Hindistan etnoqrafiyası
19
gələcəkdəki həyatını zəmanət altına alırsan. Yox, əgər günahla-
rı varsa, bitki və ya hеyvan olaraq yеnidən həyata qayıtmaqdan
qorxmalısan. Hətta olduğu “varna” da onun günahına görədir.
“Manu qanunları”nda (e.ə III-II əsrlər) “varna” üzvlərinin
vəzifələri, təbəqələrlə əlaqədar müəyyən şərh və izahlar bəyan
olunmuşdur:
“Brahmanların vəzifəsi budur ki, vedaları öyrət-
sinlər. Camaatın qurbanlıqlarını tanrıların dərgahına hədiyyə
etsinlər, onlardan qeyrisinin vasitəsi ilə qurbanlar qəbul olun-
maz. Brahmanlara bütün tanrılar hörmət edir və buna görə də
yüksək məqam sahibidirlər. Brahman heç bir günaha batmaz,
hətta bütün insanları öldürsə belə cəzalandırılmayacaq. Hətta
ehtiyacdan ölüm ayağında olsalar belə, hökmdarların brahma-
na vergi qoyması qadağandır”. Ümumiyyətlə, brahman övladları
7 yaşından, kşatri övladları 9 yaşından, vayşi övladları 11 yaşın-
dan vedaları, dini bilikləri öyrənə bilərdilər.
“Manu qanunla-
rı”nda “kşatri” döyüşçü varnası barədə deyilir:
“Yalnız bunların
rəhbər, padşah, qazi və ya hakim olmağa səlahiyyətləri vardır.
Onlar hərbi işlərdən başqa bir xidmətlə, hətta dinc şəraitdə olsa
belə, məşğul olmamalıdırlar”.
“Vayşılər” (vayşalar) barədə belə yazılır:
“Yalnız öz təbəqələ-
rindən özlərinə həyat yoldaşı seçmək onlara vacibdir. Ticarət
qanunlarını, əkinçilik və bağbanlıq qaydalarını öyrənmək isə
“vayşilər”ə vacibdir. Onlar müxtəlif xalqların dillərindən, ba-
zarlardakı qiymətlərdən xəbərdar olmalıdırlar”.
Qanunlarda şudralara da münasibət bildirilir:
“Onlara brah-
manların əmrlərini yerinə yetirmək vacibdir. Yalnız bu halda
sonrakı həyatda daha yaxşı məqama çata biləcəklərinə ümidvar
ola bilərlər. Onların sərvət toplamaları düzgün deyildir. Çünki
belə olan halda brahmanlar əziyyət çəkə bilərlər. Əgər şudra
təbəqəsindən bir şəxs özünü daha yüksək təbəqədən olan fərd-
lə bərabər hesab edərsə sürgün edilməli və kürəyinə dağ basıl-
malıdır. Əgər özündən yuxarı təbəqələrə mənsub olan bir şəxsə
Bəhmən Əliyev-Ayvazalı
20
əl qaldırarsa, əli kəsilməlidir; təhqir edərsə, ayağı kəsilməlidir.
Həyasızlığı son həddə çatarsa, brahmanın rəyi ilə onun ağzına
və qulağına qaynar yağ tökmək hökmdara vacibdir”.
Dörd “varna”dan əlavə, Hindistan cəmiyyətində insani, ic-
timai hüquqlardan məhrum olan “paryalar” (“toxunulmazlar”)
var idi. Paryalara ictimai və sinfi quruluşda onlara yer verilmirdi.
Paryalara arilərin tanrılarına sitayiş etməyə icazə verilmirdi. Bu
ayrı-seçkiliklər paryaları tədricən animizm, totemizm və s. ibtidai
dinlərə yönəltmişdir.
Sual və tapşırıqlar:
1. “Brahma” inancı nədir?
2. “Brahmanizmin ruhani həqiqətləri-“Vedalar” və “Upani-
şadlar”da əksini tapır”-cümləsini izah edin.
3. “Puranalar”anlayışını izah edin.
4.Brahmanizmin əsas ideoloji prinsipləri:Brahmana etiqad,
atmana etiqad, karma, tənasüh, mokşa haqqında təqdimat hazır-
layın.
5. Brahmanizmdə “varna” sisteminin formalaşması mər-
hələləri haqqında danışın.
1.1.3. Hinduizm dini təlimi
Hinduizmin təməlində “Brahma” (mütləq varlıq) inancı du-
rur. Tanrı Brahmanın dünyanı yaratdığı düşünülür. Tanrı Şiva və
Vişnu isə Brahmadan sonra gəlir. Hinduizmdə Kaylasa, Himalay
dağları, Qanq-Yamuha çayları müqəddəs sayılır. Tanrı-xilaskarla-
ra ibadət əsasında çoxsaylı dini icmalar yaranır, onların başında
müqəddəs müəllimlər (quru) durur.
Hinduizm “Sanatana dharma” prinsipini qəbul edir, bu prin-
sipə görə hinduizm dini, əzəli və əbədidir. Çünkü yalnız Tanrı
gerçəkdir və Tanrı əzəli və əbədidir. Hər şeyi əhatə edən bu ən
uca gerçəklik, kainatin təsirli və maddi səbəbidir. İnsan ruhu tan-