Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma


Kür- Qabırrı çaylararası neftli-qazlı rayonu (NQR)



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə20/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   16   17   18   19   20   21   22   23   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

Kür-
Qabırrı çaylararası neftli-qazlı rayonu (NQR). 
Kür-C
ənubi Xəzər neftli-qazlı subəyalətinin (NQSƏ) Kiçik 
Qafqaz-
Talışqarşısı neftli-qazlı vilayətinə (NQV) daxil 
olan Kür-
Qabırrı NQR-i Qabırrı-Acınohur çökəkliyinin 
c
ənub-qərb hissəsini əhatə edir. Sahə geomorfoloji xüsusiy-
y
ətlərinə görə bir-birindən fərqlənən Qabırrı çayı ətrafı 
dağlıq - Çatma və Kür çayı ətrafı ovalıq - Ceyrançöl zona-
la
rına ayrılır (şəkil 47).
Kür-
Qabırrı NQR-i Kür dərinlik qırılmasından şimal-
şimal-şərqdə yerləşir. Rayon Üst Tabaşir çöküntüləri üzrə 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
91 
cənub-qərbdə struktur çıxıntı və kiçik amplitudlu braxian-
ti
klinallarla mürəkkəbləşmiş, şimal-şərq istiqamətli yatıma 
malik monoklinaldan ibarətdir. 
Şəkil 47. Kür və Qabırrı çaylararası neftli-qazlı rayonu.
Strukturların yerləşmə sxemi. 
Kür-
Qabırrı NQR-i cənub-şərqdə Gəncəçay-Qanıx 
sub
meridional istiqamətli dərinlik qırılması (21) ilə həm 
Yevlax-
Ağcabədi çökəkliyindən, həm də Acınohur müm-
kün neftli-
qazlı rayonundan (MNQR) ayrılır.
Çatma zonası şimaldan Qabırrı çayı, cənubdan isə 
Kiçik Palantök
ən, Böyük Palantökən, Ağtaxtatəpə, Çoban-
dağ və Sacdağ yüksəkliklərinin cənub yamacları boyu 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
92
keç
ən Herikdərə üstəgəlmə qırılması ilə hüdudlanır. Zona 
bir-birin
ə paralel uzanan, əsasən Miosen çöküntülərindən 
t
əşkil olunmuş və tektonik pozğunluqlarla kəskin mürək-
k
əbləşmiş Eldaroyuğu və Çobandağ-Palantökən sıra təpə-
likl
ərindən ibarətdir 
[
30
]
.
Çatma 
zonası daxilində molass çöküntülərindən ibarət 
olan strukturlar üç qrupa ayrılır. Zonanın şimalında yerlə-
şən qrupa Yaylacıq, Alaçıq, Eldaroyuğu və Eldar, mərkəzi 
qrupa Taxtat
əpə, Acıdərə və Armudlu, cənub qrupa isə 
Udabno, Sacdağ, Molladağ, Çobandağ-Ağtaxtatəpə, Böyük 
Palantök
ən və Kiçik Palantökən qalxımları daxildir.
Ceyrançöl zonası rayonun cənub hissəsini əhatə edir 
v
ə şimaldan Çatma zonası, cənubdan isə Kür çayı ilə hü-
dud
lanır. Ceyrançöl sinklinoriumu quruluşuna görə Çatma 
antiklinoriumundan k
əskin fərqlənir. Bu fərq ilk növbədə 
Paleogen-Neogen çöküntül
ərinin qalınlığının azalması və 
Orta Miosen çöküntül
ərinin cənub istiqamətində pazlaşma-
sı ilə müşahidə olunur (şəkil 48, 49, 50, 51).
Pazlaşma zonasında Ağcagil layları kəskin bucaq 
uyğunsuzluğu ilə Sarmat mərtəbəsinin, daha cənuba isə 
Maykop m
ərtəbəsi çöküntüləri üzərinə yatırlar. Zonanı 
t
əşkil edən qırışıqların əksəriyyəti braxiantiklinal quruluşa 
malikdir. 
Ceyrançöl sinklinoriumunun strukturları şimal, mər-
k
əz və cənub olmaqla üç antiklinal zonaya bölünür. Şimal 
antiklinal zonaya Cahandar, Soyuqbulaq, M
əmmədtəpə, 
Qarat
əpə, Keyrük-Keylan, Qərbi Gürzündağ, Gürzündağ, 
Şimali Ceyrançöl antiklinalları; mərkəzi zonaya Quşquna I, 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
93 
Ortaqaş, Əlimərdanlı, Quyruqençi və Yenikənd antikli-
nalları, cənub zonasına isə Quşquna II, Qıraq Kəsəmən, 
Qafland
ərə, Xatınlı və Girzan antiklinalları daxildirlər. 
Antiklinalla
rın əksəriyyətinin uzunluğu 10-15 km, hündür-
lüyü is
ə 500-1000 m-dir. 
Şəkil 48. Qıraq Kəsəmən-Məmmədtəpə-Sacdağ-Armudlu 
istiqam
ətində geoloji profil. 
Şəkil 49. Qıraq Kəsəmən-Məmmədtəpə-Dəmirtəpə-Udabno 
istiqam
ətində geoloji profil. 
Mezozoy çöküntül
ərinin sərhədindən əks olunan “P” 
seysmik horizontuna gör
ə Kür və Qabırrı çaylararası rayonu 
lokal qalxım və struktur terraslarla mürəkkəbləşən monokli-
