Hindistan etnoqrafiyası
27
əmr etmir, amma ibadət edənlərin istəklərinə görə bir çox şəkil-
də görünən və müxtəlif adlarla çağrılan tək tanrıya ibadəti əmr
edir. Adsız və şəkilsiz olan uca varlığa, minlərlə ad verilmişdir.
O, kainatdan kənar deyil, kainatın daxilindədir. O, dualist və qey-
ri-dualist formalarda görünür. O birdir, ancaq görünüşcə çoxdur.
O, maddidir, mücərrəddir və bunların ötəsindədir.
Hindlilər arasında ən populyar tanrılar Vişnu və Şivadır, bu
tanrılara daha çox məbəd həsr edilmişdir. Əfsanə və qədim mətn-
lərdə “trimurti” genealoji baxımdan əlaqələndirilir.
Vişnuizm inancına görə, tanrı Vişnu dünyada fərqli canlıların
bədənlərində özünü göstərmişdir. Kainat düzəni, yəni “dharma”nın
bozulduğu və onun xilasına ehtiyac duyulduğu zaman “avatar” şək-
lində “dünyada bədənlənmişdir”. Vişnu tanrısı “avatara” təlimi ilə
sıx bağlıdır. “Avatara” təliminə görə, tanrı tarixin hər səhifəsində
müxtəlif şəxsiyyətlərin cildində gələrək insanlara özünü tanıtdırır.
Pisliyi yox еdir və insanların еhtiyac duyduqları vəzifələri bildirir.
Bеləliklə, bu prosеs sonsuza qədər davam еdəcək, qurtarıcı tanrı
Vişnu dünyaya gəlib və müxtəlif şəkillərdə olacaqdır. Onun şəkil-
ləndiyi iki önəmli “avatara” (yəni, şəxs) Rama və Krişnadır.
Hinduizm Şivanın həqiqiliyini və ya nisbi şəkildə cisimlən-
dirilmiş fərdi qəbul edir. O, ruhun ölümdən sonra yenidən bədən-
lənəcəyini və bunun karma dokrinası tərəfindən yönədildiyini qə-
bul edir. Səbəb-nəticə qanunu üzərində qurulan yenidən doğum
doktrinası, ruhun təbiətı və ölümdən sonrakı vəziyyəti haqqında
təsəvvürlər geniş yayılmışdır. İnsan ruhu öz əməllərinə görə bir
çox doğum və ölüm dairəsi keçirir. Vedalara görə, insan bu həya-
tında öncəki həyatındakı əməllərinin nəticəsi olaraq sıxıntı çəkir.
Hinduizm karmanı iki hissəyə ayırır: 1. Hələ meyvə ver-
məyə başlamayanlar, yəni, “Ararabdha karma”; 2. Meyvə
verməyə başlayanlar, yəni “Prarabdha karma”. “Ararabdha”
karma da təkrarən iki qrupa ayrılır: a) Keçmiş həyatdan topla-
nanlar (“Sanchita karma), b) Bu həyatda bir arada toplanan-
Bəhmən Əliyev-Ayvazalı
28
lar, yəni “Kriyamana və ya “Sanchayamana karma”. Bir ruh
işlərinin yaxşı və ya pisliyinə bağlı olarak aşağı və ya yüksək
varnada təkrar-təkrar doğular. Yalnız qurtulmuş ruh təkrarən heç
bir fiziki formaya girməz.
“Hind tanrı üçlüyü” daim bir-birinə bağlı varlıqdır, hər bir
elementin öz əhəmiyyəti, təyinatı vardır. Görünür, hinduizmdə
təsəvvürlərin elastikliyi ikili rol oynamışdır: bir tərəfdən, yerli
tanrılar hinduizm panteonuna daxil edilmiş, brahmanların şərhi
ilə hinduizmin parçalanmasının, bir-biri ilə rəqabət aparan dinlərə
çevrilməsinin qarşısını almışdır.
Hinduizmin müqəddəs kitabı “Baqava-Qita”nın (“Bhaqa-
vata-Gita”) fəlsəfəsi “Baqava-Qita”, karma, cnana və bhaktinin
sintezini yaradır. “Baqava-Qita” hindular arasında çox popul-
yardır, “Mahabharata” dastanındakı “Bhishma-parva” hissəsi-
nin bir bölümüdür.
“Bhaqavata-Qita” (“İlahi nəğmə” ) əsəri Bharata nəsillə-
rindən olan Pandav və Kaurav ailələri arasında döyüşdən əvvəl
Pandav qoşununun sərkərdəsi Arcunanın bu qardaş qırğınının
düzgün olub-olmaması haqqında şübhələri ilə başlayır. Arcuna-
nın şübhələrini və tərəddüdlərini tanrı Krişna aradan qaldırır, o
bildirir ki, ədalətli döyüşdə əl titrəməməlidir. Krişnanın nəsihət
və göstərişləri “Bhaqavat-Qita”nın əsas məzmunudur, onun mü-
lahizələrinin nəzəri əsasını monist, teist sankhayalar təşkil edir,
bunlar da etik-sosial baxışları ifadə edir. Krişna həyatın məna-
sını tanrını dərk etməkdə görür, özünü tanrı kimi təqdim edir.
Tanrını dərketmə üsullarından biri ona sədaqətli məhəbbət
bəsləməkdən ibarətdir. İnsanın sevən ürəyi olmalıdır, ürəyi va-
sitəsilə biliyə sahib olmağa, çətinlikləri keçib tanrını dərk etməyə
qabildir. Tanrıya məhəbbət göstərən və onu dərk edənlərə həyatda
xüsusi imtiyazlar verilir.
Populyar hinduizmin fəlsəfi təməlləri sayılan “Bhaqava-Qi-
ta” tanrını ən uca səbəb və bu kainatı davam etdirmə yeri sayır.
Hindistan etnoqrafiyası
29
İşvara və Brahman tanrını tanımlamaq üçün istifadə olunan ad-
lardır. Bununla yanaşı, Sri Krişnanın tez-tez özünü tanrı ilə ta-
nımladığı məlumdur. Onun “para prakriti” və “apara prakriti”
şəklində iki prakriti və ya təbiəti vardı. Birincisi “civa”ları və ya
yaşayanları, digəri isə “sattva”, “rajas” və “tamas” şəklindəki
üç ünsuru əhatə edir. “Civa”lar onun parçası və ya “amsha” kimi
təsvir olunur. Onlar gerçək atman, yəni, doğulmayan, ölməyən
və sonsuzdurlar. Onlar, bir adamın yaxşı paltarlarını geyinib köh-
nələri çıxardıqları kimi vücudu (bədəni) geyinir və çıxarırlar. Vü-
cudları “kşetras” və ya “tarla” adlandırırlar; çünkü, əməllərin
meyvələri bədəndə biçilir. Təməl olaraq atman olan civalar özlə-
rini “kşetras” termini ilə tanıdır, bundan dolayı, doğum, xəstəlik,
yaşlılıq və ölümün izdırabını çəkərlər.
Qitanın üç yolu vardır: Birincisi, bilgi yoludur. İkinci fəa-
liyyət zamanı toplumun barışı üçün çalışmaq olan “nishkama
karma”dır. Üçüncü itaətkar şəxs “Civa”ya və ya tanrıya doğru
şiddətli eşq və ya istəyi yaradır. Dindar şəxs “cnana”, “karma” və
“bhakti” şəklindəki üç ünsür içərisində mənəvi (spiritual) həyata
qoşulur. Qita istəklərimizin nizamı “Karma Yoqa”nı; həyəcan-
larımızın nizamı olan “Bhakti Yoqa”nı; “Cnana Yoqa” vasitə-
siylə həyəcanlarımızın nizamını əhatə edən bir bütünlük olaraq
yoqanı və ya mənəvi (spiritual) həyatı təqdim edir. Bu üç nizam
bölünmüş və ya biri digərindən izolə edilmiş ola bilməz. “Kar-
ma-yoqa”da bhaktinin bir elementi vardır. Bir “karma-yoqa”
daim tanrının xidmətçisi olduğunu hiss edir. Bhaktisiz hiç bir
işi yerinə yetirmək mümkün deyil. Bir “karma-yoqa” tanrının
əlində vasitədir. O, bütün fəaliyyətini, onların nəticələrini tanrı-
ya təslim edər. Bhakti “karma-yoqa”nın özüdür, bhakti tanrıya
qeyd-şərtsiz itaətdir. Qita gerçək bağlılığın daima, bir tərəfdən
“karma-yoqa”, digər tərəfdən, “cnana-yoqa” yoluyla nizamlan-
dığını (balanslaşdığını) bildirir. Bhakti əsla kor deyil, o, tanrı-
nın ağıllı eşqidir. Bilgi yolunda məqsəd isə dünyanın bir illüzi-
Dostları ilə paylaş: |