Bəhram hüseynov, ƏHMƏd salmanov, bakir məHƏRRƏmov azərbaycanin quru əraziSİNDƏ neft-qaz- geoloji rayonlaşdirma



Yüklə 413,66 Kb.
Pdf görüntüsü
səhifə19/85
tarix13.12.2023
ölçüsü413,66 Kb.
#149504
1   ...   15   16   17   18   19   20   21   22   ...   85
Azr-nnqururazisininrayonladrlmasyekun

G
əncə
 
neftli-
qazlı rayonu (NQR). 
Rayon
 
Kür-C
ənubi 
X
əzər neftli-qazlı subəyalətinin (NQSƏ) Kiçik Qafqaz-
Talışqarşısı neftli-qazlı vilayətinə (NQV) daxildir. Gəncə 
NQR-i Yevlax-
Ağcabədi çökəkliyinin cənub-qərb bortunu 
v
ə Mezozoy çöküntüləri üzrə zəif əks olunan struktur çıxın-
tı və hemisinklinallarla mürəkkəbləşmiş Kiçik Qafqazqar-
şısı monoklinalı əhatə edir (şəkil 41). Struktur çıxıntılar 
Murov
dağ və Ağdam antiklinoriumlarının, hemisinklinal-
lar is
ə Ağcakənd və Ağdərə sinklinoriumlarının cənub-şərq 
davamında yerləşir 
[
12, 30
]

Göst
ərilən struktur vahidlər Yevlax-Ağcabədi çökək-
liyinin c
ənub-qərb bortunun geoloji quruluşunu da mürək-
k
əbləşdirir. Mezozoy çöküntü kompleksi üzrə submeridi-
onal istiqamətdə uzanan Gödəkboz-Tərtər qırılması və 
onun üzərində formalaşan eyni adlı antiklinal zona, Kiçik 
Qafqazqarşısı monoklinalın şimal-qərb hissəsini onun 
mərkəzi hissəsindən ayırmaqla yanaşı, Yevlax-Ağcabədi 
çökəkliyinin şimal-şimal-qərb sentriklinalını şimala doğru 
istiqamətləndirir.