nal quruluşa malikdir. Udabno-Cahandar, Cənubi-Dəmirtə-
p
ə, Quşquna, Qıraq Kəsəmən, Girzan, Gödəkdüz, Əyridərə, 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
94
Q
ərbi Gürzündağ və Kəsəmən sahələrində qeyd olunan qal-
xımlar Paleogen-Tabaşir çöküntüləri üzrə struktur çıxıntılar-
dır. Onlar əsasən submeridional və Qafqazəksi istiqamətdə, 
qapalı strukturların əksəriyyəti isə en dairəsinə yaxın və 
ümumqafqaz istiqam
ətdə uzanırlar. Strukturların uzunluğu 
3-8 km, eni 1-3 km, hündürlükl
əri isə 50-200 m arasında 
d
əyişir.
Şəkil 50. Xatunlu-Molladağ istiqamətində geoloji profil. 
Şəkil 51. Dəllər-Tovuz-Keyrük-Keylan-Gürzündağ- 
B.Palantök
ən-Eldaroyuğu istiqamətində geoloji profil
(Ş.X.Axundov, B.İ.Məhərrəmov). 
Antiklinal strukturların tağ hissələri və cənub-qərb qa-
nad
ları uzununa istiqamətli, üstəgəlmə tipli qırılmalarla 
mür
əkkəbləşmişlər. Ən böyük qırılma uzunluğu 30 km, 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
95 
amplitudu 1500 m olmaqla, Mollad
ağ antiklinalının qərbin-
d
ən başlayıb Sacdağ qalxımının şimalından keçərək 
M
əmmədtəpə qırışığı istiqamətində uzanır.
Paleogen-
Tabaşir yaşlı çöküntülərdən təşkil olunmuş 
qalxımlar: Alaçıq-Eldaroyuğu; Yaylacıq-Armudlu; Udabno-
Çobandağ-K. Palantökən; Cahandar-Gürzündağ-Tərsdəllər; 
Quşquna-Ortaqaş-Yenikənd; Qıraq Kəsəmən-Girzan antikli-
nal qurşaqlarda yerləşirlər. 
Kür-
Qabırrı NQR-i ərazisində yerüstü neft-qaz təza-
hürl
əri, əsasən Çatma antiklinoriumun şimal hissəsində
üst
əgəlmə qırılması üzrə yer səthinə çıxan Miosen və 
Maykop lay d
əstəsinin neftli layları və bu qırılma ilə 
əlaqədardır olan palçıq vulkanlarının qrifon və salzaları ilə 
əlaqədardırlar.
Eldaroyu
ğu qalxımının şimal qanadında yer səthinə 
çıxan Üst Sarmat yaşlı neftli layların qalınlığı 100 m-ə çatır. 
Bu qalxımda struktur-xəritəalma quyularında üst və orta 
Sarmat çöküntül
ərinin açılması zamanı intensiv neft-qaz 
t
əzahürləri qeyd olunmuş, 1 saylı kəşfiyyat quyusunda isə 
O
rta Sarmatın qumlu laylarının açılması zamanı hasilatı 
2000 m
3
/gün olan q
ısamüddətli qaz fontanı alınmışdır.
Soyuqbulaq 
qalxımının cənub-şərq periklinalında qa-
zılmış 16 saylı struktur-axtarış quyusunda Eosen çöküntü-
l
ərinin qazılması güclü qaz və üzərində neft pərdələri olan 
su axını ilə müşayiət olmuşdur.
Kür-
Qabırrı NQR-də sənaye əhəmiyyətli neft yatağı 
yalnız Tərsdəllər sahəsində aşkar olunmuşdur. Bu sahədə 
qazılmış 1 saylı axtarış quyusunda Orta Eosenin tufogen 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
96
qumdaşılarından 230 t/gün hasilatla neft alınmışdır. Son-
rak
ı axtarış-kəşfiyyat işləri nəticəsində yatağın, strukturun 
şimal-şərq qanadının tağyanı hissəsində, litoloji məhdud 
tip
ə aid olduğu müəyyən edilmişdir.
Orta Eosen v
ə Üst Tabaşir çöküntülərinin neft-qazlı-
lığını öyrənmək məqsədilə Tərsdəllərlə yanaşı Cahandar, 
M
əmmədtəpə, Sacdağ, Gürzündağ, Molladağ, Kiçik 
Palantök
ən və b. sahələrdə də axtarış-kəşfiyyat quyuları 
qazılmış və bu quyuların əksəriyyətində Miosen, Maykop, 
Eosen çöküntül
ərilə əlaqədar neft-qaz təzahürlərinə rast 
g
əlinsə də, neft axınları Orta Eosen çöküntülərindən yalnız 
Cahandar, 
Gürzündağ və Keyrük-Keylan sahələrində qazıl-
mış quyularda alınmışdır. 
Paleogen-Miosen v
ə Üst Tabaşir çöküntülərinin litofa-
sial xüsusiyy
ətlərinin və neft-qazlılıq əlamətlərinin təhlili 
bu çöküntül
ərin Kür-Qabırrı NQR-in əlverişli struktur-
tektonik v
ə litofasial şəraitlərə malik olan qalxımlarında 
perspektivli obyektl
ərə malik ola biləcəklərini göstərir. Bu 
baxımdan tağ və tektonik ekranlaşmış tipli yataqlarla yana-
şı Orta Eosen çöküntülərinin pazlaşma zonalarında litoloji-
m
əhdud tip yataqların axtarışı da perspektivli sayılır. 

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə