
yişməsi, havaların soyuması və istiləşməsi, şimala doğru hərəkə-
tin mümkünlüyü, daha yaxın ailə və qəbilələrin özlərinə müstəqil 
məskən seçmək istəyi, yeni otlaqlar və əkin yeri axtarışları, miq-
rasiyalar  və  s.  insan  dəstələrinin  bir-birindən  uzaq  düşməsinə, 
minilliklər  ərzində  qohumların  yadlaşmasına,  ərazi  iddiaları  ilə 
düşmənçilik münasibətlərinin artmasına, dillərin, dinlərin, antro-
poloji quruluşun dəyişməsinə səbəb olmuşdur.
Hind mənşəli alimlər əsasən “Arilərin Hindistana müdaxilə-
si” nəzəriyyəsinin əsasının olmadığını və XVIII – XIX əsrlərdə 
avropalıların müstəmləkəçilik siyasətinə xidmət etdiyini bildirir, 
ortaya qoyduqları “Hindistandan getmə” nəzəriyyəsində Sarasva-
ti vadisi sivilizasiyasının (Harappa sivilizasiyası) qədim hind-i-
ranlılar tərəfindən yaradıldığını və hind-iranlıların məhz qədim 
Hindistandan  Mərkəzi,  Orta  və  Ön  Asiyaya,  oradan  Avropaya 
yayıldığını iddia edirlər. Nə qədər inanılmaz görünsə də, bu nəzə-
riyyənin tərəfdarları arasında tanınmış hind alimləri Ş. Talageri, 
B.B. Lal , N.S. Rajaram və d. ilə yanaşı samballı Qərb hindoloq-
ları vardır (Qasımov P. 2011, s.38). 
XX əsrin tanınmış dilçi alimi, alman mənşəli Kanada hindo-
loqu K. Klostermayer tanınmış hindoloqlar G.Feuerstein, S.Kak, 
D.Fravley-nin birgə yazdıqları əsərinə (“In search of the Crad-
le  of  Civilization”,  Wheaton:  Quest  Books,  III.,  1996)  istinad 
edərək “Ari müdaxiləsi” nəzəriyyəsinə qarşı 17 arqumenti əsas 
gətirir.  Bu  arqumentlərin  bir  neçəsini  göstərərək  yazır:  Qədim 
Hind mənbələrində işğal və ya geniş miqyaslı miqrasiya barəsin-
də heç bir xatırlatma yoxdur – onlar nə Vedalarda, nə buddist və 
ya caynist mətnlərdə, nə də tamil ədəbiyyatında yoxdurlar. Riq 
Vedada  təsvir  olunan  fauna  və  flora,  məkan,  iqlim  Hindistanın 
şimal hissəsi üçün xarakterikdir; Hind– Sarasvati sivilizasiyaları 
dövrünün arxeoloji tapıntıları və sonrakı Hind cəmiyyəti və mə-
dəniyyəti arasında heyranedici vərəsəlik mövcuddur: dini təsəv-
vürlərin, incəsənətin, sənətlərin, memarlığın, ölçü və çəki sistem-


Hindistan etnoqrafiyası
169
lərinin vərəsəliyi; Merqardakı arxeoloji tapıntılar (e.ə. 3000 illər) 
- mis, iribuynuzlu qaramal, arpa vedik hindlilərin mədəniyyəti ilə 
oxşar mədəniyyətlərə şahidlik edir. Əvvəlki şərhlərə əks olaraq 
Riqveda  köçəri  deyil,  şəhər  həyat  tərzini  təsvir  edir  (“Puruşa” 
- pur vasa-“şəhər sakini”ndən törəmədir); Ari müdaxiləsi nəzə-
riyyəsi belə bir ehtimala əsaslanırdı ki, atlara və ikitəkərli döyüş 
arabalarına malik köçərilər, atları tanımayan şəhər sivilizasiyasını 
dağıtmışlar və atların təsvirləri Hindistanda yalnız e.ə. II minil-
liyin ortasından peyda olur. Amma Harappa və Harappayaqədər 
dövrdəki  məskənlərdə  atların  mövcudluğu  barədə  arxeoloji  sü-
butlar tapılmışdır; Hindistanda atların təsvirləri paleolit dövrünə 
aid  mağaralarda  tapılmışdır.  Atların  qoşulduğu  ikitəkərli  cəng 
apabaları maldar – köçərilər üçün tipik deyil, onlar məhz şəhər 
sivilizasiyaları üçün xarakterikdir ; Riqveda Şimali Hindistanda 
e.ə. 1900-cü illərədək (Sarasvati çayı misalında) və e.ə. 2600-cü 
ilədək (Drişadvati çayı misalında) mövcud çay şəbəkələrini təsvir 
edir. Veda ədəbiyyatında əhalinin Sarasvatidən (Riq Veda) Qanq 
(Brahmanlar və Puranalar) vadisinə doğru miqrasiyası təsvir edi-
lir, bu da arxeoloji tapıntılarla isbat olunur; Hind vadisi şəhərləri 
işğalçılar tərəfindən məhv edilməmişdi, onlar, regionun səhraya 
çevrilməsi  səbəbindən  əhali  tərəfindən  tərk  edilmişdir.  Strabon 
“Coğrafiya”  əsərində  məlumat  verir  ki, Aristobul  Hind  çayının 
məcrasını dəyişdiyindən tərk edilmiş minlərlə kənd və şəhərlə-
ri görmüşdür; Riqvedada təsvir edilmiş savaşlarda işğalçılar və 
yerli sakinlər deyil, eyni mədəniyyətə mənsub insanlar döyüşür-
dülər; Harappa yazısı ilə Brahmi və Devanaqari yazılarında mor-
foloji fasiləsizlik; Əvvəllər “dəmir” kimi tərcümə olunan “ayas” 
vedik sözü çox güman ki, misi və ya tuncu ifadə edirdi. Hindis-
tanda dəmiri Kəşmir və Dvarakda e.ə. 1500-cü illərdə tapmışlar; 
Riqvedanın özü inkişaf etmiş və təkmilləşmiş mədəniyyətin nü-
munəsidir, “Hindistana at belində gətirilməsi mümkün olmayan 
sivilizasiyanın” uzun inkişafının məhsulu idi; E.ə 1100-cü illərə 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə