Bəhmən Əliyev-Ayvazalı
206
oyanışın güclənməsi, milli azadlıq ideyaları hind dillərinin inki-
şafına ciddi təsir göstərdi.
Ölkədə XX əsrdə, xüsusi ilə Hindistan müstəqilliyini əldə et-
dikdən sonra dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq dil
islahatları aparılmış, “bir dil, bir ştat” prinsipi ilə inzibati-ərazi
islahatları aparılmış, federal subyektlər yaradılmışdır.
Müasir dövrdə ən geniş yayılmış hind dillərinə misal olaraq
hindi, benqal, bihar, marathi, pəncabi, racastani, qucarati, oriya,
sinqh və s. göstərmək olar.
Hindi dillərində dаnışаnlаr əsаsən Hindistаnın şimаlındа-
kı ştаtlаrda- Rаcаstаn, Hаryаnа, Himаçаl Prаdеş, Uttаr Prаdеş,
Bihаr, Mаdyа Prаdеş, Cаrkhаnd, Uttаrаnçаl, Çаttisqаrhda-ümu-
milikdə, hind-аri dillərində dаnışаn əhаlinin 45,5%-i yаşаyır.
Еyni zаmаndа bu ştаtlаrdа müəyyən еtnоs təşəkkül tаpmаmışdır,
аmmа ünsiyyət vаsitəsi kimi, KIV-lərdə, rəsmi müəssisələrdə hin-
di, müəyyən qədər də urdu dilində dаnışılır. Kənd yеrlərində isə
əsаsən hindi dilinin diаlеktlərindən istifаdə оlunur. Hindi dilinin
diаlеktləri (mаythili, аvаdhi, brаc və s.) özünün ədəbi fоrmаlаrınа
görə fərqlənirlər. Publisistikаdа və yа еlmi ədəbiyyаtdа hindi dilli
əhаlini bəzən “hindustаni” аdlаndırırlаr, аmmа əhаli özünü bеlə
аdlаndırmır.
“Hind dilli qurşаq” хаlqlаrındаn fərqli оlаrаq, hindаri dil-
lərində dаnışаn хаlqlаr dаhа dəqiq еtnik ərаzilərdə yаşаyır, bu
еtnik ərаzilərlə ştаtlаrın ərаziləri üst-üstə düşür. Ölkənin şərqin-
də bu Qərbi Bеnqаliyа, Оrissа və Аssаm ştatlarında müvаfiq
оlаrаq, bеnqаllаr, оriyа və аssаmlаr yаşаyırlаr. Qərbdə pəncаblаr
(Pəncаb ştаtı), mаrаthа (Mаhаrаştrа), qucаrаti (Qucаrаt ştаtı) və
kоnkаh (Qоа ştаtı) хаlqlаrı yаşаyırlаr. Kоnkаhlаr mаrаthi dilinə
yахın kоnkаni dilində danışırlar.
Urdu dili isə əsаsən X əsrdə türk hökmdarı Alptəkinin nəvə-
si, Səbuktəkinin oğlu Mahmud Qəznəvinin Hindistana hücumu
ilə yaranmağa başlamış, Delhi sultanlığı, Böyük Baburşah im-
Hindistan etnoqrafiyası
207
periyası zamanı inkişaf edərək müasir Pakistanda və Hindistаnın
şimalında yayılmışdır. Urdu sözü türk dillərindəki “ordu” kəl-
məsindən gəlir, bu dilə “ordu dili” də deyilir. Məşhur şərqşünas
T. Qrahame Bailey urdu dilinin ortaya çıxmasını belə izah edir:
“1027-ci il urdu dilinin doğum tarixi kimi qəbul edilə bilər. Çünki
həmin il Qəznəli Mahmudun (988-1030-cu illər) Pəncabı ələ ke-
çirməsi ilə rəsmi dilləri farsca olan müsəlman əsgərlər bölgəyə
gələrək Lahora yerləşdilər, yerli xalqla ünsiyyət quraraq onların
dilini öyrəndilər. Bu dildə danışarkən bir çox fars və ərəb kəlmə-
sini də pəncab dilinə gətirdilər və urdu dilinin ilk formasını ya-
ratdılar. Bu hadisədən 160 il sonra Məhəmməd Qurinin (Gurlu,
1206) sərkərdələrindən Qütbəddin Aybək (1206-1210-cı illər) bu
əraziləri ələ keçirdi. Aybək Lahorda yerli xalq ilə qarışan, urdu
dilinin ilk şəklini meydana gətirən müsəlman əsgərlərin nəsillə-
rilə birlikdə 1193-ci ildə Delhini istila etti, 1206-cı ildə isə ilk
müsəlman Delhi hökmdarı oldu. Qütbəddin Aybəkin Delhiyə gə-
tirərək yerləşdirdiyi əsgərlərin dilinə Delhi əhalisinin danışdığı
“khari-boli”nin əlavə olunması ilə urdu dili meydana çıxmağa
başladı”. Hazırda urduca əsasən Hindistanın şimalında müsəl-
manların sıx yaşadığı yerlərdə danışılır. Hindi dili ilə eyni olsa da
ərəb əlifbası ilə yazılır, daha çox sanskrit, hindi, fars, türk, ərəb
dillərinin qarışığından əmələ gəlmişdir.