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
85 
Şəkil 41. Gəncə neftli-qazlı rayonu. Strukturların
yerl
əşmə sxemi. 
Rayonun G
əncəçay və Gödəkboz-Tərtər qırılmaları 
ara
sında qalan şimal-qərb hissəsində Mezozoy çöküntüləri 
üzr
ə əksqafqaz istiqamətində uzanan Sarıyaldağ, Əliuşağı, 
Acıdərə struktur çıxıntıları və müxtəlif istiqamətli Qazan-
bulaq, Borsunlu-Kür
əkçay, Borsunlu və kiçikölçülü Çaylı, 
Şimali Çaylı, Ziyadxan Şimali-Ziyadxan və Şadılı qalxım-
ları müəyyən edilmişdir (şəkil 42, 43). 
Submeridional istiqam
ətində uzanan Naftalan-Gödək-
boz-Du
zdağ qırılması və onun üzərində formalaşan eyni 
ad
lı qalxım zonası Gəncə neftli-qazlı rayonun şimal-qərb 
hiss
əsini onun nisbətən sadə quruluşlu mərkəzi hissəsindən 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
86
ayırır. Asimmetrik quruluşa malik olan bu qalxımlar zona-
sının tağ hissəsində Mezozoy çöküntülərinin səthi 3000–
4000 m, şimal-şərq qanadında isə 4000-5000 m dərinlikdə 
yerl
əşir. 
Şəkil 42. Qazanbulaq-Borsunlu-Duzdağ istiqamətində
geoloji profil 
(Ə.M.Süleymanov, B.İ.Məhərrəmov). 
Şəkil 43. Dəliməmmədli-Borsunlu-Duzdağ istiqamətində
geoloji profil 
(Ə.M.Süleymanov, B.İ.Məhərrəmov). 
G
əncə NQR-nin Naftalan-Gödəkboz-Duzdağ qalxım-
lar zonasından Ağcabədi qalxımına qədər olan mərkəzi 
hiss
əsi Güllücə, Tərtər və Şirvanlı qalxımlarının şimal-qərb 
qanadlarının tağyanı hissəsindən keçən, uzununa 
istiqam
ətli qırılmalarla tektonik bloklara bölünmüşdür. 
Qafqaz istiqam
ətində uzanan bu qalxımlar şimal-şərq 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
87 
qanad
ları nisbətən dik, cənub-qərb qanadları isə bir qədər 
yastı olmaqla asimmetrik quruluşa malikdirlər. 
G
əncə NQR-in Ağdam antiklinorimunun cənub-şərq 
batımında yerləşən hissəsi daha mürəkkəb quruluşa 
malikdir. Rayonun bu hiss
əsi mürəkkəb seysmik yazı zona-
ları şəklində qeyd olunan üç uzununa qırılma pozğunluğu 
il
ə tektonik bloklara bölünmüşdür. Ən cənubda, bilavasitə 
Ağdam antiklinoriumunun davamında yerləşən hissədə yer 
s
əthinə çıxan Mezozoy çöküntüləri şimal-şərq 
istiqam
ətində 1500 m, Yevlax-Ağcabədi çökəkliyinin mər-
k
əzinə doğru, Bərdə qalxımı istiqamətində 7000 m-ə qədər 
d
ərinliyə qədər gömülür (şəkil 44).
Şəkil 44. Güllücə-Şirvanlı-Bərdə istiqamətində
geoloji profil 
(Ə.M.Süleymanov, R.L.Zeynalov, B.İ.Məhərrəmov).
Kiçik Qafqazqarşısı monoklinalın və Yevlax-Ağcabədi 
çökəkliyinin cənub-qərb bortunun cənub-şərq hissələri bir-
birindən müxtəlif istiqamətli qırılmalarla ayrılan Kəbirli-
Ağcabədi-Beyləqan və Ağgöl-Sovetlər-Şirinqum qalxım zo-
na
ları ilə mürəkkəbləşmişdir (şəkil 45, 46). 
Şimalda və cənub-şərqdə Mezozoy yaşlı Kəbirli-
Ağcabədi-Beyləqan və Arazyanı qalxımlar zonalarından 
qırılmalarla ayrılan Xudafərin körfəzvari çökəkliyi xüsusi 


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
88
mövqeyə malikdir. Arazyanı çökəkliklər qrupuna aid edilən 
Xudafərin çökəkliyinin Paleogen-Miosen çöküntü kom-
pleksi üzrə Kiçik Qafqaza söykənərək qapandığını nəzərə 
alaraq Gəncə NQR-ə aid edilməsi daha doğrudur. 
Şəkil 45. Ağcabədi-Ağgöl-Sovetlər istiqamətində geoloji 
profil 
(Ə.M.Süleymanov, R.L.Zeynalov, B.İ.Məhərrəmov). 
Şəkil 46. Xudafərin-Bəhmənli-Beyləqan-Sovetlər-Şirinqum 
istiqam
ətində geoloji profil (Ə.Süleymanov). 
Kəbirli-Ağcabədi-Beyləqan tektonik blokunda Mezo-
zoy 
erası çöküntüləri 500-2500 m-ə, daha şimalda yerləşən 
Ağgöl-Sovetlər-Şirinqum blokunda isə 2500 m-dən 4000-
4500 m-
ə qədər dərinliklərdə yerləşirlər.
Ağcabədi-Beyləqan tektonik blokunun şimal-qərb his-
s
əsində ölçüləri 16,5 x 3,5 km olan Ağcabədi, cənub-şərq 
hiss
əsində isə müxtəlif istiqamətlərdə uzanan və bir-biri ilə 
kulis şəklində uzlaşan Kəbirli, Çəbri, Qəmərli, Boluslu, 
Beyl
əqan qalxımları yerləşirlər. 