Hind-ari budağına aid olan benqal dili və ya benqali Banq-
ladeşlə yanaşı, Hindstanın Qərbi Benqal ştatında da yayılmışdır,
eyni zamanda Assam, Bihar, Orissa ştatlarında benqallar bu dildə
danışırlar. Benqali dili şərq və qərb dialektlərinə bölünür və bu
dilin əsasında Çittarqonq dialekti dayanır. XIX –XX əsrdə dilin
ədəbi forması Kəlküttədə formalaşmışdır, hazırda isə benqal ədə-
bi dili Banqladeşlə sərhəddə yerləşən Nadia dialektinə əsaslanır.
Müasir benqali dilinin lüğət tərkibi maqadhi-prakrit və pali dili,
eləcə də sanskrit, fars, ərəb və s. dillərindən alınmış sözlər əsa-
sında formalaşmışdır. Benqali dili bir sıra xüsusiyyətlərə malik-
Bəhmən Əliyev-Ayvazalı
208
dir, məsələn, müsəlman benqalların dilində ərəb-fars sözləri çox
olduğu halda hinduistlərin dili sanskrit və pali mənşəli sözlərlə
zəngindir.
Qərbi hindi dilinin digər bir dialekti brac-bhaşadır. Bu dia-
lektdə Mathur, Aqra, Aliqarh, Dholpurda danışırlar. Brac bahaşa
dilində tanrı Krişna ilə bağlı zəngin ədəbiyyat formalaşmışdır, la-
kin müasir dövrdə bu dialektdən ədəbiyyatda istifadə olunmur.
Kannauci dialekti brac bhaşa dialektinə çox yaxındır, bu dialekt
Farruhabad, Kanpurda yayılmışdır.
Catu və ya hariyani adı ilə tanınan bundeli dialekti Delhi ət-
raflarında-Karnala, Rohtaka, Hisare və s. yerlərdə yayılmışdır.
Bundeli dialekti khari boli, pəncabi, racastani dillərinin təsirinə
məruz qalmışdır.
Şərqi hindi dialektləri arasında ən geniş yayılanı “avadhi”-
dir. Bəzən bu dialekti Avadha (Auda)-Kosalın qədim adı ilə “ko-
sal” adlandırırlar. Bu dialektdə Allahabad, Kanpur və s. yerlərdə
danışırlar, avadhi dialektində məşhur əsərlər ərsəyə gəlmişdir.
Bu dialektdə Məhəmməd Caysi məşhur “Padmavat”, Tulsi Dasa
“Ramçaritmas” və s. əsərlərini yaratmışlar. Avadhi dialektinə
yaxın olan baqdeli dialekti nisbətən cənubda yayılmışdır. Çat-
tisqarhi dialektində isə Raypur, Vilaspur, Çattisqarh və s. yerlərdə
danışılır.
Hindi dilində 51 hərflik devanaqari əlifbasından istifadə edi-
lir, sağdan-sola yazılan bu əlifbada böyük və kiçik hərflər fərqlən-
dirilmir, hamısı eyni ölçüdə yazılır. Devanaqari əlifbası fonetik
prinsip əsasında sıralanmışdır, burada hərflər səs yaranmasına
görə düzülür. Sait səslər əlifbanın əvvəlində durur.
Hindistanda dillər bir sıra hallarda tam olaraq bir etnik qru-
pa aid edilmir. Bu xüsusi ilə hind-ari və dravid dillərinə aiddir.
Məsələn, Cənubi Hindistanda bir sıra dillər, xüsusi ilə malayalam
və teluqu dillərinə sanskritin (hind- ari) böyük təsiri olmuşdur, bu
dillərdəki sözlərin 70-80 % hind-ari dillərindən keçmişdir.
Dostları ilə paylaş: |