B.Hüseynov, 
Ə.Salmanov, B.Məhərrəmov 
89 
Sovetl
ər-Ağgöl tektonik blokunda yerləşən, 3750 m-
lik izohipsl
ərlə əks olunan, kiçikölçülü Sovetlər, Ağgöl və 
Şərqi Ağcabədi qalxımları bir-birindən kiçik yəhərlərlə 
ayrılırlar. Bu strukturlardan şimal-qərbə doğru Mezozoy 
çöküntül
əri 4000-6000 m dərinliyə qədər gömülürlər. 
Yevlax-
Ağcabədi çökəkliyinin cənub-qərb bortunda 
Paleogen çöküntül
ərinin geoloji quruluşu, Üst Tabaşir çö-
küntül
ərinin geoloji quruluşundan yatım bucaqlarının bir 
q
ədər azalması ilə fərqlənir. Miosen çöküntüləri, cənub-qərb 
bortun çox hiss
əsində Ağcagilqarşısı yuyulmaya məruz 
qaldığından bu bortun yalnız uzaq batımında, Bərdə-
Ağcabədi-Beyləqan qırılma xəttindən şimal-şərqdə iştirak 
edir v
ə yatım bucaqlarının əhəmiyyətli dərəcədə (5-8
o
) azal-
ması ilə fərqlənirlər. Pliosen-Antropogen çöküntüləri üzrə 
Yevlax-
Ağcabədi çökəkliyinin cənub-qərb bortu struktur 
çıxıntılarla mürəkkəbləşməyən, az maili monoklinaldır. 
G
əncə NQR-in neft-qazlılığı Üst Tabaşirin karbonatlı-
çatlı və Paleogen-Miosenin qumlu kollektorları ilə əlaqə-
dardır. Çökəkliyin cənub-qərb bortunda sənaye əhəmiyyətli 
neftlilik, 
əsasən Maykop lay dəstəsinin qumlu, Eosenin 
qumlu-gilli-mergelli v
ə Üst Tabaşirin karbonatlı-çatlı kol-
lektorları ilə əlaqədardır.
G
əncə NQR-də mövcud olan neft yataqları Yevlax-
Ağcabədi çökəkliyinin mərkəzi hissəsindən generasiya 
olun
muş KH-in cənub-qərb istiqamətində lateral və qırıl-
malarla vertikal istiqam
ətdə miqrasiya edərək struktur, lito-
loji v
ə tektonik ekranlaşmış tələlərdə toplanması nəticə-
sind
ə əmələ gəlmişlər.


Az
ərbaycanın quru ərazisində neft-qaz-geoloji rayonlaşdırma 
90
Qazanbulaq, Acıdərə, Naftalan və Tərtər sahələrində 
Maykopun I, II-Qazanbulaq v
ə II, III-Tərtər qumlu hori-
zont
larında mövcud olan neft yataqları, hasilatın az olması 
il
ə əlaqədar olaraq konservasiyaya qoyulmuşlar. 
Eosen çöküntül
ərindən (III-Qazanbulaq horizontu) 
Qazanbulaq, Ac
ıdərə və Sarıyaldağ sahələrində qazılmış 
bir neç
ə quyuda neft alınmış, Sovetlər, Tərtər, Acıdərə, 
Naftalan, Göd
əkboz sahələrində isə neft-qaz təzahürləri və 
ya z
əif neft, qaz və su axımları qeyd olunmuşdur.
Üst 
Tabaşirin karbonatlı-çatlı kollektorları yüksək də-
r
əcədə sulu olmaları ilə fərqlənirlər. Neft axınları və inten-
siv neft-qaz t
əzahürləri Tərtər 152, Naftalan 58, Güllücə 3, 
Beyl
əqan 7, 9 saylı quyularda qeyd olunmuşdur. Sovetlər 
sah
əsində 2 saylı quyuda qazıma işləri zamanı 3919 m-dən 
20 min m
3
/gün 
qaz fontanı və 18 m
3
/gün hasilatla neft 
alınmışdır. 

Yüklə 413,66 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə